Təsviri incəsənət 2-ci sinif



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
tarix27.06.2018
ölçüsü2,84 Mb.
#51953








1. SEHRLİ RƏNGLƏR

1. TƏBİƏT VƏ RƏSSAM

Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və

rəssamı yaratmağa ruhlandırır.

Ə

trafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı



müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən

insana deyilir.



Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır.

Rəssamların əsərlərini seyr et və hansı fəslin təsvir olunduğunu söylə.

Mikayıl Abdullayev.

“Genişlik”

Lətif Feyzullayev. “Yay”



Yay fəslini təsvir etmək üçün verilmiş nümunələrdən istifadə etmək

olar.


Rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər, quaş və ya

akvarel

Yaradıcı tapşırıq

“Yay fəsli” mövzusu üzrə rəsm çək.

A

B



C

Ç

D




Ə

sərlərdə təsvir olunan hansı hadisələri həyatda müşahidə etmisən?




2.RƏSSAM HANSI MATERİALLARLA

İŞLƏYİR


Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan

istifadə edir.

XATIRLA

Akvarel incə, şəffaf boyadır. Bu boya ilə işlədikdə sudan çox

istifadə olunur.




YADDA SAXLA

. Boyalarla işlənmiş

təsvirlər rəngkarlıq əsərlərinə

aiddir.


Quaş boyanın şəffaflığı

yoxdur, qatıdır. İş zamanı

boyadan çox, sudan isə az

istifadə olunur.



Palitra — boyanı

qarışdırmaq üçün nəzərdə

tutulub.

Boyalarla işləyərkən



fırçadan istifadə edilir.

Fırçalar yumru və düz

formada olur.




SƏNƏTKAR MƏSLƏHƏTİ

Fırça ilə necə işləmək

olar?

1. Fırçanı

suda islat.

2. Fırçada

olan artıq

suyu


parçaya

hopdur.


3. Fırçanı

boyaya


toxundur

və vərəqin

üzərində

rəngli ləkə

çək.

4. Yenidən



fırçanı

suda islat

və artıq

suyu


parçaya

hopdur.


5. Sonra

yeni rəng

almaq

üçün


fırçanı

başqa


Tanış ol


boyaya

toxundur


və ləkənin

üzərini


rənglə.


Rəssam gil və plastilindən yapır.

Rəssam metal

üzərində işləyir.

Rəssam ağacı yonur.

BU,

MARAQLIDIR



Pastel — latın dilində “xəmir” deməkdir.

Pastel — yumşaq,

rəngli tabaşirdir. Onun

vasitəsi ilə xətt və

ləkələri yaymaqla

təsvirlər yaratmaq olar.



Rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər, plastilin, rəngli

kağız

Yaradıcı tapşırıq

Hər hansı bir materialdan istifadə edərək istədiyin təsviri yarat.

Rəssam hansı materiallardan istifadə edir?

Hansı işlər və nə üçün sənin daha çox xoşuna gəlir?



3. ƏSAS VƏ QARIŞIQ RƏNGLƏR

Dünyanı rəngsiz təsəvvür etmək mümkün deyildir. Ətraf aləmdə o

qədər müxtəlif rənglər var ki!..

YADDA SAXLA.

Əsas rəngləri heç bir rəngdən almaq olmur.

Rəngli karandaşlar, pastel tabaşirlər, quaş

Yaradıcı tapşırıq

Nümunələrin hansının

rəngini təbiət, hansını isə

insan verib?

Qırmızı,


sarı, göy

ə

sas

rənglərdir.

Bənövşəyi,

yaşıl və

narıncını

isə

qarışıq

rənglərə

aid


edirlər.

Ə

sas rəngləri qarışdırarkən



qarışıq rəngləri almaq olar.

Qırmızı və sarı rəngin

qarışığından narıncı rəng

alınır.


Sarı və göy rəngin

qarışığından alınır.



Bənövşəyi rəngi

necə almaq olar?

Bir neçə rəngi qarışdıraraq,

müxtəlif qarışıq rənglər

almaq olar. Onların

alınmasını izah et.




Ə

sas və ya qarışıq rənglərdən ibarət rəsm düşün və çək.

Təbiətdə daha çox hansı rəngləri müşahidə etmisən – əsas və ya

qarışıq? Nümunə göstər.




4. İSTİ VƏ SOYUQ RƏNGLƏR

Rənglər isti və soyuq olur. İsti rənglər sarı, qırmızı, narıncı, qəhvəyi

və onlardan alınan rəng çalarlarıdır. Bu rənglər bizə Günəşi, istini,

odu-alovu, səhraları xatırladır.



Soyuq rənglər bizə şaxta-sazağı, qarı, buzu, dənizi xatırladır. Bu

rənglərə göy, bənövşəyi, yaşıl, mavi və onların çalarlarını aid etmək

olar.

Təbiətdə isti və soyuq rənglərdə olan varlıqları sadala.



Ə

sərlərin hansında isti, hansında isə soyuq rənglər üstünlük təşkil

edir?

Səttar Bəhlulzadə. “Kəpəzin göz



yaşları”

Quaş, akvarel

Nadir Əbdürrəhmanov. “Dağlı

qadın”



Yaradıcı tapşırıq

İsti, yaxud soyuq rənglərdən ibarət rəsm düşün və çək.

İsti, yaxud soyuq rənglər insanda hansı ovqat yaradır?



5. PAYIZIN SEHRLİ RƏNGLƏRİ

Bütün sənətkarlar kimi, rəssamlar da təbiətdən ilham alırlar. Onların

ə

sərlərində payız mövzusunun xüsusi yeri var. Bu fəsil öz



rəngarəngliyi ilə insanları cəlb edir.

Rəssamlar əsərlərdə hansı rənglərdən istifadə etmişlər?

Rəssam payızı seyr edən zaman təbiətdə baş verənləri, insanların

geyimlərini və hərəkətlərini müşahidə edir. Müşahidələri rəssama

bütöv bir əsəri yaratmağa kömək edir. Təsvir zamanı obyektləri elə

yerləşdirir ki, onlar bir-birini tamamlasın.

Ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq kompozisiya adlanır.

Kompozisiya vasitəsi ilə rəssam tamaşaçıya düşündüyü hadisənin

məzmununu açıqlayır.

Bağır Maratlı. “Mənzərə”

İsaak Levitan. “Payız

mənzərəsi”





Rəsmlərin hansında kompozisiya düzgün verilmişdir?

1

3



2

4

SƏNƏTKAR MƏSLƏHƏTİ



Kompozisiyanın qurulması

1. Rəsmi çəkərkən səma,

torpaq, çay, oturacaq və

ağacların yerlərini müəyyən

et.

2. Obyektləri çək və



formalarını dəqiqləşdir.


Oturacaq və ağacın çəkilmə ardıcıllığı

Quaş, rəngli karandaşlar, pastel tabaşirlər

Yaradıcı tapşırıq

Kompozisiyanı nəzərə alaraq payız mənzərəsini təsvir et.

Payızın rəngləri hansılardır?

Payız fəslində isti rənglər çoxdur, yaxud soyuq rənglər?

3. Oturacağı, ağacların gövdə,

budaq və yarpaqlarını əlavə

et.


4. Rəsmi rənglə.

1

A



2

3

4



B


ÖZÜNÜ YOXLA

1.  Rəssamın istifadə etdiyi materialları ardıcıllığa əsasən göstər:

2. Əsas və qarışıq rəngləri sadala.

3. Əsas rənglərdən hansı qarışıq rənglər alınır? Nümunələr

ə

sasında izah et.



4. Rəssam əsərlərində müəyyən et:

*Əsas və qarışıq rənglər

*İsti və ya soyuq rənglər

5. Düzgün verilmiş kompozisiyanı müəyyən et.

Güllü Mustafayeva.

”Balaca Esmira”

Məlik Məmmədxanov.

“Narlar mis qablarla”




1

2

3



4


2. TƏSVİRETMƏ QAYDALARI

6. ORNAMENT VƏ KOMPOZİSİYA

Təbiət özünü hər zaman bəzəyir! Yarpaqlar, çiçəklər çox gözəldir!

Təbiətdə mövcud olan forma və materiallardan istifadə etməklə

insanlar da ərtafı gözəlləşdirməyə çalışır. Müxtəlif əşyaları bəzəmək

üçün rəssam həndəsi fiqurlardan, gül və yarpaqlardan naxış və

ornamentlər fikirləşir. Təkrarlanan naxışa ornament deyilir.

Ornament qab-qacağı, geyimi, xalçaları bəzəyir.

Ornamentin elementləri

çox zaman zolaqda

yerləşir. Belə

kompozisiya əşyaların

kənarına gözəllik verir.

Naxış

Ornament



Ornamentlər müxtəlif olur. Daha çox nəbati və həndəsi

ornamentlərə rast gəlinir.



Nəbati ornamentlər yarpaq, budaq, gül və digər bitki

elementlərindən ibarət olur.



Həndəsi ornamentlər dairə, üçbucaq, düzbucaq, kvadrat və digər

həndəsi fiqurlardan ibarətdir.



Rəngli karandaşlar, qələmlər, flomasterlər

Yaradıcı tapşırıq

Nəbati və həndəsi ornament düşün və çək.

Naxışlara harada rast gəlmək olar?




Nəbati və həndəsi ornamentlər arasında fərq nədir?


7. SİMMETRİYA

Rəssam varlıqları təsvir edərkən onların əsas xüsusiyyətlərini nəzərə

alır. Rəsmdəki kəpənəyin mərkəzindən keçən xətt onu iki eyni

hissəyə bölür. Əgər kəpənəyin təsvirini ortadan qatlasaq, hər iki

qanadı üst-üstə düşər. Qanadlar güzgüdə olan əksə bənzəyir.

Qatlanma xətti simmetriya oxu adlanır.

Bu əşyalar isə simmetrik deyil. Onların bir tərəfi digərindən

formasına, ölçüsünə və başqa xüsusiyyətlərinə görə fərqlənir.

Gördüklərinin hansı simmetrikdir, hansı isə simmetrik deyil?

Cavabını əsaslandır.





Rəngli kağız, qayçı və yapışqandan istifadə etməklə simmetrik quşu

aşağıdakı kimi düzəltmək olar.

Kağızla iş zamanı

müxtəlif üsullardan

istifadə olunur. Onu

qatlamaq, kəsmək,

fırlatmaq olar. Rəngli kağız, dəri, məxmər parçalarının kağız, parça

üzərinə yapışdırılması və ya tikilməsi aplikasiya adlanır.

YADDA SAXLA.

Əşyanın mərkəz oxundan kənarda yerləşən sağ və sol

hissəsi eynidirsə, deməli, o, simmetrikdir.

Rəngli kağız, rəngli karandaşlar, flomasterlər

Yaradıcı tapşırıq

1. Simmetrik obyektlərin aplikasiyasını düzəlt.

1

2



3

4

5



6

Simmetriyanı nəzərə alaraq, kəpənəyi düzəltməyə çalış.

1

2

3




2. Simmetrik əşyalar düşün və çək.


8. NATURADAN RƏSM

Rəssam ətraf aləmin gözəlliyini — canlı və cansız təbiəti həmişə öz

rəsmlərində təsvir etməyə çalışır. Belə təsvirlərə naturadan rəsm

deyilir. Rəssam qarşısında olan naturanın formasını, rəngini,

hissələrini müşahidə və müqayisə edə bilir.

Naturadan rəsm zamanı öz oyuncaqlarından istifadə edə bilərsən.

Oyuncaqlar rəngarəng və müxtəlifdir — şən, məzəli, mülayim,

düşündürücü və s.

YADDA SAXLA!

Naturadan rəsm — qarşımızda olan varlıqların təsvir

edilməsidir.

Sevimli oyuncağını çəkmək üçün əvvəlcə onun təsvirini vərəqdə

düzgün yerləşdir.

Oyuncağın təsviri hansı

vərəqdə düzgün

yerləşdirilmişdir?

1



3

4

5



6

2



Quaş, pastel tabaşirlər

Yaradıcı tapşırıq

Albomda sevimli oyuncağını çək. Vərəqdə onu düzgün

yerləşdirməyə çalış.

Oyuncaqlar hansı hissələrdən ibarətdir?

Bu oyuncaqların həyatda olan varlıqlardan fərqli və oxşar cəhətləri

SƏNƏTKAR MƏSLƏHƏTİ

Oyuncaqların təsvir ardıcıllığı

1

2



3

4

5



6

7

8



9

10

11



12

13

14



15

16



nədir?


9. GÜLDAN ÇƏKİRİK

Güldanlar formasına və hazırlandığı materiala görə fərqlənir.

Güldanlar arasında hansı

fərqlər var?

Ağac

Şüşə


Gil

Mis


SƏNƏTKAR MƏSLƏHƏTİ

Naturadan güldanın rəsmini çəkərkən diqqətlə müşahidələr apar.

Ardıcıllığa əməl etməklə onu çək:

1. Güldanın en və hündürlüyünü müqayisə edərək, onu vərəqdə

yerləşdir.

2. Güldan simmetrik olarsa, mərkəzdən simmetriya oxunu çək.

3. Formaya uyğun kənar xətlərini dəqiqləşdir.

4. Detallarını əlavə et.

5. Güldanı rənglə.

Naturadan rəsm zamanı mərhələlərin ardıcıllığına əməl etmək

vacibdir. Bu biliklərdən digər məişət əşyalarının çəkilməsində də

istifadə edə bilərsən.

1

2

3



4

5



Quaş, akvarel, rəngli karandaşlar

Yaradıcı tapşırıq

Naturadan güldan çək.

Güldanın hissələri hansı həndəsi formalardan ibarətdir?




10. TƏSVİRİ SƏNƏTİN JANRLARI

İnsanlar hələ qədim zamanlardan gördüklərini təsvir edərdilər. Bunu

Qobustan qayaüstü rəsmlərində də görmək olar.

Təsviri sənət əsərləri məzmun və xarakterindən asılı olaraq janrlara

ayrılır: mənzərə, natürmort, portret, süjetli əsərlər.

Təbiətin gözəlliyi hər zaman rəssamları cəlb etmişdir. Təbiət təsvirləri



mənzərə adlanır.

Natürmort — “cansız təbiət” mənasını bildirir. Natürmortda hər gün

məişətdə istifadə etdiyimiz əşyalar, güllər, meyvə və tərəvəzlər təsvir

olunur.

Ə

sərlərin janrını müəyyən et.



Səttar Bəhlulzadə. “Torpağın

arzusu”


Toğrul Nərimanbəyov.

“Natürmort”






Portret janrında insanın üz cizgiləri, xarakteri və əhvalı təsvir edilir.

Tahir Salahov.

“Fikrət Əmirov”



Süjetli əsərlər rəssamın müşahidələrinə əsaslanır və mövzu

ə

sasında qurulur. Onun məzmununu isə gündəlik həyatda və



keçmişdə baş verən hadisələr təşkil edir.

Quaş, rəngli karandaşlar, pastel

tabaşirlər

Yaradıcı tapşırıq

Təsviri sənətin janrlarından

birinə aid rəsm çək. Bu, portret, mənzərə, natürmort və ya

insanın gündəlik həyatında baş verən hadisələrdən ibarət süjetli

rəsm ola bilər.

Təsviri sənətin hansı növlərini tanıyırsan?

Böyükağa Mirzəzadə. “Bizim

kəndin sakinləri

Böyükağa Mirzəzadənin və

Toğrul Nərimanbəyovun

ə

sərlərinə bax. Burada



rəssamlar hansı mövzuları

təsvir etmişlər?

Toğrul

Nərimanbəyov.



“Muğam”




Portretlə süjetli əsərlər arasında hansı fərq var?


ÖZÜNÜ YOXLA

1. Əşyalar üzərində naxışları müəyyən et:

*Nəbati naxışlar

*Həndəsi naxışlar

2. Qablar hansı materialdan hazırlanıb?

3. Əşyalardan simmetrik olanını sadala.

4. Rəssam əsərlərində janrları ardıcıllığa əsasən müəyyən et:

5. Hər bir rəssam əsərinə

iki sual fikirləş. Bu suallar

ə

sərlərin məzmununa aid olsun və təsviri sənətin janrını müəyyən



1

2

3



4

Davud


Kazımov.

“Səməd


Vurğunun

portreti”

1

Rövşən


Məmmədov.

“Muğam


dünyası”

Telman


Abbasov.

“Kənd”


2

4

Nadir Əbdürrəhmanov.



“Qızlar”

3



etsin. Məsələn:

1. Davud Kazımov əsərində kimi təsvir etmişdir?

2. İnsanın üz cizgiləri, xarakteri, əhvalı təsvir olunan əsərlər necə

adlanır?



3. TƏBİƏT VƏ İNSAN

11. AZƏRBAYCAN SƏNƏTKARLARI

Ə

zim Əzimzadə (1880 – 1943)

Azərbaycanın Xalq rəssamı Əzim Əzimzadənin təsviri sənətimizin

inkişafında böyük rolu olmuşdur. O, istedadı və çalışqanlığı sayəsində

böyük sənətkar kimi tanınmışdır.

Onun əsərlərində xalqın həyatı, yaşayışı və ölkədə baş verən

hadisələri əks etdirən mövzular xüsusi yer tutmuşdur.

Ə

.Əzimzadə “Varlı evində toy”,



“Kasıb evində toy”, “Kasıb

evində Ramazan”, “Varlı evində

Ramazan”, “Oxutmuram, əl

çəkin” və digər əsərlərində

yaşadığı dövrü məharətlə əks

etdirmişdir.

“Kasıb

evində





Ramazan”

Ə

sərlər haqqında



düşündüklərini söylə. Rəssam

onlar arasında hansı fərqi

göstərməyə çalışmışdır?

“Varlı


evində

Ramazan”



Bəhruz Kəngərli (1892 – 1922)

İstedadlı sənətkar Azərbaycanda ilk olaraq rəssamlıq təhsili almışdır.

Rəssamın karandaş, kömür, akvarel və yağlı boya ilə müxtəlif

janrlarda yaratdığı əsərlər muzeylərdə saxlanılır.

B.Kəngərli Azərbaycanda mənzərə janrının əsasını qoymuşdur. O,

"İlanlı dağ", "Minarəsi dağılmış məscid", "Qovaq ağacı", "Şəlalə" kimi

mənzərələr yaratmışdır. Sənətkar portret janrında çəkdiyi "Yaylıqlı

qız", "Qaçqın İmran heybə ilə", "Qırmızı yaylıqlı qız" əsərlərini qaçqın

taleyini yaşayan insanlara həsr etmişdir. Rəssam bu mövzuda

"Qaçqınlar" silsiləsindən olan bir çox əsərlər yaratmışdır.

“İlanlı dağ” mənzərəsində rəssam hansı rənglərdən istifadə etmişdir?

“Qaçqın İmran heybə ilə” portreti haqqında nə demək olar?

“İlanlı dağ”

“Qaçqın İmran heybə ilə”




Yaradıcı tapşırıq

Ə

.Əzimzadə və B.Kəngərli yaradıcılığı haqqında əlavə məlumat



topla və təqdim et.

Ə

.Əzimzadə və B.Kəngərlinin əsərlərinin oxşar və fərqli cəhətləri



hansılardır?


12. QIŞIN MÖCÜZƏLƏRİ

Qarlı, şaxtalı qış təsvir olunan əsərlərə bax.

Rəssamlar qış fəslini fərqli təsvir etmişlər: İ.Levitan möcüzəli qış

meşəsini, T.Tağıyev isə Neft daşlarında sərt qışın gözəlliyini kətana

ustalıqla köçürmüşlər .

İsaak Levitan. “Qışda meşə”

Bu əsərlərdə hansı rənglər üstünlük təşkil edir – isti və ya soyuq?

Tağı Tağıyev. “Neft daşlarında qış”



Quaş, rəngli

karandaşlar, pastel

tabaşirlər

Yaradıcı tapşırıq

Qışda müşahidə

Şam ağacının çəkilmə ardıcıllığı

Şam ağacını çək və quaşdan istifadə

edərək əvvəlcə rənglə, quruduqdan sonra

isə üzərinə ağ ləkələr — qar çək. Bu

ağacdan çəkdiyin rəsmdə də istifadə edə

bilərsən.

1

2

3



4


etdiklərini çək.

Qışda təbiətdə hansı dəyişikliklər baş verir?

Qış mənzərəsi.

Şagird işi




13. ORİQAMİ

Hər gün istifadə etdiyimiz kağız ilk dəfə Çində icad edilmişdir. Kağızı

qatlamaqla müxtəlif fiqurlar hazırlamaq olar. Kağızqatlama sənəti

oriqami adlanır. "Oriqami" — yapon dilində “qatlanmış kağız”

deməkdir.

İlk oriqami nümunələri Çində meydana gəlmişdir. Daha sonra isə

oriqami Çindən Yaponiyaya keçmişdir. Oriqaminin əsas inkişafı

yaponların adı ilə bağlıdır.

Hazırladığın oriqamidən necə

istifadə edə bilərsən?

A

B

C



Rəngli kağızlar

Yaradıcı tapşırıq

Nümunələrdə göstərilən ardıcıllığa əməl etməklə oriqami düzəlt.



14. PLASTİLİN NƏYİ BACARIR

İnsanlar qədim zamanlardan heyvanları təsvir edir, onların

hərəkətinin çeviklik və gözəlliyinə heyran qalırdı.

Quş, heyvan, balıq və həşəratların təsvirini animalistika janrına aid

edirlər. Heyvanları təsvir edən rəssamı isə animalist adlandırırlar.

Təsvirin yaradılması üsullarından biri də yapmadır. Yapma zamanı gil

və plastilindən istifadə olunur. Plastilin yumşaq olduğu üçün nümunə

üzərində düzəliş etmək asan olur.

Onunla iş zamanı lazım olan hissəni əsas kütlədən sığallamaqla,

basmaqla, dartmaqla ayırmaq lazımdır.

SƏNƏTKAR MƏSLƏHƏTİ

Çin animalistika janrından

nümunələr.

Rəngkarlıq

Rus animalistika janrından

nümunələr.

Qrafika

Heykəltəraşlıq

Rəssam V.A.Vatagin

1.  Plastilinlə heyvan fiquru yaparkən onun xüsusiyyətlərini

müşahidə və müqayisə et.



2.  Rəng seçimini müəyyənləşdir.

3.  Plastilini dartmaqla, sıxmaqla, basmaqla ümumi kütləni

hissələrə ayır.

4.  Fiqurun detallarını hazırla və sığallamaqla dəqiqləşdir.




Plastilin və ya gil

Yaradıcı tapşırıq

Sevimli heyvan fiqurunu yap.

Heyvan fiquru hansı hissələrdən ibarətdir?

Bütöv plastilin kütləsindən heyvan fiqurunu yapmağa çalış.



15. RƏSSAM-HEYKƏLTƏRAŞ

Çox qədim zamanlarda insanlar gili əzməklə müxtəlif formalara

salmağın mümkün olduğunu aşkar etmişlər.

Yapma sənətinin təməli belə qoyulmuşdur. Öz əsərlərini plastilin və

ya gildən yapan rəssama heykəltəraş, onun əsərinə isə heykəl

deyilir.


Heykəl həcmli təsvirdir. Həcmli təsvirə isə hər tərəfdən baxmaq

mümkündür.

Heykəltəraş Ömər Eldarovun və Mironun əsərlərinə bax. Oxşar

cəhətlər hansıdır?

Qədim Yunan heykəltəraşı

Miron. “Disktullayan” Ömər Eldarov

“Həyatın dörd anı”

SƏNƏTKAR MƏSLƏHƏTİ

İnsan fiqurunu aşağıdakı ardıcıllığa əməl etməklə düzəltmək olar:

1.  Baş, boğaz, gövdə, ayaqlar və qollara uyğun olaraq plastilini

hissələrə ayır.

2.  Onları uyğun formalara sal.

3.  Detalları (əllər, qaş, göz, burun, ağız, qulaq) və elementləri



dəqiqləşdir.

4.  İnsan fiquruna müxtəlif hərəkət formaları ver.




İnsan fiqurunun şəkildə göstərilən hərəkətlərini müəyyən et.

Hərəkətlərdən birini plastilindən düzəltməyə çalış.



Plastilin və ya gil

Yaradıcı tapşırıq

Nümunəyə əsasən adam fiquru düzəlt.

Plastilinlə iş zamanı

bir rəngdən digər rəngə keçdikdə əllərini və plastik bıçağı əsgi

parçası ilə təmizlə.




Adam fiqurunu düzəltmək üçün nəyi nəzərə almaq lazımdır?


ÖZÜNÜ YOXLA

1.  Əzim Əzimzadənin və Bəhruz Kəngərlinin ən çox çəkdikləri

təsvirləri ifadələrə əsasən seç:

2.


İfadələrdə hansı janrları müəyyən etmək

olar?


3.  Oriqami və aplikasiyanı göstər. Onların bir-birindən fərqini

izah et.


4.  Kağızla iş nümunələrində animalistika janrına aid olanı

müəyyən et.

5.  Rəssam əsərləri arasındakı fərqi izah et.

İnsanın


gündəlik

həyatının

təsvirləri

Təbiət


təsvirləri

İnsan


xarakterinin

təsviri



Zakir Əhmədov. “Muğam”

Toğrul Nərimanbəyov.

“Muğam”



16. MƏİŞƏT ƏŞYALARININ GÖZƏLLİYİ

Məişətdə istifadə etdiyimiz əşyalardan biri də qab-qacaqdır. Onlar

ağacdan, gildən, dəmirdən, plastik kütlədən, şüşədən və başqa

materiallardan hazırlanır. Belə əşyaların hazırlanmasında rəssam-

dizaynerin rolu böyükdür. Dizayn — rəsm, ideya, layihə deməkdir.

Bu rəssamlar çalışırlar ki, istifadə edilən əşyalar rahat və eyni

zamanda, gözəl olsun.

Qablar uzun və qısa, enli və ensizdir, müxtəlif dərinlik və formaya

malikdir.

Onların qapaq, qulp, oturacaq hissələri də olur.

SƏNƏTKAR MƏSLƏHƏTİ

YADDA SAXLA.

Dizaynerin əsas məqsədi — hazırladığı əşyaların

insanlar üçün rahat və faydalı olmasıdır.

Gördüyün qablar nə üçün lazımdır?



Plastilinlə iş

Plastilindən qabları aşağıdakı ardıcıllığa əməl etməklə düzəltmək

olar:

1.  Hissələri müəyyənləşdir.



2.  Onları uyğun formaya sal.

3.  Əşyanı dəqiqləşdir və naxışlarını əlavə et.




Plastilin və ya gil

Yaradıcı tapşırıq

Nümunələrə əsasən qab-qacaq düzəlt.

Şəkildəki məişət əşyaları bir-birindən nə ilə fərqlənir? Onlara gözəl

görkəm verən nədir?



17. TƏSƏVVÜRƏ ƏSASƏN QUŞLARI

ÇƏKİRİK


Təbiətdə quşların müxtəlif növlərinə rast gəlmək olar. Quşlara əlvan

qanadları, kəkilləri xüsusi yaraşıq verir.

Rəssam qarşısında olanı naturadan çəkir. Çox zaman gördüyünü

diqqətlə müşahidə, müqayisə edir və onun əsas xüsusiyyətini

yaddaşında saxlayır. Sonra təsəvvürünə əsasən təsvir edir.

Quşları təsəvvürə əsasən göstərilən mərhələlərlə çəkmək olar.




YADDA SAXLA.

Əvvəlki müşahidələr

ə

sasında çəkilənlərə təsəvvür



ə

sasında rəsm deyilir.


Rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər

Yaradıcı tapşırıq

Təsəvvürə əsasən quş rəsmi çək. Bu zaman quşların yaşayış

tərzini və onları əhatə edən mühiti nəzərə al.

Heyvan və quşları təsvir edən rəssam necə adlanır?

Şəkildə gördüyün quşlar harada yaşayırlar?




18. SUALTI DÜNYANIN SAKİNLƏRİ

Dəniz və okeanların dərinliklərində böyük, kiçik, bəzəkli və əlvan

rəngli müxtəlif canlılar yaşayır. Onların arasında balıqlar xüsusi yer

tutur.


Balıqlar bədən, qəlsəmələr, üzgəclər və quyruqdan ibarətdir. Bu

canlılar — dairəvi, oval, uzunsov və digər formalarda olur.

SƏNƏTKAR MƏSLƏHƏTİ

Hər balığın öz forması və naxışı var. Təsvir ardıcıllığını nəzərə

alaraq balıqlardan birini çək. Nümunələrə bax və yeni balıq

forması yarat.

Balığı

plastilindən də



hazırlaya

bilərsən.




Rəngli karandaşlar, pastel tabaşirlər, flomasterlər

Yaradıcı tapşırıq

Qeyri-adi formaya və rəngə malik olan balıq çək və yaşadığı mühiti

də əlavə etməyi unutma.

Balıqların üzərindəki naxış və rəngləri harada tətbiq etmək olar?



19. YURDUMUZA BAHAR GƏLİR

Bahar gələndə təbiət oyanır. Bu fəslin təsvirinə rəssamların

ə

sərlərində tez-tez rast gəlmək olur. Hər fəslin öz gözəlliyi var. Qarlı-



şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən payızın da, al-əlvan

çiçəkli yayın da.

Ağacların tumurcuqlaması, quşların səsi baharın gəlişindən xəbər

verir.


Verilmiş əsərlərə diqqətlə bax və nələrin təsvir olunduğunu müəyyən

et.


SƏNƏTKAR MƏSLƏHƏTİ

Quaş, flomasterlər, pastel tabaşirlər

Səttar Bəhlulzadə. “Çiçəklənən

bağ”

İsaak Levitan. “Bahar.



Çiçəkləyən alma ağacları”

Çiçəkləyən ağac

Bahar fəslində ağaclar çiçəkləyir. Təsvir ardıcıllığını nəzərə alaraq,

nümunəyə əsasən çiçəkləyən ağac çək.



Yaradıcı tapşırıq

Yaz mənzərəsi təsvir et.

Yaz fəslinin daha hansı xüsusiyyətlərini tanıyırsan?

Bahara, yaza aid hansı atalar sözü və tapmacaları xatırlayırsan?




20. XOŞ GƏLMİSƏN, ELİN ƏZİZ BAYRAMI!

Azərbaycan xalqının əziz bayramlarından biri də Novruz bayramıdır.

Novruz bayramı qədim insanların əmək, əkinçilik, bolluq, bərəkət

rəmzi və məişəti ilə bağlı yaranmışdır.

Səməni göyərtmək Novruzun ən müqəddəs əlamətidir. Xalqımız

səməni göyərtməklə növbəti ilə bolluq, bərəkət arzulayır.





SƏNƏTKAR MƏSLƏHƏTİ

Quaş, flomasterlər, pastel tabaşirlər

Yaradıcı tapşırıq

Novruz süfrəsinə aid natürmort çək. Xonçanı bəzəkli yumurta,

qoz-fındıq və şirniyyatlarla bəzə.

Novruz bayramı hansı fəsillə əlaqədardır? Novruz xonçasına nə

daxildir?

Novruz xonçasının nemətlərini çəkmək üçün aşağıdakı ardıcıllığa

ə

məl et.




ÖZÜNÜ YOXLA

1. Rəssamların əsərlərində Novruz bayramının əsas xüsusiyyətləri

haqqında danış

Elmira Şaxtaxtinskaya. “Novruza hazırlıq” Böyükağa Mirzəzadə.

“Novruz”

Anar Hüseynzadə. “Novruz bayramı” Xalidə Səfərova. “Novruz

bayramı”

2. Əsərlər təsviri sənətin hansı janrını əks etdirir?

3. Rəssamlar daha çox hansı (isti və ya soyuq) rənglərdən istifadə

etmişlər?

4. Verilmiş şəkillər arasında yaz fəslinə aid olanı müəyyən et:




4. GÖZƏLLİK ALƏMİNƏ SƏYAHƏT

21. TƏBİƏTİ QORUYAQ

Gündəlik həyatda istifadə edilən süd, kibrit, şirə qutuları və digər

materiallar istifadədən sonra tullanılır. Bu tullantıları məişət üçün

gərəkli, gözoxşayan əşyalara çevirmək olar. Təbiəti çirklənməkdən

qorumağın bir yolu da budur.

Karandaş yonqarlarını vərəq üzərinə yapışdırmaqla düzəldilən

fiqurlar.





Tullantılardan maraqlı tikililər düzəldib, şəhər kompozisiyası qurmaq

olar.


Şagirdlərin əl işləri. “Qədim şəhər” kompozisiyası

(tullantılardan hazırlanmışdır).

Tullantılardan daha nələr

hazırlaya bilərsən?

Təbiəti daha necə qorumaq

olar?


Rəngli kağız, karton, kağız

və ya plastik qutular,

flomasterlər, PVA

yapışqanı

Yaradıcı tapşırıq

Tullantılardan istədiyin

ə

şyanın konstruksiyasını



düzəlt.


22. NAĞILLARDA XEYİRXAHLIQ VƏ

QƏDDARLIQ

Nağıllar — möcüzələrlə dolu sirli, sehrli aləmdir. Burada, adətən,

xeyirxahlıq qəddarlıq üzərində qələbə çalır və hadisələr xoşbəxt

sonluqla bitir.

Nağıllardakı obrazlar mətnə çəkilmiş təsvirlərdə — illüstrasiyalarda

daha aydın şəkildə göstərilir.

İllüstrasiya çəkmək üçün əvvəlcə nağılı diqqətlə oxumaq və yaxud

yada salmaq lazımdır. Sonra orada baş verən hadisələri təsəvvür

etmək olar.

Azərbaycan nağılı “Cırtdan”.

“Cırtdan” nağılına çəkilmiş illüstrasiyalar

Azərbaycanın Xalq rəssamı Rasim Babayevə

məxsusdur.






Rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər

Yaradıcı tapşırıq

Qəhrəmanların xarakterini — xeyirxah və ya qəddar obrazları

sevimli nağılında göstərməyə çalış.

Oxuduğun nağıllarda təsvir olunan obrazlar haqqında nə deyə

bilərsən?

Azərbaycanın Xalq rəssamı Rasim Babayevə

məxsusdur.




23. NƏQLİYYAT VASİTƏLƏRİNİ ÇƏKİRİK

İnsanlar kəndə, rayona, şəhərə və ya başqa ölkələrə getmək üçün

nəqliyyat vasitələrindən istifadə edirlər. Nəqliyyat vasitələrinə tobus,

qatar, təyyarə, gəmi və digərləri aiddir.

SƏNƏTKAR MƏSLƏHƏTİ

Rəngli karandaşlar, flomasterlər

Yaradıcı tapşırıq

İstədiyin nəqliyyat vasitəsinin rəsmini çək.

Rəsmlərdə hansı nəqliyyat vasitələri təsvir olunmuşdur?

Nəqliyyat vasitələrində mövcud olmayan hansı xüsusiyyətləri görmək

istərdin?

Nəqliyyat vasitələrini ardıcıllığa əsasən çəkə bilərsən:

1.  Nəqliyyat vasitələrinin hündürlüyünü və enini qeyd et.

2.  Elementləri əlavə etməklə nəqliyyat vasitəsinin rəsmini

tamamla.


3.  Rəsmi rənglə.


24. GÜLLƏRİN MÖCÜZƏSİ

Güllər  gözəllik  rəmzidir.  Rəssamlar

güllərin  gözəlliyini  öz  əsərlərində

böyük  məhəbbətlə  təsvir  edirlər.

Yurdumuzun

rəssamları

zövqoxşayan

mənzərələr

yaratmışlar.

Mahmud


Tağıyev

təbiətimizi  bəzəyən  lalələrin,  Xalidə

Səfərova  isə  süsənlərin  forma  və

rəngini məharətlə təsvir etmişdir.

Mahmud Tağıyev. “Lalələr”

SƏNƏTKAR


MƏSLƏHƏTİ

Güllərin

aplikasiyası

1.  Rəngli

kağızlardan dairə

kəs, ortadan

qatla.

2.  Qatlanmış



yarımdairələri

dörd bərabər

hissəyə böl.

3.  Kiçik dairəyə kimi

xətlər boyunca

kəs.


4.  Kəsilmiş hissələri

buraraq sıx.

Ə

lavə iki nümunə




Xalidə Səfərova. “Süsənlər”

hazırla.



Rəngli kağız, karton

Yaradıcı tapşırıq

Güllərin aplikasiyasını düzəlt.

Hansı gülləri tanıyırsan?

Gül-çiçəklər insanda hansı əhvalı yaradır?

5. Hazır


ləçəkləri iç-

içə yapışdır.

6. Sonra

yarpaqları

ardıcıllıqla kəs və

rəngli vərəqə

yapışdır.

Hazır iş


Qərənfilin aplikasiyası


25. BƏZƏK ƏŞYALARI

Bizi əhatə edən bəzəkli əşyalar dekorativ-tətbiqi sənətə aiddir.

Dekorativ bəzək əşyalarını hazırlayan rəssama zərgər deyilir.

Zərgərlik əşyalarını bəzəyərkən rəssam müxtəlif materiallardan

istifadə edir: mirvari, rəngli şüşə və qiymətli daşlar.

Xalq sənətkarları qeyri-adi bəzək əşyaları düşünüb hazırlamışlar.

Qədim bəzək əşyalarının forması nəyi xatırladır?

SƏNƏTKAR MƏSLƏHƏTİ

Muncuq düzümünü plastilindən də düzəltmək olar.

1.  Əvvəlcə plastilindən

uzun hörmələr düzəlt.

2.  Onları bərabər hissələrə

böl.




Flomasterlər, plastilin, məftil

Yaradıcı tapşırıq

Rəngli flomasterlərlə müxtəlif muncuq düzümü çək.

Ə

n çox xoşuna gələni plastilindən düzəlt.



Dekorativ-tətbiqi sənət nədir?

Necə fikirləşirsən, rəssamlar bəzək əşyalarını nə üçün düşünüblər?

3.  Hissələrdən yumru, oval və digər formalarda muncuqlar

düzəlt. Muncuqlar böyük və kişik ölçüdə ola bilər.

4.  Muncuqları nazik məftilə düzərək yığ.

Muncuqların rəngi müxtəlif ola bilər: isti və ya soyuq, əsas və ya

qarışıq rənglərdə.



26. DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN

İNCİLƏRİ


Xalça — dekorativ-tətbiqi sənətin növlərindən biridir. Xalçanın tarixi

çox qədim dövrlərə gedib çıxır. Xalçalarda istifadə olunan naxış və

təsvirlər onları toxuyan insanların harada və necə yaşadıqlarından

asılı olub.

Şöhrəti dünyaya yayılmış Azərbaycan xalçası dünya muzeylərində

qorunub saxlanılır.

Azərbaycan xalçasını bəzəyən əsas naxış elementlərindən biri də

butadır.


SƏNƏTKAR MƏSLƏHƏTİ

Buta naxışının çəkilmə ardıcıllığı

Buta nümunələri. Şagird işləri



Rəngli karandaşlar, qələmlər, flomasterlər

Yaradıcı tapşırıq

Öz buta naxışını fikirləş və çək. Bəzəməyi unutma.

Butaların bəzədilməsində nələrdən istifadə olunub?




27. AZƏRBAYCAN SƏNƏTKARLARI

Qəzənfər Xalıqov (1898 – 1981)

Qəzənfər Xalıqov Azərbaycanın Xalq rəssamıdır. Onun

portret janrında yaratdığı əsərlər Azərbaycan təsviri

sənətinin dəyərli sənət nümunələrindəndir. Rəssamın

məşhur əsəri — dahi Azərbaycan şairi Nizami Gəncəvinin

portretidir.

O, “Azərbaycan nağılları”na, “Koroğlu” dastanına, Abdulla

Şaiqin “Qoç Polad”, Mirmehdi Seyidzadənin “Nərgiz”

kitabına illüstrasiyalar çəkmişdir.




Həsən xan surəti

üçün geyim eskizi

Nizami Gəncəvi



Portret janrı haqqında nə deyə bilərsən?




Cəlal Qaryağdı (1915 – 2001)

Cəlal Qaryağdı görkəmli heykəltəraşdır. O, öz əsərlərində döyüş və

ə

mək qəhrəmanlarının surətlərini yaratmışdır.



Böyük Vətən müharibəsi qəhrəmanlarından Həzi Aslanovun portreti

xüsusilə diqqəti cəlb edir. “Çoban” heykəli isə zəhmət adamını

tərənnüm edir. Onun yaradıcılığında musiqi sənətinin görkəmli

nümayəndələri — Bülbülün, Rəşid Behbudovun, Qara Qarayevin,

Fikrət Əmirovun heykəl portretləri çox maraqlıdır.

Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanovun

heykəlləri də istedadlı heykəltəraşın yaddaqalan əsərlərindəndir.




Yaradıcı tapşırıq

Rəssamların yaradıcılığı haqqında əlavə məlumat topla və təqdim

et.

Heykəl və rəsmin fərqi nədədir?




ÖZÜNÜ YOXLA

1.  Rəssamların nağıllara çəkdiyi rəsmlər necə adlanır?

2.  Nağıllardakı xeyirxah obrazlar haqqında nə deyə bilərsən?

3.  Naxış nümunələri arasında butanı müəyyən et.

4.  Gördüyün əşyaların hansı tullantılardan hazırlandığını

müəyyən et.

5.  Bu əşyaları necə hazırlamaq olar?



28. DÜNYANIN MƏŞHUR MUZEYLƏRİ

Luvr, Topqapı, Ermitaj — dünyanın məşhur muzeylərindəndir. Həmin

muzeylərdə Azərbaycan sənətkarlığının qədim və gözəl nümunələri

saxlanılır.



Luvr muzeyi. Luvr Fransada, Parisin mərkəzində yerləşir. Bu muzey

ə

vvəl qala, sonra kral sarayı olub. Orada dünyanın məşhur təsviri



sənət əsərləri saxlanılır. Muzeydə Azərbaycan sənətkarlarının

yaratdığı nadir dekorativ-tətbiqi sənət nümunələri də nümayiş

etdirilir. Bunlar xalçalar, gümüş, mis və bürüncdən düzəldilmiş bədii

metal sənəti nümunələrimizdir.



Topqapı sarayı muzeyi. Bu muzey ən qədim saraylardan biridir. O,

Türkiyənin İstanbul şəhərində yerləşir.




Burada nümayiş etdirilən əşyaların bir çoxu dünyada bənzəri

olmayan əsərlərdir. Azərbaycanın dekorativ-tətbiqi və təsviri sənət

nümunələri bu muzeydə saxlanılır. Sənətkarlıq nümunələrimiz

arasında say etibarilə ən görkəmli yeri müxtəlif metaldan düzəldilmiş

ev əşyaları, zərgərlik nümunələri və silahlar tutur. Burada Azərbaycan

toxuculuq sənətinin bir çox nadir nümunələri də saxlanmaqdadır.

Bunlardan parçaları, bədii tikmələri və xalçaları xüsusi qeyd etmək

lazımdır.




Ermitaj. Ermitaj muzeyi Rusiyanın Sankt- Peterburq şəhərinin

mərkəzində, Neva çayının sahilində yerləşir.

Ermitajın zəngin və təmtəraqlı salonlarında keçmişdə yığıncaqlar,

rəqslər, ballar keçirilərdi. Sonralar Ermitaj muzey kimi məşhurlaşdı.

Ermitajın Şərq mədəniyyəti və incəsənəti şöbəsində Azərbaycan

ustalarının yaratdıqları qədim sənət nümunələri də var. Burada ən

qədim dövrlərdən Azərbaycan ustaları tərəfindən düzəldilmiş

zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və

müxtəlif növlü toxuculuq nümunələri vardır. Sankt-Peterburq Dövlət

Ermitajında metaldan düzəldilmiş sənət nümunələri ilə yanaşı, bir çox

orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir.

Ermitajın Şərq mədəniyyəti və incəsənəti şöbəsində saxlanılan sənət

nümunələri.

Yaradıcı tapşırıq

Tanış olduğun muzeylər haqqında əlavə məlumat topla və təqdim



et.

Muzeylər nə üçün yaradılır?

Dünyanın hansı məşhur muzeylərinin adını sadalaya bilərsən?

Muzeylərdə nələr nümayiş etdirilir?



Document Outline

  • Cild
  • Çap
  • 1-ci bölmə. SEHRLİ RƏNGLƏR
  • 1.Təbiət və rəssam
  • 2. Rəssam hansı materiallarla işləyir
  • 3. Əsas və qarışıq rənglər
  • 4. İsti və soyuq rənglər
  • 5. Payızın sehrli rəngləri
  • Özünü yoxla
  • 2-ci bölmə. TƏSVİRETMƏ QAYDALARI
  • 6. Ornament və kompozisiya
  • 7. Simmetriya
  • 8. Naturadan rəsm
  • 9. Güldan çəkirik
  • 10. Təsviri sənətin janrları
  • Özünü yoxla
  • 3-cü bölmə. TƏBİƏT VƏ İNSAN
  • 11. Azərbaycan sənətkarları. Ə.Əzimzadə, B. Kəngərli
  • 12. Qışın möcüzələri
  • 13. Oriqami
  • 14. Plastilin nəyi bacarır
  • 15. Rəssam-heykəltəraş
  • Özünü yoxla

Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə