türkün özü
63
USTAD
dərgisi \ Fevral 2016
62
USTAD
dərgisi \ Fevral 2016
var idi – qarşı
mənzildə yaşayan təqaüdçü
albay, bir də 1 nömrəli mənzildə yaşayan,
vaxtından əvvəl işsiz qalmış bir jurnalist.
Havanın hərarəti düşəndən sonra –
kölgələr uzananda Aydın həyətə çıxdı, amma
heç kim yox idi. Bilmirdi özünü hara dürtsün.
Artıq geri qayıtmaq haqqında düşünürdü
ki, qonşusu olan gənc bir tatarı gördü. O,
adətən başını sallayaraq salam verib keçərdi.
Amma indi nədənsə səmimiyyətlə əl uzadıb
salamlaşdı:
– Necəsiniz, iptaş? Nə vaxtdır
görünmürsünüz, harasa getmişdiniz?
– Hara gedəcəm ki? Evdə otururam.
– Sizi axtarırdım.
– Xeyir ola? – Aydın təəccüblə soruşdu.
– Demişdiniz ki, işsizsiniz. Sizə kömək
etmək istədim, iş üçün bir tanışımla
danışdım.
– Eləmi? – Aydın bir az narahat oldu.
– Bir iş var... Əsl işdir! Bir az ağırdır,
amma əmək haqqı yaxşıdır, – bic-bic
gülümsədi qonşu.
Aydın axıra qədər səbr etmədən
qonşusunun sözünü kəsdi:
– Rafiqcan, mənim üçün nə işi var, söylə
görüm artıq!?
– Siz axı yaxşı maşın sürə bilirsiniz.
Sabah
səhər məni burada gözləyin, özünüzlə
şəxsiyyət və sürücülük vəsiqəsini götürün
və
...
– Sonra nə? – Aydın işin nədən ibarət
olduğunu öyrənmək üçün səbirsizlənirdi
.
– Sonra mən sizi öz cigitlərimlə tanış
edərəm. Onlar altı qardaşdırlar, siz də
olarsınız yeddinci. Birlikdə uçacaqsınız
Dubaya.
– Nə üçün? – Aydının səsindəki həvəs
yox olmuşdu. Başa düşürdü ki, xaricə pulla
getmək lazımdır.
– Onlar biznesmendilər. Maşın alveri
ilə məşğul olurlar.
Orada bir neçə xarici
maşın alacaqlar. Siz də onlarla birlikdə o
maşınlardan birini sürüb gətirəcəksiniz.
– Neçə günlük gedəcəyik?
– Hər gediş yeddi, ya da on gün çəkir.
Hər gün üçün yüz dollar ödəyəcəklər.
Təyyarə bileti, oteldə qalmaq xərci, hətta
yemək xərcini də öz üstlərinə götürürlər.
– Gör haa! Əla işdir ki, – Aydın dedi.
Sevindiyindən az qala ürəyi yerindən çıxırdı.
“Ay Allah, məni tək qoymadın, sənə boş
yerə bel bağlamadım!!!” – düşündü.
– Bir məsəl var, deyərlər, “qonşunun xətri
üçün namazı da sonraya saxlamaq olar”.
Mən sizin üçün çalışıb bu işi düzəldirəm, –
Rafiq özündən razı gülümsədi.
– Rafiq, heç vaxt unutmaram sənin bu
yaxşılığını, aynalayın, başına dönüm.
– Təkcə “sağ ol”nan
bu işi bitirmək
olmaz, qayıdanda yaxşı “yuyarıq” bu işi.
Aydın qonşunun nəyə işarə elədiyini başa
düşərək güldü:
– Əlbəttə
, yaxşı-yaxşı “yuyarıq”.
– Oldu, sabahadək, sağ olun.
Rafiqin mavi gözləri sevincdən parladı,
qırmızı yanaqları açıldı və tezcə oradan
ayrılaraq getdi. “Allah özü təşkil etdi
qonşuyla görüşümüzü. Gör ha, yuxudurmu,
gerçəkdirmi bu?” – Aydın gözlərini
ovuşduraraq, əmin oldu ki, yuxu deyil.
Qapının önündə xeyli duraraq,
yavaş-yavaş
özünə gəldi.
***
Dubayda alınmış maşınları bərəyə
yükləyərək İrana gətirdilər. Ertəsi gün səhərin
sərinliyində yola düşdülər. Altı sürücü altı
maşında sükan arxasında əyləşərək, hamar
asfaltlı trasla qaza basır, sürətlə gedirdilər.
Maşınların birini Aydın sürürdü. Yeddinci
cigit isə onların rəhbəri idi – öndə gedən
maşının arxa oturacağında əyləşmişdi
.
İranın liman şəhəri Bəndər-Abbasdan
çıxaraq qısa müddətliyinə dayandılar, tez-
tələsik yemək yedilər. Yemək vaxtı rəhbərləri
onlara yolu izah etməyə başladı: “Min yeddi
yüz kilometr keçərək, İranla Türkmənistanın
sərhəddindəki Şırak
kəndinə gələcəyik, –
dedi. – Ordan sonra Marı, Çarcou şəhərlərini
keçərək Özbəkistana çatacağıq. Sonrakı
dayanacağımız Özbəkistanın Farat kəndidir.
Sonra Buxara, Nəvai və nəhayət, doğma
Qazaxıstan. Günəş qızmardı, yol çətin!..
Amma Şıraka qədər dayanmayacağıq!..
Yorulan olsa, utanmasın, desin, mən özüm
türkün özü
65
USTAD
dərgisi \ Fevral 2016
64
USTAD
dərgisi \ Fevral 2016
onu əvəz edim, yorulan da dincəlsin. Haydi
cigitlər, atlanın!”
Bundan sonra maşınları işə salıb, yenə
yola düşdülər. Kənardan təptəzə maşın kimi
görsənən, amma iki il sürülmüş “Audi”ni
sürməyi Aydına tapşırmışdılar. Salonlar təmiz
idi, elə bil zavoddan indicə çıxıb. Mühərriki
də mükəmməl idi. Doğrudan da yeni maşın
yaxşı at kimidir. İsti havaya baxmayaraq
Aydın yorğunluq hiss etmirdi. Əksinə, kefi
kök idi və həvəslə maşının qazına basırdı.
Beynindəki düşüncələr maşından da sürətli
gedirdi. O Almatıya qayıdanda alacağı
dollarları xəyalında canlandırırdı: “Əziyyət
verən aclıqdan və kasıblıqdan canımı
qurtaracam”. Xəyalları göylərə qalxırdı.
Ürəyi sevincindən hoppanıb-düşürdü
.
“Nə qədər qəribə təbiəti var buraların,
tropik yaşıllıqlardan qupquru səhralara
keçirsən!.. Amma fərqi yoxdur,
hər yer elə
gözəldir ki, insanın gözünə xoş gəlir! Ya
Rəbbi, hər şey üçün sənə şükür!” Neçə ildə
birinci dəfə idi ki, ürəyindən oxumaq keçdi.
Ətrafı seyr edərək Estayın “Hüsni-Xorlan”
mahnısını oxudu. Rımcan bu mahnını
sevərdi. Əlbəttə ki, Aydın müğənni deyildi,
amma səsi qulağa xoş gəlirdi. Rımcanla
birlikdə olduqları məclislərdə çox mahnı
oxumuşdu. “Sabah nə yeyəcəm, nə içəcəm”
qayğısı olmayan günlər idi. Rımcan və Aybar
sağ olduqları zaman Aydın xoşbəxt insan idi!
İndi isə həyatı ikiyə bölünmüşdü, əvvəlki və
qəzadan sonrakı həyat...
Dünya aldadıcı və dəyişkəndir!.. Sanki
gözünü açıb-bağladı və qısaca sürən mənalı
həyat bitdi, varlığını yalın-yaban sürdürdüyü
günlər başladı... İndi ürəyi sızlayır,
geridönməz xoşbəxt
günlərin həsrəti qəlbini
sıxırdı.
Farat kəndinə gecə gəlib çatdılar və bir
özbəyin evinə qonaq düşdülər. Yatmağa
uzanmazdan əvvəl rəhbərlik edən adam
sürücüləri bir yerə yığdı:
– Cigitlər, yol yorğunusunuz. Az qalıb...
İndi yaxşıca dincəlin, səhər özüm sizi
oyandıraram.
Adamın bu sözlərindən sonra Aydın
rahatca dərin yuxuya getdi. Səhər oyananda
gördü ki, nə yol yoldaşları var, nə də
maşınlar. Evin yiyəsini sorğuya çəkməyə
başladı, o isə ölənin dalınca ağlayan kimi
sızıldayırdı:
– Oy-bay-au! Onlar əsl fırıldaqçı imişlər.
Dünənki yeməyin və gecə qalmağın pulunu
verməyib qaçıblar, üstəlik iki torba parçamı
da oğurlayıblar.
O parçalardan paltar tikib
dolanırdıq. İndi neyləyəcəyik?
– Maşın
... Axı sizin maşınınız var?– Aydın
heç nə başa düşmürdü: “Axı onlar yaxşı
oğlanlar idi! Belə davrana bilməzdilər!..”
– Bəli, maşın var. Amma xeyri yoxdu –
onlara çata bilmərik.
– Bəlkə çata bildik? – “Razılaşmaq olmaz,
hərəkət eləmək lazımdır” – beynində ancaq
bir düşüncə döyünürdü.
– Mümkün deyil. Çatsaq da onlardan
heç bir şey ala bilmərik. Öz həmyerlilərin
səni elə oradaca, çöldəcə öldürərlər. İndi
neyləyəcəyik?
– Neyləyəcəyik?! Birtəhər başımızı
saxlayarıq. Bəs sən neyləyəcəksən? Hələ ki,
sağsan öz yurduna qayıt.
– Öz yurduma necə qayıdım? Cibimdə pul
yoxdur...
– Onda özünə burada müvəqqəti bir iş
tap
, yolpulunu qazan.
– Mənim sənədlərim də yoxdur, – dəhşətlə
yadına saldı ki, Aydının da, o biri sürücülər
kimi sənədləri rəhbərlik edən adamda idi.
Deyirdi sənədləri bir əldə saxlamaq yaxşıdır.
– Battın sən, ay oğlan.
– Hə, təmamən battım! –dediklərinin
mənasına varmadan təkrarladı.
İnsan övladının şahid olduğu xainlik və
alçaqlıq dərəcəsi Aydını sarsıtdı. O ürək
ağrısı hiss etdı. Yandıran bir ürək ağrısı!
Ağrı
onu deşib keçdi, qəlbini parçaladı, içini
yandırdı. Sanki şüurunu itirmişdi. Bir müddət
hərəkətsiz oturdu. Gözləri qaraldı, ətrafında
heç nə görməz oldu. Tale zərbə vurmaq
istəyirsə, şiddətli və azğın zərbə vurur.
Özünə gələndən sonra ətrafa boylandı,
qoca özbəyin izi-tozu da qalmamışdı
. Cüzi
ümidlə qaldığı evin qapısına yaxınlaşdı,
dəstəyi burdu, qapı açılmadı, zəngi çaldı,
cavab verən olmadı. Nə edəcəyini bilmədən
qeyri-müəyyən istiqamətdə yavaş-yavaş
yeriməyə başladı
.