Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor


arxivlərdə yaşayan izlər 15 USTAD



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

arxivlərdə yaşayan izlər
15
USTAD 
dərgisi \ Fevral 2016
14
USTAD 
dərgisi \ Fevral 2016
inandırasan. Əsl sənət budur. O ürəkdən 
başlayır”
1

Həqiqətən də belə idi. Onun sevinci 
də, ağrısı da, dərdi də mahnılarında ifadə 
olunurdu. Səsin gözəlliyi, yumşaqlığı, 
insanın ruhuna işləməsi bir yana – bu başqa 
məsələdir. Amma yanğı, səmimiyyət, sözlərlə 
bütünləşmək faktı... 
Məsələn, nadir hallarda olsa da, 
oxuyarkən qanad açıb “uçduğunu” görürdük: 
“Sevdim-sevildim... Bəxtiyaram mən” 
mahnısında...
1. Azərbaycan Radiosunun Qızıl Fondundan. 
Musiqi redaksiyası. “İfaçıların portreti” 
silsiləsindən verilişdən. Müəllif: Rəfael Hüseynov, 
rejissor: İ.Xudaverdiyev, oxudu: Yusif Muxtarov. 
09.07.1983. s.v.A-45893
Ömrün payızında sevib-sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən  kölgənəm sənin,
Harda qərar tutsan  - orda varam mən.
                          
Özün bir aləmsən, sözün bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm.
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,   
Səninlə hər zaman bəxtiyaram mən...         
İnandırırdı buna. Qollarını açaraq, 
gözlərini süzdürərək, əllərini sinəsinin – 
ürəyinin üstünə qoyaraq inandırırdı. Bunda 
da əmin edirdi dinləyicisini, “Sevmirəm” 
deyəndə də inandırırdı:
Sevmədin ey gözəl, sevmədin məni,
Ələdin eşqimə dumanı-çəni.
Elə itirdim ki, həyatda səni,
Hey məni ansan da, yadına salsan da...
İndi sevmirəm....”    
Təbriz ağrısına inlədiyini duyurduq... 
Gözlərinin uzaqlara dikilmiş baxışları belə 
o həsrət yanğılı sözlərə şahidlik, yoldaşlıq 
edirdi... 
Amma elə mahnılar da vardı ki, özü 
belə bilmədən həyatının anlamı ilə yüklənir, 
mənalanırdı. 
Təsadüf olmamasından danışırdıq axı... 
Məsələn, qızı ilə görüşəndə “Özünə qulaq 
asmağı sevirdimi” sualı da yəqin ki təsadüfən 
gəlməmişdi dilimə. Əslində məqsədim o 
dövrə, o insana, o xarakterə yaxın gedə 
bilmək idi. Amma... Sualım məqsədimdən 
daha əsaslı bir şeyə cığır saldı... 
Qızı, - “yox, sevməzdi”, - desə də bir 
hadisəni tez-tez xatırladığını söylədi: 
“Bir 
dəfə... heç yadımdan çıxmaz, mahnısını 
lentə yazdırdıqdan sonra düz bir həftə 
dayanmadan ona qulaq asdı. Adətən belə 
xasiyyəti yox idi. Özü də elə belə dinləmədi. 
Qulaq asdı, ağladı, qulaq asdı, ağladı.... O 
oxuyurdu, nənəm ağlayırdı, mən ağlayırdım... 
Hamımız ağlaşırdıq. Bizi mahnının təsirindən 
də çox anamın göz yaşları ağladırdı. Daha 
doğrusu, iki səbəb bir-birinə qarışmışdı. Bəkə 
də o biri mahnılarına da az-çox qulaq asırdı. 
Amma mənim ən çox yadımda qalanı budur. 
Bir də ağlamağı”. 
Qızı elə danışırdı ki, o səhnə olduğu kimi 
canlandı gözüm önündə. Elə indi də yaza-
RÜBABƏ
MURADOVA


arxivlərdə yaşayan izlər
17
USTAD 
dərgisi \ Fevral 2016
16
USTAD 
dərgisi \ Fevral 2016
yaza sanki hələ də gözlərimin qarşısındadır. 
Əyləşib, dinləyir, valoxudan fırlanır, mahnı 
səslənir, öz səsidi eşidilən, o isə ağlayır. 
İçdən-içdən ağlayır. Yanındakıları da ağladır. 
Mahnıdanmı təsirlənib, ifadanmı, yoxsa 
mahnı içindəki yanğının, şikayətin, etirazın 
göz yaşına çevrilib də üzə çıxması üçün 
bəhanədirmi? Anlamaq olmur. Kimsə bilmir 
bunu. Nə anası, nə qızları. Sadəcə onlar da 
ağlayırlar. Hansı mahnı idi bu oxunan? “Gəl 
bizə, yar”. Bugünkü məqamdan sadalanan 
ağlama səbəblərinin sırasında biri də var: 
“Bəlkə bu mahnı onun taleyini, sonluğunu, 
bu sonluğu ifadə edən ən gözəl cümlələr 
olduğunu pıçıldayırdı ona?”... Bəlkə də...
Necə olmuşdu ki bu mahnını seçmişdi? 
Hansı səbəbdən? Əslində, “Gəl bizə, yar” 
ondan əvvəl də ifa olunmuşdu, özü də onu 
bəstələyən müəllif – Əlibaba Məmmədov 
tərəfindən. Amma yaddaqalan, iz salan 
yanğılı ifa məhz Rübabə xanımın səsi ilə 
yaddaşlara köçdü. Mahnının müəllifi özü 
belə bunu böyük bir səmimiyyətlə, əsl 
sənətkar böyüklüyü ilə etiraf edir
: “Mən bir 
mahnı bəstələmişdim, “Gəl bizə, yar”. Bir 
də gördüm zəng olundu, dedi, - “Rubuşdu 
danışan. Bir mahnı bəstələmisən, icazə ver 
onu lentə aldırım”. Bir az danışdıq. Sonra 
soruşdu ki, “demək, icazə verirsən”.  Dedim: 
“Bəli”.  
Bir ay sonra zəng etdi ki, axşam 
oxuyacağam, baxarsan... Bu bir oxumaq 
oxudu ki... Hamımızı həyəcan bürüdü. Hətta 
əvvəl mən etiraf etməsəm də, yoldaşım dedi 
ki, “ay Əlibaba, bu səndən yaxşı oxuyub 
mahnını”. Doğrudan da belə idi. Mən zəng 
edib təbrik elədim. Dedim, “bu mahnı mənim 
olmadı, sənin oldu”. Buna elə bir möhür 
vurdu ki, üstündən otuz il keçib, amma hələ 
də o mahnını Rübabə kimi oxuyan yoxdu”. 
Özü də bu mahnını həddindən artıq 
sevirdi. Amma təkcə mahnının gözəlliyi 
idimi səbəb? Ruhuna yaxınlığı idimi? Bu 
indi – bu gündən baxanda yalnızca bizi 
maraqlandıran məsələ deyil. Elə o zaman 
ailəsi – qızları, anası da ona bu sualı dəfələrlə 
ünvanlamışdılar və dəfələrlə də verilən sual 
cavabsız buraxılmışdı. Hətta bir gün qızı 
dözməyib anasından soruşmuşdu: “Rubuş, 
bu mahnını kimin üçün oxumusan?” Cavab 
bir az sərt, bir az da yayındırıcı olmuşdu: 
“Özüm bilərəm kimin üçün oxumuşam”. 
Yaxınlarını belə intizarda qoyub cavab 
vermək istəməmişdi...
Amma bir gün nəhayət ki, “dili açıldı” 
gözəl sənətkarın. Etiraf etdi. Nəyi? Onu qızı 
Qəmərmülk Muradovanın dediklərindən 
biləcəksiniz
: “Həmişə ondan soruşurdular ki, 
Rübabə, sən allah kimin üçün oxumuşdun 
onu? Heç vaxt demirdi, deyirdi, “özüm 
bilərəm”. Sonra and verdim, mənə dedi. 
Gedirmiş səsyazma studiyasına. Deyir: “Yolda 
Əbülfətə rast gəldim (xanəndə Əbülfət Əliyev 
nəzərdə tutulur – N.C.). Əbülfət küçənin 
ortasında bir ağlamaq ağladı ki... Taleyindən 
şikayətləndi... Elə bil, ürəyimin içini oydular. 
Səsyazmaya girəndə mahnını oxumağa 
başlayan kimi gəldi Əbülfətin taleyi durdu 
gözlərimin önündə. Mənə elə bir təb gəldi 
ki. Elə oxudum ki... Əbülfətin həyatı üçün 
oxudum bu mahnını”. Rubuş bunu deyəndə 
yenə də gözləri yaşla dolmuşdu”. 
O zamanlar Əbülfət Əliyev xəstə idi. Çox 
qəribədir ki, (bəlkə də qanunauyğundur...) 
Rübabə xanım da xəstəliyinin son 
aşamalarında, o zaman ki vəziyyətinin 
ağırlaşdığını, həyatda köçəri olduğunu hər 
kəs eşitmişdi (və yəqin ki özü də duymuşdu), 
o zaman ki onu lentə almaq istəyirdilər, o 
seçim edərək yenə də məhz bu mahnını 
oxudu. İllər əvvəl lentə aldırdığı “Gəl bizə, 
yar”ı... Və ən qəribəsi də odur ki, bu mahnı 
onun o xəstə, halsız halı, ayaq üstə durmağa 
çətinlik çəkən, hər an yanındakı ağacdan 
yapışan, hər an yaxınlıqdakı skamyada 
əyləşmək ehtiyacı duyan canı üçün çox 
təbii və ifadəli idi... Həmin anını o qədər 
dolğunluqla sözə və musiqiyə çevirirdi ki...
Sənsiz, ey yar, mənim xoş güzəranım  
 
  
 
               yoxdur,
Sən ki yoxsan, elə bil cismidə canım  
 
                                      yoxdur.
Bu misralar səsləndikcə qızının sözləri 
yadıma düşür: “Halı pis idi. ...o vaxt bir dəfə 
gəldilər, anam xəstə idi, dedi halım yoxdu, 
çəkilə bilməyəcəyəm. Biz də bilirdik ki, yaxşı 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə