Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

rənglərin söhbəti
85
USTAD 
dərgisi \ Fevral 2016
84
USTAD 
dərgisi \ Fevral 2016
Rəssam: Salvador Dali 
Rəsm: Pikassonun portreti  
Ölçü: 64,1 sm x  54,7 sm
Saxlandığı yer: 
Qala-Salvador Dali fondu, İspaniya
çıxaraq qaşığa çevrilir. Ağzındakı bu dəmir 
qaşıq Pikassonun sənət baxımından daşıdığı 
böyük yük kimi izah oluna bilər. Qaşıqda uda 
bənzəyən musiqi aləti olan lut təsvir olunub. 
Simvolikada lut sevgi motivlərini ifadə edir. 
Amma bəzi şərhlərə görə qərənfil, keçi və 
qaşıqdakı musiqi aləti onun Əndəlüs
1
 köklü 
olduğuna işarədir. 
1. Andalusiya, yaxud Əndəlüs – İspaniyanın 
cənubunda 8 milyondan çox əhalisi olan tarixi 
vilayət – red.


87
USTAD 
dərgisi \ Fevral 2016
86
USTAD 
dərgisi \ Fevral 2016
rənglərin söhbəti
87
USTAD 
dərgisi \ Fevral 2016
86
USTAD 
dərgisi \ Fevral 2016
3)
Dali bu ziddiyyətli portreti yaradarkən 
hiper-realizmdən istifadə etmişdir. Məsələn, 
büstdəki əriyən sinəni göstərməklə o
Pikassonun prestijinə bir növ istehza etsə 
də, onun başından keçən və qaşığa çevrilən 
metal maye axınını göstərməklə rəssamın 
dahiliyinə işarə etdiyi iddia olunur. 
Əslində, Daliyə hansısa məna yükləmək 
ağılsızlıqdı. Xatırlayırsınızsa, bir çox 
tənqidçilər ona “Yaddaşın daimiliyi” 
(“Yumşaq saatlar”) tablosunu Eynşteynin 
nisbilik nəzəriyyəsinin təəssüratları altında 
çəkdiyini deyəndə Dali gülərək sadəcə 
günəşdə əriyən kamamber pendir
2
 
tikəsindən ilhamlandığını söyləmişdi. Kim 
bilir Pikassonun porteri haqqındakı şərhlər 
üçün nələr deyərdi! Düzdür, Dali Freydin 
şüuraltının xaricdə ifadəsi nəzəriyyəsi ilə 
maraqlanırdı və bunu rəsmlərində əks 
etdirirdi. Amma o, heç vaxt qatı bir simvolist 
olmayıb. Adından göründüyü kimi, sürrealist 
rəsmlər realist deyil, yəni onlara həqiqi bir 
məna yükləməyə çalışmaq lüzumsuzdur. 
Bu rəsm fövqəladə, qəribə və olduqca 
çəkicidi. Məsələn, bu rəsmi hansısa bir 
divarda asılı görsəniz hipnoz olmuş şəkildə 
ona yönəlməzsiniz? Əsas olan budur.  Mən 
mütləq yönələrdim.
Portret 1947-ci ildə, Pikasso ilə görüşdən 
21 il sonra çəkilmişdi və bu illərdə artıq Dali 
kifayət qədər məşhur idi. Baxmayaraq ki, 
o, Pikassonu sənətdə atası olaraq görürdü, 
onun rəsmlərindəki “eybəcərliyi” bəyənmirdi. 
Dali rəsm əsərində estetik xüsusiyyətlərə 
xüsusi önəm verirdi. Daliyə görə, Pikassonun 
rəsmlərində bu xüsusiyyətlər tamamilə 
itmişdi. Məhz bu fərq iki ispanın dostluğuna 
kölgə salmağa səbəb oldu. Dali “atalığı”nın 
yanına getdi və onu kobudluqla “sənətin 
dağıdıcısı” adlandırdı. 
Pikasso özü bu portretini həvəslə 
qarşılamamışdır və rəsm hal-hazırda 
İspaniyada, Qala-Salvador Dali Fondunda 
saxlanılır. 
Qeyd edim ki, bu, Dalinin çəkdiyi yeganə 
2. İnək südündən hazırlanan azyağlı pendir çeşidi 
– red.
Pikasso portreti deyil. 60 yaşlarında qara 
karandaşla çəkdiyi Pikasso portreti bu 
sürrealist əsərdən tamamilə fərqlidir. Həmin 
romantik portretə Dali hətta qeyd də yazıb: 
“İmperatoru mən də tanıdım”. (3)


fərqli
87
USTAD 
dərgisi \ Fevral 2016
86
USTAD 
dərgisi \ Fevral 2016
87
USTAD 
dərgisi \ Fevral 2016
86
USTAD 
dərgisi \ Fevral 2016
Dilqəm Əhməd
Kəmalüddövlə
 
tvitləri
Ö
tənlərdə Roma papası Fransiskin 
Tvitter sosial şəbəkəsində 
katolik xristianlara: “Xahiş 
edirəm, mənim üçün dua etməkdə davam 
edin”, – deyə müraciət etdiyini oxuyanda 
Tanrı-vasitəçi-insan münasibətlərində yeni 
mərhələyə qədəm qoyduğumuzu düşündüm.
Xatırlayıram, Sumqayıtda yaşadığım 
vaxtlarda ilk dəfə məscid görərkən heyrətlə 
ora baxanda məndən bir neçə yaş böyük 
olan məhəllə uşağı: “Orada adamı tutub 
zorla namaz qıldırırlar”, – demişdi. Beləliklə, 
məsələ mənə aydın idi: oradakı adamları 
görmək, zorla namaz qılmaq istəmirsənsə, 
oraya getməyəcəksən!
O zamanlar ikinci bir həqiqəti də anladım: 
Azərbaycan yeganə müsəlman ölkəsidir ki, 
burada dinlə münasibətlər 1400 ildir həllini 
tapmayıb. Bizdə evlərdə “Quran” saxlanılar, 
amma oxunmaz, ildə iki-üç dəfə  –  Aşura, 
Ramazan və “qara bayram”larda kütləvi 
məscidə gedilər, sonra isə gedilməz. Söhbət 
toplumun əsas kəsimindən gedir. 
Bunun səbəbini isə Mirzə Fətəli 
Axundzadəni tanıyandan sonra başa 
düşdüm. 
Başa düşdüm ki, bizdə insanlar Allaha 
inansa da, onun Yer üzündəki faktiki 
təbliğatçılarına inanmırlar. İnanmamaqdan 
əlavə, hətta lağa qoyurlar.
Yas məclislərində müşahidə edirik 
ki, əksəriyyət məclisi aparan mollanın 
danışdıqlarına qulaq asmır, çünki onun 
dediklərini puç və əfsanə hesab edirlər. 
Yeganə kontaktımız “Fatihə” oxunarkən 
yaranır ki, burada da çoxu  surəni 
oxumaqdansa, sükuta dalmaq yolunu seçir. 
Çünki bizim dinlə qeyri-rəsmi səviyyədə 
bölüşdüyümüz sərhədlər var: mən işimdə-
gücümdə olacam, sən isə məsciddə və 
yas yerlərində. Bu hər zaman belə idi. 
Ta ki Tvitter və Feysbuk sosial şəbəkələri 
yarananadək. 
İndi isə elə dönəmə çatmışıq ki, Papa bizə 
bir addım daha yaxın olub. Metroda qatarla 
gedərkən, idman zalında qaçış alətində kalori 
sərf edərkən, sevişməyə fasilə verərkən, 
ofisiantın sifariş verdiyin yeməyi gətirməsini 
gözləyərkən, taksidə yol gedərkən, təyyarədə 
uçarkən telefonda Tvitterə daxil olub 
Papanın ilahi mesajlarını oxuya bilirsən. 
Yəni Papa bizi sözün həm birbaşa, həm də 
virtual mənasında təqib etməkdədir. Elə biz 
də papanı... 
Papadan əlavə digər vasitəçiləri də izləyə 
bilirik. Tibet dağlarında meditasiyadan sonra 
yaşadığı ruhani halı Tvitterdə milyonlarla 
izləyicisi ilə bölüşən Dalay Lama 2012-ci ilin 
statistikasında ABŞ prezidenti Barak Obama 
ilə milyarder Bill Qeytsdən sonra üçüncü 
sırada gəlirdi. 
İslam dünyasının Tanrı ilə vasitəçiləri 
də Tvitterin fəal istifadəçiləri sırasındadır. 
Azərbaycanda da dəstəkçisi olan İranın 
ali ruhanisi Əli Xamneyi insanları İslama 
səsləməklə yanaşı, ara-sıra İsrail dövləti 
haqqında bəyanatlar verir. Hətta bir ara 
İnstaqram şəbəkəsindəki boşluqdan istifadə 
edib uzun videolarını da bu platformaya 
yükləmiş, bu isə geniş marağa səbəb 
olmuşdu. Hətta buna görə İnstaqram 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə