Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

həyat dərsi
37
USTAD 
dərgisi \ Fevral 2016
36
USTAD 
dərgisi \ Fevral 2016
birində biz varıq, o birində isə yoxuq. Bu iki 
obraz bir yerə sığa bilməz.
Sizə təlqin ediblər ki, biz uçurumun 
kənarında yaşayırıq və ölümcül təhlükə 
hissiyyatı bizim olan-qalan sağlam 
düşüncəmizi də əlimizdən alır. Amma 
insanlar əsrlər boyu uçurumun kənarında 
yaşayıblar, lakin bu, onlara sevməyə, qurub-
yaratmağa, zəhmət çəkməyə – bir sözlə, 
insan kimi yaşamağa mane olmayıb. Bəs 
nəyə görə biz onlar kimi olmayaq? 
Kimlərsə mənə etiraz edib deyəcəklər: 
“O vaxtkı insanlara iman hissi dayaq olurdu. 
Həm də o vaxtlar bəşəriyyətin yaşadığı 
planetlə birlikdə məhv olmaq təhlükəsi yox 
idi”.
Bəs görəsən sizə imanlı olmağa nə mane 
olur? Məgər Tanrı ölüb? Yox, məncə indi 
onu sadəcə bir az başqa cür qəbul etmək 
lazımdır. Heç vaxt unutmayın ki, sizin 
içinizdə özünüzdən də böyük bir əzəmət var. 
Bu əzəmət hər bir insanın içində mövcuddur. 
Axı ən yaramaz Adam da vicdan əzabı çəkir 
və məncə, bizim dayaq nöqtəmiz məhz bu 
olmalıdır. Hamımız birləşsək, əlbəttə ki, 
üstümüzə gələn fəlakətin qarşısını ala bilərik. 
İmkan vermərik ki, yer kürəsi elə onun 
sakinləri tərəfindən məhv edilsin. Qısası, 
yadınızdan çıxartmayın: biz uçurumun 
kənarıyla getsək də, hələ ki, heç kəs bizi 
itələyib ora salmayıb.
Sizə öyrədirlər ki, əvvəlki mənəvi dəyərlər 
artıq keçmişdə qalıb. Yalandır. Əgər siz 
müasir insanlara diqqətlə baxsanız, yenə də 
zahiri effektlərin altında əbədi və əzəli olan 
əsl insan cizgiləri görəcəksiniz. 
Yazıçılar klassik əbədiyyatın sonunun 
çatdığını bəyan edirlər. “Faktlar qaçılmazdır, 
– onlar deyirlər, – məlumdur ki, XX yüzilliklə 
bəşəriyyətin beş min illik inkişaf mərhələsi 
sona çatır və biz yeni eranın astanasında 
dayanmışıq. Bu yeni era  əvvəlkinə zərrə 
qədər də oxşamayacaq. Yeni erada yeni ruh 
və yeni bədən təzahür edəcək”.
ANDRE
MORUA


həyat dərsi
39
USTAD 
dərgisi \ Fevral 2016
38
USTAD 
dərgisi \ Fevral 2016
Yeni bədəndə yeni ruh?  Başdan ayağa 
xülyadır. Şəxsən mən heç bir yeni bədənə 
və ruha inanmıram. Məgər bizim ürəyimiz, 
ciyərlərimiz, böyrəklərimiz, arteriyalarımız  
ibtidai insanlarda oluğundan fərqlidir?  Ruha 
gələndə isə, deyə bilərəm ki, mənəvi-ruhani 
dəyərlər heç də qartımış moralistlərin 
uydurması deyil. Bunlar elə ona görə “dəyər” 
adlanır ki, cəmiyyətin inkişafı, xoşbəxt həyatı 
onlarsız mümkün deyil. Mən sizə dünyanın 
özü qədər qədim olan bir neçə bu cür 
həqiqəti xatırlatmaq istəyirəm. Unutmayın ki, 
bu həqiqətləri nə nihilist fəlsəfə, nə də elmi-
texniki inkişaf dəyişə bilib.
Birincisi, insan yalnız özü üçün yaşaya 
bilməz. Yalnız özü haqqında düşünən insan 
özünü bədbəxt hiss etməkçün hər gün 
yüzlərlə səbəblə üzləşəcək – mən heç vaxt 
istədiyim işləri görmək imkanına malik 
olmamışam; həyatda layiq olduqlarımı əldə 
edə bilməmişəm; hamı tərəfindən sevilməli 
olduğum halda, əsl sevgiyə nadir hallarda 
rast gəlmişəm və s.
Belə insanlar öz keçmişləri barədə 
düşünəndə sonsuz olaraq vicdan əzabı, 
təəssüf hisləri keçirəcəklər. Hərçənd ki bu 
hislərin hər ikisi mənasız, əhəmiyyətsiz bir 
şeydir. 
“Bizim səhvlərimiz unudulmağa 
məhkumdur. Onlar bundan artığına layiq 
deyillər”.
Keçmişin üstündən birdəfəlik xətt çəkmək 
onsuz da mümkün deyil, ondansa indiki 
gününüzü elə qurun ki, gələcəkdə onunla 
fəxr edəsiniz. Özünlə zidiyyətdə olmaq 
bədbəxtliklərin ən böyüyüdür. Öz həyatını 
başqalarına – istər öz ölkəsi olsun, istər 
qadınlar olsun, istər yaradıcılıq olsun, istər 
məzlumlar, haqqı tapdalananlar olsun, fərqi 
yoxdur – belə insanlar həyatın kiçik məişət 
problemlərini unudur, bu cür  problemlərdən 
yuxarıda dayanırlar, ruh düşkünlüyü 
belələrinə yaxın düşə bilmir. “Dünyanın 
zahiri, əslində elə onun daxilidir. Başqa bir 
mahiyyət axtarmağa ehtiyac yoxdur”.
İkincisi – sakit oturmaq məsləhət 
deyil, hərəkət etmək lazımdır. Dünyanın 
absurdluğundan şikayət etməkdənsə, heç 
olmasa öz ətrafımızı düzəltməyə çalışmalıyıq. 
Biz kainatı dəyişə bilmərik, buna heç 
cəhd eləmək də düzgün olmaz. Biz yaxın 
məqsədlərə qulluq etməliyik. Yəni öz 
işimizlə məşğul olmalıyıq, gördüyümüz işin 
keyfiyyətini yüksəltmək barədə düşünməliyik.
Hərənin bir missiyası var; mən kitab 
yazıram, mühəndis öz qurğularını düzəldir, 
mer şəhəri idarə edir, yol polisi maşınlara 
nəzarət edir və s.  Əgər insan hansısa bir 
sənətə kamil şəkildə sahib olubsa, öz işi ona 
hədsiz səadət bəxş edəcək. Öz işində hətta 
kiçik uğurlar da insana böyük sevinclər bəxş 
edə bilər.
Hətta boş vaxtlarında da insanlar 
hərəkətsiz oturmurlar, ilk baxışdan gərəksiz 
olan işlərlə məşğul olurlar, yəni idmana 
gedirlər, müxtəlif oyunlar oynayırlar.
Üçüncü qayda isə iradənin gücünə 
inanmaqdır. Gələcəyin əvvəlcədən təyin 
olunduğuna inanmaq, başqa sözlə desək, 
fatalist olmaq, insanı bədbinliyə, passivliyə 
aparır. Dahi insanlar tarixin gedişini dəyişə 
bilirlər. Əgər insanın buna cəsarəti çatırsa, 
öz gələcəyini dəyişməyə qadirdir. 
Təbii ki, bizim heç birimiz sonsuz 
gücə, hər şeyi dəyişmək qüvvəsinə malik 
deyilik. İnsanın imkanları məhduddur. 
İnsan imkanları ilə arzularının sərhəddində 
yaşayır.  Mən müharibələrin qarşısını almağa 
qadir deyiləm, lakin mənim yazılı və şifahi 
müraciətlərim, milyonlarla başqa insanla 
birgə etiraz səsimi ucaltmağım müharibə 
təhlükəsini azaltmaya bilməz. Mən təkbaşına 
döyüşdə qalib gələ bilmərəm, lakin cəsur 
döyüşçü olaraq öz əsgəri borcumu sonacan 
ləyaqətlə yerinə yetirə bilərəm. Bizim 
imkanlarımız istəklərimizdən asılı olduğuna 
görə, imkanlar nə qədər məhdud olsa, 
həmişə formada olmaq lazımdır. İnsan öz 
bədbinliyinə güzəştə gedəndə tənbəlləşir, 
hərəkətdən qalır, cəsarətdən düşür. Bəlkə də 
iradə ali keyfiyyətlərin ən vacibidir. 
Dördüncü qaydanı da diqqətdən kənarda 
saxlamaq olmaz – heç vaxt sədaqət hissini 
itirmək olmaz. Özünə, kiməsə verdiyin 
sözə, öhdəliyə sədaqət insanı başqalarına 
sevdirən xüsusiyyətdir. Gərək heç vaxt sizə 
etibar edən adamı dar ayaqda qoymayasınız.  
Düzdü, sədaqət ali keyfiyyətlərin ən çətinidir. 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə