Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   45   46   47   48   49   50   51   52   53

105
USTAD 
dərgisi \ Fevral 2016
104
USTAD 
dərgisi \ Fevral 2016
“bəxti gətirməyən” filmlər
105
USTAD 
dərgisi \ Fevral 2016
104
USTAD 
dərgisi \ Fevral 2016
filmdə işləmək o dərədəcə gözəl idi ki,  filmin 
çəkiliş müddətində hansısa maraqlı anlar 
olmuşdusa da, mən o xırda məqamları bu 
böyük prosesin içində görməmişəm”. 
Filmin bəxtinin gətirməməsinin səbəbləri 
haqqında isə əsaslı fikri filmin operatoru 
olmuş
 Rafiq Quliyevdən öyrənə bildik: 
Azərbaycan kinosunda az çəkilən filmlər 
dövrünü iki mərhələyə bölmək olar. I 
mərhələ 40-50-ci illərin əvvəllərinə, II 
mərhələ isə 90-cı illərin əvvəllərinə təsadüf 
edir. 70 il Sovetlər Birliyinin tərkibində olan 
Azərbaycan üçün müstəqillik qazandıqdan 
sonra, xüsusilə, müstəqilliyin ilk illərində 
film çəkmək çox çətin idi. Həmin illərdə 
kinoya sərmayə buraxılmırdı. Ona görə 
də o illərdə çəkilən filmlərin əksəriyyəti 
sponsor dəstəyi ilə çəkilirdi. Bu filmlərə Vaqif 
Mustafayevin “Hər şey yaxşılığa doğru”, 
Ayaz Salayevin “Yarasa”, Tofiq Tağızadənin 
“Köpək”  filmlərini misal göstərmək olar. 
Bu mənada Loğman Kərimovun filmlərin 
az çəkildiyi illərdə təşəbbüs göstərməsi 
təqdirəlayiq idi. Onun “Köpək” filminin 
ərsəyə gəlməsində çox böyük rolu oldu. 
Mən ssenarinin yazılması mərhələsindən 
bu işə qoşulmuşdum. Loğmanla birlikdə 
filmi çəkmək üçün hansı rejissora müraciət 
edəcəyimizi düşünürdük. Əvvəlcə qərara 
gəldik ki, Şamil Mahmudbəyova deyək. 
Ssenari onun xoşuna gəlmişdi. Lakin 
həmin illərdə xəstə olduğundan filmi 
sona çatdırmamaqdan ehtiyatlandı. Buna 
görə də Tofiq Tağızadə ilə danışdıq. O 
razılıq verdi. Ssenari üzərində rejissor işi 
başladı. Ümumiyyətlə, ssenari ekran həllini 
tapmayana kimi ədəbiyyat hesab olunur. 
Rejissor ssenarisində hər bir epizodun 
görüntü həlli olmalıdır. Həm də burda 
obrazların hərəkətlərinin məntiqi ardıcıllığı 
önəmlidir. Ssenari üzərində işlər aparıldıqdan 
sonra aktyor seçimlərinə başladıq. Filmin baş 
rollarından birinin ifaçısı Məmməd Səfanı 
reklam çəkilişlərinin birində görmüşdüm. 
Baş rollardan biri üçün Məmməd Səfanın 
çəkilməsini Tofiq Tağızadəyə təklif etdim. 
Onu kinostudiyaya dəvət etdik. Sınaq 
çəkilişləri oldu. Filmdə Məmməd Səfanın 
obrazının monoloq səhnəsi var. Bu səhnəni 
sınaq çəkilişi etdik. Tofiq Tağızadə Məmməd 
Səfanın ifasını çox bəyəndi. Amma bu rolu 
Loğman Kərimov da ifa etmək istəyirdi. 
Sınaq çəkilişlərində Loğman da iştirak etdi. 
Yaxşı da ifa etdi. Bu zaman biz dilemma 
qarşısında qaldıq. Ona görə də Tofiq 
Tağızadə təklif etdi ki, bu rolu ifa etmək üçün 
tanınmış bir aktyor da dəvət edək. Fuad 
Poladova dedik. Deməli, üç aktyor sınaqdan 
keçdi. Fuad Poladov da gözəl oynadı. 
Amma onun üz cizgilərindəki müdriklik 
bu obraz üçün deyildi. Çünki həyatın hər 
üzünü görmüş, müdrikləşmiş bir obraz bu 
qəhrəmanın vəziyyətinə düşə bilməzdi. Bu 
qəhrəmanın xarakteri daha çılğın idi. Qərara 
alındı ki, Məmməd Səfa çəkilsin. Amma 
Tofiq Tağızadə Loğman Kərimov üçün də 
filmdə bir rol ayırdı. Loğman Kərimovun 
dirijor obrazı burdan yarandı. Bundan sonra 
çəkilişlər başladı. Çəkilişlər yayda başladı və 
tez də bitdi. Payızın əvvəllərində artıq film 
hazır idi. Montaj işləri gedirdi. “Köpək”in  
montajı bitən vaxtlarda filmin sponsoru 
müflis oldu, ona görə də film nümayiş 
edilə bilmədi. “Köpək” filminin şəxsən 
mənim yaradıcılığımda böyük rolu olub. Bu 
filmin çəkiliş prosesində Tofiq Tağızadədən 
incəsənətin incəliklərini öyrənmişəm”. 
Beləliklə, bəxti gətirməmənin səbəblərini 
araşdırmaq və dəqiq söyləmək hər zaman 
çətindir. Amma ümumi qənaətimiz belə oldu 
ki, keçid dövrü, zamanın iqtisadi çətinlikləri 
və sponsorun müflis olması bitmiş bir 
filmin nümayiş olunmasına və tamaşaçıya 
çatdırılmasına mane olub. Amma bu gün – 
telekanallar və kinozallar bolluğunda mütləq 
bu dəyərli sənət əsərinin nümayişinə çalışmaq 
və nail olmaq mümkündür. Yeri gəlmişkən, 
maraq üçün “youtube” videoportalına 
yüklənmiş “Köpək” filminin baxış sayını 
öyrənmək istədik. 3865 baxış... Fikrimizcə, 
bu rəqəm bu film üçün çox azdır. Çünki dram 
janrında, bəşəri mövzuda çəkilmiş film Tofiq 
Tağızadənin digər filmlərindən heç də geri 
qalmır. Ümid edək ki, nə zamansa bu film öz 
layiqli qiymətini alacaq. 


povest
105
USTAD 
dərgisi \ Fevral 2016
104
USTAD 
dərgisi \ Fevral 2016
105
USTAD 
dərgisi \ Fevral 2016
104
USTAD 
dərgisi \ Fevral 2016
Siçovullar üçün 
darıxan 
gəmi
Kənan
Hacı
R
əvanın atası uzun illər idi ki, 
Rusiyada yaşayırdı, hələ Rəvan 
anasının boynunda olanda ailəni 
taleyin ümidinə buraxıb çıxıb getmişdi. 
Biçarə qadın cəmi beş-altı ay ər üzü 
gördü. Təzə evlənən bəy bir müddət işsiz 
gəzib-dolandıqdan sonra Volqoqraddakı 
dostlarıyla əlaqə saxladı, dostları onu 
qınadılar ki, bu vaxta qədər işsiz qaldığını 
bizə niyə deməmisən? Dedilər ki, günü sabah 
biletini al, gəl, burda əsl bəy balası kimi 
yaşayacaqsan. Axşam arvadı süfrəyə yemək 
gətirəndə getmək planını ona açıb dedi. 
Hamilə qadının halı qəfildən dəyişdi, alnına 
soyuq tər gəldi.
– Sən nə danışdığını bilirsən, Rəhim? 
Yenicə evlənmişik, məni bu vəziyyətdə 
qoyub gedirsən?! Bu boyda ev-eşikdə mən 
tək-tənha, pulsuz-parasız, köməksiz necə 
dolanacağam, necə yaşayacağam? Dəli 
olmusan?
Danışdıqca gəlinin əlləri əsir, göz yaşları 
yanağı boyu axırdı. Yemək süfrəyə necə 
düzülmüşdüsə, eləcə də qaldı. Rəhimin bu 
qəfil gediş söhbəti isti yeməklərini buza 
döndərdi. Əri əvvəlcə tutulsa da, özünü 
ələ alıb arvadına reallıqla barışmaq lazım 
gəldiyini, burda qalsa, vəziyyətlərinin daha da 
( p o v e s t d ə n   p a r ç a )
ağırlaşacağını, dolana bilməyəcəklərini izah 
etməyə başladı. “Sənə belə həyat xoşdur?” – 
deyə ondan soruşdu. 
Təzə gəlin gözlərini bir nöqtəyə zilləyib 
susdu, sanki ərinin dediklərini eşitmirdi. 
Ürəyinin dərinliyindən bir səs ona pıçıldayırdı 
ki, Rəhim getdisə, qayıtmayacaq, qadın 
intuisiyası ilə bunu hiss edirdi və bu amansız 
həqiqəti özünə yaxın buraxmasa da, o bir 
andaca bütün varlığına hakim kəsilmişdi. 
Ona ərə getdiyinə görə içində dərin bir 
peşmançılıq hissi keçirdi, yanıldığını, 
aldandığını düşündü. 
Çox qısa müddət nişanlı qalmışdılar və 
bu müddət ərzində Rəhim ona hər zaman 
yanında olacağını, ömrünün sonunadək 
sadiq qalacağını demiş, and içmişdi. Dürdanə 
də ona inanmışdı. Çünki Rəhimin onu 
dəlicəsinə sevdiyini bilirdi. Yatsa yuxusuna 
da girməzdi ki, evliliklərinin ilk aylarında onu 
hamilə vəziyyətdə qoyub Rusiyaya çıxıb gedə 
bilər. 
– Demək sən məni sevmirmişsən... – 
uzun sükutdan sonra güclə eşidiləcək səslə 
dedi. 
Rəhim qalxıb arvadının çiyinlərini 
qucaqlamaq istədi, Dürdanə sərt hərəkətlə 
onu özündən kənarlaşdırdı və qalxıb 
yataq otağına çəkildi, qapını da arxasınca 
çırpdı. Nə qədər yalvardısa, Dürdanə 
yataq otağının qapısını açmadı, onun 
çağırışlarına hay vermədi. Rəhim divana 
çöküb siqaret yandırdı, düşündü ki, gərək 
bu tezliklə evlənməyəydi, əli çörəyə 
çatmamış evlənməyin axırı elə belə olur. 
Özü cəhənnəm, başqasını da bədbəxt elədi. 
Ölkədə vəziyyət ağırdır, cavanlar boş-bekar, 
işsiz-gücsüz qalıblar, günlərini çayxanalarda 
keçirirlər. Getməsəydi, ailəsini nəylə, necə 
saxlayacaqdı? Bu bekar cavanlara qoşulub 
çayxanalarda domino, nərd çırpmaqla 
gün keçirmək onluq deyildi. Gənc, enerjili 
adamların qızıldan qiymətli vaxtı beləcə 
boş-boşuna havaya sovurması onu dəhşətə 
gətirirdi. Düşünürdü ki, vaxt gələcək, bunlar 
itdən betər peşman olacaqlar, amma itirilmiş 
vaxtı geri qaytarmaq mümkün olmayacaq. 
Evlənməklə həyatının ən böyük səhvinə 
yol verdiyini düşündü. Gərək özünə gün-


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə