Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   45   46   47   48   49   50   51   52   53

povest
109
USTAD 
dərgisi \ Fevral 2016
108
USTAD 
dərgisi \ Fevral 2016
əndamlara baxıb bığaltı qımışırdı. Gözləriylə 
oğluna  “ay xətəkar!” deyirdi.
Növbənöv bahalı araq şüşələri (əlbəttə, 
bu şüşələrin içi boş idi), müxtəlif fiqurlu 
alışqanlar bu evdə bəs deyincə idi. Onları 
səliqə ilə düzüb kolleksiya yaratmışdı. 
Bekarçılıq canını üzüb əldən salanda şam 
düzəldirdi. Şamın düzəldilmə üsulunu 
hamıdan gizli saxlayırdı. Yanına gələn dost-
tanışı şamsız yola salmazdı. Bu işdən özü də 
ləzzət alırdı.
Mirzə ikinci arvadı alanda üstdəki evə 
yüngülcə əl gəzdirdi. Qonuşuluqdakı toy 
axşamında naxışlığı gəlmişdi; əli gətirmişdi 
bu dəfə. Aşıq da üç min “göy” aparmışdı, 
çöməltmə oturmaqdan qıçları qıc olmuşdu, 
sağ əlini dizinə o qədər çırpmışdı ki, baldırı 
göynəyirdi.
Hay-həşir qoparmışdılar ki, hara 
qaçırsan? – Oynamıram! – deyib sivişmişdi. 
İndi bir qucaq pulu evdə döşəməyə 
töküb çinlədikcə “qurtardım”, deyirdi, 
“oynamiyceyəm day”, deyirdi.
Gecə-gündüz  “ağ at”ın belindən 
düşməyən Ramiz günü bir şüşə arağa iki 
günə evini rəngləyib təhvil verdi. Mirzə 
həyatında ikinci dəfə dəvətnamə vurdurdu. 
Dəvətnaməyə bu sözləri də yazdırdı: 
“Subaylarınızdan görəsiniz!”
Mirzənin yaşı qırxı ötmüşdü, xarakteri və 
yaşadığı həyatın mahiyyəti üz cizgilərində 
öz əksini tapmışdı; üzündəki qırışlar onu 
yaşından xeyli böyük göstərirdi, aldığı qız da 
elə özünə bab idi. Qızın qoca anası ar-həya 
eləmədən sevincindən çırtıq çalıb oynayırdı, 
axır ki, qızının baxtı açılmışdı. Mirzə 
qayınanasını inandırmışdı ki, hər şey yaxşı 
olacaq.
Toy günü qonşu kəndlərdən qumarbazlar 
dəstəsi də axışıb gəldi. İnsafən, şuluqluq-filan 
olmadı. Hərçənd, lotuların dili ilə desək, o 
toyda ki, şuluqluq olmadı, dava düşmədi, 
nə ləzzəti?.. Hansı toyda ki, qarğaşalıq olur, 
kimsə kimisə bıçaqlayır, həmin toyun səsi-
sorağı uzun müddət qulaqlardan çəkilmir. 
Aradan lap iyirmi il keçsə belə, söz düşəndə 
deyirdilər, yadındadır, filankəsin toyunda 
filankəs filankəsi vurdu, o toyda filan 
xanəndə oxuyurdu və s.
Mirzənin birinci toyunda qalmaqal 
düşmüşdü, qumar üstündə “razborka”ya 
çıxan cavanlar bir-birinin üstünə bıçaq 
çəkmişdilər. Ağsaqqalların işə qarışmasından 
sonra qan-qada sovuşmuşdu. İndi o vaxtdan 
on beş il – bir igidin ömrü keçmişdi. Təzə 
bəy köhnə qurd idi. İşin çəmini yaxşı 
bilirdi. Toyqabağı bütün tədarükü-filanı 
özü təkbaşına görmüşdü. Toy qaydasınca 
keçmişdi.
Mirzədən bədgüman olanlar yanıldıqlarına 
sevindilər. Şükür! – dedilər, – adam oldu. 
O, kabab bişirməyi də yaxşı bacarırdı. Bir 
gün balıqçı dostu onu yolda görüb maşınını 
saxladı:
– Alə, səni göydə axtarırdım, yerdə əlimə 
düşmüsən. Bura bax, kababxananı açmışam, 
kababçım yoxdu, nə deyirsən?
Beləcə, Mirzə kababçılığa başladı. 
Kababxananın varlı müştərilərinə qulluq 
edə-edə şirin dili, səliqə-sahmanı, 
mehmannəvazlığı ilə onların rəğbətini 
qazandı. Kef-damaq çəkmək üçün bu xəlvət 
guşəyə çəkilənlər ondan səxavətlərini 
əsirgəmirdilər. Elə yüngülcə “Miri” deyən 
kimi qabaqlarında fas-farağat dururdu. 
Müştərinin damarını tezcənə, çox asanlıqla 
tutmağı bacarırdı.
Di gəl, kababxananın şefi öz dostu olsa 
da, onunla heç yola getmirdi. Neçə dəfə 
gəlib görmüşdü ki, Mirzə lül-atəş tüstüləyən 
manqalın önündə yellənir. Arvadına demişdi 
ki, bu bədbəxt axırda özünü yandıracaq. 
Dəfələrlə Mirzəyə  təpinmişdi:
– Bu zəhrimarı az tök də tuluğuva, ay 
zalım!
–İçməsəm, düz gəlmir, qədeş... – demişdi 
Mirzə.
İçindəki yanğını  “şeytan suyu” ilə 
söndürürdü. Elə bil nəsə qiymətli bir şey 
itirmişdi, axtarırdı və tapmayıb dəli olurdu, 
cumurdu arağa.
Təzəlikcə kəndə xəbər yayılmışdı ki, 
Mirzənin arvadı üz qoyub dədəsi evinə 
və qayıtmayıb. Bu məyusedici xəbər heç 
gedib kəndin o başına çatmamış kəndin bu 
başından daha məşum bir xəbər ox kimi 
sıyrılıb hələ yolda olan əvvəlki xəbəri ötüb 
keçdi. 


povest
109
USTAD 
dərgisi \ Fevral 2016
108
USTAD 
dərgisi \ Fevral 2016
Mirzə gecə toyaxşamında beş min 
“göy” uduzub və uduzduğu pulu səhər 
çatdıracağını vəd edərək evə gəlib. Elə 
həmin gecə zirzəmidə əlinə keçən kəndiri 
pərdiyə bərkidilmiş yoğun mismara bənd 
edərək özünü asıb. Bu bədbəxt hadisə 
hələ çox sonralar baş verəcəkdi. İndi isə 
Mirzə ilə Rəhim üzbəüz oturub ucuz Bakı 
arağından hortdadır, badımcan turşusu ilə 
“zakuska” edirdilər. Rəhimin dostu hələ 
subaylıq dövrünü yaşayırdı. Rəhimə araq 
içməyi, nərd oynamağı Mirzə öyrətmişdi. 
Arada “sobrazim” eləyib Mirzəgildə başlarını 
açırdılar. 
Bir dəfə yenə tində rastlaşdılar, Rəhim 
Mirzənin qırımından vurmaq havasında 
olduğunu əlüstü hiss elədi. Amma nə 
Mirzədə, nə də Rəhimdə pul vardı. Rəhim 
mağazadan nisyə araq götürməyi boynuna 
çəkdi, Mirzənin bir anda qırışığı açıldı:
Sağ ol e, oğulsan! Götür gəl, gedək 
bizə, yeməyə bir şey taparıq.
Mirzənin anası Rəhimin qoltuğundakı 
arağı görüb deyinməyə başladı:
– Bu avara səni də öz gününə salacaq. 
Cavan oğlansan, indidən piyaniskalığa 
qurşansan, sənin axırın nolacaq, hə?
Rəhim bilmədi nə desin. Yaxşı ki, Mirzə 
özünü yetirdi:
– Ay arvad, sənin əlindən bu xarabaya bir 
adam gələ bilmir. Get öz işinlə məşğul ol da. 
Pay atonnan!
Arvad başını bulayıb öz otağına çəkildi. 
Mirzə bu həyətdə o qədər dava-qırğın 
salmışdı ki, yazıq arvadın gözü qorxmuşdu. 
Beyni çöndü, vəssalam, gözünə heç nə 
görünmürdü, əlinə keçəni vurub dağıdırdı, 
həyət-bacanı viran qoyurdu. 
Mirzə soyuducunu açanda məlum oldu ki, 
evdə qurban ətindən başqa dişə dəyəsi bir 
şey yoxdur. Rəhim gerilədi:
– Yox e, qurban ətiynən araq içməzlər, 
günahdır. Bəlaya gələrik. 
Mirzə əti soyuducudan çıxarıb kranın 
altına tutdu.
– Qurban olum Allaha! Bir adamın 
toyuğuna kiş demirik ki. Qorxma alə, Allah 
keçər günahımızdan.
Rəhim isə qorxurdu. 
– Bəlkə arağı saxlayaq sabaha? Yeməyə 
bir şey fikirləşərik, bəlkə pul oldu, toyuq 
alıb qızardarıq, əməlli-başlı oturarıq da, – 
deyə Mirzəni fikrindən döndərmək istədi. 
Mirzə əti tavaya doğraya-doğraya gülür və 
Rəhimin qorxaqlığına lağ edirdi:
– Alə, sən nə ağciyər adamsan? Qorxma, 
pis adama heç nə olmaz.
Arada vaxtıkeçmiş zarafatlarla Rəhimin 
başını qatmaq istəyirdi. Mirzənin  orta 
məktəblə bağlı çoxlu gülməli xatirələri vardı. 
Deyir bir dəfə ədəbiyyat dərsində müəllim 
dərs oxumayan Ağabalanı ayağa qaldırır ki, 
dərsi danışsın. Ağabala da hıqqına-hıqqına 
qalıb. Bu dəmdə Cahan adlı qız qəfil bir 
hava buraxır. Müəllim hələ də hıqqınmaqda 
olan Ağabalaya deyir: “Otur, Cahan sənin 
yerivə cavab verdi”. Mirzə hər dəfə bu boyat 
xatirəni danışanda Rəhim ilk dəfə eşidirmiş 
kimi qəşş edib özündən gedirdi.  
Həmin gecə qurbanlıq ətlə araq içdilər. 
Gecənin hansı vədəsiydi, bilmədi, qəfil 
sancı onu elə bil yatağından qaldırıb yerə 
çırpdı, mədəsi doğranırdı. Alnına soyuq tər 
gəldi, özünü tualetə güclə çatdırdı, şəhadət 
barmağını boğazına saldı ki, qaytarsın. Nə 
qədər öyüdüsə, qusa da bilmədi, ağrıdan 
qıvrılırdı, sancı israrla həmlə edirdi. Səsə 
anası oyandı:
– Nolub, ay bala? Bayaq evə gələndə də 
heç özündə-sözündə deyildin.
– Ölürəm, tez mənə bir ağrıkəsici dərman 
tap, – deyə bildi. Özünü yatağa güclə 
yetirdi. Anası, – “bəlkə zəhərlənmisən, 
skorı çağırım?” – deyə təşvişə düşdü. 
Qorxusundan anasına deyə bilmirdi ki, 
qurban ətiylə araq içmişəm. Arvad namazını 
bir gün də keçirmirdi, Rəhim evə içkili 
gələndə ona itin sözünü deyirdi. “Min 
dəfə demişəm, bu evə içki içib gəlmə, ağzı 
dualı adamam, məni günaha batırırsan, 
ay igidölmüş!” Rəhimin atası da yaxşı 
vuran idi, amma mədəsindən əməliyyat 
olunandan sonra həkim ona demişdi ki, 
içsən, öləcəksən. Ona görə də içkinin daşını 
birkərəmlik atmışdı. Son vaxtlar namaz 
qılmağa başlamışdı. Amma Rəhim uşaq 
olanda atası hər gecə evə sərxoş gəlirdi və 
anasını basıb xub deyincə döyürdü. Ona 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə