DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ
dgtyb@box.az; akber_q@yahoo.com
Tel.: +99450 33 937 55
TÜRKÜN SƏSİ
Bu kitab Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri Hökümət
Təşkilatlarına Dővlət Dəstəyi Şurası
tərəfindən maliyyələşdirilən «Gənc yazarlara
dəstək» layihəsi əsasında nəşr olunur.
Tərtibçilər:
Əkbər QOŞALI
Rəsmiyyə SABİR
BAKI
“Vektor” – 2008
2
Elmi redaktor: prof.dr. Nizami CƏFƏROV
Layihə rəhbəri: Əkbər QOŞALI
Redaktorlar: prof.dr. Elçin İSGƏNDƏRZADƏ
Namiq HACIHEYDƏRLİ
Dünya Gənc Türk Yazarlar Birliyi, ”Türkün səsi” (Məqalələr
toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.
“TÜRKÜN SƏSİ”nin 8-ci sayında gənc bilim
adamlarının, tədqiqatçı və yazarların məqalələri
toplanmışdır. Mətnlər Azərbaycan və Türkiyə
türkcələrində verilmişdir.
4702060207-
402
121
© Dünya Gənc Türk Yazarlar Birliyi, 2008
© «VEKTOR» Beynəlxalq Elm Mərkəzi, 2008
T
3
(
)
грифли няшр
AZƏRBAYCAN
Aygün HƏSƏNOĞLU(Aygün Söhrab qızı
Həsənova) -
2000-2004-cü illərdə DGTYB Baş Katibi
görəvini daşıyan yazıçı-dramaturqun indiyədək
5 kitabı işıq üzü görmüş,
8 əsəri səhnələşdirilmişdir.
ALMAS YILDIRIM POEZİYASINDA QAFQAZ
MOTİVLƏRİ
Şifahi və yazılı ədəbiyyatımızda geniş yer tutan Dağ
mövzusu Almas Yıldırım (1907-1952) yaradıcılığının da
əsas mövzularındandır. Qədim dövrlərdən əfsanəvi bir
məkan kimi yad edilən Qafqaz dağları bu yerlərdə ya-
şayan xalqların həyatında, şifahi xalq ədəbiyyatında,
ən əsası isə milli azadlıq mübarizəsinin canlı şahidi
kimi yaddaşlarda yaşayan mifik bir obrazdır. Türk
mifoloji təfəkküründə geniş yer tutan Dağ obrazı
əyilməzlik, məğrurluq, qüdrət, həmdəm, sirdaş, yad-
daş və digər anlamlarda təzahür edir. Hələ qədim
zamanlardan şair-lərimiz üçün dağ ədəbi, tarixi və
fəlsəfi baxımdan maraqlı və ciddi bir oybekt kimi
diqqəti cəlb etmişdir.
«Azad bir Qafqasımı ver!» deyə üsyan qaldıran şair
üçün Dağlar, Torpaq, Quzğun və digər obyektlər mə-
nalanır, onun həmdəminə, dərdlərini, iztirab və hiddə-
tini özündə birləşdirən obrazlara çevrilir. Bu diyarın hər
qarışı şair üçün ədəbi-ideoloji məna kəsb edərək de-
tallaşır. Çünki bu detalların hər birində böyük bir
tarixin izi var, şair o yaddaşa inanır, ona görə üzünü
ayrı-ayrı adamlara yox, məhz bu yaddaşı özündə
yaşadan abidələrə tutur. A.Yıldırım poeziyasında
Qafqaz dağları əyilməz, məğrur, hiddətini də, qəzəbini
də içində yaşadan qüdrətli bir igidə bənzəyir. O, hələlik
susmuşdur, nağıllardakı kimi yuxuya getmişdir, lakin,
nə vaxtsa ayılacaq, qollarını bağlayan zənciri
4
qıracaqdır. Çünki Qafqaz yabançıları sevməz, o, yalnız
azad insanlar üçün vətən ola bilər. Şair öz şeirlərində
sanki Qafqazın bu mübarizlik, məğrurluq və əyilməzlik
ruhunun bədii mənzərəsini yaratmışdır. Qafqazın tarixi,
mədəniyyəti, milli düşüncəsi A.Yıldırım üçün doğmadır,
məhz ona görə də Azərbaycan poeziyasında ilk öncə
Qafqaz xalqlarının milli azadlıq mübarizəsinin lideri
olan Şamil obrazına müraciət edənlərdən biri
olmuşdur. Hələ gənc yaşlarından milli ruhuna, əqidə
bütövlüyünə və ölkəsində yad-ların ağalıq etməsinə
dözə bilmədiyinə görə sovet irticasının ilk zərbəsini
alan A.Yıldırım 1927-ci ildə Dağıstana sürgün edil-
mişdi. Dağıstan xalqlarının həyatı və tarixi ilə tanışlıq
A.Yıldırımda onlara böyük məhəbbət oyatmış və yara-
dıcılığında yeni bir səhifənin – «Dağıstan səhifə»sinin
yaranmasına səbəb olur. Feyzi Ağüzüm 1953-cü ildə
yazdığı «Almas Yıldırımın hal tərcüməsi» adlı yazısında
göstərirdi ki, A.Yıldırımın o zamankı Proletar Yazıçılar
Cəmiyyətindən qovulmasına səbəb olan İstanbulda
dərc edilmiş «Dağlar» şeiri də məhz Qafqaz dağlarına
xitabən yazılmışdır (1, s.5).
Şeyx Şamil obrazını xatırlayan daha bir «Dağlar»
şeiri də bütün yaradıcılığı Azərbaycana sonsuz məhəb-
bətlə yoğrulan Əhməd Cavad tərəfindən yazılmış,
1921-ci ildə «Qurtuluş» jurnalında dərc olun-
muşdur(6,s.213). Dağıstan xatirələri əsasında qələmə
alınmış bu şeir əhval-ruhiyyəsinə görə A.Yıldırımın
«Dağlar» şeiri ilə eyni ruhda yazılmışdır. A.Yıldırım po-
eziyasının mayasını təşkil edən böyük keçmişə həsrət,
düşmən ayaqları altında tapdanan vətənin müdrik tari-
xindən ibrət götürərək oyanışa səsləniş, insanların səs
vermədiyini gördükdə isə ümidsizliyə qapılaraq təbiətə
müraciət etmək, onun köksündə qalmış yaddaşı
oyatmağa çalışmağa cəhd etmək istəyi Ə. Cavadın
«Dağlar» şeirində də öz əksini tapır:
Dərdli sinəndəki əski cığırlar
İnsan izlərinə bənzər, a dağlar.
Bu ağır başlıca baxışın mənə
Qanlı əfsanələr söylər, a dağlar. (6, s.213)
5
Dostları ilə paylaş: |