Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

tərcümə guşəsi
51
USTAD 
dərgisi \ Fevral 2016
50
USTAD 
dərgisi \ Fevral 2016
qardaşım da var idi. Buna baxmayaraq, yaş 
və xarakter fərqimiz olduğuna görə, onunla 
heç vaxt yaxın ola bilmədik. Mən əsl qardaş 
sevgisini dostum K.-ya qarşı hiss edirdim. 
K. arıq, cılız, ağbəniz, qız gözəlliyi 
olan bir uşaq idi. Nitqində qüsur olduğuna 
görə, kənardan baxanlara həmişə elə 
gələrdi ki, ağıldan kəmdir. Çox cılız 
olduğundan məktəbdə də, küçəmizdə də onu 
qoruyurdum. Mən iri cüssəli idim,  idmançı 
görünüşüm vardı. Buna görə də uşaqlar 
məndən çəkinirdilər. K. şirin və təmiz ürəkli 
olduğuna görə, onunla dostluq etməyi 
sevirdim. 
Qavramağında heç bir qüsur olmasa 
da, nitqindəki problemlər üzündən 
məktəbdə uğur qazana bilmirdi. Dərslərinə 
hazırlaşmaqda
 
çətinlik çəkirdi. Ancaq rəsm 
dərsində çox bacarıqlı idi. Əlinə qələm, 
ya da fırça  aldıqda həyat dolu rəsmlər 
çəkərdi. Hətta müəllim belə heyran qalardı. 
O yarışlarda həmişə mükafatlar qazanardı. 
Və  əminəm ki, əgər gənclik illərinə qədər 
çəkməyə davam etsəydi, məşhur rəssam 
olacaqdı.
Gözəl dəniz mənzərələri çəkməyi sevirdi. 
Sahilə gedib saatlarla rəsm çəkdiyi vaxtlar 
olardı. Həmişə yanında oturar, fırçasının 
sürətli və səliqəli hərəkətlərini izləyər, onun 
bir neçə dəqiqə ərzində ağ kağıza necə canlı 
və rəngli rəsmlər çəkməsinə heyranlıqla 
tamaşa edərdim. İndi dərk edirəm ki, bu əsl 
istedad imiş. 
Hər şeyin beləcə davam etdiyi bir vaxtda 
– sentyabr ayında nəhəng qasırğa bizim 
yerlərə hücum çəkdi. Radioda son on ilin 
ən güclü qasırğasının olacağı deyilirdi. 
Məktəblər tətilə buraxıldı. Tufana hazırlıq 
üçün qəsəbədəki bütün mağazalar qapılarını 
bağladı. Səhər dan yeri sökülməmiş atam 
və qardaşım fırtınadan qorunmaq üçün evin 
ətrafına taxta qoruyucular mismarladılar, 
anam isə ehtiyat azuqə hazırlamaq üçün 
bütün günü mətbəxdə əlləşdi. Şüşələrı və 
qumqumaları su ilə doldurduq; evakuasiyaya 
hazır olmaq üçün ən vacib əşyalarımızı 
çantalara yığdıq. Qasırğa böyüklərin 
gözündə əlavə  dərd, qorxu demək idi, ancaq 
dünyadan xəbərsiz uşaqlar bunu böyük bir 
sirk, maraqlı bir həyəcan kimi görürdülər.
Günortadan sonra birdən-birə səmanın 
rəngi dəyişməyə başladı. Burada qəribə 
və reallıqdan uzaq nəsə vardı. Külək 
vıyıldamağa, yağış əcaib quru səslə ovuc-
ovuc qum kimi evi döyəcləməyə başlayana 
qədər evin artırmasında dayanıb göyə 
tamaşa etdim. Sonra  qapıları bağlayıb, 
qaranlıq evin bir otağına sığındıq və radionu 
açdıq. 
“Bu tufan çox  yağışlı olmadı”, – deyə 
radiodan gələn səs bildirirdi. Lakin külək çox 
böyük ziyan vurmuş, evlərin dam örtüyünü 
uçurmuş, gəmiləri aşırmışdı. Küləyin 
gücü ilə havada uçuşan ağac parçaları bir 
neçə insanın yaralanmasına və ölməsinə 
səbəb olmuşdu. İnsanlara evlərindən çölə 
çıxmaması üçün tez-tez xəbərdarlıq edilirdi. 
Evimiz hərdən sanki böyük bir əl yellədirmiş 
kimi cırıldayır, hərdən də çıxardığı səsdən 
daha ağır olduğu hiss edilən bir şey qapımızı 
şaqqıldadırdı. Atam bunların qonşunun 
evindən qopan kirəmitlər olduğunu söylədi.
 Günorta anamın bişirdiyi düyü və 
qayğanağı yeyə-yeyə tufanın keçib getməsini 
gözlədik. Ancaq qasırğanın bitəcəyinə dair 
heç bir işarə belə yox idi. Radioda qasırğanın 
sahilə vurduğu andakı gücünü itirdiyini və  
yavaş-yavaş cənub-şərqə doğru hərəkət 
etdiyini dedilər. Külək torpağın üstündə olan 
hər şeyi kökündən çıxartmağa çalışaraq 
vəhşicəsinə ulamaqda davam edirdi. Təxmini 
bir saat bu formada əsdikdən sonra, ətrafa 
böyük bir səssizlik çökdü. Birdən-birə o 
qədər sakitlik oldu ki, hətta uzaqdakı quşun 
çığırtısını belə eşidə bildik. 
Atam qapını bir az aralayıb çölə 
baxdı. Külək dayanmışdı, yağış da artıq 
yağmırdı. Sıx qara buludlar göyün üzündən 
aralanmışdı, səmanın mavi parçaları ordan-
burdan yamaq tək görünürdü. Bağçadakı 
ağaclar hələ də yük kimi üstlərinə çökmüş 
ağır yağış suyunu damcılatmaqda idilər.
“Tufanın başlanğıcındayıq, – atam dedi. 
– Bir müddət belə sakitlik olacaq – təxminən 
on beş-iyirmi dəqiqə... Tufan istirahət 
etmək üçün fasilə verib. Sonra külək əvvəlki 
gücündə geri qayıdacaq”.
“Çölə çıxa bilərəmmi?” – soruşdum. 


tərcümə guşəsi
53
USTAD 
dərgisi \ Fevral 2016
52
USTAD 
dərgisi \ Fevral 2016
Əgər uzaqlaşmasam, yaxınlarda gəzsəm çıxa 
biləcəyimi dedi: “Ancaq küləyin ilk əlamətini 
görən kimi geri qayıtmağını istəyirəm”. 
Çölə çıxdım və kəşfiyyata başladım. 
Beş dəqiqə əvvəl burada qəzəbli fırtınanın 
əsdiyinə inanmaq çətin idi. Səmaya baxdım. 
Tufanın böyük “gözü”nün orada olduğunu 
və sərt baxışlarını bizə zillədiyini gördüm. 
Təbii ki, elə bir “göz” mövcud deyildi, sadəcə 
olaraq fırlanan hava topasının mərkəzində 
bir anlıq sakit qalmış nöqtə idi. Böyüklər 
evə nə qədər zərər dəydiyini yoxlayırdılar. 
Mən isə sahilə tərəf yollandım. Yolboyu 
ətrafa qırılmış ağac parçaları səpələnmişdi, 
onlardan bəziləri o qədər qalın gövdəli 
şamlar idilər ki, hətta böyüklər belə onu 
təkbaşına qaldıra bilməzdilər. Hər yerdə 
kirəmit parçaları vardı, maşınların şüşələri 
qırılmış, bir it damı diyirlənib yolun ortasına 
düşmüşdü. Elə bil, böyük bir əl göydən yerə 
sallanıb qabağına çıxan hər şeyi yastılamışdı. 
K. məni yolda görüb çölə çıxdı. “Hara 
gedirsən?” – soruşdu. “Sahilə düşürəm”, 
– dedim. Başqa heç nə demədən yanımla 
addımlamağa başladı. Kiçik ağ iti də bizə 
qoşuldu.
“Külək başlayan dəqiqə tez evə 
qayıdacağıq”, – dedim və K. səssizcə başını 
tərpədərək razılaşdı. 
Sahil evimizdən iki yüz yard uzaqlıqda 
idi. Mənim boyum hündürlüyündəki beton 
sahilbəndlər – böyük sədlər bir xətt boyunca 
uzanırdı. Suyun kənarına çatmaq üçün bir 
neçə pilləni adlamalı olacaqdıq. Bura demək 
olar ki, hər gün oynamağa gəlirdik, ona görə 
də hər qarışına yaxşı bələd idik. 
Tufanın gözündə hər şey fərqli görünürdü: 
səmanın, dənizin rəngi, dalğanın səsi, 
suyun qoxusu, sahilin genişliyi... Bir müddət 
sahilbəndin üstündə oturduq və səssiz-
səmirsiz dənizə tamaşa etdik. Guya böyük bir 
qasırğanın düz ortasında idik, amma dalğalar 
qəribə səssizliyə bürünmüşdülər. Dənizin 
səviyyəsi də həmişəkindən, hətta qabarma 
və çəkilmələr vaxtı olduğundan da aşağı idi. 
Sahilboyu göz işlədikcə ağ qum uzanırdı. 
Sahilə çıxmış gəmi parçalarını saymasaq, bu 
böyük boşluq mebelsiz evə bənzəyirdi. 
Sahilbəndin o biri tərəfinə keçərək 
geniş sahil boyunca gəzişməyə, ətrafdakı 
əşyaları qurdalamağa başladıq. Plastmas 
oyuncaqlar, səndəllər, yəqin ki, mebelə aid 
taxta parçaları, cırıq paltarlar, qeyri-adi 
şüşələr, üstündə xarici dildə yazıları olan 
yeşiklər və tanımadığımız çoxlu əşya var idi 
– sanki xırdavat dükanına düşmüşdük. Yəqin 
ki, qasırğa bunları çox uzaqlardan sürüyüb 
gətirmişdi. Hər dəfə diqqətimizi çəkən nəsə 
görəndə, onu götürüb o üz-bu üzünə baxır, 
yerə atırdıq, sonra da K.-nın iti gəlib iyləyirdi. 
Heç beş dəqiqə keçməmişdi ki, dalğaların 
düz yanımıza qədər gəldiyini gördüm. Dəniz 
səssiz-səmirsiz uzun, hamar dilini sahilə 
– düz ayaqlarımıza qədər uzadırdı. Mən 
heç vaxt belə bir şey görməmişdim. Uşaq 
olmağıma baxmayaraq, sahil qəsəbəsində 
böyüdüyüm üçün, okeanın necə qorxunc 
olduğunu və gözlənilmədən vəhşicəsinə 
zərbə vura biləcəyini bilirdim. Ona görə də 
sudan kənarda durmağa çalışdım. Buna 
baxmayaraq, dalğalar dayandığım yerin bir 
qarışlığına qədər gəldi. Sonra su səssizcə 
geriyə – əvvəlki yerinə qayıtdı. Mənə 
yaxınlaşan dalğalar qorxulu görünmürdülər, 
hətta aram-aram qumlara toxunuşu xoşuma 
da gəlirdi. Ancaq pis tərəfləri də vardı. Elə 
bil, hansısa bir həşəratı sığallayırmışam 
kimi ətim ürpəşirdi. Qorxum tamamilə 
mənasız ola bilərdi. Ancaq bir o qədər də 
gerçək idi. İnstinktiv olaraq hiss edirdim ki, 
onlar canlıdır. Dalğalar... canlıdır... Burada 
olduğumu bilirlər və məni qamarlamağa 
çalışırlar. Sanki böyük, insanyeyən yırtıcı 
heyvan otların arasında uzanıb və qəflətən 
hücum edərək məni iti dişləri ilə param-
parça etmək istəyir. Tez qaçmalıydım.
“Mən burdan gedirəm, K.” – deyə ona 
tərəf qışqırdım. Sahildə, təxminən 10 
yard məndən uzaqda idi, üzü dənizə tərəf 
çömbələrək oturmuşdu və yerdə nəyəsə 
baxırdı. Əmin idim ki, kifayət qədər yüksək 
səslə bağırmışam, ancaq, deyəsən, səsim 
ona çatmadı. Tapdığı əşya nə idisə, ona o 
qədər aludə olmuşdu ki, çağırdığımı eşitmədi 
də. 
K. həmişə belə idi. Əlindəkinə başı 
o qədər qarışardı ki, ətrafdakı  hər şey 
yadından çıxardı. Ya da... bəlkə kifayət 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə