Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

yazıçı sözü
27
USTAD 
dərgisi \ Fevral 2016
26
USTAD 
dərgisi \ Fevral 2016
Gülümsəyən 
qız
ASLAN Quliyev
hekayə
B
aşdaşlarının arasına çökən bürkü 
onu əldən salır, istidən öləzimiş 
yovşanların tünd, acı  qoxusu 
başını gicəlləndirirdi, yovşanların belə 
tünd qoxuyacaqlarını təsəvvür eləməzdi. 
Balıqqulağı, göbələk bitirmiş, yağışdan, 
günəşdən bozarmış daş hasar   günəşin 
yandırıcı şüalarından qorumasaydı, ayaq üstə 
qala bilməz, yıxılardı. 
Etinasız baxışlarla ətrafı nəzərdən 
keçirirdi, bir az aralıdakı qara mərmərdən 
yonulmuş başdaşının üzərindən cavan qız 
şəkli boylanırdı. Qız olduqca gözəl idi,   
baxışlarından  fani dünyanın iztirabları, 
həsrəti yağırdı.  Belə gözəl qızın dünyasını 
tez dəyişməsinə heyfsləndi, görəsən nəymiş 
ölümünün səbəbi. Bir vaxtlar gəzirmiş, 
gülürmüş, dünyaya gözəllik, fərəh səpirmiş. 
İndisə bürküdən boğulan qəbiristanlıqda 
uyuyurdu. 
Birdən başında tüklərinin biz-biz 
durduğunu hiss elədi, qız ona gülümsəyirdi. 
Gözlərinə inanmadı, başını silkələyir, özünü 
ələ almağa çalışırdı, yox, səhv görməmişdi, 
qız gözlərini süzdürərək gülümsəyirdi. Sanki 
başdaşı üzərindəki şəkil yox, canlı insan idi. 
Cansız sükutla uyuyan qızın şəkli gülümsəyə 
bilməzdi, sadəcə onu isti vurmuşdu. 
Molla adamları getməyə çağıranda 
dirçəldi, əməllicə sevindi. Getməmişdən əvvəl 
bir də dönüb geri baxdı, özüydü ki vardı,  qız  
gülümsəyirdi. Adamların arasından keçib, 
günəşin yandırdığı, yerdən-göydən alov 
ələnən meydançaya çıxdı, istidən az qala 
huşunu itirəcəkdi. Maşınına keçib matoru işə 
salan kimi də sərinkeşi qoşdu, günün altında 
qızmış maşın hələm-hələm soyumurdu. 
Dostu da gəlib çıxdı, istidən şikayətlənirdi.
Yerini dəyişib dostuna dedi ki, maşını 
sür, mən özümü yaxşı hiss eləmirəm. Dostu 
da, – “Hamısı istidəndir, – dedi, – rəng-
ruhun ağarıb, istiyə dözümün yoxdusa, gərək 
çölə çıxmazdın”. “Əlbəttə, çıxmamalıydım, 
hirslə cavab verdi, – əl çəkmədin,  
qonşuluq borcunu verməsəymişəm, dünya 
dağılacaqmış, bu qocanı qəbrə qoyub üstünü 
torpaqlaya bilməyəcəklərmiş”. Dostu  maşını 
yerindən tərpətdi, şəhərə doğru istiqamət 
götürdü. Maşın gur axına qarışandan sonra 
istəməsə də, fikirlərini  bölüşməyə ehtiyac 
duydu.
– Bilirsən, orda, qəbiristanlıqda…
– Nə olub? – dostu sözünü axıra kimi 
deməyə imkan vermədi.
– Qız mənə gülümsəyirdi.
– Harda, qəbiristanlıqda?
– Dənizdə! – hirslə qışqırdı.
Dostu bir şey başa düşə bilməyib, başını 
yırğaladı, o isə qızğınlıqla inandırmağa 
çalışırdı: “Orda, başdaşının üzərində cavan 
bir qız şəkli vardı, qız mənə gülümsəyirdi. 
Əvvəlcə inanmadım, elə bildim məni qara 
basır, şəkil gülümsəyə bilməzdi. Dəfələrlə 
baxdım, amma yanılmırdım, qız doğrudan da 
gülümsəyirdi. Hətta qəbiristanlıqdan çıxanda 
belə geri boylanıb baxdım, yanılmamışdım”. 
Dostu inanmırdı, – “Hamısı istidəndir, – 
deyirdi, – gün vurub səni”.
“Döndər maşını geri, – dedi, – gedib 
baxaq, görək mən deyəndir, ya yox? Öz 
gözlərimlə gördüyümü deyirəm, sənsə istidən 
dəm vurursan!” 
Dostu qayıtmaq istəmirdi, məcbur elədi, 
geri qayıtdılar. Alov püskürən həmən 
meydanda maşını saxlayıb düşdülər, 
yerdən-göydən ələnən istidən başı hərləndi, 


yazıçı sözü
27
USTAD 
dərgisi \ Fevral 2016
26
USTAD 
dərgisi \ Fevral 2016
istidə çox qalmamaq üçün iti addımlarla 
qəbiristanlığa getdilər, hələ uzaqdan yovşan 
qoxusu vurdu onu. Hər nəydisə bu gün 
yovşan qoxusuna dözə bilmirdi, həm də 
dözülməz istidə yovşan  çox tünd qoxuyurdu. 
Başdaşlarının arasından keçib onun dediyi 
qəbirə yaxınlaşdılar. Üzərində gözəl qızın 
şəkli əks olunmuş başdaşının qarşısında 
dayanmışdılar, qız gülümsəyib-eləmirdi, 
baxışlarından kədər  yağırdı.
– Gülümsəyir? – dostu istehza ilə soruşdu.
– Yox, istəməsə də, təsdiq eləməli oldu.
– Mən deyəndi, səni qara basıb.
– İnan, gülümsəyirdi.
 – İndiki kimi?
 – Yaxşı, gedək, – mübahisə eləmək 
fikrində deyildi.
Geri qayıtdılar, qəbiristanlıq qapısından 
çıxanda geri boylandı. Yenə başında 
tükləri biz-biz durdu, qız bu dəfə də ona 
gülümsəyirdi, ancaq bu acı gülüş idi, istehza, 
kinayə var idi bu solğun gülüşdə. Daha 
dostuna heç nə demədi, qorxdu deyə, – 
“bax, qız gülümsəyir”, – dostu da baxanda 
qız gülümsəyib eləməyə. 
Evə qayıtdı, fikri-zikri qəbiristanlıqdaydı. 
Mərmər başdaşının üzərində gülümsəyən 
qız varlığına hakim kəsilmişdi, ona rahatlıq 
vermirdi. Özünü tamam unutmuşdu, 
neylədiyinin fərqində deyildi, bircə anın 
içindəcə hissiz, duyğusuz, etinasız  adama 
çevrilmişdi. Yuxulu  aləmdə yaşayırdı, solğun 
gülüşlə gülümsəyən qız gözləri önündən 
getmir, qarşısıalınmaz bir maraqla bu sirri 
açmaq istəyirdi.  Başdaşı üzərindəki şəkil 
necə gülümsəyə bilərdi, həm də niyə ancaq 
ona gülümsəyirdi?
Açarı burub motoru söndürdü, başını 
qaldırıb ətrafa baxanda gözlərinə inanmadı, 
qəbiristanlıq qapısının qabağındakı günəşin 
yandırıb qarsadığı balaca meydançada 
dayanmışdı. Nə vaxt dostu düşmüş, özü 
sükan arxasına keçib maşını bura sürmüşdü, 
xəbəri olmamışdı. Maşından düşdü, getmək 
istəmirdi, ancaq iradəsinin əleyhinə olaraq 
ayaqları onu irəli aparırdı. Acı yovşan 
qoxusunu ciyərlərinə çəkib  rütubət, yanıq 
qoxusu verən başdaşlarının arasından keçib, 
qızın şəkli olan başdaşına yaxınlaşdı. Qız 
gülümsəyirdi, ancaq getdikcə bu gülüş daha 
kinayəli, istehzalı olurdu. Bir az aralıda  
qoca kişi cığırlarda bitmiş dəvətikanlarını, 
qanqalları bellə dibdən vurub bir yerə 
yığırdı. Səslədi, qoca dikəlib başını yuxarı 
qaldıranda, – “bura gəl”, – deyə əliylə işarə 
elədi. Qoca bir söz demədən ona yaxınlaşdı, 
baxışlarında sual, maraq var idi. Başdaşını 
qocaya göstərib, üzərindəki şəklə baxmağı 
xahiş elədi.
– Baxdım, nə olub?
– Bir şey hiss eləmirsən?
– Yox, – qoca başını yırğaladı, – şəkildi 
də.
– Gülümsəyir, görmürsən? – səsini  
qaldırdı.
– Neyləyir? 
– Gülür!
– Sən dəlixanaya get,  yerin oradı. Burda  
ölülər yox,  dirilər də gülmürlər.
– Qoca sarsaq! – nifrətlə dedi.
– Necə dedin?!
 Qoca hərləyib beli onun başına vurmaq 
istədi, vaxtında geri sıçramasaydı, bel başını 
iki yerə böləcəkdi. Qocanın əl çəkmək fikri 
yox idi, arxasınca düşmüşdü, hərləyir, fırlayır, 
bellə tutuzdurmaq istəyirdi. Bel torpağa
daşa dəyir, cingildəyirdi. Birtəhər canını 
qurtara bildi, qaçıb küçəyə çıxcaq  taksi 
saxladı, oturan kimi də sürücüyə sürməsini 
tapşırdı. Yalnız taksi yerindən tərpənib on-on 
beş addım aralanandan sonra öz maşınının 
arxada qaldığı yadına düşdü. Taksini 
saxlatdırıb geri boylandı, güzgüdə əlində bel 
olan qocanın maşının yanında dayandığını 
gördü, qayıda bilməzdi, hirsli qoca beli ilə 
axırına çıxardı. Yalnız o çıxıb gedəndən 
sonra taksini geri sürdürdü, maşınına minənə 
kimi qorxu hissi onu tərk eləmədi, qocanın 
indicə hardansa çıxıb beli başına vuracağını 
gözləyirdi. Maşını yerindən tərpətdi. Sərinkeş 
işləyir, soyuq hava axını onu ağuşuna alır, 
ancaq qəlbini didən fikirlərdən yaxa qurtara 
bilmirdi. Nə qədər çox düşünürdüsə, bir 
o qədər labirintə düşür, dalana dirənirdi. 
Nahaq gəldi. Nəyisə aydınlaşdıra bilmədi, 
ondan başqa kimsə qızın gülümsədiyini görə 
bilmirdi.  Ən qəribəsi də getdikcə bu gülüş 
acı, kinayəli olurdu. 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə