Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

türkün  özü
69
USTAD 
dərgisi \ Fevral 2016
68
USTAD 
dərgisi \ Fevral 2016
skamyada oturdu. Nə edəcəyini, köməyi 
hardan-kimdən alacağını bilmədən ətrafına 
baxındı. Ayağının altında bir qəzet gördü. 
Könülsüz əyilib yerdən götürdü. 2000-ci il 
5 may tarixli “Veçernyaya Almatı” qəzeti 
idi. Marağı olmasa da ilk iki səhifəni gözdən 
keçirdi, birdən gözünə “Saqqallı bomjlar” 
məqaləsi sataşdı. Başladı oxumağa: “Son 
zamanlar evsiz-eşiksiz, işi olmayan, yaşamaq 
üçün heç biri imkanı qalmayan bomjların 
sayı artmışdır. Bu bərk kişilərin heç də 
hamısı alkoqolik və narkoman deyillər. Onlar 
sosial həyatın ağır gerçəklikləri nəticəsində 
cəmiyyətdən kənarlaşdırılmışlar. Evləri 
olmadığı üçün binaların zirzəmilərində, 
damlarında yaşamağa və səfil həyat 
sürdürməyə məcbur olmuşlar. Bizim 
cəmiyyətdə belə insanlara qarşı mərhəmət 
və sosial qayğı çatışmır. Rusiyada bunu 
nəzərə alaraq, P.Demidov adına Yaroslavl 
universitetinin professoru Fyodor Zavyalov 
və iqtisad elmləri namizədi Yelena 
Spiridonova bomjların problemlərini tədqiq 
etməyi öz qarşılarına məqsəd qoyublar. 
Onların səbirli araşdırmaları nəticəsində 
bomjların 83 %-nin qohumları tapılmışdır, 
27 %-nin valideynləri, 64 %-nin bacı və 
qardaşı, 54 %-nin isə uşaqları. Buradan belə 
nəticə çıxarmaq olar ki, insanlarda nəciblik 
və fədakarlıq çatışmır. Tədqiqat göstərdi ki, 
bomjların əksəriyyəti savadlı və ya texniki-
peşə cəhətdən hazırlıqlı insanlardır. İstənilən 
müəssisədə sürücü, maşinist, operator, 
çilingər, xarrat, elektrik kimi işləyə bilərlər. 
Normal insan kimi yaşamaq istəyirlər, 
amma evləri olmadığına görə heç bir 
yerdə qeydiyyatda deyillər. Əksəriyyətinin 
evdən məhrum olma səbəbi isə keçmişdə 
məhkəməyə düşmək və cəza almaq olub. 
Bəs nə ilə, hansı gəlirlə dolanırlar: 43 faizi 
təsadüfi və müvəqqəti işdən əldə etdikləri 
qazancla, qalanı boş şüşə, metal qırıntısı, 
xammal toplamaqla. Yay vaxtı oğurlanan 
meyvə-tərəvəzi satanlar da olur. Səfillərin 
ancaq beşdən biri normal təqaüd və ya əlillik 
təqaüdü ala bilir. Gəlirləri yeməyə, içkiyə 
və siqaretə xərclənir. Bundan başqa, bir 
miqdar pul geyim, dərman və sabun almaq 
üçün gərəkli olur. Bir yaxşı cəhət var ki, 
gəlirlərinin 17 faizini qəzet və jurnal almağa 
xərclədikləri ortaya çıxmışdır. Buna da 
şükür!”. 
Aydın qəzeti bir kənara qoydu, ətrafına 
baxındı. Səhər çoxdan açılmışdı, amma 
həyətdə hələ ki, heç kim yox idi. Qəzet 
oxuyarkən ayağının ağrısını his etməmişdi. 
Amma indi ağrısı artmışdı.
Bir  müddət düşüncələrə qərq olaraq 
yerindəcə oturub qaldı. Üzü daşlaşmışdı. 
Cibindən darağı çıxardaraq saçını və uzanmış 
saqqalını daradı. Ətrafa baxdıqdan sonra 
inamla cibindəki bıçağı çıxartdı. Güclü 
əli səhv etmədi, hədəfini tutdurdu. Yeni 
yüksəlmiş Günəşin işığında parlayan bıçaq 
Aydının yumşaq vücuduna soxuldu. Gözlərini 
yumaraq bıçağın iti tiyəsi ilə qarnını yırtdı...
Aydın bədənindən daşmaq istəyən 
bağırsaqlarını əlləri ilə tutdu və yavaş-yavaş 
oturdu. Gözləri qapandı, ağzı köpükləndi. Bu 
anda, bir az əvvəl buludun arxasına gizlənən 
Günəş yenə çıxdı, hər yer aydınlandı. Ağrı 
itdi... Aydının qarşısında gözünü kor edəcək 
qədər parlaq bir ilğım meydana gəldi – ahu 
quşu şəffaf dumanın içindən süzə-süzə 
çıxırdı. Sonra bu ahu quşu ağ uzun don 
geyinmiş Rımcana çevrildi. Aydın sevgilisini 
qucaqlamaq istədi, özünü irəliyə verdi, amma 
yıxıldı. Quş qanadlarını çalaraq Aydına 
sərinlik verdi. Rımcan gülümsədi. Onun 
valehedici təbəssümü Aydının qəlbini qeyri-
adi sevinclə doldurdu, özünü çox xoşbəxt 
hiss etdirdi və çoxdan məhrum qaldığı 
rahatlığa qərq etdi. Dözülməz dərd və acılar 
gətirən bütün qara günləri arxada qaldı.
Sonra Aydın gözlənilmədən yerdən qalxdı 
və nəhayət, Rımcana toxuna bildi. Bədəni 
yüngülləşmiş, ilğımın parıltısına qarışmışdı. 
Yer üzündəki həyat ona bir yer tapa 
bilmədiyi üçün Göy üzünə göndərdi və sanki 
heç bir şey olmamış kimi yoluna davam etdi. 
Yer üzündəki həyatın aldadıcı gözəlliyi par-
par yanır, Günəş işıq saçır, Ay batır, yenidən 
doğur, gündüz ilə gecə bir-birini əvəz edirdi.
Özünün bitmək-tükənmək bilməyən 
qayğıları ilə bu cür tez keçib bitən həyat...
                                                                                                   
Çevirdi: Azər Musayev


şeir zamanı
71
USTAD 
dərgisi \ Fevral 2016
70
USTAD 
dərgisi \ Fevral 2016
Rəsmiyyə
Sabir
NEQATİV
Bir ömür həsr etdim
Sənin yoxluğuna.
Yaza bilmədiyim
hər şeirdə,
çəkə bilmədiyim 
hər rəsmdə,
oxuya bilmədiyim
hər nəğmədə
Sən varsan.
Mənim sevgi sarayımda
hər zaman küllü-ixtiyarsan.
Sən 
yaşanmamış günlərimin 
neqativisən, 
böyük eşqim!
QAYITDIM
Hamı yer üzündə həyat yaşadı,
Mən isə dərdləri yığıb qayıtdım.
“İnsan ömrü axar sudur”, – dedilər,
Dərya tək içimə axıb qayıtdım.
Sığışa bilmədim nə günə, aya,
Mənim yaşadığım gəlməz ki, saya,
Ömür dedikləri bu tamaşaya,
Uzaqdan eləcə baxıb qayıtdım.
Qəm məni sızlatdı, döndərdi neyə,
Yer mənə dar gəldi, üz tutdum göyə,
Yanar ürəyimi söndürüm deyə,
Gözümün yaşını sıxıb qayıtdım.
AYRILDIQ
Biz ayrıldıq.
Nə dünya məhvərindən qopdu,
nə də zaman dayandı.
Biz ayrıldıq.
Nə şimşək çaxdı,
nə də tufan qopdu.
Biz ayrıldıq.
Nə yerdə daşlar ağladı,
nə də ki, göydəki buludlar.
Biz ayrıldıq.
Bir damla göz yaşı
nöqtə qoydu sevgimizə.
Biz ayrıldıq.
Sadəcə 
yazıq oldu hər ikimizə...
KÖLGƏ
Heç nə ölmür.
Hər şey şəklini dəyişir. 
Mən doğulduğumdan bəri
şəklimi dəyişirəm. 
İnsanın ölümü də 
şəkildəyişmədir.
Əvvəlcə kölgənin
qısalmasından başlayır.
İkinci kursda oxuyarkən 
Mənə fəlsəfə dərsi keçən 
professorun öləcəyini 
kölgəsinin qısalmasından 
anlamışdım. 
Öyrətdiyi fəlsəfə 
şəklini dəyişmişdi.
Rüşvət fəlsəfəsi,
yaltaqlıq fəlsəfəsi,
yerlibazlaq fəlsəfəsi,
Hegel,
Kant,
Freyd fəlsəfəsiylə uzlaşmırdı.
Professorun boyu ilə 
kölgəsi kimi…
Heç nə ölmür.
Hər şey şəklini dəyişir…


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə