Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə19/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

həyat dərsi
39
USTAD 
dərgisi \ Fevral 2016
38
USTAD 
dərgisi \ Fevral 2016
Bəzən insan sadiq olmaqçün çox böyük 
əziyyətlər çəkməli olur. Deyə bilərsiz ki, 
tutalım mən səhv edib, başıboş, səfeh bir 
qıza evlənmişəmsə, indi səhvimi düzəldib öz 
həyatımı yenidən qura bilmərəmmi? Yaxud 
əgər səhv edib bacarmadığım işin qulpundan 
yapışmışamsa, sənətimi dəyişə bilmərəmmi? 
Əgər hansısa təşkilata üzv olandan sonra, 
burdakı insanların ləyaqətsizliyni, alçaqlığını 
görüb buranı tərk edə bilmərəmmi?
Əlbəttə ki, sədaqət kor-koranə olmalı 
deyil. Lakin yadınızdan çıxartmayın: 
sədaqətsizliyin əsasında çox vaxt uğursuz 
seçim yox, sadəcə vasvasılıq dayanır. 
Bu xüsusda Alen yazır: “İstənilən seçim 
uğursuzluğa məhkumdur, əgər insan əl-
qolunu yanına sallayıb oturursa; əksinə, 
istənilən seçimi uğurlu eləmək olar, sadəcə 
bunu həddən artıq istəmək, məqsədə 
çatmaqçün can qoymaq lazımdır”. 
Sənət seçimi bir çox hallarda kor-koranə 
olur.  Axı sənət barədə dolğun məlumatı 
yalnız onu yaxından öyrənəndən sonra 
almaq olar.  Məhəbbət də belədir. Lakin 
istənilən qadını tərbiyələndirib dəyişmək olar. 
İstənilən sahədə də məhsuldar çalışmaqla 
nəyisə dəyişmək mümkündür. Sədaqət özü 
üçün zəmin yaradır”.
Yəqin ki bu həyat qaydaları sizə çox 
çətin və bəlkə də çox ümumi görünəcək.  
Mən bunu başa düşürəm, lakin sizə başqa 
şey təklif edə bilmərəm. İstəmərəm ki, 
ömrünüzü yalnız dözüm, mətanət, əzmkarlıq 
üstündə qurasınız. Bacardıqca özünüzdə 
yumor hissini inkişaf etdirin, özünüzün 
və başqalarının sözlərinə, 
hərəkətlərinə gülməyi bacarın. 
Əgər mənfi keyfiyyətlərinizlə 
bacarmırsınızsa, onlarla 
barışın, lakin öz gücünüzün 
nədə olduğunu unutmayın.
Əgər cəmiyyətdə insanlar 
yalnız şan-şöhrət, şəxsi 
mənafe barədə düşünürlərsə,  
ədalətsizlik və zorakalıq baş 
verirsə, insanların biri-birinə 
zərrə qədər də inamı, etibarı 
yoxdursa, onlar heç nəyə 
can atmırsa – belə cəmiyyət 
sözsüz ki, məhvə məhkumdur.  Nə qədər ki, 
romalılar qəhrəmanlıq barədə düşünürdülər, 
Roma əzəmətli imperiya idi, günü-gündən 
çiçəklənirdi. Elə ki romalılar onlara dayaq 
olan mənəvi dəyərləri unutdular, yalnız öz 
daxili istəklərini həyata keçirmək barədə 
düşünməyə başladılar, Roma məhv oldu.
Texniki proqres fəaliyyət növlərinin 
formasını dəyişsə də, onların mahiyyəti 
dəyişmir və onlara tələbat da azalmır. Əvvəl 
də belə olub, gələcəkdə də belə olacaq.
Etiraz
Mənim məktubumu oxumağa 
başlayandan sonra, yəqin əmin oldunuz 
ki, yalan danışmıram, həqiqətən də müasir 
insanların dəbə mindirdiyi düşüncə tərzinə 
qarşı laqeydəm. Yəqin mənim düşüncələrimi 
inkar edən, ortaya tamam başqa qaydalar 
qoyan insanlar da tapılacaq.  Onlar deyəcək: 
“Köhnə dəyərləri biryolluq başından çıxart. 
Onlar öz ömrünü yaşayıblar.  Ətrafına 
yaxşı bax. Nə görürsən? Fırıldaqçılar və 
acgözlər cəmiyyətində yaşayırıq. Sənə 
məsləhət görürlər ki, sədaqətli olasan?  
Məgər indi buna riayət edən var? İnsanlar 
öz karyeralarını prinsipsizlik üstündə 
qururlar.  Bütün kütləvi yazıçılar, bütün 
kütləvi filmlər mənəviyyatdan uzaq olan 
dünyapərəstlik üstündə yaranır və bu 
düşüncəni təbliğ edir. Zorakılıq ən dəbdə 
olan hadisədir. Minlərlə qəzet və televiziya 
işçisinin çörəyi bundan çıxır. Sadizm yüzlərlə 
məşhur yazıçının yaradıcılığının dayaq 


həyat dərsi
41
USTAD 
dərgisi \ Fevral 2016
40
USTAD 
dərgisi \ Fevral 2016
nöqtəsidir. Erotika minlərlə tamaşaçını 
qaranlıq kinozallara çəkir.    Pedantizm, 
cahillik, lovğalıq  düşüncə dərinliyi kimi 
qəbul olunur. Sən Balzakı sevirsən? Onda 
bax gör onun kitabında nə yazılıb – “Eyni 
hadisənin iki üzü var,  birində insanların 
bütün hərəkətləri yalnız ali məqsədlərə 
xidmət edir, ikincisində isə  bunun əksinədir, 
məqsəd vasitəyə haqq qazandırır. Qısası, nə 
yolla olursa-olsun,  uğur qazanın, onda sizin 
bütün hərəkətlərinizə haqq qazandıracaqlar. 
Sizin əməllərinizin mahiyyəti heçdir, ən 
əsası ətrafdakıların rəyidir. Zahirən gözəl 
görünməyə çalışın. Votrenin dediyi kimi, 
əsas formadır”. 
Bəli. Balzak bu sözləri öz qəhrəmanı 
Votrenin diliylə deyir. Əlbəttə ki, müəyyən 
mənada şöhrətpərəst adam olduğundan, 
Balzakın özü də hardasa Votrenə bənzəyirdi. 
Lakin Votren quldur idi və bu məsləhətləri 
Lusyen de Ryubampeyə verirdi.  Bəs bu 
məsləhətlərə qulaq asan Ryubamperin 
aqibəti necə oldu? –  Həbsxana kamerasında 
intihar. 
Belə məsləhətlər həyatın sınağından 
çıxmır. Hitler də ümummilli miqyasda 
fəaliyyət göstərən Votren idi. O da, 
hakimiyyətə çatmış quldur kimi əvvəlki 
mənəvi dəyərləri bir kənara atmağı, hədsiz 
zorakılığı, ifrat zülmü təbliğ edirdi.  Hitlerin 
rəyincə əsl faşistlik uşaqları, qadınları 
öldurməkdən, heç kimə rəhm etməməkdən 
ibarət idi.  Bəs Hitlerin axırı necə oldu? 
Reyxskanselyariyada intihar. 
Əlbəttə, pak, təmiz insanlar da bir çox 
hallarda məğlubiyyətlə üzləşiblər, intihar 
ediblər. Əsl mənəvi-ruhani dəyərlərə 
sadiq olmaq sizə sakit həyata zəmanət 
vermir, lakin arxayın olun ki, qəlbiniz 
həmişə rahat olacaq, heç vaxt vicdan əzabı 
çəkməyəcəksiniz.  
Mən tələb etmirəm ki, bütün insanlar 
rəhmdil, adil olsunlar. Buna yalnız səfehlər 
ümid edə bilər. Dünən televizorda gördüm 
ki, quzğun çəmənlikdə azmış dovşanı güdür. 
Quzğun öz vəhşi gözlərini qurbanından 
çəkmirdi, elə bil gözləriylə onu parçalamaq 
istəyirdi. Nəhayət, quzğun şığıdı – iti 
dırnaqlar, fışqıran qan – dəhşətli görüntülər 
idi.  İnsan cəmiyyəti də cəngəlliyə bənzəyir, 
oranın da öz quzğunları var. Fırıldaqçılar qızıl 
dalıyca qaçırlar. Müavinlər öz müdirlərini 
aldadırlar. İnsan alverçiləri qadınları 
oğurlamaqla məşğuldurlar. Sadistlər öz 
qurbanlarına işgəncə verirlər.  Dünyanın 
onlarla yerində əlisilahlı əsgərlər meşələri, 
kəndləri gəzib güllələməyə adam axtarırlar. 
Neyləməli, bəşəriyyət əvvəldən belə 
olub. Onunçün də gələcəkdə yeni cəmiyyət 
quranda bütün bunları nəzərə almaq lazımdır.
Düzdür, insanın zatında heyvani bir 
vəhşilik var. Lakin buna baxmayaraq, min 
illərdir ki, insanlar daha gözəl cəmiyyət 
yaratmaq barədə düşünürlər. Bəşər 
cəngəlliyində sağlam ağaclar da var. Çox 
keçməz ki, buna əmin olarsınız. Əlbəttə 
ki,  çoxlu əclaf adamlarla rastlaşacaqsınız, 
ən yaxın dostlarınız sizə xəyanət edəcək, 
ətrafınızda mahiyyəti heçə dəyməyən 
başıboş gözəlçələr dolaşacaq, müxtəlif 
şər-böhtanlarla üzbəüz qalacaqsınız. Bəli, 
“sarsaqlığın qarşısında tanrılar da acizdir” – 
Şiller gözəl deyib. 
Mark Avrelinin bu xüsusda kəlamı 
da diqqətəlayiqdir: “Hər səhər yuxudan 
oyananda gərək özünü əvvəlcədən 
sarsaqlarla, maymaqlarla, cahillərlə, 
fırıldaqçılarla görüşə hazırlayasan”. 
Bu sözlərdə böyük həqiqət var.  İnsan 
əvvəlcədən özünü bu cür hazırlayarsa, 
sonradan kimlərdəsə müsbət keyfiyyətlər 
görəndə, sadiq, rəhmdil, xoşniyyətli 
insanlarla rastlaşanda, özünü ən qiymətli 
bir xəzinə tapmış kimi hiss edəcək, 
xoşbəxtliyinin həddi olmayacaq. 
Diqqətlə baxsanız müsbət keyfiyyətlərin 
mənfi xüsusiyyətlərdən çox olduğunu 
görəcəksiniz, əmin olacaqsınız ki, ən alçaq 
saydığınız insanlar da mərhəmətə, sədaqətə, 
səxavətə qadirdirlər. Əsl dostları isə məhz 
çətin vəziyyətə düşəndə tapacaqsınız.
Əgər həmişə tale üzünüzə gülərsə, 
sizin buna layiq olub-olmasanız 
da, düşmənləriniz də yaranacaq. Bu 
nədir? Təbiətin qanunumu? Bəlkə də… 
Hər halda müəyyən insanlar olacaq ki,  
sizin sadəcə mövcudluğunuz da onları 
hədsiz qıcıqlandıracaq.  Hamının xoşuna 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə