Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

səsli xatirələr
45
USTAD 
dərgisi \ Fevral 2016
44
USTAD 
dərgisi \ Fevral 2016
haqqında xatirələri toplayıb, yenidən nəşrə 
hazırladıq. Həmin xatirələr içərisində dərc 
edilməyənlərin bir neçəsini məxsusi olaraq 
“Ustad”ın oxucularına təqdim edirik.
“O sanki iki aləmdə 
yaşayırdı”...
S
adəlik onun geyimində də, 
rəftarında da dərhal nəzərə 
çarpırdı. O, süni təvazökarlıqdan 
uzaq idi. Xahişi də tələb şəklində edirdi: 
elə bil ki, belə də olmalı idi, başqa cür ola 
bilməzdi. O, sanki iki aləmdə yaşayırdı: 
biri adi, həyati, gündəlik aləm idi – o 
səninlə görüşürdü, danışırdı, mübahisə 
edirdi, yeyirdi-içirdi… Lakin elə bu zaman 
onun gözlərində nə isə başqa bir aləmin 
şüaları parlayırdı. O düşünürdü, ehtimal ki, 
yaradıcılıq aləmində yaşayırdı. Bəzən ikinci 
aləmin şüasından bir parça birinci aləmə 
düşür və qəribə bir hal əmələ gətirirdi: 
danışıqda məntiqsizlik, mühakimədə qırıqlıq 
və rabitəsizlik yaradırdı…
Mənə elə gəlir ki, “Vurğun” təxəllüsü 
ona çox uyğun idi. Ona görə yox ki, şair 
cavanlığında hansı qıza isə dəlicəsinə 
vurulmuşdu; məhz ona görə ki, Səməddə 
həyata da, şairliyə də, Vətənə və xalqa da 
dərin məftunluq, vurğunluq hiss olunurdu. 
Şair özü də Vurğun adına vurulmuşdu.
1927-ci ildə Səməd “İnqilab və 
mədəniyyət” jurnalına “Hazır olunuz!” adlı 
bir şeir göndərmişdi. Məsələyə o zamankı 
ötkəm proletar şairi mövqeyindən yanaşan 
Süleyman Rüstəm “Vurğun” təxəllüsünü 
meşşanlıq əlaməti bilib, redaksiyada onu 
“Məsrur” təxəllüsü ilə əvəz etmişdi. Şeir 
jurnalda “Səməd Məsrur” imzası ilə çıxmışdı. 
Əlbəttə, bu yeni imza əvvəlkinin ziddinə 
olsa da, ciddi seçilməmişdi, o qədər də 
məqsədəuyğun deyildi. Səməd Vurğun nəinki 
“Məsrur” təxəllüsünü qəbul etmədi, hətta 
“Vurğun” təxəllüsündən də heç vəchlə əl 
çəkmək istəmədi.
Zahirən laübalı və sadəlövh görünən 
Səməd Vurğun heç də prinsipsiz adam 
deyildi. Əksinə, böyük bir sadəliklə bərabər 
onda çox qüvvətli alicənab bir vüqar vardı. 
Bu, lovğalıq deyildi. Lovğalıq yüngüllük 
əlamətidir, belə bir xasiyyət əksəriyyətlə 
Aslan Salmansoy, 
filologiya üzrə fəlsəfə doktoru
Məmməd Arif


səsli xatirələr
45
USTAD 
dərgisi \ Fevral 2016
44
USTAD 
dərgisi \ Fevral 2016
içi boş adamlarda olur. Səməd Vurğun 
daxilən bütöv, möhkəm əqidəli, öz mənəvi 
təmizliyinə və qüvvəsinə inanan və öz 
inamında güzəştə getməyən adam idi. 
Onun prinsipiallığı da bu möhkəm və 
sağlam bünövrəyə əsaslanırdı. Bu, tərslik 
deyildi, möhkəm daxili qənaətdən doğan, 
humanizmə və xeyirxahlığa əsaslanan 
məqsədəuyğunluq idi.
1930-cu ildə Səməd Vurğun bir neçə 
şair yoldaşı ilə bərabər ali təhsilini davam 
etdirmək üçün Moskvaya getmişdi. 
Getməmişdən əvvəl “Səriyyənin ölümü” adlı 
şeirini “İnqilab və mədəniyyət” redaksiyasına 
vermişdi. Jurnalın əməkdaşı olduğum 
üçün şeirin son bəndindəki “bədbinliyi” 
yumşaltmağı mənə tapşırmışdılar. 
Azərbaycan qızı Səriyyə Xəlilovanın cəhalət 
qurbanı olaraq öldürülməsi, əlbəttə, faciəli 
və ağır bir hadisə idi. Buna baxmayaraq, 
Səriyyənin ölümünə həsr edilmiş şeiri 
bədbin cümlələrlə bitirmək olmazdı (şeirin ilk 
variantı yadımda qalmadığı üçün bədbinliyin 
dərəcəsini indi təyin etmək çətindir). Şeiri 
Moskvaya, şairə göndərmək, onun təshihini 
gözləmək çox vaxt tələb edirdi, jurnal gecikə 
bilərdi. Çarə ona qalırdı ki, qələmi əlimə alıb 
şeirə bir neçə nikbin misra artırım. Elə də 
etdim. Şeirin 8-ci bəndini bu şəkildə yenidən 
yazdım:
Acı xəbər rüzgar kimi yayıldı diyar-diyar,
Səni təşyi etmək üçün coşqun gördüm 
şəhəri.
Min bir azad qadın gördüm, həpsi səni  
  
 
 
 
    salamlar
Və deyərdi: “Biz yaparıq, yapmadığın  
  
 
 
 
       işləri”.
Şeir jurnalda (1930-cu il, 
№ 2-3) bu 
şəkildə dərc olundu. Səməd Vurğun öz şeirini 
jurnalda oxuyanda tərs-tərs üzümə baxdı. 
Bu barədə ona əvvəlcədən xəbər verməyimə 
baxmayaraq, məndən narazı qaldığı aydın 
idi. Onun töhmətli və bir az da təbəssümlü 
baxışlarından hiss etdim ki, əlavə etdiyim 
misralar “qızıl” da olsa, Səməd Vurğun onları 
qəbul etməyəcək. Yaxşı ki, şair şeirinin ilk 
variantının sonunu özü də bəyənmədi və 
sonrakı nəşrlər üçün “Səriyyənin ölümü” 
şeirinə “Tabut keçərkən” sərlövhəsi altında 
bir parça əlavə etdi.
Öz yazısına, fikrinə bu qədər həssas 
yanaşan Səməd Vurğun lazım bildiyi 
əsərlərini çapdan əvvəl yoldaşlarına oxumağı, 
rəy və məsləhətlərə qulaq asmağı da sevirdi. 
İki belə oxunuş mənim yaxşı yadımdadır. 
Birinci “Vaqif” dramına aiddir. 1938-ci 
ildə tamaşaya qoyulan “Vaqif”i bir neçə ay 
əvvəl Səməd Vurğun Yazıçılar İttifaqında 
oxudu. Əsər geniş müzakirə edildi, şairə 
bir sıra maraqlı məsləhətlər verildi. O, 
məsləhətlərə çox diqqətlə qulaq asır, xoşuna 
gələn qeydləri təkrar etdirirdi, məlum olurdu 
ki, deyilən sözlər ürəyinə yatmışdır. Bu 
müzakirədə bir epizod mənimlə əlaqədar 
olduğu üçün yadımda daha yaxşı qalmışdır. 
Mən müzakirədə əsasən Vaqifin müsbət 
idealları üzərində dayanıb dedim ki,  bu 
ideallar, yəni Vaqifin nəyin uğrunda mübarizə 
etməsi əsərdə daha konkret göstərilsəydi, 
yaxşı olardı, Vaqifin müsbət arzuları, 
xəyalları aydınlaşar, bu da bir xalq qəhrəmanı 
kimi onun surətini qüvvətləndirərdi. Bu, 
S.Vurğunun çox xoşuna gəldi. Nəticəsi o 
oldu ki, şair 2-ci pərdənin 3-cü şəklində 
Vaqifin dialoquna “Kor kimi qalmasın 
insan...” sözləri ilə başlanan bir neçə 
misranı əlavə etdi. Onun bu əlavəsi məni 
çox sevindirdi, çünki bu sözlər, doğrudan 
da, Vaqifi xalq mənafeyi, yüksək ictimai 
arzularla yaşayan bir qəhrəman kimi 
səciyyələndirməyə kömək edirdi. 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə