Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   45   46   47   48   49   50   51   52   53

povest
107
USTAD 
dərgisi \ Fevral 2016
106
USTAD 
dərgisi \ Fevral 2016
güzəran qazanandan sonra bu addımı ataydı. 
Hesab edirdi ki, həyat səni öyrədənəcən 
ömür ötüb keçir, gərək özün öyrənəsən. 
Dürdanə vəziyyətlə barışmalıdır, başqa 
çıxış yolu yoxdur. Burda qalsam, mən də 
o çayxana avaralarının tayı olacağam, 
bundansa ölüm yaxşıdır. Səhər açılır, axşam 
olur, günlər bir-birindən fərqlənmir. Yox, 
lap belə də demək olmazdı, arvadı dünən 
yarpaq dolması bişirmişdisə, bu gün borş 
yeyəcəkdilər. Dünən ayın 14-üydüsə, bu 
gün 15-idir. Fərq yalnız bundan ibarət idi. 
Başqa əsaslı dəyişiklik də baş vermişdi; 
arvadı hamiləydi. Amma ailənin büdcəsi yox 
idi, özü də bir qara qəpiyin yiyəsi deyildi. 
Düzdü, arvadı pulsuzluğunu başına qaxınc 
etmirdi, amma özü bu vəziyyətlə barışa 
bilmirdi. Nə vaxta qədər mağazadan siqareti 
nisyə götürəcəkdi? Bəzən gündəlik ərzaq 
almağa da pulu olmurdu, üzünə üz tutub 
ayaqlarını sürüyə-sürüyə mağazaya yollanır, 
yolboyu özünü lənətləyirdi. Mağaza sahibi 
tanış adam olsa da, nisyə mal istəyəndə 
xəcalətdən ölür, əməlli-başlı tər tökürdü. 
Borc borcun üstünə yığılırdı. Evdə arvadın 
üzünə baxa bilmirdi, nolsun qadın dinmirdi, 
nə vaxtsa bomba kimi partlayacaqdı. Bu 
axşam dostlarıyla danışandan sonra qəti 
qərara gəldi. Əli-ayağı sağ-salamat ola-ola 
arvadın dizinin dibini kəsdirməyi kişiliyinə 
sığışdırmırdı. Arvad kimi evdə oturan 
kişilərdən zəndeyi-zəhləsi gedirdi. Özü də 
aza qane olan adam deyildi, maksimalist idi. 
Xeyli düşünüb-daşınandan sonra bu qənaətə 
gəldi ki, burda qalsa, güzəranını düzəldə 
bilməyəcək, elə sürünə-sürünə də yaşayacaq. 
Gənc ailələrin dağılmasının əsas səbəbi elə 
maddi imkansızlıqdır da. Hər bir qadın yaxşı 
yaşamaq istəyir, əri evə pul gətirə bilməyən, 
qadınının maddi ehtiyaclarını ödəyə 
bilməyən kişi kimə lazımdır? Kasıbçılıq, 
maddi ehtiyaclar tez bir zamanda sevgini 
nifrətə çevirir. Rəhim maddi sıxıntılardan 
dəhşətli dərəcədə qorxurdu. Onun gələcəklə 
bağlı böyük planları vardı, indi yaşadıqları 
atasından qalma köhnə evi söküb yerində 
ikimərtəbəli ev tikmək, özünə maşın almaq 
istəyirdi. Rəhim gələcəkdə ailəsinin nədənsə 
korluq çəkməsini istəmədiyi üçün indidən 
yaxşı pul qazanmağın yollarını axtarır, vaxtı 
fövtə vermək istəmirdi. İnsan öz gələcəyinin 
təməlini məhz cavanlığında qurmalıdır, 
bunun üçün də yaxşı maddi imkan olmalıdır. 
Atası Rəhimi kasıbçılıqla böyütmüşdü, 
rəhmətlik kişi neft mədənlərində fəhlə 
işləyirdi, nöyüt, salyarka iyi onun 
paltarlarına, hətta bədəninə də hopmuşdu. 
Anası ərinin mayka-tursikini nə qədər yusa 
da, mazut qoxusu çəkilib getmək bilmirdi. 
Kişinin özü də qapqaraydı, elə bil mazuta 
salıb çıxarmışdın, öz adı Seyidağa olsa da 
kənddə hamı onu “Qara” deyə çağırırdı. 
Rəhim orta məktəbdə yaxşı oxuyurdu, 
özünə, biliyinə güvənirdi deyin, qəbul 
imtahanlarını verib instituta daxil olacağına 
zərrə qədər də şübhəsi yox idi. Sənədlərini 
Neft-Kimya İnstitutunun neft-mexanika 
fakültəsinə vermişdi. Amma bəxti gətirmədi, 
ona dedilər ki, bala, get, yaxşı hazırlaş, gələn 
il gələrsən. O gündən Rəhimin oxumaq 
həvəsini sanki qırx arşın quyunun dibinə 
atdılar, bir daha kitab-dəftər üzü açmadı. 
Kənd arasına çıxmaq, kimsənin gözünə 
görünmək istəmirdi. Qohum-əqrəbadan
ona ümid bəsləyən müəllimlərindən də 
yan gəzirdi. Arada özünə təsəlli verirdi ki, 
guya oxuyanların ağzı bala batıb? Odey, 
qonşumuz İslamın oğlu Səfər Rostovda 
institut bitirib, diplomu evdə pas atır, özünün 
də günü  talkuçkada keçir, maşallah, alveri 
də pis getmir. Əməlli-başlı özünü tutub, yağın 
içində “07” sürür. Kəndin milyonerlərindən 
olan Əlisəfa heç adını düz-əməlli yaza bilmir, 
zır bisavadın biridir, vaxt vardı, onun-bunun 
qapısından göy-göyərti yığıb aparıb bazarda 
satırdı. Bir gün eşitdi ki, Əlisəfa həyətdə 
gül parniki salıb, elə onunla da bəxti gül 
vurub. Əlisəfa günbəgün varlanmağa başladı, 
parniklərinin sayı da artdı. Vaxt dolandı, 
zaman gəldi, Əlisəfa güldən qazandığı pulla 
həyətlərində ikimərtəbəli villa ucaltdı, kəndə 
birinci “Mersedes”i gətirdi. Əlisəfa xarici 
maşınla kəndin içindən keçəndə bütün kənd 
camaatı onun maşınının tamaşasına dururdu. 
Daha Əlisəfa tülküdurmazdan belində yaş 
göy-göyərti kisəsi daşıyan Əlisəfa deyildi. 
İndi o, kənd sovetinin sədriylə, bölmə 
rəisiylə, biznesmenlərlə oturub-dururdu. 


povest
107
USTAD 
dərgisi \ Fevral 2016
106
USTAD 
dərgisi \ Fevral 2016
Vaxtilə qapısından göy-göyərti, tərəvəz 
apardığı adamlara Allahın salamını belə 
verməyi özünə sığışdırmırdı. Evində qulluqçu 
saxlayırdı. Bir arvadla kifayətlənməyib ikinci 
dəfə on səkkiz yaşında gözəl-göyçək bir 
qızla evlənmişdi və kooperativ binalardan 
birində ona üçotaqlı ev almışdı. Əlisəfanın 
evdəki köhnə arvadından üç oğlu vardı. 
Təzə arvad alanda arvadı qorxusundan 
cıqqırını da çıxarmadı. Neyləyə bilərdi? Həm 
də ki, ona nə lazımdı? Əri bütün maddi 
ehtiyaclarını ödəyirdi, özü də padşah xanımı 
kimi yaşayırdı. Sinəsi, boyun-boğazı qır-qızılla 
dolub-daşırdı. 
Çətin dövr idi, kənd uşaqları gözünün 
qabağında qaba, yaşlı kişilərə çevrilmişdilər. 
Onlar çörəkpulu qazanmaq üçün hər işlə 
məşğul olurdular, fəhləlik edir, əkin-biçində 
atalarına kömək edir, bazara meyvə-tərəvəz 
aparıb satırdılar. Yaşları çox az olsa da, 
onlara uşaq demək olmazdı, onların uşaqlığın 
sevincini dadmağa macalı olmadı.
Yay mövsümü yenicə başlamışdı. Rəhim 
məhlədəki iri tut ağacının altında oturub 
fikirli-fikirli siqaret tüstülədirdi. Çiyninə 
qonan əldən diksindi, başını qaldıranda 
dostu Mirzəylə göz-gözə gəldi. Mirzənin 
həm ata tərəfdən, həm də ana tərəfdən 
dolamadan dolamaya Rəhimə qohumluğu 
çatırdı. Valideynləri dayıoğlu-bibiqızı idilər. 
Kölgəsində dincəldikləri bu qədim-qayım tut 
ağacını vaxtilə Mirzənin atası Əhməd kişi 
əkmişdi.
–Nolub, ay brat? Gəmilərin batıb nədi? – 
deyə Mirzə onun böyrünü kəsdirib oturdu.
–Əşi nolacaq? İş yox, güc yox, avara-
sərgərdan gəzib-dolaşmaqdan bezmişəm. 
İndi mənim pul qazanan vaxtımdır, mənim 
taylarım qaz vurub qazan doldurur. Elə bil 
bəxtimi bağlayıb açarını  da dəryaya atıblar, 
– Rəhim dostuna işsizlikdən gileyləndi. 
Mirzə təəccüblə onu süzdü və əlini yüngülcə 
kürəyinə şappıldatdı:
–Baa, alə, mən elə bilirəm sən işləyirsən 
e. Bəs bunu mənə deginən də, ay zalım oğlu. 
Mənə bax, balıqçı Rəfaeli tanıyırsan da.
–Hə, nöş tanımıram?
–Primorskidə onun restoranı var. Bu 
dəqiqə sezon başlayır, ona yaxşı ofisiant 
lazımdır. Yaxşı da pul verir. İşləyə bilərsən?
Mirzə Rəhimi necə həvəsləndirdisə, 
Rəhim əlüstü razılığını verdi. 
–Vəssalam, brat. Sənin işin düzəldi, – 
Mirzə qolunu Rəhimin boynuna saldı, – indi 
bu təzə işivi “yumaq” lazımdır. Bir araq ala 
bilərsən? Qalanı mənlikdir.
Rəhim dedi alaram. Məhlədəki marketdən 
araq, Mirzə isə pomidor, yumurta, çörək, bir 
az da kolbasa götürdü, sonra da dedi ki, evdə 
təkəm, anam bacısıgilə gedib, Allah bilir nə 
vaxt gələcək. Gedək bizdə oturaq, başımızı 
açaq.  
Mirzə elektrik qaynaqçısı idi, yəni  
“svarşik”lik oxumuşdu. Gül kimi sənəti ola-
ola getdi qurşandı qumara, bir gün uddu, 
bir gün uduzdu, o vaxt ayıldı ki, öz ömrünü 
uduzub. Ömrünün sandığında gizlədiyi 
naftalin qoxulu günlər isə daha əvvəlkitək 
təzə-tər deyildi; bu yıpranmış günlər indi nə 
ona lazım idi, nə də özgəsinə.
Mirzə bir arvad aldı, ayağı bəd oldu, 
toydan yığılan pulları elə toydaca uduzdu
səhər çörəyi dükandan nisyə götürdü. Sonra 
bədayaq arvadı boşadı. İkimərtəbə evlərinin 
birinci mərtəbəsində  qoca anası qartımış 
qızıyla birgə qalırdı. Bu evi dədəsi Əhməd 
kişi cavanlığında tikmişdi. Həddən ziyadə 
sadəlövhlüyünə görə kənd içində adının 
qarşısına bir ayama da qoşmuşdular – Gic 
Əhməd. Yaxşı başmaq, nəleyin tikərmiş – bir 
sözlə, halal adammış, rəhmətlik.
Onun ən qiymətli yadigarı məhlədə öz 
əliylə əkdiyi tut ağacıydı ki, hər il yay gələndə 
uşaqlar budaqlarından qopmaq bilməzdi; 
qarınları köp verincə şirəli tutdan yeyər, 
aşağıdan boylana-boylana qalan qocaların 
da payını yağardılar. Günün istisi aləmi 
yandıranda dözülməz bürküdən qaçıb ağacın 
sərin kölgəsinə sığınan məhlə cayılları az qala 
hər gün bu ağacı əkənə rəhmət oxuyardılar. 
Belə vaxtlarda Mirzənin üzü gülürdü.
Əhməd kişi bu tut ağacını öz 
övladlarından çox istəyərmiş və deyərmiş ki, 
mən dünyaya elə bu ağacı əkməkdən ötrü 
gəlmişəm.
Mirzə yuxarı mərtəbədə tək qalırdı, evin 
divarlarını lüt qız şəkilləri ilə bəzəmişdi. 
Dədəsi xalçanın üstdən asılmış bu lüt 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə