Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   2   3   4   5   6   7   8   9   ...   53

polemika  köşəsi
7
USTAD 
dərgisi \ Fevral 2016
6
USTAD 
dərgisi \ Fevral 2016
7
USTAD 
dərgisi \ Fevral 2016
6
USTAD 
dərgisi \ Fevral 2016
DÖVLƏT HİMNİMİZİN
SÖZ VƏ MƏTNİNİN MÜƏLLİFİ
 
KİMDİR?
Alxan Bayramoğlu
professor
D
övlət müstəqilliyimizin 
bərpasından sonra 
Azərbaycanın yeni dövlət 
rəmzlərinin qəbul edilməsi istiqamətində 
də intensiv və məqsədyönlü işlər görüldü. 
Bayraq, gerb, himn, milli valyuta, pul 
vahidi müəyyənləşdirilib qəbul edildi. 
Bu atributlardan 27 may 1992-ci ildə 
qəbul edilən Dövlət Himnimizin musiqi 
müəllifı dahi Üzeyir bəy Hacıbəylidir. 
Himnin sözlərinin müəllifi kimi isə 
səhvən tanınmış şair Əhməd Cavad 
göstərilmişdir. Duyğularımızın milli 
müstəqillikdən doğan fərəh, qürur və 
coşqunluq dolu ab-havasında görülən 
bu taleyüklü işlər alqışlanmaqla yanaşı, 
onda bəzən hissin məntiqi, ağıl, düşüncə 
ilə hərəkəti üstələdiyi, populizmə uyma 
halları da müşahidə edilirdi. Təsadüfı 
deyil ki, həmin işlərin bəzisi, məsələn, 
pul nişanları üzərində sonralar uğurlu 
təkmilləşmə aparıldı, milli qızıl, gümüş 
sikkələr zərb edildi və s.
Dövlət himnimizin sözlərinin elə 
ilk baxışdaca Ə.Cavad poeziyasının 
ümumi ruhuna uyğun olmadığı duyulsa 
da, qeyd etdiyimiz milli coşqunluq, o 
cümlədən Milli Məclisin qəbul etdiyi 
qərarın artıq qüvvəyə minməsi hər kəsi, 
hətta elmi ictimaiyyəti də hələlik mövcud 
reallıqla hesablaşmağa, bu haqda heç 
düşünməməyə yönəltdi. Lakin 1999-cu 
ilin fevralında “Respublika” qəzetində 
həmin şeir mətninin 1919-cu ildə 
Bakıda nəşr edilən “Milli nəğmələr” 
adlı şeirlər məcmuəsində 
“Vətən 
marşı” başlığı və “Camo bəy” imzası 
ilə çap edilməsi haqda yazı çıxandan 
sonra Dövlət Himnimizin sözlərinin 
müəllifliyi ətrafında müzakirələr başlandı, 
fikirlər haçalandı. Bir çoxu bu fikrə 
düşdü ki, imzaya əsasən şeiri Camo 
Cəbrayılbəyliyə aid etmək olar. Məsələni 
belə görən C.Cəbrayılbəylinin övladları 
Səyyarə xanımla Dilbər xanım müvafıq 
quruma müraciət edərək atalarının 
müəlliflik hüququnun bərpasını xahiş 
etdilər. Həmin ərizəyə əsasən Nazirlər 
Kabineti Elmlər Akademiyasının Nizami 
adına Ədəbiyyat İnstitutuna məktubla 
müraciət edərək, bu məsələyə aydınlıq 
gətirilməsini xahiş etmişdi.
Bütün bunları mənə 31 yanvar 2000-
ci ildə institutun o zamankı  direktoru
mərhum professor, AMEA-nın müxbir 
üzvü Yaşar Qarayev söylədi. Bildirdi ki, 
institutun bugünkü (31 yanvar 2000-ci 
il) Elmi Şurasında həmin məsələyə də 
baxılacaq. Ona görə C.Cəbrayılbəylinin 
qızlarını da Elmi Şuraya dəvət etmişik. 
Yaxşı olar ki, həmin müzakirədə sən də 
iştirak və çıxış edəsən.
Dedim, axı, o şeir C.Cəbrayılbəylinin 
deyil. Dedi, bəs, kimindir? Cavab verdim 
ki, bunu müzakirədə deyərəm. Məsələni 
belə görən Yaşar müəllim məsləhət gördü 
ki, onda mən axırda çıxış edim.
Razılaşdıq.
Müzakirədə çıxış edənlərin əksəriyyəti 
bir qədər məsələnin  mahiyyətinə 
bələd olmamaqdan, bir qədər də 
C.Cəbaryılbəylinin qızlarının üzünə iddia 
etdilər ki, Dövlət Himnimizin sözlərinin 
müəllifı Cəmo Cəbrayılbəylidir. Ona görə 
ədalət bərpa edilməli, mətnin müəllifı 
kimi Əhməd Cavad yox, C.Cəbrayılbəyli 
göstərilməlidir. Müzakirələrdə bir qədər 
fərqli fikirlər söyləyənlər də oldu.


polemika köşəsi
9
USTAD 
dərgisi \ Fevral 2016
8
USTAD 
dərgisi \ Fevral 2016
Elmi Şuranın sədri professor Yaşar 
Qarayev hər dəfə “daha kim çıxış etmək 
istəyir?” müraciətindən sonra ani sükut 
görən kimi mənə baxırdı. Mən söz alıb 
ayağa qalxanda kimsə növbəti çıxış üçün 
əl qaldıran kimi növbəmi ona verirdim. 
Nəhayət, üçüncü cəhddə məsələyə 
münasibətimi bildirərkən dəlillərlə 
əsaslandırdım ki, müzakirə edilən şeir 
mətni C.Cəbrayılbəyliyə də aid deyil. 
Onun müəllifı Cəmo bəy Hacınskidir. 
Fikirlərimi əsaslandırmaq üçün 
Azərbaycan Sovet Ensiklopediyasının 
10-cu cildinin 156-cı səhifəsində Cəmo 
bəy Hacınski haqqında gedən məqalədəki 
faktlara da istinad etdim. Bu zaman 
direktorun kabinetindəki kitab şkafından 
ASE-nin həmin cildini götürüb açdım 
və söylədiklərimin əyaniliyini nümayiş 
etdirdim.
Yaranan ani çaşqınlıqdan sonra Elmi 
Şura məsələni daha dərindən  araşdırıb 
yekdil rəyə gəlmək məqsədilə akademık 
Bəkir Nəbiyev (sədr), AMEA-nın müxbir 
üzvü Yaşar Qarayev, bu sətirlərin müəllifı 
və digər mütəxəssislərdən ibarət mötəbər 
bir tərkibdə komissiya yaradılması haqda 
qərar qəbul etdi. C.Cəbrayılbəylinin 
qızlarına da təklif olundu ki, əgər 
atalarının arxivində həmin şeirin 
ona məxsusluğunu təsdiqləyən hər 
hansı əlyazma və ya digər sənəd, 
material tapsalar, komissiyaya, institut 
rəhbərliyinə təqdim etsinlər.
Səyyarə xanımla Dilbər xanım 
bu məqsədlə xeyli axtarış aparsalar 
da, bizə məlum olduğuna görə, heç 
nə əldə edə bilmədilər. Mənə isə öz 
mövqeyindən müəyyən maraqlar 
müqabilində geri çəkilmək və ya həmin 
şeirin C.Cəbrayılbəylinin olması barədə 
mətbuatda çıxış etmək təklif edildi.
Təbii ki, razılaşa bilməzdim və 
razılaşmadım da...
Bu  Elmi Şuradan sonra Dövlət 
Himnimizin sözlərinin müəllifinin kimliyi 
ətrafında mətbuatda və geniş ictimai 
dairələrdə, hətta Milli Məclisdə qızğın 
müzakirələr getməyə başladı. Ədəbiyyat 
İnstitutunun yaratdığı komissiya isə bir-
iki dəfə o vaxt AMEA-nın ədəbiyyat, dil, 
incəsənət bölməsinin akademik katibi 
işləyən Bəkir Nəbiyevin kabinetində 
yığışıb müzakirə apardı, fikir mübadiləsi 
etdi...
Mətbuat və ictimai dairələrdə, 
həmçinin Milli Məclisdə gedən 
müzakirələr zamanı himnin şeir mətninin, 
guya, ideya-bədii cəhətdən zəifliyi və 
onun dəyişdirilməsi barədə də fıkirlər 
səsləndi. Bu zaman dahi Üzeyir bəyin öz 
musiqisi üçün məhz həmin mətni seçməsi 
faktı nəzərə belə alınmadı. Halbuki 
musıqi əsəri yazılarkən (bəstələnərkən) 
şeir mətnindən iki cür istifadə edilir; 
ya hazır mətnə musiqi bəstələnir və bu 
zaman həmin mətndə musiqiyə uyğun 
müəyyən dəyişiklik də edilir, ya da 
not hazır olandan sonra o, hər hansı 
müəllifə verilir ki, musiqi notuna uyğun 
mətn yazsın. Qeyd edək ki, ikinci üsul 
söz mətninin müəllifini bir çox çətinlik 
qarşısında qoyaraq, onu məzmundan çox 
hazır qəliblərə, “balvankalara” uyğun 
sözlər axtarışına məcbur edir.
ƏHMƏD
CAVAD


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə