Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor


arxivlərdə yaşayan izlər 17 USTAD



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

arxivlərdə yaşayan izlər
17
USTAD 
dərgisi \ Fevral 2016
16
USTAD 
dərgisi \ Fevral 2016
deyil. Amma son günlərini yaşadığını da 
bilirdik. Ona görə də dedik ki, ana, get çəkil 
də, gəliblər, çəkmək istəyirlər”... 
Mahnı davam edir:   
Eşq pərvanəsiyəm, qəm oduna tabım var,
Xəstə bülbül kimi hər ləhzə fəğanım 
yoxdur.
Oxuyur və halsız-halsız yaxınlıqdakı 
ağacın gövdəsindən yapışır. Çox arıqlayıb, 
çox solub... Duruşu da, baxışları da, 
üzündəki zəif, köçəri təbəssümü də mahnı 
ilə bərabər halından danışır. Qızının sözləri 
yenə də qulağımda səslənir: “Getdi, çəkdilər, 
gəldi. Ağacdan tuta-tuta, güclə oxumuşdu. 
Əriyib qurtarmışdı axı. Sümüyü dərisinə 
yapışmışdı...”.
Bu yaman gündə mənim bircə ümidim              
                              
 
      sənsən,
Sənsiz heç bir kəsə aləmdə gümanım  
  
 
 
 
    yoxdur...
Eşqinə bağlı olandan bəri Məcnun    
  
 
 
 
    kimiyəm
Elə sərgəştiyəm heç yerdə məkanım   
  
 
 
 
     yoxdur...
Yenə o səs, o sözlər və o sözlərin təsiri 
davam edir. Amma bu dəfə ruhumun 
dərinliklərinə qədər işləyir: “Gələndə dedi ki, 
“incidim e... sümüklərim belə ağrayırdı”. Elə 
arıqlamışdı ki”...
Səbri aləm olub əldən qəmi hicranın alıb 
Bir də qəm çəkməyə bu cismdə canım  
ümidini, son təsəllisini çağıran bir fəryad, bir 
inilti, bir göz yaşı danışmağa başladı:
Ay dağlar, səndə gözüm var,
Ay məndə dərdə dözüm var,
Xəbər verin yar gəlsin,
Ay ürəyimdə sözüm var.
Gəl bizə, gəl bizə, gəl bizə, yar,
Qurbanam o qaş-gözə yar.
Ay su gəlir, arxa nə var,
Ay dolanır, çarxa nə var,
Məndən öz yarım küsüb
Heç bilmirəm xalxa nə var.
Gəl bizə, gəl bizə, gəl bizə, yar
Qurbanam o qaş-gözə yar.
Yeri gəlmişkən deyim ki, bu hadisənin 
maraqlı bir versiyasını da Rəfael Hüseynov 
öz kitabında yazıb. Yəni o, Rübabə xanımın 
bu yanğılı ifası ilə bağlı onun özünün 
danışdıqlarını belə qələmə alıb: 
“1971-ci il idi. 
Fioletov küçəsindəki studiyada təzə lentlərimi 
yazdırırdım. Altı mahnı oxumuşdum. Tamam 
yorulmuşdum. Həmin gün yazılışdan sonra 
Kürdəmirə yola düşməliydim. Vahidin 
qəzəllər kitabı əlimdəydi. Səsimə heç 
gümanım yox idi ki, bu mahnını da oxuya 
bilərəm. Birdən hardansa yadıma düşdü ki, 
mənimçün çox əziz olan, yaradıcılığımda 
məni ilhamlandıran, həyatda da mənə çox 
köməyi dəyən bir adam var ki, məni təbrik 
eləməyib. Hər halda, ömrümdə böyük hadisə 
baş vermişdi – xalq artisti olmuşdum. Heç 
yoxdur.
Vahidəm, atəşi-
həsrət bürüyüb dövrü-
bərim, 
Yanıram, halimə 
bir qəlbi yananım 
yoxdur...
Bax, bir zamanlar 
Əbülfət Əliyevin halını 
gözləri önünə gətirib 
oxuduğu bu mahnının 
əvvəlində ifa etdiyi 
qəzəl son anında onun 
öz halını ifadə etmək, 
anlatmaq üşün seçdiyi 
sözlər idi. Daha sonra 
isə sevgilisini, son 
RÜBABƏ
MURADOVA


arxivlərdə yaşayan izlər
19
USTAD 
dərgisi \ Fevral 2016
18
USTAD 
dərgisi \ Fevral 2016
tanımadığım adamlar da məktub, teleqram 
göndərmişdilər. Bəs o məni niyə yaddan 
çıxarıb? Bu ürəyimi ağrıtdı. Həmin o qəzəli
Sənsiz ey şux, mənim xoş güzəranım   
 
 
 
 
   yoxdur,
Sən ki yoxsan, elə bil, cismdə canım  
 
 
         yoxdur - oxudum”. 
İkimiz də susmuşuq. Yenə özü ən kədərli 
çağında da itirmədiyi şuxluqla, zarafatla 
soruşdu: “Səndən çıxmayan iş... Nə əcəb 
soruşmursan kim idi o adam?”
Güldüm. “Əbülfət idi – dedi, - görəndə bir 
“çox sağ ol” deyərsən ona. Onun sayəsində 
belə yaxşı çıxıb həmin oxuma”
2
.
Bax, belə, əziz oxucu, bu mahnı ilə 
bağlı versiyalar fərqli olsa da, hər halda, 
təsirlənmə obyekti eyni imiş. Hansı səbəbləsə 
(!!!) ona qan ağladan, onsuz da yanğılı 
olan səsinə daha bir yanğı qatan, göz yaşı 
tökməsinə səbəb olan bu mahnı demək olar 
ki, ömrünün son günlərində oxuduğu bir vida 
nəğməsi oldu.   
Böyük sevgilərin 
sultanı və ya 
“Yaqutum mənim”
Bütün insanların həyatında böyük 
eşqlər yaşanır – qarşılıqlımı, qarşılıqsızmı, 
bu başqa məsələdir. O eşqə zamanında 
dəyər verildimi, verilmədimi – bu da başqa 
məsələdir. Amma gün o gün olur ki, yaşanan 
həyatın hansısa bir anında  geri çevrilib nəzər 
salır, keçib axrada qoyduğun ömrü,  atılan 
yanlış addımları saf-çürük edirsən və o an, 
məhz o an mütləq və mütləq qırdığın qəlblər 
də, yarım qalmış sevgilər də, saymayıb, 
görmək istəməyib yanından keçdiyin həsrətli 
baxışlar da gözünə görünür, səsini duyurur.
O sevilən bir qadın olub. Bunun üçün bir 
qadına lazım olan bütün xüsusiyyətlər – xarici 
gözəllik, boy, buxun, iri gözlər, qamət – hər 
şeyi var idi. Daha artığı da vardaı – sevgi 
dolu ürək, iztirab dolu həzinlik, kövrəklik... 
Amma buna mane olan şeylər də vardı – 
kişiyana xarakter, kişi başlanğıcı, çiynini 
2. Rəfael Hüseynov, “Həsrət qatarı”, 
“Qobustan”, 1986, 
№3, s. 59-70
altına saldığı həyat yükünün kobudlaşdırdığı, 
sərtləşdirdiyi və yorduğu bir “ruh”...
İki dəfə ailə qurmuşdu, bu bəllidir. Birinci 
ailə hələ qızı Qəmər kiçik ikən dağılmışdı. 
Haqqında o qədər şayiələr yayılan, “əlindən 
alınıb Moskvaya – internat məktəbinə 
verildi” deyilən qızı məhz bu Qəmərmülk 
Muradovadır. Bu ailə sevgi əsasında 
qurulmamışdı. Sonra – Bakıya gəldikdən 
sonra ikinci ailə qurulur – Bakılı Tələtlə. 
Amma bu da yaşanmamış sevgi idi. Daha 
dəqiqi, birtərəfli yaşanan sevgi. Özü də 
qısqanc bir sevgi... 
Ona bir çox sənət adamlarının da aşiq 
olduğu, sevdiyi deyilir. Amma iş orasındadır 
ki, sənət adamları, üzdə olan qadınlar, həm 
də gözəl qadınlar haqqında doğru-yanlış çox 
sözlər deyilə bilər. Mən bunları bir kənara 
qoyub, sadəcə bir sevgi məktubu haqqında 
danışmaq istəyirəm... Oxuduqda istənilən bir 
insanda maraq doğuracaq, heyrət yaradacaq, 
bəlkə də bir az qeyri-adi, hətta anormal 
görünəcək bir sevginin, bir vurğunluğun 
şahidi olan məktubdan söhbət gedir. Onu 
olduğu kimi dərc etməkdə məqsədim 
təkcə bir qadın gözəlliyinə, bir məşhura 
ünvanlanan hansısa bir hissin qabardılması 
deyil. Əsla! Məqsəd sənətin, səsin yarada, 
doğura və böyüdə biləcəyi Hislərin, Sevginin 
və Pərəstişin varlığına bir daha inanmaq və 
inandırmaq istəyidir.
Bir də onu deyim ki, məktub rusca 
yazılıb, eyni zamanda da tam fərqli bir 
mühitdə tərbiyə almış biri tərəfindən. Ən 
maraqlısı da odur ki, bu adamın böyüdüyü, 
oxuduğu, formalaşdığı mühitin özü belə xalq 
musiqisindən, xalq sənətkarlığından kənar bir 
mühit idi. Qalan bütün detallarla isə özünüz  
tanış olun. Mənsə sadəcə onu əlavə etməklə 
kifayətlənirəm ki, belə bir platonik sevgi hər 
bir qadına yalnız qürur hissi, sevinc hissi 
bağışlaya bilər.  
 
“Salam! Bu qədər! 
 
Sevdiyinin otağının pəncərəsi altında 
bitən və onun otağına boylanmaq istəyən 
qızılgül qönçəsi kimi mən də sənin üçün 
darıxıram. Gecə-gündüz bilmədən. Sənin 
pəncərənin qarşısında çiçək açan bənövşənin 
ləçəyi olmaq istəyirəm ki, təsadüfən külək 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə