Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

türkün  özü
61
USTAD 
dərgisi \ Fevral 2016
60
USTAD 
dərgisi \ Fevral 2016
“Aydına çox çətin olacaq, axı hər işdə mənə 
arxayın  idi...” olub.
İkisi də susdular. Çay soyumuşdu. Qafur 
çayxor idi. Çayı yaxşı dəmlənmiş, isti-isti 
içməyi sevərdi. Ona görə də dadına baxmaq 
üçün həmişə bir qurtumluq stəkanın dibinə 
süzdürərdi. İndi isə soyumuş açıq çayı guya 
ləzzətlə içdiyini göstərirdi. – Hə... Bəs işin 
necədir? Elə orda işləyirsən?
– Yox, ixtisara düşdüm.
– Necə yəni? Kim olsa da sən ixtisara 
düşə bilməzdin! – Qafur hiddətindən hətta 
ayağa qalxdı.
– Elə düşünürsən? – başını tərpədərək 
təmkinlə soruşdu.
– Sən institutu qırmızı diplomla 
bitirmişdin. Həmişə eyni yerdə işləmişdin, 
stajın çox idi. Necə deyərlər, kəllə idin
yadıma gəlir sovet dövründə Moskvada 
Ümumittifaq ixtiraçılar iclasına dəvət 
olunmuşdun. Elə deyil bəyəm? Qazaxıstanda 
sənin kimi istedadlı mühəndis azdır.
– Təzə gələnlər qaldı, bizlər – köhnələr isə 
getdik, – Aydın tamamilə sakit idi.
– Axı bu ədalətsizlikdir, sənin təqaüdə 
çıxmağına da çox var.
–  Qorxuram ki, təqaüdün üzünü 
görməyəm, – sakitcə dilləndi. – Bilənlər deyir 
ki, təqaüdün hesablanması üçün axırıncı beş 
ilin maaş məbləği əsas götürülür. Mənim 
təqaüdə çıxmağıma isə hələ on iki il var, 
özüm də iki ildir işləmirəm.
– Onda sən gərək vəzifəyə baxmadan nə 
iş olsa, işləyəsən.
– Bəyəm indi vəzifə, iş seçmək vaxtıdır? 
Bir yerdə vaxtyor işlədim, bu yaxınlarda 
o yeri də itirdim, – üzündə kinayəli acı 
təbəssüm yarandı, – Kiməsə bu iş də çox 
lazım oldu.
– Eybi yoxdur, ümidini üzmə!.. Səni 
qırağa atan deyilik. Sənə iş tapsam, 
Astanaya köçərsənmi? Bu üçotaqlını da 
dəyişə bilərsənmi?
– Mən öz Rimcanımı və Aybarımı qoyub 
gedə bilmərəm, – deyərək Aydın dostunun 
sözünü kəsdi.
Əlbəttə
, məni başa düşmək çətindir, 
amma... – Aydının nəfəsi daralırdı.
Yenə səssizlik yarandı. Qafur getməyə 
hazırlaşdı
.
– Bir fikirləş, – inadla deməsə də, yenə 
də sözünü təkrarladı, – Mən sənə Astanada 
iş axtararam, tapılmasa da öz müdirimdən 
xahiş edərəm.
– Fikirləşərəm, – deyərək Aydın dostanə 
bir təbəssümlə gülümsədi.
Astanaya bizə qonaq gəl, bu da 
ünvanım. 
– O-ho! – Aydın vizit kartına baxaraq 
sevincək dedi. – Mobil telefonun da var 
sənin.
– Vallah, mənə nə vizit kartı lazımdır, 
nə də mobil telefon. Bunların hamısını 
müdir təşkil edib... Səndən bir şey soruşum, 
dissertasiya yazmışdın, necə oldu, müdafiə 
edə bildin?
– Yox, eləmədim.
– Niyə? Sən ki, onu çoxdan bitirmisən?
– Bilirsən, artıq səs-küy, rütbə, ad-san 
sevmirəm,– Aydın gülərək cavab verdi.
– Hə, bilirəm əlbəttə, çox adamdan 
eşitmişəm, sən öz peşəni elə bilirsən ki, 
yeri gəlsə akademiki də susdura bilərsən. 
Məndə sənin bacarığın, qabiliyyətin olsaydı, 
dünyanın altını üstünə çevirərdim.
– Artıq dünyanı bilik yox, pul idarə edir.
– Bəli, heyif ki, haqlısan!... Yaxşı, mən 
gedim, müdir narahat olacaq.
– Almatıda neçə gün qalacaqsan?
– Bugün axşam reysi ilə müdirlə birlikdə 
Moskvaya uçuruq. Müdir Moskvadan xaricə, 
dincəlməyə gedəcək. Mən onun yeni cipini 
sürüb Astanaya gətirəcəm.
Aydın Qafuru avtobus dayanacağına 
qədər ötürdü. Qaynar bir səhər idi, göyüzü 
açıqdı. Almatının havası kaprizli qadın 
kimidir, gün ərzində qırx dəfə dəyişə bilər. 
Haradansa basıb gələn boz buludlar günəşi 
gizlətdi. Havadakı nəmişlik daha da artdı. 
Cənub-qərbdən əsməyə başlayan külək 
asfaltın üstündən qızmar tozu qaldırıb üzləri 
yandırdı, sərinlik gətirmədi. Yağışın ağır, isti 
damcıları aramla yeri döyəcləməyə başladı...
Dəyişən havadan bir nəticə çıxarda 
bilməyən Aydın yerindəcə dayanıb, 
düşüncəyə qərq oldu.
Aclıqmı ona əziyyət verirdi, yoxsa buludlar 
kimi ağır düşüncələrmi üst-üstə gəlirdi? 


türkün  özü
63
USTAD 
dərgisi \ Fevral 2016
62
USTAD 
dərgisi \ Fevral 2016
Bəlkə havasızlıq materiallaşaraq qurğuşun 
kimi sinəsini tutmuşdu? Ya da Qafurla görüş 
onun qəlbinin dərinliklərində yatan qayğıları 
oyatmışdı? Nə olduğunu başa düşmədən 
gecənin yarısına qədər yuxuya gedə bilmədi. 
“Ya Rəbbi, görəsən həyatımdakı bu qara 
zolaq nə vaxt qurtaracaq?... Görmürsənmi, 
qada-bəlanın ağır zənciri necə dolanıb 
ətrafıma, necə sıxır məni?.. Kömək elə, ya 
Rəbbi!.. Yardım elə, kömək dur! Məndən üz 
döndərmə! Mən axı hər şeyi sənin əhdinə 
görə etmişəm!” 
Gah bir, gah da o bir yanına döndü, 
köhnə taxta yatağını cırıldada-cırıldada 
səhərə yaxın yuxuya gedə bildi. Oyananda 
da ağır qalxdı, zorla durdu. Köhnə pərdənin 
deşiklərindən içəri düşən günəş şüaları beton 
binanın otağını dözülməz dərəcədə isitmişdi
.
Titrəyən ayaqlarını zorla sürüyərək, 
səndələyərək yaxınlaşıb pəncərəni açdı. 
Küçədə hava daha isti idi. Açıq pəncərədən 
boğanaq hava həvəslə içəri doldu, sanki özü 
də istidən qaçmağa yer axtarırdı. Yenə ürəyi 
sıxıldı, gözləri dumanlandı. Birdən yadına 
düşdü ki, iki gündür yemək yemir. Sonraya 
saxladığı, bərk ac olsa yeyəcəyi şorbanı 
yadına saldı. “Deyəsən, soyuducuda yeməyə 
nə isə olmalıdır” – bu ümidlə divardan tuta-
tuta mətbəxə getdi.
Soyuducunun qapısını açıb, məəttəl 
qaldı. Bütün rəflər boş idi. Təkcə bir küncdə 
köhnə çörək dilimləri, bir də hisdən boz 
ləkə almış qazança var idi. Bir həftə əvvəl 
sümüklərdən bişirdiyi şorbanı qızdırıb içdi 
və soyuducunu söndürdü. “Soyuducuda 
saxlamağa yağım yox, südüm yox, gərək 
onu yuyub-təmizləyim. Bir də nə vaxt şorba 
bişirməyə sümüyüm olacaq ki? Təmizlənmiş 
soyuducunu bəlkə ucuza satmaq olar? Evdə 
bundan başqa satmağa heç nə yoxdur”. 
Yarım qab şorbanı iki dilim çörəklə 
yeyib, bir az özünə gəldi. Çaydan-sudan 
içmək lazım idi. Köhnə dəmi qızdırıb içmək 
istəmədi. Dünən qurutduğu otları dəmləyib, 
ot çayı içdi. Çay acı olmasın deyə, içinə bir 
az duz atdı. Qənd-şəkər çoxdan qurtarmışdı

Duzlu çayın dadı bir az “koje” içkisinə 
bənzəmiş oldu
. Şəhərin kənarında qırx il 
əvvəl inşa edilmiş doqquzuncu mikrorayon 
külək əsən tərəfdə yerləşirdi. Aydının 
mənzili köhnəlmiş “xrüşşovka”nın beşinci 
mərtəbəsində idi. Qonaq otağına girəndə, 
tavandan istilik batareyasına gələn borunun 
üstündə düymə boyda qara ləkə gördü. 
Yadına düşdü ki, yazda borunun bu yeri bir 
az çatlamış
, damcı-damsı axan su sızıntı 
əmələ gətirmişdi. Barmağı ilə yoxladı. Gördü 
ki, suyun çöküntüsü ilə pasın tozundan deşik 
yeri öz-özünə tutulub. “Allah kasıba kömək 
edər”, – keçdi ağlından.
Divanda uzanıb, sabah neyləyəcəyini 
və yeməyi haradan tapacağını düşünürdü. 
“Bu gün də gəldi-çıxdı, sabah məni nə 
gözləyir? Dünən bütün günümü qara 
bazarda oturub qaldım, axırıncı nəyim varsa 
– antikvar kitablarımı düzdüm qabağıma, 
cəmi cümlətanı 300 tenge qazandım... On 
tenge yola xərclədim, qəzet aldım, qalan 
270 tenge neçə günümə çatar? Camaat 
çox qəribə olub!... Sovet dövründə ancaq 
piştaxta altında tanışa-bilişə baha qiymətə 
satılan kitabları indi on qat ucuzuna almaq 
istəmirlər. Axırıncı ümidim on cildlik tibbi 
ensiklopediyadır. Bəxtim gətirsə, onun 
puluna bir müddət yaşamaq olar...”
Televizor çoxdan sıradan çıxmışdı. Tərs 
kimi radionun da səsi batıb!.. İndi qəzetləri 
nə ilə alacam? Özünü yalqız bir adada olan 
insan kimi hiss edən Aydın, dünyada baş 
verən son hadisələr haqqında məlumatları 
qonşularından öyrənirdi. Nohuru dolduran 
su hərəkətsiz qalmaqdan iy verər. Heç 
kimlə ünsiyyətdə olmayan insan da sanki 
özündə olmur. Həftələrlə, aylarla heç 
kimlə əlaqəsi olmayan Aydın hiss edirdi ki, 
qapalı, tutqun, adamayovuşmaz tərki-dünya 
olub. Xasiyyət və alışqanlıqları dəyişir, özü-
özündən nifrət etməyə başlayırdı. Bundan 
qorxaraq mümkün qədər qonşularla çox 
söhbət etməyə çalışırdı. Çünki qaraqabaq 
tərki-dünya insan olmaq Aydın üçün kasıb 
olmaqdan daha qorxulu görünürdü. Amma 
elə olurdu ki, kəlmə kəsməyə də adam 
olmurdu. “Sən mənə, mən də sənə” dövrü 
başlamışdı. İnsanlar da həmsöhbət seçimində 
artıq ehtiyatlı davranırdılar. Hələ ki, Aydınla 
söhbət etməyi özünə yük görməyən iki nəfər 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə