Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

fərqli 
89
USTAD 
dərgisi \ Fevral 2016
88
USTAD 
dərgisi \ Fevral 2016
rəsmiləri açıqlama vermək məcburiyyətində 
də qalmışdılar.
Yəni köhnə dünyanı idarə edən, yeni 
dünyada isə hələ ki geniş kütlələr arasında 
nüfuzu qalan Tanrı vasitəçiləri bu gün öz 
imiclərini qorumaq, təbliğatlarını aparmaq 
üçün Feysbuk, Tvitter, İnstaqram kimi geniş 
yayılmış sosial şəbəkələrdən mükəmməl 
şəkildə yararlanmağa çalışırlar. Bu isə dinin 
fərqli formada evlərə girməsinə səbəb olur. 
Artıq Roma papasına 12 həvari yox, sosial 
şəbəkədəki hesablarını idarə edəcək 12 
kompüter mütəxəssisi lazımdır. 
İndi Dalay Lamaya insanları Tibetin 
ətəklərinə yığmaq yox, Tvitterin “cik-cik” 
sədası altına yığmaq daha sərfəlidir.
Ayətullahlara isə insanları iri məscidlərə 
yığıb vəz vermək yox, hüdudsuz sayda 
təqibçilərə malik olmaq daha vacibdir. 
Bütün bunların fonunda ortaya haqlı 
bir sual çıxır: Din xadimlərinin bizə bu 
qədər yaxın olduğu bir ərəfədə bəşəriyyət, 
toplumlar xoşbəxtdirmi? 
Dinindən, irqindən, millətindən asılı 
olmayaraq hər kəsin onları izləyə bildiyi 
bir məqamda çağırışları sülhün bərqərar 
olmasına yardımçı ola bilirmi?
Yoxsa, sosial şəbəkələrin verdiyi 
azadlıqdan yararlanan köhnə xurafələrin cik-
cikləyərək yeni dünyamıza gəlməsinin qarşısı 
alınmalıdır?
Və ya Papa milyonlarla izləyicisinə 
qırmızı köynəklərini əyinlərinə keçirib xaç 
yürüşlərinə çıxması tvitini yazarsa, katoliklər 
buna əməl edəcəklərmi?
Onlar cəmi 140 işarə ilə bəşəriyyəti 
sivilizasiyaların toqquşması mərhələsinə 
yenidən çatdıra bilərlərmi?
Ayətullahların cihad çağırışı edib 
müsəlmanları ordu şəklinə sala bilməsi 
mümkündürmü?
Bu suala keçmədən öncə onu da deyək 
ki, bəzi ölkələrdə din və sosial şəbəkələr 
məsələsində tamam fərqli qərar verənlər 
də olub. 2012-ci ildə Yunanıstanın Etolia-
Akarnania Metropoliti Kosmas Feysbuk, 
Tvitter və MSN-i aforoz elan etdi. Belə ki, 
Kosmas tabeçiliyində olan kilsələrin din 
xadimlərinin sosial şəbəkələrdən istifadə 
etməsini yasaqladı. Qərarının səbəbini 
isə metropolit belə əsaslandırdı: “Sosial 
şəbəkələr günaha təhrikdir. Bu saytlara 
daxil olan din adamları mənəvi baxımdan 
özlərinə də, ailələrinə də böyük zərər 
verməkdədirlər”.
İslam dünyasında isə bir müddət “Halal” 
markalı sosial şəbəkə anlayışı ortalığa çıxdı. 
Lakin “Salamworld” kimi təşəbbüslər geniş 
maraq doğurmadı. Çünki sosial şəbəkələrin 
peyğəmbəri olan Mark Züçerberk artıq 
sonuncu “kitab”ı gətirmişdi və yerini başqa 
birinə verməyi düşünmürdü.
İndi isə qayıdaq sualımıza. 
Din xadimlərinin sosial media üzərindən 
mesajlar verməsinin qarşısını almaq olmaz. 
O halda ki, onların mesajları dini ibadətlər və 
barış əsasında yazılıb. Çünki hər kəs kimi din 
xadimlərinin də bu azadlıqlardan yararlanma 
haqqı var. Siyasətdən tutmuş şirkətlərin 
müxtəlif maraqlarını qoruyan paylaşma 
platformaları modern dünyada dinin də 
öz sahəsini genişləndirməsi üçün istifadə 
ediləcək. Bunun qarşısını almaq mümkün 
deyil. Üstəlik papanın, ayətullahların, digər 
din xadimlərinin tvit atması bəşəriyyət üçün 
təhlükə törətmir. Təhlükə din üzərindən 
formalaşan radikal qruplaşmaların 
fəaliyyətindədir. 
2015-ci ilin noyabrında Əfqanıstanın 
Takhar bölgəsində yaxalanan İŞİD üzvü 
olan Tacikistan vətəndaşı qruplaşmaya 


fərqli
89
USTAD 
dərgisi \ Fevral 2016
88
USTAD 
dərgisi \ Fevral 2016
sosial media vasitəsilə qoşulduğunu deyir. 
“Nasratullah” ləqəbli bu şəxs Rusiyada 
işləyərkən sosial şəbəkələr vasitəsilə gələn 
təkliflə cihada qoşulduğunu bildirir. O, yol 
xərci üçün 20 min rubl alaraq İran üzərindən 
Əfqanıstana keçmişdi. 
Və ya 2014-cü ilin yayında İŞİD-in 
Mosula doğru irəlilədiyi bir məqamda 
terror qruplaşması tərəfdarları tərəfindən 
bir gündə 40 min tvit atıldı. Terrorçular 
addımlarını anbaan sosial şəbəkə üzərindən 
dəstəkçilərinə və dünyaya yayırdılar. Xüsusən 
də qruplaşmanın yaydığı fotolar, videolar 
“haştaq”larda “trend topic” səviyyəsinə 
çatdı. Paylaşılan videoların keyfiyyəti, 
işlənmə forması İŞİD tərəfdarlarının 
artmasına səbəb oldu. 
Bütün bunlar İŞİD-in 
modern dünyada təbliğatı 
üçün sosial şəbəkənin 
əvəzsiz mənbə olduğunu 
göstərdi. Üstəlik təbliğati 
işləri həyata keçirənlərin 
peşəkarlar olduğu 
da aydınlaşdı. 
Buna görə də terror 
qruplaşmasının “İŞİD-ə 
dəstək üçün bir milyard müsəlman” adlı 
kampaniyası geniş rezonans doğurmuşdu. 
İŞİD-in təbliğatını yaymaq üçün qurduğu 
Al-Itisam Establishment for Media və Al-
Hayat Media Center qruplaşmasının ən 
güclü vaxtlarında geniş fəaliyyət göstərirdi. 
Eləcə də, İŞİD dünya üzərində geniş yayılmış 
android sistemlə işləyən telefon, tablet və 
digər texnologiyalar üçün “The Dawn of 
Glad Tidings” adlı əlavə də hazırlamışdı. 
Bu əlavəni yükləyən şəxslərin Tvitter 
hesabına daxil ola bilən İŞİD fəaliyyətləri 
ilə bağlı kütləvi tvitlərin atılmasına səbəb 
olmuşdu. 19-24 iyun 2014-cü il tarixlərində 
qruplaşma #AllEyesOnISIS haştaqı ilə 
31500 tvit atmışdı. 
İŞİD-in sosial şəbəkədəki bu fəaliyyəti 
təbliğatla yanaşı qorxu yaymaq məqsədi 
daşıyır. Məsələn, Mosula giriş dönəmində 
1700 iraqlı şiəni qətlə yetirmələri ilə bağlı 
paylaşdıqları fotolar yaxın ərazilərdə ciddi 
narahatlığa səbəb olmuşdu. Eləcə də, 
edam videolarının yayılması Qərb insanının 
qorxuya düşməsi üçün hesablanıb. Amerikalı 
jurnalist Ceyms Foleyin edamı da bu 
qəbildəndir. 
İŞİD-in sosial mediadakı gücü şübhəsiz 
ki, ABŞ tərəfini narahat edir. 2015-ci 
ilin noyabrında ABŞ-ın müdafiə naziri 
Eşton Karter açıqlamasında azad və açıq 
internetə xələl gətirməyəcək bir formada 
ölkəsini və xalqını qorumağın yolları barədə 
fikirləşməyin zamanının gəldiyini demişdi. 
Virusa qarşı antivirus proqramları işə 
salındığı kimi İŞİD-ə qarşı da Tvitterdə əks-
mübarizə kampaniyası işə salınıb. Məsələn, 
İngiltərə xarici işlər nazirliyi “İŞİD-ə 
qarşı İngiltərə” adlı Tvitter 
hesabı ilə anti-İŞİD fəaliyyətə 
başlayıb. İŞİD-ə qarşı 
beynəlxalq koalisiyanın 
apardığı mücadilə 
ilə bağlı videoların 
yayımlandığı bu hesab 
İŞİD qüvvələrinə vurulan 
zərbələri dünyaya yaymaq 
məqsədini güdür. 
Beləliklə, bu gün Azərbaycan 
daxil olmaqla dünyanın istənilən 
ölkəsində bir müsəlman asanlıqla bu kimi 
təbliğatın içinə düşə, özünü İraq və Suriyada 
tapa bilər. Çünki Suriyaya gediləcək yol 
puluna qədər ödəyən İŞİD hətta onlara 
mücahid qazandıracaq şəxslərə 3-10 min 
dollar arası pul da vəd edir. Xüsusən, 
qazandırılan adam həkim və kompüter 
mütəxəssisi olarsa, miqdar çox olur. Bu 
baxımdan İŞİD-lə Tvitterdə mübarizə üçün 
anti-İŞİD təbliğatın gücləndirilməsi mühüm 
vasitədir.
Azərbaycan üçün isə təkcə İŞİD-ə qarşı 
deyil, bütün dini radikalizmlə qarşı bu hücum 
taktikası məqsədilə Kəmalüddövləni yenidən 
diriltmək gərəkdir.
Radikalizmə qarşı yeni mübarizənin 
adı: “Kəmalüddövlə tvitləri”
Əgər Kəmalüddövlə dirilib gəlsə, dünənin 
xürafələrinin bu gün elm adı ilə xalqa 
sırındığını görsə, yəqin ki, üzümüzə bir 
batman tüpürüb Axundzadənin çap olunan 
kitablarını götürüb bizi əbədiyyən tərk edərdi. 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə