Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   2   3   4   5   6   7   8   9   ...   53

baş redaktordan
3
USTAD 
dərgisi \ Fevral 2016
2
USTAD 
dərgisi \ Fevral 2016
Ə
dəbiyyat və mədəniyyətimizin 
qarmaqarışıq bir durumunda 
dərgi çıxarmaq arzumuz 
axır ki, gerçəkliklə görüşdü. Əgər bu 
görüşdən zövq alan mədəniyyət olarsa, 
gerçəkliyin övladları arzuların övladları 
kimi daha böyük, daha yaraşıqlı, daha 
kamil olarlar. 
Həsən bəy Zərdabi ilə bir daha 
işıqlanan mətbuatımızın oğul-uşaqları: Cəlil 
Məmmədquluzadə, Əli bəy Hüseynzadə 
XX əsrin əvvəllərində elə bir toy-düyün 
qurmuşdu ki, dünya durduqca onun sədaları 
qulaqlarımızda cingildəyəcək. Cingildədikcə 
də ürəyimiz riqqətə gələcək, sevinc göz 
yaşlarından feyziyab olacağıq. 
Dərgimizin adını “Ustad” 
qoyduq. Ünlərə inananları 
əmin edə bilərəm ki, adı biz 
qoymadıq, Ustad İsa Muğanna 
demiş, sanki “Göydən özləri 
dedi”. 
Ustad sözünün izahlı lüğətdə verilmiş 
mənası elm və ya sənət sahəsində geniş, 
dərin biliyi və qabiliyyəti olan şəxsdir.  
Əlbəttə, bu ad çox böyükdür, çox ağırdır, 
çox zəngindir. Hətta o dərəcədə ki, 
müridlər kimi əllərimiz dizimizin üstündə 
saatlarla qarşısında oturub nəfəsimizi 
dərmədən dinləmək, razılığımızı ancaq 
baxışlarımızla bildirmək boynumuzun 
borcudur.  Əgər dərginin də adqoyma 
mərasimi, taleyi insanlardakı kimi olsaydı, 
yəqin ki “Şagird” qoyacaqdıq. Böyüdükcə, 
özümüzü göstərdikcə, sevgiləri qazandıqca, 
bacarıqlarımızı sübut etdikcə oxucu özü bizə 
             
Ustad
olacaq
Bacarıqlı şagird 
                            mütləq bir gün 
“Ustad” adı versin deyə. Amma “adı da elə 
Ustadlar qoyar”, – deyib ortaq bir qənaətlə 
“Ustad”la razılaşdıq.  
Ustadlardan biri olan Əziz Nesin öz 
soyadı ilə bağlı deyirdi ki, 1934-cü ildə 
soyad qanunu çıxanda insanların xarakteri 
açılmağa başladı: “Dünyanın ən xəsisləri 
özlərinə “Əliaçıq”, ən qorxaqları “Ürəkli”, 
ən tənbəlləri “Çalışqan” soyadını götürdülər. 
Hər yağmalamada həmişə sona qaldığım 
üçün soyad yağmasında da sona qaldım. 
Özümə uyğun soyad tapa bilmədiyim üçün 
“Nəsin” (Nesin) soyadını seçdim. Seçdim ki, 
“Nəsin” deyə çağırıldıqca nə olduğumu hər 
addımda düşünüb özümə gəlim”.
Əziz Nesinin bu təvazökarlıq priyomu çox 
maraqlıdır. Bu anlamda hər dəfə “Ustad” 
adı çəkildikcə qulaqlarımızda ustadlarımızın 
pıçıltısı səslənəcək, bu ada layiq olmamız 
üçün bizə yol göstərəcək, ruhlandıracaq 
Şəmil Sadiq
Fil.ü.f.d.


baş redaktordan
5
USTAD 
dərgisi \ Fevral 2016
4
USTAD 
dərgisi \ Fevral 2016
5
USTAD 
dərgisi \ Fevral 2016
4
USTAD 
dərgisi \ Fevral 2016
Ə
dəbiyyat cəmiyyət tarixinin 
bütün dövrlərində, 
mərhələlərində ictimai 
(və milli!) şüurun ən müstəqil forması 
olmuşdur. Və bu müstəqillik, hər şeydən 
əvvəl, ondan irəli gəlir ki, ədəbiyyat 
ictimai şüurun ən kütləvi təzahürlərindən 
daha kütləvi (və milli)dir.  Kütləvi (və 
milli) təfəkkür isə öz təbii inersiyası ilə, 
qarşısına nə qədər mürəkkəb  maneələr 
çıxsa da, həmişə müstəqilliyə can atır (və  
heç vaxt bu mübarizədən imtina etmir).
Deyə bilərlər ki, ədəbiyyatla  müqayisədə, 
məsələn, musiqi daha kütləvi (hətta  daha 
milli)dir… Ancaq deyə bilməzlər ki,  musiqi, 
yaxud incəsənətin hər hansı digər sahəsi 
ədəbiyyat qədər ideolojidir və  ədəbiyyat 
qədər  milli (ictimai) şüura, onun müstəqillik 
uğrunda mübarizəsinə təsir (və xidmət)  edə 
bilər.
Ədəbiyyat, o cümlədən də Azərbaycan 
ədəbiyyatı bütün mövcud tarixi boyu  
müstəqilliyi, əsasən, biri digərilə sıx əlaqədə 
olan iki səviyyədə müdafiə (və təbliğ) 
etmişdir:
1) insanın müstəqilliyi;
2) etnosun (xalqın) müstəqilliyi.
Bunların hansı birinin digərindən  mühüm 
olduğu üzərində, ümumiyyətlə,  mübahisə 
etmək mümkündür. Ancaq belə bir məqam, 
fikrimizcə, mübahisəsizdir ki, milli ictimai 
şüur formalaşana qədər  ədəbiyyat daha çox 
insanı (onun  müstəqilliyini!), formalaşdıqdan 
sonra isə etnosu, xalqı, milləti (onun 
müstəqilliyini!)  tərənnüm edir. 
Ədəbiyyatın 
         müstəqilliyindən 
müstəqilliyin 
             ədəbiyyatına
və əminəm ki, biz də bu adın haqqını 
verəcəyik. 
“Ustad” gəlməmişdən əvvəl qarşımıza 
bir sıra şərtlər qoydu:
Sağçı və solçuların birliyini və barışığını 
təmin edib onları səhifələrimizdə  qonaq 
etmək;
Milli başları namilli başlardan 
fərqləndirərək gözləri, şüurları sadəcə milli 
başlara yönləndirmək;
Yolunu yanlış gedənlərə yol göstərmək;
Gəncliyi ağsaqqalların səhvindən nəticə 
çıxarmağa, düzündən yararlanmağa 
yönləndirmək;
Sabahları dünənin cahil, mövhumatçı 
qoynundan alıb, bu günün həqiqətləri ilə 
tanış etmək;
Ədəbi həqiqətlə əbədi həqiqəti 
təcəssüm etdirmək;
Bacarıqlı şagirdləri Ustad etmək…
Ustad ulu və amiranə səslə bir də 
onu dedi ki, əgər bunlara əməl etməyi 
bacaracaqsınızsa, adımı tutub işə başlayın, 
yox bacarmayacaqsınızsa, gedin özünüzə 
başqa ustad tapın. 
Ustad Ustaddır, onun bütün fikirləri 
birmənalı qəbul edilməli, şərtləri yerinə 
yetirilməlidir. Biz də and içdik ki, 
Ustadımızın yolundan zərrə qədər də 
olsun yayınmayıb, Bilgə Kağandan, 
Dədəm Qorquddan, Şeyx Nizamidən, 
Nəimidən, Nəsimidən, Xətayidən, 
Axundzadədən, Zərdabidən, Mirzə 
Cəlildən, Hüseyn Caviddən, Üzeyir 
Hacıbəyovdan, Şəhriyardan, Muğannadan 
bu günə ötürülən ışığı özümüzlə gələcəyə 
daşıyacağıq. 
Hədəfimiz budur!
Nizami Cəfərov


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə