Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   2   3   4   5   6   7   8   9   ...   53

aktual
5
USTAD 
dərgisi \ Fevral 2016
4
USTAD 
dərgisi \ Fevral 2016
5
USTAD 
dərgisi \ Fevral 2016
4
USTAD 
dərgisi \ Fevral 2016
Keçən əsrin ortalarından başlayaraq 
Azərbaycan ədəbiyyatının həm Şimalda, 
həm də Cənubda əsas ideya-mövzusu məhz 
Millət olmuşdur ki, bu özünü ən azı aşağıdakı 
funksional texnologiyalarda göstərir:
1) xalqın tarixinə sonsuz maraq;
2) xalqın bu gününün (qazanılmış az-
çox uğurlarının, qələbələrinin!) tərənnüm 
edilməsi;
3) Şimal-Cənub mövzusuna ardıcıl 
müraciət;
4) millilikdə beynəlmiləlçilik, yaxud 
beynəlmiləlçilikdə millilik;
5) müstəqil olmayan (müstəmləkə) 
xalqların taleyindən bəhs etməklə öz 
millətinin müstəqillik heysiyyətinin dolayısı ilə  
müdafiəsi;
6) üstüörtülü və ya açıq şəkildə rus-sovet 
müstəmləkəçiliyinə qarşı çıxılması (bunun 
bir mühüm təzahürü də ondan ibarət idi ki, 
görkəmli Azərbaycan yazıçılarının,  ədəbi 
şəxsiyyətlərinin, demək olar ki, hamısı 
müəyyən qədər “qapalı məclislər”də, yaxud 
öz aralarında millətçi idilər və bu “ovqat” 
müxtəlif  yollarla xalq arasında yayılırdı);
7) Azərbaycan dilinə dünya, hətta 
maraqlıdır ki, eyni zamanda rus 
ədəbiyyatının daha çox o əsərləri tərcümə 
edilməyə başlamışdı ki, xeyli dərəcədə 
müstəqillik (faktik olaraq, antisovet və ya 
antikommunist) əhvali-ruhiyyəsi  daşıyırdı;
8) şifahi xalq ədəbiyyatına marağın 
artması yazılı ədəbiyyata kifayət qədər milli 
(özgür!) mövzular, ideyalar gətirirdi;
9) 20-ci, 30-cu illərdə repressiyaya məruz 
qalmış yazıçılara, ümumən milli ədəbi-
ictimai fikrə müəyyən bəraət verilməsi  sovet 
ideologiyasına (onun ədəbiyyat siyasətinə) 
yeni mərhələdə yalnız hörmət gətirmədi
həm də şübhə (və inamsızlıq!)  yaradırdı;
10) ədəbiyyata yeni nəsil gəlirdi və bu 
yeni nəsil özü ilə yeni İnsan obrazı gətirirdi 
(həmin yeni İnsan isə təhtəlşüur olaraq 
öz milli mənşəyini axtarır, milli ideallarını 
müəyyənləşdirirdi);
11) Azərbaycanın dövlət rəhbərliyi 
səviyyəsində (xüsusilə Heydər Əliyevin 
hakimiyyətə gəlməsindən sonra) ictimai-
siyasi həyatda ədəbiyyatın (ümumən milli 
şüurun!) mövqeyi nəinki ardıcıl müdafiə 
olunur, hətta  onun bu istiqamətdə inkişafı 
qarşısında mümkün qədər  geniş üfüqlər 
açılırdı;
12) Azərbaycan yazıçısı, demək olar ki, 
yalnız ana dilində (mənsub olduğu xalqın 
dilində!) yazırdı və s.
Azərbaycan ədəbiyyatının canında, 
ruhunda olan milli müstəqillik (və bütövlük) 
hissini (hətta demək olar ki, ehtirasını!) 60-cı, 
70-ci və 80-ci illərdə get- gedə püxtələşən, 
mükəmməlləşən bir istedadla (eləcə də milli 
təəssübkeşliklə, məsuliyyətlə) daha miqyaslı 
şəkildə  kimlər ifadə edirdilər?..
Şeirdə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, 
Hüseyn Arif, Nəriman Həsənzadə, Məmməd 
Araz, Cabir Novruz, Xəlil Rza (Ulutürk), 
Qabil, Fikrət Qoca, Əli Kərim, Vaqif 
Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan 
Azərbaycan ədəbiyyatı tarixinə 
nəzər salsaq görərik ki,  Nizamidə, 
Nəsimidə, Füzulidə, Vaqifdə əsas 
qəhrəman İnsan; Mirzə Fətəlidə, 
Sabirdə, Mirzə Cəlildə, Hadidə, 
Caviddə, Səməd Vurğunda, 
Mirzə İbrahimovda, Süleyman 
Rüstəmdə, Rəsul Rzada, Şəhriyarda 
Millətdir. Ancaq unutmaq olmaz ki, 
İnsan azadlığının tərənnümündə 
Millət müstəqilliyi ideyası, Millət 
müstəqilliyinin tərənnümündə isə 
İnsan azadlığı ideyası özünəməxsus 
şəkildə təzahür edir.


7
USTAD 
dərgisi \ Fevral 2016
6
USTAD 
dərgisi \ Fevral 2016
aktual
7
USTAD 
dərgisi \ Fevral 2016
6
USTAD 
dərgisi \ Fevral 2016
Yaqub, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə…
Nəsrdə İsmayıl Şıxlı, İsa Hüseynov, Anar, 
Elçin, Yusif Səmədoğlu…
Ədəbi-nəzəri təfəkkürdə də  milliləşmənin 
gücləndiyi özünü göstərirdi… Bəkir 
Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov,  
Asif Əfəndiyev, Tofiq Hacıyev, Aydın 
Məmmədov, Kamil Vəliyev, Kamal Abdulla, 
İsa Həbibbəyli… 
80-ci illərin sonlarına doğru Azərbaycan 
ədəbiyyatı (və ədəbi-ictimai fikri) milli 
müstəqilliyə tam hazır idi. Və bu ruhi-
mənəvi hazırlıq həm Azərbaycan Yazıçılar 
İttifaqının (Birliyinin), həm də onun əsas 
ədəbi orqanlarının – “Azərbaycan”, “Ulduz” 
və “Ədəbiyyat qəzeti”nin siyasi-ideoloji 
ovqatında açıq- aydın görünürdü.
Bir mühüm məqamı da unutmaq olmaz 
ki, milli müstəqillik (və dövlət müstəqilliyi) 
uğrunda mübarizənin ən qaynar, ən gərgin 
illərində – 80-ci illərin sonu 90-cı illərin 
əvvəllərində Azərbaycan  yazıçıları hərəkatın 
(və müstəqil dövlət quruculuğunun!) ön 
cəbhələrində idilər… İsmayıl Şıxlı, Bəxtiyar 
Vahabzadə, Xəlil Rza Ulutürk, Nəriman 
Həsənzadə, Anar, Elçin, Yusif Səmədoğlu, 
Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, 
Zəlimxan Yaqub…
Və Azərbaycan yazıçısı (ədəbiyyatı!) 
müstəqillik dövrünə inamla, cəsarətlə qədəm 
qoydu. Həmin inamın (və cəsarətin) aforistik 
ifadəsi olaraq Nəriman Həsənzadə demişdi: 
Qol çək Müstəqillik Aktına, şair!..
Azərbaycan xalqının milli müstəqilliyinin 
(və dövlət müstəqilliyinin) qazanılmasında 
Azərbaycan yazıçısının (və ədəbiyyatının) 
tarixi roluna müstəqilliyin  bayraqdarı (və 
qarantı), ümummilli lider Heydər  Əliyev 
Azərbaycan yazıçılarının X qurultayında 
yüksək qiymət verdi. O dedi ki, Azərbaycan 
yazıçısı Azərbaycan cəmiyyətində ən qədim 
zamanlardan həmişə böyük nüfuz sahibi 
olmuşdur. Və bu gün də belədir…
Azərbaycan artıq iyirmi beş ildir ki, 
müstəqildir. Və bu müstəqilliyin əbədiliyinə 
heç kim  (nə dost, nə də düşmən!)  şübhə 
etmir.
Sevindirici (və qürurverici) haldır ki, 
milli azadlıq (müstəqillik) uğrunda illərlə 
mübarizə aparmış ədəbiyyatın bir sıra 
görkəmli nümayəndələri həmin azadlığı 
(və müstəqilliyi) gördülər, bir sırası isə 
bu gün də müstəqil dövlətin  Vətəndaşı 
olaraq Azərbaycan (və ümumən dünya) 
ədəbiyyatının dəyərli əsərlərini  yaradırlar… 
Nəriman Həsənzadə, Fikrət Qoca, 
Anar, Elçin, Mövlud Süleymanlı, Sabir 
Rüstəmxanlı, Zəlimxan Yaqub, Kamal 
Abdulla…
Və Azərbaycan ədəbiyyatının çoxəsrlik 
zəngin tarixinin ayrıca bir mərhələsi, 
hətta dövrü barədə artıq böyük inamla, 
elmi əsaslarla  danışmaq olar ki, bu da 
“Azərbaycan ədəbiyyatı tarixinin müstəqillik 
dövrü”dür.
Fikrimizcə, müstəqillik dövrü Azərbaycan 
ədəbiyyatının üç mühüm ideya-estetik 
məramı və ya  missiyası mövcuddur:
1) milli müstəqillik (və bütövlük, 
mütəşəkkillik!..) ideallarının daha geniş 
miqyasda, daha güclü yaradıcılıq enerjisilə  
təzahürü;
2) Azərbaycan İnsanının get-gedə 
yüksəlməkdə, zənginləşməkdə olan ruhi- 
mənəvi aləminin təsviri, təhlili və  təqdimi;
3) qloballaşan dünyada baş verən 
hadisələrin, ictimai, siyasi, mənəvi 
proseslərin mahiyyətinə vararaq dünya 
ədəbiyyatının  üzvi tərkib hissəsi olmaq 
məsuliyyəti.
Azərbaycan yazıçısı, artıq iyirmi beş il 
olur ki, mənsub olduğu xalqın müstəqilliyinin 
mənəvi tarixini yazır…


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə