Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

tərcümə guşəsi
53
USTAD 
dərgisi \ Fevral 2016
52
USTAD 
dərgisi \ Fevral 2016
qədər yüksək səslə bağırmamışdım. Səsim, 
elə bil, başqasına aid idi. Hər halda, qəribə 
səsləndiyini xatırlayıram. 
Sonra qulaqbatırıcı bir gurultu eşitdim. 
Elə bil, dünya yerindən tərpəndi. Əslində, 
gurultudan əvvəl başqa bir sirli səs də 
eşitmişdim:  sanki su yerin içindən – balaca 
deşikdən fışqırırmış kimi şırıltı səsi gəlirdi. 
Bir müddət beləcə davam etdi. Sonra 
dayandı. Daha sonra da mən o qəribə 
gurultunu eşitdim. Amma… Hətta bu 
da K.-nın diqqətini çəkmədi. O hələ də 
çömbəlib, ayağının altındakı nəyəsə çox 
diqqətlə baxırdı. Çox güman ki, gurultunu 
eşitməmişdi. Heç cür başa düşə bilmirəm ki, 
bu qədər güclü, dünyanı silkələyən səsi necə 
eşitməmək olardı?! 
Sizə qəribə gələ bilər, amma ola da bilsin 
bu təkcə mənim eşitdiyim xüsusi bir səs 
olmuşdu. Yəqin ki, itlərin səsə qarşı necə 
həssas olduğunu bilirsiniz. Ancaq, deyəsən, 
bu dəfə  K.-nın iti də heç nə duymamışdı.
Yəqin ki, K.-nın yanına qaçıb, onu 
qolundan tutmalı, dartaraq, – “buradan 
getməliyik”, – deməli idim. Əlbəttə, bunu 
etməliydim. Çünki dalğanın gəldiyini mən 
bilirdim, K. isə görmürdü.
Mənən nə etməli olduğumu çox yaxşı 
bilsəm də, bərk qaçdığımı, həm də, üzü 
bəndə tərəf maksimum sürətlə qaçdığımı hiss 
etdim. Əminəm ki, məni buna məcbur edən 
qorxu idi. O qədər dəhşətli qorxu ki, səsim 
batmış, ayaqlarım məndən asılı olmayaraq 
hərəkətə başlamışdılar. Büdrəyə-büdrəyə 
narın qumlar üzərindən atılaraq sahilbəndin 
üstünə çıxdım, sonra da tez geri çevrildim və 
K.-nı səslədim: “Cəld ol, K! Bura gəl! Dalğa 
gəlir!” 
Bu dəfə səsim yaxşı çıxdı. Həm də gurultu 
dayanmışdı. Nəhayət, ki, K. qışqırığımı eşidib 
başını qaldırdı. Çevrilib mənə baxdı. Ancaq 
artıq gec idi.
Dalğa başını yuxarı qaldırmış böyük ilan 
kimi zərbə vurmaq üçün soyuqqanlılıqla 
sahilə tərəf irəliləyirdi. Həyatım boyunca 
belə bir şey görməmişdim. Üç mərtəbəli 
bina hündürlüyündə idi. Səssiz-səmirsiz 
(yaddaşımdakı təsvir səssiz idi) K.-nın 
arxasından qalxaraq göy üzünü örtdü. K. 
bir neçə saniyəlik mənə baxdı, ancaq heç 
nə başa düşmədi. Sonra sanki nəsə hiss 
edərək, sahilə tərəf çevrildi. Qaçmaq istəsə 
də, artıq vaxtı qalmamışdı. Dalğa onu bir göz 
qırpımında ağuşuna aldı. 
Dalğa sahilə çırpıldı, havada uçuşan 
milyonlarla dalğaya bölündü və dayandığım 
sahilbəndin üstündən aşdı. Cəld əyilərək 
sahilbəndin arxasında gizləndim. Beləcə 
özümü zərbədən qoruya bildim. Ətrafa 
sıçrayan su paltarımı islatdı, başqa heç nə. 
Yenidən divarın üstünə dırmaşdım və sahilə 
boylandım. Dalğa geri dönərək vəhşi bağırtı 
ilə dənizə qayıdırdı. Elə bil, kimsə dünyanın 
o biri başından dənizi xalça kimi tutub özünə 
tərəf çəkirdi. Sahilin heç bir tərəfində K.-
dan və itindən əsər-əlamət yox idi. Təkcə 
bomboş sahil görünürdü. 
Geri çəkilən dalğa sahildən özü ilə o 
qədər çox su aparmışdı ki, sanki okeanın dibi 
tamamilə boşalmışdı. Sahilbəndin üstündə 
təkcə dayanmışdım. Hətta dayandığım 
yerdə pərçimlənmişdim də deyə bilərəm. 
Hər şeyin üstünə  yenidən səssizlik çökdü  
– ümidsiz bir səssizlik... Sanki dalğa səsin 
özünü də dünyadan qoparıb aparmışdı. O 
K.-nı udaraq, uzaqlarda yox olmuşdu. Mən 
dayanıb necə hərəkət etməli olduğumu 
götür-qoy edirdim. Bəlkə sahilə qayıdım? K. 
orada – qumun altında da ola bilərdi. Ancaq 
qərar verdim ki, divardan düşməyim. Çünki 
bilirdim:  böyük dalğalar adətən iki-iki, üç-
üç gəlir. Nə qədər vaxt keçdiyini dəqiq deyə 
bilməyəcəyəm, amma on, ya on iki saniyəlik 
müdhiş boşluqdan sonra təxmin etdiyim 
kimi növbəti dalğa gəldi. O  nərildəyərək 
sahili silkələdi və yenə də səs öləziyən kimi 
başqa bir böyük dalğa  zərbə endirmək üçün 
başını qaldırdı. Qabağımda yüksəldi, ölümcül 
uçurum kimi göyün üzünü örtdü.  Amma 
bu dəfə qaçmadım. Özümdən asılı olmadan 
divara mıxlandım və hücum etməsini 
gözlədim.
Dalğa K.-nı aparmışkən qaçmağın bir 
mənası olmadığını düşündüm.
 
Bəlkə də 
sadəcə olaraq qorxudan donub qalmışdım. 
Məni orada qalmağa məcbur edən şeyin 
nə olduğunu dəqiq bilmirəm. İkinci dalğa 
birinci qədər böyük idi. Bəlkə də daha 


tərcümə guşəsi
55
USTAD 
dərgisi \ Fevral 2016
54
USTAD 
dərgisi \ Fevral 2016
böyük... O ovxalanan kərpic kimi formasını 
itirərək başımdan aşağı tökülməyə başladı. 
O qədər böyük idi ki, həqiqi dalğa kimi də 
görünmürdü. Başqa bir şeyə bənzəyirdi. Elə 
bil, başqa bir dünyadan gəlib dalğa formasını 
almışdı. 
Özümü qaranlığın məni udacağı ana 
hazırlamışdım. Hətta gözlərimi belə 
yummamışdım. Ürəyimin döyüntüsünü 
inanılmaz dərəcədə dəqiqliklə xatırlayıram. 
Dalğa düz qarşıma çatanda bilmirəm necə 
oldu, amma dayandı. Elə bil, bütün enerjisi 
bir andaca bitmiş, irəliyə getmək həvəsini 
itirmişdi. Sadəcə, havadan asılı qalaraq 
səssiz-səmirsiz yox oldu. Düz zirvəsində 
– qəddar, şəffaf dilində K.-nı gördüm. 
Bəziləriniz bunun mümkünsüz olduğunu 
düşünəcəksiniz; düzü buna görə mən sizi 
günahlandırmıram. Hətta özüm də indi buna 
inanmaqda çətinlik çəkirəm. Nə gördüyümü 
sizə başqa hec cür izah edə bilməyəcəyəm. 
Ancaq dəqiq bilirəm ki, bu nə xülya, nə də 
qarabasma idi. Orada nə baş verdiyini – o 
dəqiqə həqiqətən nə baş verdiyini sizə ən 
dürüst şəkildə danışıram. 
K.-nın bədəni dalğanın ucunda şəffaf 
bir kapsulanın içində hərəkətsiz formada 
yanıüstə uzanıqlı vəziyyətdə idi. Ancaq bu 
hamısı deyildi. K. dübbədüz mənə baxıb, 
gülümsəyirdi. Dostum, mənim ən yaxşı 
dostum orada idi, düz yaxınlığımda... Əlimi 
uzatsam, toxuna biləcəkdim. Dəqiqələr əvvəl 
dalğa onu məndən ayırmışdı. Və o mənə 
gülümsəyirdi. Özü də bu adi bir gülümsəmə 
deyildi. Böyük ağzını geniş açaraq irişirdi, 
necə deyərlər, az qala ağzı qulaqlarına 
çatırdı. Ancaq soyuq baxışları gözlərimə 
zillənmişdi. 
O əvvəlki K. deyildi. Sağ qolunu mənə 
tərəf uzatmışdı, elə bil, əlimdən dartıb məni 
də yeni dünyasına aparmaq fikrindəydi. Az 
qalmışdı, əli mənə çatmaq üzrə idi. Amma 
çatmadı və K. ağzını bayaqkından da geniş 
açaraq gülümsədi. Həmin anda huşumu 
itirdim.
Özümə gələndə atamın klinikasında 
yataqda uzanmışdım. Mənim ayıldığımı 
görən tibb bacısı atamı çağırdı. O da 
qaçaraq gəldi. Nəbzimi yoxladı, göz 
bəbəklərimi araladı və əlini alnıma qoydu. 
Qolumu tərpətməyə çalışdım, ancaq qaldıra 
bilmədim. Qızdırmadan titrəyirdim, huşum 
hələ də tam olaraq özünə gəlməmişdi. Xeyli 
vaxtdır ki, hərarətim var imiş. 
“Üç gündür ki, yatırdın”, – atam dedi. 
Məni evə, baş verənləri kənardan görən 
qonşumuz gətirmişdi. Ancaq K.-nı tapa 
bilməmişdi. Atama bəzi şeylər söyləmək 
istədim. Nəsə deməliydim. Lakin keyimiş 
və şişmiş dilim söz tutmadı. Elə bil, ağzımın 
içində hansısa bir məxluq oturmuşdu. Atam 
adımı deməyimi istədi, lakin mən xatırlayana 
qədər, ətrafım qaranlığa qərq oldu və 
yenidən huşumu itirdim. Düz bir həftə 
yataqdan qalxa bilmədim. Bu zaman ərzində 
yemək yemir, ancaq maye qəbul edirdim. 
Bir neçə dəfə qusdum. Sonradan bildim ki, 
dəfələrlə sayıqlamışam, bir neçə kərə ürəyim 
gedib... 
Sonradan-sonraya atam mənə dedi ki, 
vəziyyətim o qədər ağır imiş ki, yüksək 
hərarətdən və gərginlikdən beynimdə 
ömürlük zədə qalacağından qorxublar. 
Bununla belə, sağaldım. Artıq heç olmasa 
fiziki cəhətdən sağlam hesab edilirdim. 
Ancaq həyatım heç vaxt əvvəlki kimi olmadı.
K.-nın cəsədi tapılmadı. Heç itinin də… 
Adətən bu tərəflərdə batan olanda, bir neçə 
gündən sonra axıntı onun bədənini şərqdəki 
körfəzin sahilinə aparırdı. K.-da isə belə 
olmadı. Yəqin nəhəng dalğa onu dənizdə çox 
uzağa – sahilə qaytarmayacağı qədər uzağa 
aparmışdı. Bəlkə də, okeanın dərinliyində 
balıqlara yem etmişdi. 
Axtarışlar uzun müddət davam etdi. 
Sağ olsunlar, yerli balıqçılar da köməklik 
göstərirdi. Ancaq heç bir nəticə olmadı. 
Cəsəd tapılmadığı üçün dəfn mərasimi də 
keçirilmədi. 
K.-nın ailəsi dəli kimi sahildə o tərəf-bu 
tərəfə gəzişir, sonra isə evlərinə sığınaraq 
sutralar oxuyurdular. Bu K.-nın ailəsi üçün nə 
qədər böyük zərbə olsa da, onlar oğullarını 
tufanın ortasında qoyduğum üçün heç vaxt 
məni təqsirləndirmədilər. K.-nı öz kiçik 
qardaşım kimi sevdiyimi və qoruduğumu 
bilirdilər. 
Heç mənim atam-anam da yanımda heç 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə