Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

yazıçı sözü
31
USTAD 
dərgisi \ Fevral 2016
30
USTAD 
dərgisi \ Fevral 2016
– İnanmırsan,  gedək baxaq. Burdan on 
dəqiqəlik yoldu.
– Gedək, – heç gözləmədiyi halda qız  
razılıq verdi. 
Qız onun maşınına əyləşdi,  bu təklifi 
qəbul eləməyəcəyini gözləyirdi, qızın isə 
indiyə kimi tanımadığı, bilmədiyi birinin 
maşınına fikirləşmədən minməsi onu çaşdırsa 
da, sevindirdi. Bəlkə elə qız öz qəbirinə 
baxandan sonra hər şey aydınlaşacaqdı. Hər 
halda, bu sirrə qəbir sahibindən daha yaxşı 
aydınlıq gətirəcək birisini tapmaq olmazdı. 
Qəbiristanlığa kimi dinib danışmadılar, qız 
fikirli idi, pəncərədən çölə baxır, heç nə 
soruşmurdu.
Yalnız öz qəbirinin qarşısında qız 
canlandı, əvvəlcə gülürdü, ancaq yaxınlaşıb 
başdaşına baxandan sonra həyəcanlandı, 
nəsə demək istəyir, ancaq dili söz tutmurdu. 
Birdən dönüb ona baxdı və sapsarı saraldı, 
tir-tir əsirdi, gözləri alacalanmışdı.  
– Sənə bir şeymi oldu? – qızın qolundan 
yapışmaq istədi.
– Yaxın gəlmə! – qız qışqırıb geri çəkildi.
– Nə olub axı?
  – Qatil! Əclaf! 
Qızın qolundan yapışdı, heç nə başa düşə 
bilmirdi, birdən-birə buna nə oldu? Niyə 
ona qatil deyirdi, qızın çiyinlərindən yapışıb 
silkələyir, ancaq qız özünə gələ bilmirdi. Tora 
düşmüş quş kimi titrəyir, əlindən qurtarmaq 
istəyir, çabalayırdı. Qızı bir təhər dilə tutub 
maşına gətirdi, soyuducudan su şüşəsini 
götürüb üz-gözünə soyuq su çilədi.  Qız 
özünə gəlsə də, dili söz tutmurdu, nəhayət 
özünü ələ alıb danışmağa başladı. “Mən 
başdaşına, sonra da sənə baxan kimi hər şeyi 
xatırladım. Yağışlı bir axşam ad günündən 
çıxmışdım, küçənin işıqları sönmüşdü, 
avtobus da yox idi. Bir maşının gəldiyini 
görüb, taksi olduğunu zənn eləyərək əl 
elədim, maşın saxladı və mən də mindim. 
Həmin bu maşın idi, səndən başqa iki nəfər 
də var idi.  Biri uzun, arıq, daz, o birisi də 
ortaboylu idi, gözləri işıldayırdı. Düşmək 
istədim, qolumdan yapışıb qoymadınız, 
qışqırmayım deyə ağzımı tutdunuz. Sən 
deyirdin, buraxaq getsin, orda bəs qədər 
qız var, dostların isə razılaşmırdılar, – 
“Nə danışırsan, birinci dəfədi belə gözəl 
qız görürük. Öz xoşuyla minib, zorla 
mindirməmişik ki?” – deyirdilər. Nə qədər 
çalışdım, çabaladımsa, onların əlindən 
qurtara bilmədim, məni bir kafeyə gətirib, 
orda  növbə ilə zorladız”.
Lənət şeytana, qız doğrudan da dostlarını 
görübmüş kimi danışırdı, dediyi əlamətlər 
eynən dostlarına uyğun gəlirdi. Onun 
təkidi ilə qız yenidən danışmağa başladı: 
“Uzun dedi ki, bunu belə buraxmaq olmaz
yerimizi-yurdumuzu bildi, bizi tanıdı, gedib 
satacaq. Öldürməkdən başqa çarəmiz 
yoxdu. Ortaboylu oğlanla sən  məni boğub  
öldürdüz. Uzun sənə dedi ki, basdırmaq qaldı 
sənin boynunda, aparıb xarabalıq bir yerdə 
basdırarsan”.
“Sən bunları yuxuda görübsən, – qızı 
inandırmağa cəhd eləyirdi, – yaxşı, biz 
səni zorlayıb öldürmüşüksə, sən necə sağ-
salamat ola bilərsən? Olmaya öləndən sonra 
dirildin? Ölmüşdünsə, bizim danışdıqlarımızı 
necə eşidirdin? Amma bu qəbir məsələsi 
məni də çaşdırır, ölməyinə ölməyibsən, bəs 
bu qəbir kimindi? Kim səninlə belə zarafat 
eləmək fikrinə düşüb? Nəyə görə başdaşının 
üzərindəki şəklin mənə gülümsəyirdi? Bu 
suallara cavab tapmaq istəyirdim, tapa 
bilmədim, kələf bir az da dolaşdı”. 
Bir qədər  özünə gələn qız da çaşıb 
qalmışdı, sağ-salamatdısa, demək, kimsə 
onu öldürməmişdi, bayaq danışdıqlarını da 
yuxuda görmüşdü. Yuxuda niyə məhz onları 
görməsi, həm də olduğu kimi, qızın özünə də 
qəribə gəlirdi.
“Gedək səni aparım evinizdə qoyum, – 
qıza dedi, – unudaq bütün bunları. Bu dolaşıq 
işlərdən onsuz da bir şey başa düşmədim”.
Qızı qapılarının qabağında düşürtdü.
– Yenə görüşəkmi? – qızdan soruşdu, 
əslində isə bir daha bu qızla görüşmək 
istəmirdi.
– Yox! – qız hirslə deyib, qapını açaraq 
içəri keçdi, arxaya belə baxmadan çəkib 
bağladı. 
Bir müddət də dayanıb gözlədi, heç nə 
başa düşə bilmirdi. Soyuducudan soyuq su 
götürüb içdi, qərara aldı ki, işlərini qaydaya 
salıb, ucqar bir yerə çıxıb getsin, paytaxtın 


yazıçı sözü
31
USTAD 
dərgisi \ Fevral 2016
30
USTAD 
dərgisi \ Fevral 2016
səs-küyündən uzaq bir yerdə heç olmaya 
beş-on gün dincəlsin. Əsəbləri qaydasında 
deyildi, bu son hadisə isə onu büsbütün 
yordu, əldən saldı. 
***
Bu hadisədən bir həftə keçmişdi, artıq 
işlərini qaydaya salmışdı, istirahətə yola 
düşmək üçün hazırlıq görürdü. İşdən qayıdıb 
evə gedəndə maşınını polislər saxladı, 
özünə gəlməyə imkan vermədən qollarını 
qandallayıb şöbəyə apardılar. Onu burda 
dindirən müstəntiq dedi ki, Ağayeva Gülarə 
Çapar qızı bir həftə bundan əvvəl yoxa 
çıxıb. Onu son dəfə sənin  maşınına minən 
görüblər, gedib və bir daha qayıtmayıb. 
– Qayıdıb! – inamla dedi.
– Hara?
– Evlərinə. Mən onu gətirib qapılarının 
ağzında maşından düşürtmüşəm.
– Bəs sən onu hara aparmışdın?
– Qəbristanlığa.
– Ora niyə? – müstəntiq inamsızlıqla 
səsləndi.
– Qəbrini göstərməyə.
– Göstərdinmi? – müstəntiq istehza ilə 
gülümsəyirdi.
– Göstərdim! 
Başına gələnlərin hamısını, o cümlədən 
qızın ona dediklərini də müstəntiqə danışır, 
müstəntiq isə inamsızlıqla qulaq asırdı. Qızın 
hansı qəbiristanlıqda dəfn edildiyini öyrənib 
getdi və axşam təzədən onu yanına çağırdı. 
“Sən danışanda mən inanmamışdım, amma 
doğrudan da qəbiristanlıqda qızın qəbri 
var idi. Birinci dəfəydi hansısa manyakın 
zorlayıb öldürdüyü qızı belə təntənə ilə dəfn 
eləməsinin şahidi oluruq. Qəbiri açdıq. 
Qızın meyiti ordaydı,  ilkin ekspertiza təsdiq 
elədi ki, qız doğrudan da zorlanıb, sonra 
da boğularaq öldürülüb. Dostlarını da həbs 
elədik, bu qızı tanımadıqlarını, indiyə kimi 
haqqında belə eşitmədiklərini deyirlər, 
amma ortalıqda təkzibedilməz fakt var. 
Yeri gəlmişkən, dostların bu qızdan əlavə 
də xeyli qızı aldadıb, yoldan çıxararaq öz 
kafelərinə aparıb, orda zorlayıb, sonra da 
digər müştərilərə xidmət göstərməyə məcbur 
eləyirmişlər. Onları polislə hədələyən iki qızı  
öldürüb  yarımçıq bir tikintinin həyətində 
basdırıblar. Meyitləri də çıxarmışıq, şahidlər 
bu faktı təsdiq eləyiblər, ən qəribəsi isə 
dostların hər şeyi boyunlarına alsalar da, bu 
qızı tanımadıqlarını, öldürmədiklərini inadla 
deyirlər. Halbuki bir meyitin az, ya çox 
olması onların vəziyyətini dəyişdirməz. Bu 
işdə başqa qəribəliklər də çoxdu. Ekspertiza 
qızın üç ay bundan əvvəl öldüyünü deyir, 
qəbiristanlığın müdiriyyəti də bu faktı təsdiq 
eləyir. Di gəl qızın valideynləri qızlarının 
bu üç ayı onlarla birgə yaşadığını, bir həftə 
bundan əvvəl yoxa çıxdığını deyirlər. Qızlarını 
basdırmadıqlarını, bu məqsədlə qəbiristanlığa 
getmədiklərini desələr də, gözətçi də, 
qəbiristanlığın müdiri də üzləşmədə dəfnə 
gələnlərin çoxunu tanıdı. Biz bu gün axtarıb 
başdaşının hansı emalatxanada hazırlandığını 
öyrənmişik, üzləşmə keçirəcəyik, əgər daşı 
sifariş verənlərin qızın atası, qohumları 
olduğu təsdiq olunarsa, sənə kömək 
eləyəcəyəm”. 
– Demək, qız qəbirdəydi? – heyrətlə 
soruşdu.
– Hə.
– Həm də üç ay bundan əvvəl öldürülüb?
– Elədi.
– Onda mənimlə bir həftə bundan əvvəl 
qəbiristanlığa gedən qız kim imiş? 
– Səninlə qəbiristanlığa gedən elə həmən 
qız imiş. Bir həftə bundan əvvəl onu sənin 
maşınına minən görüblər.
– Bəs onda üç ay bundan əvvəl öldürülən 
qız kimdi? İndi bu qızların hansının ölümünü 
mənə sırıyırsız? 
– Bu qızların yox, bir qızın. Sadəcə, nəyə 
görəsə şahidlər, xüsusi ilə də qızın ata-anası 
tarixlərdə dolaşıqlığa yol verirlər.
Müstəntiq dediyi kimi də elədi, bir 
azdan onu geniş bir otağa apardılar, ondan 
başqa da burda on beş-iyirmi adam var 
idi. Müstəntiq daşyonanın gətirilməsinə 
göstəriş verdi. Qapqara şəvə saqqalı olan, 
sağlambədənli cavan oğlan içəri girəndə 
sanki çiyinlərindən yük götürüldü. Bu oğlanı 
tanımırdı, ilk dəfəydi görürdü, demək, oğlan 
da onu tanıya bilməzdi. Oğlan isə içəri girib 
adamları nəzərdən keçirən kimi gəlib onun 
qarşısında dayandı.


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə