Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   2   3   4   5   6   7   8   9   ...   53

polemika köşəsi
9
USTAD 
dərgisi \ Fevral 2016
8
USTAD 
dərgisi \ Fevral 2016
Üzeyir bəy 1917-ci ilin dekabrında 
Y.V.Çəmənzəminlinin bir mətbu 
çağırışına cavab olaraq “Açıq söz” 
qəzetində (22 dekabr 1917-ci il) “Millı 
marş” başlıqlı məqaləsində bildirirdi ki, 
son günlər o, milli nəğmə yaratmaq 
üzərində işləməkdədir və hələlik bir 
milli qəsidə yazmışdır. Üzeyir bəy himn, 
marş və digər istilahlarla yanaşı, həmin 
bəstəsinin hansı üsulla yazıldığı barədə 
də məsələyə aydınlıq gətirərək yazırdı: 
“...Milli bir qəsidə (himnə qəsidə desək, 
şərqi sözündən daha düzgün olar) 
yazmaq haqqında mən bir müddətdir ki, 
çalışıram. Hələlik bir milli marş yazmışam 
ki, sözlərini burada dərc etməyi lazım 
bilmədim. Ancaq bu sözlərin vəzn 
cəhətdən düzgün olmadığının səbəbini 
qabaqca söyləməliyəm”.
Bundan sonra Üzeyir bəy sözünə 
davam edərək öz bəstəsində istifadə 
etdiyi yeni  üsul haqda belə izahat verir: 
“Qədim Yevropada və bu gün bizlərdə 
musiqinin vəzni şeirin vəzninə tabe olur. 
Halbuki bu gün Yevropada musiqiyə 
xüsusi bir vəzn verilib, şeiri ona tabe 
edirlər. Bunun izaha ehtiyacı vardır 
ki, ancaq indi məqamı deyildir. Onu 
demək istəyirəm ki, həmin sözlərin vəzni 
musiqisinə tabedir”.
Göründüyü kimi, Üzeyir bəy Hacıbəyli 
Azərbaycan bəstəkarlığına gətirdiyi bu 
yeniliyin əksəriyyət tərəfindən ilk vaxtlar 
başa düşülməyəcəyini və bu üzdən 
şeirin mətnində nəzərə çarpa biləcək 
məhdudluqla bağlı qüsurları qəbul edə 
bilməyəcəyini qabaqcadan duyaraq ona 
aydınlıq gətirməyi lazım bilmişdir. Həmin 
yeniliyin mahiyyəti və Üzeyir bəyin 
izahatı bu gün çoxlarına bəlli olmadığı 
üçün onlar Dövlət Himnimizin sözlərində 
şeiriyyətcə və ya nəsə qüsur “tapıb” 
ona kölgə salmağa çalışır, bununla da 
öz naşılıqlarını və məlumatsızlıqlarını 
nümayiş etdirmiş olurlar.
Qeyd edək ki, Ü.Hacıbəyli həmin 
“Milli marş” məqaləsində yenicə 
bəstələdiyi və ilk ifası 1917-ci il dekabrın 
23-də “Şənbə günü Tağıyevin teatrında 
“O olmasın, bu olsun” oyunundan 
qabaq orkestr ilə çalınıb ümum artistlər 
tərəfindən oxunması” nəzərdə tutulan 
marşın bütöv mətnini də dərc etdirmişdir. 
Rəfiq Zəka Xəndanın “Ulduz” jurnalının 
1989-cu il tarixli 7-ci sayında (səh. 
90-92) haqqında danışdığı marşlardan 
birincisi həmin bu şeirdir. R.Z.Xəndanın 
“Türk marşları” kitabından əldə etdiyi, 
ancaq altı misradan ibarət həmin parça 
bütöv şeirin birinci bəndinin ilk iki 
misrası ilə sonuncu-beşinci bəndindən 
ibarətdir. “Türk marşlar”ında Üzeyir 
bəyin yer alan ikinci marşı isə hazırkı 
Dövlət Himnimizin mətnidir. Buradan 
bir daha aydın olur ki, Üzeyir bəy 
Hacıbəyli hər iki marşı “Milli marş” 
məqaləsində göstərdiyi kimi yeni Avropa 
üslubunda bəstələmişdir. Odur ki, Dövlət 
Himnimizin sözlərinin mətnində qüsur 
axtarışına birdəfəlik son qoyulmalıdır.
O ki qaldı “Cəmo bəy” imzasının  
kimə məxsus olmasına, Yaşar müəllim 
bu məsələyə elmi aydınlıq gətirilməsi ilə 
daim maraqlanır, axtarışa yeni qüvvələr 
də cəlb etməyə çalışırdı. Bu məqsədlə o, 
“525-ci qəzet”də işləyən aspirantını – 
Rövşən Əhədoğlunu da işə cəlb etmişdi. 
Rövşən problemlə bağlı öz jurnalist 
araşdırmalarında xeyli əhəmiyyətli iş 
ÜZEYİR 
HACIBƏYLİ


polemika köşəsi
11
USTAD 
dərgisi \ Fevral 2016
10
USTAD 
dərgisi \ Fevral 2016
gördü, bir neçə adamdan müsahibə aldı.
Məndən müsahibə alarkən (bu 
müsahibə qəzetin 18.03.2001-ci il tarixli 
sayında dərc edilib.) Rövşənə məsləhət 
gördüm ki, öyrənsin, görsün Himn qəbul 
edilərkən Milli Məclisin mədəniyyət 
məsələləri üzrə daimi komissiyasının 
sədri kim olubsa, ondan da müsahibə 
götürsün. O zaman qərar layihəsi 
müzakirəyə təqdim edilərkən bildirilmişdi 
ki, əlimizdə şeirin mətninin müəllifinin 
Əhməd Cavad olduğunu təsdiq edən 
sənədlər var. Ona görə həmin şəxsdən 
xahiş etsin ki, o vaxt dediyi sənədlər 
barədə informasiya versin. Çox güman 
ki, qarşı tərəf bu sualın cavabından 
qaçmağa çalışacaq. Ancaq sən 
məqsədinə çatmamış onun yaxasından əl 
çəkmə.
Rövşən Əhədoğlunun “525-ci 
qəzet”də (24.03.2001) dərc etdirdiyi 
“Himnin müəllifı məsələsi “ağsaqqalarla 
söhbət”ə əsaslanırmış” başlıqlı növbəti 
müsahibədən məlum oldu ki, o vaxt bu 
layihənin hazırlanmasına keçmiş deputat, 
professor Firidun Cəlilov rəhbərlik 
edirmiş.
Gözlənildiyi kimi, F.Cəlilov şeirin 
Ə.Cavada aid olmasını təsdiqləyən 
sənədin olub-olmaması haqda verilən 
suala cavabdan bir neçə dəfə yayınmağa 
çalışsa da, nəhayət, etiraf etməyə məcbur 
olub ki, guya, belə bir mühüm məsələ 
barədə qərar layihəsi hazırlayıb geniş 
ictimaiyyətə “əlimizdə bunu təsdiq edən 
sənəd var” deyə gözə kül üfürəndə elə bir 
elmi mənbəyə ehtiyac da olmayıb. Çünki 
heç birimizdə himnin müəllifi ilə bağlı 
şübhə yox idi”..
Himnin sözlərinin müəllifı kimi 
Əhməd Cavadın adının getməsində 
şairin oğlu, həmin dövrdə milli məclisin 
üzvü olan Yılmaz Axundzadənin xüsusi 
canfəşanlıq  göstərdiyi də F.Cəlilovun 
söhbətindən bir daha aydın olur. O da 
maraqlıdır ki, müsahibə ərzində qarşı 
tərəfdən kifayət qədər sıxışdırılan və bir 
qədər də ittiham ruhlu polemikadan öz 
günahının miqyasını kifayət qədər geniş 
görə bilən F.Cəlilovun əsəbləri sonadək 
davam gətirmədiyindən akademiyanın bu 
məsələni müzakirəyə çıxaran alimlərini 
ittiham edir...
Bu məsələdə tamamilə tərk-silah 
olunduğunu görənlərin əksəriyyəti qarşı 
tərəfi Ə.Cavadın repressiya qurbanı 
olduğu faktı ilə onun ruhunu narahat 
etməkdə günahlandırıb, bu cür söhbətləri 
bir daha dilinə gətirməməyə çağırırdı.
Əvvəla, müəlliflik, atribusiya 
məsələlərinin həllində bu cür cəhdlər 
yolverilməzdir, nadanlıqdır. İkincisi 
də, repressiyaya qalsa, Cəmo bəy 
Hacınski AXC-ni quranlardan, İstiqlal 
Bəyannaməsinə imza atanlardan, 
həmçinin, Cümhuriyyətin parlament və 
hökumət üzvlərindən biri olmaqla, sovet 
dövründə iki dəfə repressiyaya məruz 
qalıb; o, 1922-ci ildə həbsə alınaraq üç 
il Bakıda, üç il də Sololovki zindanında 
dustaq həyatı keçirməli olub. 1938-ci 
ildə isə Vyatkaya konslagerinə sürgün 
edilərək ömrünü 1942-ci ildə katorqada 
başa vurub. Yəni Cəmo bəy Hasınski də 
repressiya qurbanıdır.
CƏMO
BƏY HACINSKİ


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə