Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

yaddaşımız üçün
35
USTAD 
dərgisi \ Fevral 2016
34
USTAD 
dərgisi \ Fevral 2016
tikanlı sözlərinə. Pristav olmaq istəyəcəkdi 
bu illərdə. Alınmayacaqdı. Tiflisə gedəcəkdi. 
Arvadı orda öləcəkdi. Jurnalist olacaqdı. 
Hər gün Zeynəb ağanın qəbrinin üstünə gül 
qoyacaqdı. Əsəb xəstəliyindən ölən arvadını 
heç zaman unutmayacaqdı.
Bu şəxsi problemlər məngənəsindən 
boğulan qaradinməz, tündməcaz adam 
Sabirin ölümü ilə dərin depressiyaya 
düşəcəkdi. Bir müddət yazmayacaqdı. Hətta 
jurnalı bağlamaq haqqında düşünəcəkdi. 
Amma etməyəcəkdi. Dostunun intiqamını 
sonuna qədər alacaqdı. O intiqam savaşı hələ 
də davam edir.
Qəribəsi odur ki, həm Cənubi 
Azərbaycandakı Azadistan hökumətindən, 
həm də Azərbaycandakı Şura hökumətindən 
maarif naziri postu təklifini alacaqdı. Amma 
rədd edəcəkdi. Təbrizdən Bakıya gələcək və 
bütün Azərbaycan ziyalıları Mirzə Cəlilin 
mənəvi övladlarıdır. İspan ziyalısını Servantes 
yaratmayıb. İngilisi Şekspir. Amerikanı 
Mark Tven. Rusu Tolstoy. Fransızı Hüqo. 
Amma Mirzə Cəlil təkcə müasirlərinin deyil, 
özündən sonrakı bütün ziyalıların ürəyinə işıq 
salacaqdı.
 
Mirzə Cəlil özündən sonrakı bütün 
ziyalı nəslinin yaradıcısı olacaqdı. Çünki 
Mirzə Cəlili Azərbaycan özü yaratmışdı, 
zəmanə özü yaratmışdı.
Bir yuxu görmüşdü ömrünün son 
illərində. Dar bir otağa salırlar Mirzəni. 
Bircə yer var işıq düşən. Oranı da kərpiclə 
hörürlər. Yalvarır, “məni işığa həsrət 
qoymayın”, – deyir. Amma aman yoxdur
kərpicləri hörürlər. Bax, o, Mirzə deyil 
əslində. O, bizik, bizim bəlalı xalqımızdır. 
O işıq da Mirzənin işidir, o işıq Mirzədir, o 
pəncərə Mirzədir.
CƏLİL
MƏMMƏDQULUZADƏ
jurnalı buraxmağa davam 
edəcəkdi.
Jurnala  “Allahsız” 
adı qoyacaqdılar. Məktəb 
yaşlarından Allahsız olan 
Mirzə bunu özünə dərd 
edəcəkdi. Çünki onun qayəsi 
başqaydı. O, ürəklərə maarif 
nuru səpmək istəyirdi. Amma 
adı “kiçik burjua yazıçısı” 
kimi damğalanacaqdı. 
Kasıblığa tərk ediləcəkdi. 
Qızınmaq üçün əlyazmalarını 
yandıracaqdı. Yanvar ayının 
ilk günlərində gözünü 
dünyaya yumacaq, son 
sözü isə “Mithət gəlmədi?” 
olacaqdı. 
Hə, Mithət... Mirzədən altı 
ay sonra gənc yaşında vərəm 
olan Mithət... Quyuya atmaq 
istədiyi qızı Münəvvərin 
zürriyyəti olmayacaqdı. 
Digər oğlu Əhməd isə II 
Dünya Müharibəsi illərində 
İrana gedəcək və geri 
qayıtmayacaqdı. Mirzənin 
bu torpaqlarda heç bir izi 
qalmayacaqdı. Amma bunlar 
bioloji məsələlərdir. Çünki 


yaddaşımız üçün
35
USTAD 
dərgisi \ Fevral 2016
34
USTAD 
dərgisi \ Fevral 2016
Təkcə yazıçı deyildi, amma bircə 
“Poçt qutusu” hekayəsi onu yazıçı 
etmişdi.
Təkcə jurnalist deyildi, hərçənd 
Azərbaycan mətbuat tarixində 
“Molla Nəsrəddin” qədər güclü bir 
jurnal heç zaman olmayacaqdı.
Təkcə, müəllim deyildi, amma 
Azərbaycanın ondan böyük müəllimi 
olmayacaqdı.
Təkcə, publisist deyildi, amma 
publisistikamızı da o yaradacaqdı.
Təkcə, şair deyildi, amma 
“Millət necə tarac olur olsun”u o 
yazdıracaqdı.
O, Ustaddır. Ömrü boyu 
minnətdar olacağımız əzizimiz, 
ən böyük yazıçımız, ən 
müqəddəs insanımız... 
Bizi biz edən adam.
Dəli yığıncağından, 
ölülərdən kamança düzəldən 
adam...
Rəssam: 
Ülviyyə Həmzəyeva


həyat dərsi
37
USTAD 
dərgisi \ Fevral 2016
36
USTAD 
dərgisi \ Fevral 2016
M
ənim səksən yaşım var, sizinsə 
iyirmi.  Sizi tanıyanlardan 
haqqınızda çoxsaylı xoş sözlər 
eşitmişəm. Və budur, siz məndən həyatınızı 
necə qurmaq barədə məsləhət istəyir, başqa 
sözlə desək, Balzakın “Vadi zanbaqları”nda, 
yaxud Hötenin “Vilhelm Meyster”ində 
olduğu kimi, “Tərbiyəvi məktub” yazmağımı 
xahiş edirsiniz. Etiraf edim ki, sizin təklifiniz 
çox xoşuma gəldi.  Mən populyarlıq 
axtarmıram və indiki intellektualların 
psevdofəlsəfi danışıq tərzini xoşlamıram. Elə 
düşünürəm ki, gənc nəsillə dil tapmaq üçün 
heç bir şansım yoxdur, axı insan gənc olanda 
zahiri söz oyununu daha çox sevir. Təklifiniz 
isə məni bu xüsusda xeyli ümidləndirmiş 
oldu. Onunçün də gəlin birlikdə araşdırıb, 
baxaq görək bizi əhatə edən dünyanın 
mahiyyəti nədən ibarətdir. 
Lakin əvvəlcə sizdən xahiş edirəm ki,  
bütün müasir gəncliyin beynini zəhərləmiş 
uydurma neoromantik pessimizmi başınızdan 
çıxarıb atasınız. Sizə təlqin edirlər ki, dünya 
başdan-başa absurddur. Bu nə deməkdir?  
Hər hansı bir rəy, fikir absurd ola bilər – əgər 
düşüncə qanunlarına ziddirsə. Hər hansı 
bir qanun absurd ola bilər – əgər sağlam 
düşüncəni təhqir edirsə. Lakin ətrafda 
baş verən hər şeyin absurd olmasını iddia 
etməyin özü, əslində ən böyük absurddur. 
Dünya necə varsa, o cür də olacaq, onu 
olduğu kimi qəbul etmək lazımdır, çünki 
o heç vaxt sağlam düşüncənin, məntiqi 
təfəkkürün qanunlarına tabe olmayıb.  
Dünya düşünən insanlarçün dayaq nöqtəsi 
kimi bir şeydir. Başqa cür ola da bilməz. 
Elə düşünməyin ki, dünya yalnız bizim 
tələbatımızı ödəmək üçün yaranıb. Belə 
olsaydı, bu, möcüzələrin möcüzəsi olardı. 
Dünya neytraldır, bitərəfdir. Dünya insana nə 
dost, nə də düşmən ola bilməz.
Sizə təlqin ediblər ki, insan yalnız 
ölməkçün doğulub və bütün ömürboyu bu 
fikirlərlə iztirab çəkməlidir. Axı niyə? Məgər 
ölüm düşüncə faktıdır?
Monterlan yazırdı: “Ölüm haqqında 
düşüncələrin mənası, onların 
mənasızlığındadır”.
Yaxın adamların ölümü bizi sarsıdır. Bəs 
öz ölümümüz?  Ölümdən qorxmaq ona 
bənzəyir ki, biz dünyanı iki yerə bölürük: 
Andre Moruanın 
anadan olmasının 
130 illiyidir
Yaşamaq 
elmi haqqında
 
gənc dostuma
 
məktub
1965-ci il
(kitabdan fraqment)
ANDRE
MORUA


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə