Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

türkün  özü
67
USTAD 
dərgisi \ Fevral 2016
66
USTAD 
dərgisi \ Fevral 2016
elədilər.
– Sibirə nəyə getmişdin? – Pak soruşdu.
– Ay axmaq, necə başa düşmürsən, ot 
satmağa getmişdim.
– Niyə gizlədim, mən arağın bəlasına 
düşdüm, –Toxtaxun dedi. – Onsuz da araqsız 
dura bilmirəm.
– Ağa, bəs sən özün? – Timofey dilini 
dişləyərək soruşdu.
– Nədir, məni istintaq etmək istəyirsən?! 
Çox şey bilmək istəyirsən!... –İvan nərildədi.
– Ağam, qazaxlarda bir atalar sözü var: 
“xalq istəsə xan dəvəni də kəsər”, – İvanın 
əlaltısı sayılan Şaxvat özünə bir az sərbəstlik 
etməyə icazə verə bilərdi. 
Sərt arağın qızışdırdığı İvana özü ilə 
əlaqədar “xan” misalının çəkilməsi xoşuna 
gəldi. 
– Sizin ananızı belə-belə!... Əgər bilmək 
istəyirsinizsə, danışım, amma danışmalı bir 
şey yoxdu, – dedi, iki barmağı ilə burnunun 
donqarını sürtdü. – Üzümə lənət mənim!!! 
Ömürboyu gün görməyim, əgər yalan 
deyirəmsə!!! Mənim də taleyim bu Göbələyin 
bəxtinə oxşayır. Araqdır həm dostum, həm 
də düşmənim.
Hamı bilirdi ki, “Göbələk” Toxtaxunun 
ləqəbidir, indi başa düşürdülər nəyə görə İvan 
onu başqalarından seçir, özünə yaxın bilir.
– Yaxşı, bugünlük bəsdir, yatmaq! – İvan 
əsəbi halda elan etdi.
Həmin dəqiqə hamı özünü samanların 
və əski-üskünün üstünə atdı, heç kim də üst 
paltarını soyunmadı.
Bir azdan, xoruldamaqda öz aralarında 
sanki yarışan səfillər bir ağır günü də arxada 
qoyub yuxuya getdilər.
Bu qurd yuvasında Aydın özündən güclü 
insanların arasında sudan səssiz, otdan 
balaca olmalı idi və bundan sonra hələ iki 
ay da kasıb qohum statusunda aralarında 
qaldı. Bütün bunlara baxmayaraq, bu insan 
qrupu da onu tam özününkü kimi qəbul 
edə bilmədi. Axırda Aydını öz aralarından 
qovdular.
Əgər əvvəllər ancaq əziyyət var idisə, indi 
həyat həqiqətən bir cəhənnəmə çevrilmışdi.
Bir kərə bir pulqabı tapmışdı. Səbirsizliklə 
açdı və nə görsə yaxşıdır, təptəzə 
beşyüzlüklər. Gözlərinə inana bilmirdi. 
Başına gəlmiş bu xoşbəxtlikdən az qala başı 
gicəllənirdi. Özünə gələndən sonra pulları 
saydı, tam beş min tenge var idi!   
Çoxdandır isti yemək üzü görməyən Aydın 
yolun o biri tərəfindəki yeməkxanaya tərəf 
yeridi. Elə bu vaxt iki səfil qaça-qaça gəlib 
ona çatdı. Çiyinlərindən parlaq rəngli Çin 
istehsalı olan qadın çantaları asılmışdı.
– Hey, sən, eşşək, – göygözlü olan 
həyasız ona yaxınlaşdı. – Pulları ver!
– Hansı pulları? – Aydın narahatlıqla dedi.
Biz gördük, sən necə yoldan pul tapdın. 
– Aydının yolunu kəsən ikinci adam dedi.
Aydın qaçmağa başladı. İki heyvərə tez bir 
zamanda ona çataraq, yaxasından yapışdılar. 
Aydın nə qədər müqavimət göstərmək 
istəsə də, güclər qeyri-bərabər idi. Onu yerə 
sərərək döyməyə başladılar. Amma Aydın 
iki əllə pulqabını bərk-bərk tutub buraxmırdı. 
İki xuliqan da onun barmaqlarını aralayıb 
pulqabını götürə bilmirdilər. Nəhayət, iti 
ülgüc ilə barmaqlarını kəsdilər... Pulqabını 
ələ keçirib insanların arasına qarışıb gözdən 
itdilər. Heç kim də köməyə gəlmədi! Heç 
bir nəfər də müdaxilə edib onları ayırmaq 
istəmədi...
Arxda qanamış barmaqlarını yuyub, 
həyətdəki qovaq ağacının altına yıxıldı. 
Qaranlıq qarışan vaxt idi, insanlar da artıq 
yatmağa hazırlaşırdılar. Amma Aydın uzun 
zaman yuxuya gedə bilmədi. Son aylardakı 
keçirdiyi əzablar, məruz qaldığı təhqirlər 
gözünün qabağından keçdi. Bomjlara 
qoşulmazdan əvvəl Seyfullin küçəsindəki 
qul bazarında durduğu yadına düşdü, çığır-
bağırla, üstünə köpək qısqırdaraq onu 
oradan da qovmuşdular. 
Bir ay əvvəl zibil yeşiyində açılmamış 
bir konserva bankası tapmış, tapıntısına 
uşaq kimi sevinmişdi. Amma bu sevinci də 
çox çəkməmişdi. Paştet konservasını açıb 
iştahla yemiş, aclıq duyğusundan mədəsi 
bir az rahatlıq tapmışdı. Amma sonra 
zəhərləndiyindən az qala ölmüşdü.
Bundan sonra da çox cəfalar çəkmişdi. 
Bir dəfə çox pis havada, necə deyərlər “yaxşı 
xozeyinin itini çölə qoymadığı” havada, 
hansısa qonaqlıqdan qayıdan sərxoşlar onu 


türkün  özü
69
USTAD 
dərgisi \ Fevral 2016
68
USTAD 
dərgisi \ Fevral 2016
təpikləyərək oyandırmışdılar.
– Ay yaramaz, qalx get burdan, – 
çəpgözlü kök bir qazax onun üstünə 
bağırmışdı. Çox yaxın gələrək, gözünün 
üstünə tökülən saçları arxaya ataraq, başının 
üstündə durmuş və açıq-aşkar hədələmişdi.
– Ağatay, mənə icazə verin səhərə qədər 
burada yatım.
– Dərhal get burdan! Cəhənnəm ol, 
deyirəm! Bloku çirkləndirəcəksən!
Binanın blokundan çıxarkən Aydın 
çəpgöz qazaxla birlikdə olan qadının onun 
arxasınca dediyi sözləri də eşitdi:
– Tfu, nə pis qoxu verən bomj idi!
Dəmir qapı gurultu ilə bağlandı. 
Yuxusuzluğun üstün gəldiyi Aydın çirkli 
qəzeti yaxındakı qarajın yanında döşək əvəzi 
yerə sərərək üstünə uzandı və yuxuya getdi.
Həmin gün nahar vaxtı, Aydın zibil 
yeşiklərinı axtararaq boş şüşələri yığırdı. 
Arxadan tanış qadın səsi eşitdi. Baxmağa 
cəsarət etmədi, gözünün ucu ilə göz atdı. 
Görən kimi də tanıdı: bu Nagima idi, 
Rımcanın universitetdə birlikdə oxuduğu 
rəfiqəsi... Aydın o uzaqlaşana qədər başını 
qaldıra bilmədi. Beləcə başını qumda 
gizlədən dəvəquşu kimi uzun müddət 
dayandı. Zibil yeşiyinin qoxusunu çox 
almışdı, amma bu gün nədənsə həssas 
idi, ürəyi daha çox bulanırdı. Öz köhnə 
pencəyinə, dizləri cırıq şalvarına baxaraq, 
dərisi çatlamış əlini saqqallı üzündə 
gəzdirərək, özünü heyvan kimi hiss etdi. 
Sanki hər yerə qırmızı bayraqlarla sərhəd 
çəkilmişdi, qaçmağa yer yox idi. Hər yerdən 
tüfənglərin lüləsi ona tuşlanmış, qıyılmış 
pisbaxışlı gözlər nişangahdan ona baxır, hər 
yerdən bircə dəfə dəyməklə öldürə bilən 
güllələr yağır.
Özünə nifrət edərək qara taleyinə lənət 
oxuyurdu. Ağlamaq istəyirdi, amma göz yaşı 
qalmamışdı. 
***
 
Bir ili idi ki, Aydın “bomj” vəziyyətində 
idi. Bunu payızın gəlməsi ilə anladı. Deyirlər 
“insan üç günə qəbrə də öyrəşir”, bu da 
bir həqiqətdir. Sən demə, əvvəlcə çox 
çətin görünən it yaşantısına da tədricən 
öyrəşmişdi. Aclığa və təhqirlərə dözürdü. 
Amma bu lənətlənmiş həyatla vidalaşmaq 
istəmirdi, bacara bildiyi qədər yaşayırdı. İndi 
isə artıq bu həyat da, yaşamaq da bezginlik 
yaradırdı.
Anladıqca ki, həyatın artıq ona yazığı 
gəlməyəcək, qəlbi daha da parçalanırdı. 
Ürəyi sızıldayır, qəlbi qanlı gözyaşları ilə 
ağlayırdı. “Kimə lazımam mən bu dünyada? 
Ölüb getsəm, heç kim bilməz... Bəlkə Yerüzü 
bir az təmizlənər, zibil azalar!.. Lazımsız, 
işə yaramayan adam oldum mən, heç kimə 
istilik verə bilmədim. Hər həşəratın öz 
yuvası var, öz nəsli var... Bəs mən nə qoyub 
gedəcəm bu dünyadan, nədir mənim var 
olmağımın mənası? Heç bir mənası yoxdur! 
Vəssalam!  Bəsdir elə-belə yaşadım! Bəsdir! 
Hələ ki, insanlığım qalıb, həyatdan çəkilmək 
lazımdır!!!  Nə qədər bu çirkaba və təhqirlərə 
dözəcəm. Bütün bunlara dözməkdənsə, 
ölmək yaxşıdır!!!” – düşünürdü Aydın. Bu 
gündən etibarən ağlından bir fikir çıxmadı: 
“Nə zaman və necə ölməliyəm?” Artıq bu 
qara düşüncə ona “doy gəlməy”ə başlamışdı.
Əvvəllər, xüsusən də Rımcanla birgə 
həyatının ilk illərində Aydın ölümdən çox 
qorxardı. Rımcanla Aybarı itirdikdən sonra 
isə ölümün üzünə dik baxmağa başlamışdı. 
Son zamanlarda “İt kimi yaşamaqdansa, 
ölmək məsləhətdir” düşüncəsi onu təmamən 
özünə tabe etmişdi.
Bəlkə də bu düşüncənin təsiri ilə Rımcanı 
yuxusunda gördü. Xoşbəxt zamanlarda 
olduğu kimi birlikdə Medeuda gəzirdilər, 
Aydın onu qucaqlayıb öpmək istəyirdi
amma Rımcan qaçırdı. 
Aydın Rımcanın dalınca qaçdı. Palçıqlı 
yolla getdilər. Bir müddət sonra Köktübeni 
keçərək, Kensaya yaxınlaşdılar. Axırıncı 
məzara yaxınlaşanda, Rımcan yerə yıxıldı. 
Aydın onu qaldırmaq istəyəndə yuxudan 
oyandı. Sağ ayağı bərk ağrıyırdı. Küçəyə 
qaçdı. Ayağına baxanda gördü ki, yumurta 
genişliyində dərin yara açılıb. Başa düşdü ki, 
siçovul ayağını dişləyərək ətini qoparıb.
Ağrıyan ayağına zorla basaraq həyətdəki 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə