Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   2   3   4   5   6   7   8   9   10   ...   53

polemika  köşəsi
13
USTAD 
dərgisi \ Fevral 2016
12
USTAD 
dərgisi \ Fevral 2016
Göründüyü kimi, şeirin 
səkkizinci misrasında 
hazırda himn kimi oxunan 
mətndən fərqli olaraq, 
“Hüququndan keçən 
əsgər” yox, “Hüququn 
dərk edən əfrad”, yəni 
fərdlər, nəfərlər deyilir.
Doğrudan da, hüququndan, o 
cümlədən sahib olduğu hər hansı şeydən 
keçən, ondan əlini üzən kimsə həmin 
məfhum və ya şey üçün mübarizə etməz, 
onu əldə etməyə və ya saxlamağa 
çalışmaz... Bundan fərqli olaraq, hər kəs 
dəyərini dərk etdiyi və özününkü, ona 
məxsus olduğu anlayış, məfhum və ya 
şeyi əldə etmək üçün çalışıb-çabalayar, 
ölüm-dirim mübarizəsinə qalxar. Ona 
görə də mətnin orijinalında haqlı olaraq, 
hüququnu, haqqını dərk edən fərdlərin, 
nəfərlərin həmin azadlıq və istiqlaliyyət 
haqqı, hüququ uğrunda qəhrəmanlıq əzmi 
ilə mübarizəyə qalxdığı, qalxmağa qadir 
və qabil olduğu bildirilir.
Eyni zamanda... “hüququn dərk 
edən (hüququndan keçən yox!) əsgər” 
dedikdə mətn məzmunca “vətən 
marşı”ndan çıxıb, “əsgər marşı”na 
çevrilir. Nəticədə məzmun və ideya-fəlsəfi 
tutumca məhdudlaşır. Əslində himn 
mətni təkcə əsgərlərin deyil, bütövlükdə 
vətəndaşların, dövlətin iradəsini ifadə 
edir və etməlidir. Mətnin orijinalı da 
bütün bu məzmun və mənanı ifadə 
etməsi ilə milli, fəlsəfi və ümumbəşəri 
tutumludur.
Beləliklə, müasir leksika, yeni redaktə 
ilə həmin misra 
“Hüququn dərk edən 
kəslər”, yəni fərdlər, nəfərlər şəklində 
verilsə, daha məntiqli və orijinala uyğun 
olardı. Elə bilirəm mətndəki bu düzəliş, 
daha doğrusu, bərpa onun musiqi 
ahənginə, harmonik bütövlüyünə heç bir 
uyğunsuzluq, yad qamma gətirməz.
Nəticə olaraq dövlət himnimizin söz 
mətnini və müəllifliyini aşağıdakı kimi 
verməyi, həm faktiki, həm məntiqi, həm 
Himnin musiqi notları
də müəllif  hüququ baxımından doğru 
və ədalətli, eyni zamanda Üzeyir bəyin 
seçiminə ehtiram hesab edirəm...


arxivlərdə yaşayan izlər
15
USTAD 
dərgisi \ Fevral 2016
14
USTAD 
dərgisi \ Fevral 2016
Bir mahnının 
müəmması, yaxud  naməlum gəncin 
 sevgi məktubu
Fil.ü.f.d.
Nərgiz Cabbarlı
O
nu yaddaşlara yazan təkcə 
səsi, opera səhnəsində 
yaratdığı obrazlar, ya da 
ifası deyildi. Həm də professionallıqla 
seçdiyi və can verdiyi, daha yanğılı, 
daha canayaxın etdiyi mahnılar idi. 
Bunların arasında xalq mahnıları da var 
idi, bəstəkar mahnıları da. Amma bircə 
dənə də olsa qeyri-peşəkar bəstə, bayağı 
musiqi, zəif mətn tapa bilməzsiniz. Yaxud 
bir mahnıda belə soyuq, buz kəsmiş (ya 
da heç olmayan) qəlb hiss etməzsiniz. 
Onun bütün mahnılarında qəlbi döyünür. 
Nəbzi atır. Yarası qanayır.
O da maraqlıdır ki, Rübabə xanımın 
xüsusi olaraq yaddaqalan, möhür vurduğu, 
imza qoyduğu mahnıları çoxdur... Məsələn, 
“İntizar” kimi. Ya da “Heydərbabaya salam”, 
“Qaragilə” kimi... Yaxud “İndi sevmirəm” 
kimi... “Başqa birini sevəydin barı” kimi... 
Saymaqla saymaq olar... Amma bir mahnısı 
da var ki, onun son ekran görüntüsünü 
də özü ilə birgə yaddaşlara pərçimləyib. O 
mahnını nə zaman eşidəriksə-eşidək, mütləq 
olaraq bu ifa son görüntünü də özü ilə 
birlikdə yaddaşımıza dartıb gətirəcək... Və 
düşündürəcək...     
Məncə,  həyatda təsadüfi heç bir şey 
yoxdur. Hislərimiz, duyğularımız bəzən 
olacaqlarla, yaşanacaqlarla bağlı qulağımıza 
nə isə pıçıldayar. Zamanında, əlbəttə ki. Və 
əlbəttə ki, əksər hallarda bu pıçıltılara qulaq 
kəsilmək istəmərik. Fikrimizdən, ağlımızdan 
uzaqlaşdırarıq. Pıçıldayanın isə “altıncı 
hissimiz” olması fikri ağlımıza belə gəlməz. 
Amma zaman keçər, il dolanır, altıncı hissin 
dediyi sözlər, dilimizə gətirtdiyi kəlmələr, 
oxutduğu mahnılar nəyəsə işarə kimi çıxar 
meydana. Özümüzü də, ətrafımızdakıları da 
təəccübləndirər, heyrətə salar.
Onun yaradıcılığını izlədikcə, yaxınları, 
əzizləri, həmkarları ilə söhbətləşdikcə
arxivini araşdırdıqca bunu bir daha 
təsdiqləyirəm özüm üçün.  Xüsusilə bir 
mahnı ilə bağlı təsadüfən öyrəndiyim şeylər 
Rübabə xanımın yaşadıqları ilə oxuduqları, 
duyduqları ilə səsləndirdikləri arasında bir 
bağın olduğunu təsadüf hesab etməməyi 
söyləyir mənə... Əslində, belə bir bağın 
olduğuna özü də inanırdı. Hardan bilirəm? 
Bir müsahibəsində işlətdiyi sözlərdən bu 
qənaətə gəldim.
O müsahibə ilə bağlı maraqlı bir məqam 
da var. Adətən sovet dövründə (o zaman 
çalışanlar bunu yaxşı xatırlayırlar) radio 
verilişləri indiki kimi sərbəst hazırlanmazdı. 
Canlı efir olsa belə, qonağın nə danışacağı 
əvvəlcədən razılaşdırılır, hətta mətn də əlinin 
altında hazır qoyulurdı. Bu mətn mütləq 
təsdiqlənmiş mətn olmalı idi. Qonaq isə bunu 
əsasən üzündən oxuyurdı.
Azərbaycan radiosunun Qızıl fondunda 
belə “oxuma”lardan birində (mətnin 
üzündən oxunduğu da o qədər bəlli idi ki... 
Müğənninin səsi az qala bunu “hayqırırdı”...) 
onun çox səmimi, çox içdən gələn bir etirafı 
səslənir. Hətta bu cümləni üzdən oxusa belə, 
Rübabə xanımın səsi titrəyir: “Sənətin də 
öz qəribəlikləri var.  Gərək səni dinləyənləri 
inandıra biləsən. Həyatının hansısa 
sevincinin, ömründən hansısa itkinliyin 
oxuduqlarında izi yoxdursa, çətin ki kimisə 
(dərc olunmamış 
kitabdan bir parça)


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə