TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT



Yüklə 491,17 Kb.

səhifə1/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   22


TƏSVİRİ  VƏ  TƏTBİQİ 

İNCƏSƏNƏT 



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Gir. T. T. İ. - 1



Giriş

 

Şəxsiyyətin tərbiyəsi və harmoniki inkişafı olan məktəb təhsilinin əsas məqsədi onun incəsənətə 

cəlb olunması xaricində mümkün deyil. İncəsənətin başqa-başqa sahələrinin öyrənilməsi qavramanın 

və hisslərin aydınlaşdırılmasını, təsvir bacarığı, yaradıcılıq yanaşması və tənqidi yanaşmanı inkişaf 

etdirir, bütün bunların xaricində insanın hər hansı bir fəaliyyəti təsəvvür edilməzdir.  

Şəxsiyyətin  tərbiyəsi  və  inkişafı  üçün  məcburi  əmək  fəaliyyəti  yeni  tədris  planına  əsasən 

incəsənətin tədrisi ilə inteqrallaşdırılıb. Bu inteqrallaşmanın əsası təsviri incəsənətin tədrisində 

dekorativ istifadə incəsənətinin elementlərininin cəlb olunmasını təqdim edir.  

  Əmək fəaliyyəti ilə birlikdə incəsənətin  tədrisi ümumtəhsil məktəblərinin  hər üç pilləsində 

nəzərdə tutulub: ibtidai və baza pilləsində məcburi (I-IX siniflər), orta pillədə məcburi (X sinif) və 

seçim (XI, XII siniflər) fənləri şəklində.  Standartda təqdim edilən seçim kurslarından birini şagird 

öyrənmək üçün XI və ya XII siniflərdə seçə bilər.  

Tədris  zamanı  diqqət  əhval-ruhiyyəyə,  praktiki,  yaradıcılıq  və  tədqiqat–axtarış  vərdiş-

bacarıqlarının inkişafına, biliyin istifadəsinə yönəlir.  



 Təsviri və tətbiqi incəsənət/əmək tədrisinin məqsədidir: 

 

şagirdi yaradıcılıq və şərh işinə cəlb etmək və bu yolla onun üçün gözəlliyin hiss edilməsi 

və təsvir edilməsi vərdişini inkişaf etdirmək



incəsənət nümunəsinin ifadə edilmə vərdişinin formalaşdırılması 

incəsənət nümunələrinin ifadə edilmə vərdişinin formalaşdırılması və bu əsasda incəsənətə 



daimi maraq və sevgisini artırır

incəsənətin  universal  dilinin  öyrənilməsi  və  onun  vasitəsilə  milli  və  dünyanın  mədəni 

dəyərləri ilə paylaşmaq,  dünyanın vahidlik hissinin formalaşdırılması



  yaradıcılıq  işinin  texniki  vasitələrinə  sahib  olmaq  və  əmək  vərdiş-bacarığının 

formalaşdırılması




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Gir. T. T. İ. - 2



Təsviri və tətbiqi incəsənətin/əmək tədrisinin məsələləridir:

müvafiq dəyər və yanaşmaları formalaşdırmaq, incəsənət və əmək fəaliyyəti ilə əlaqədar vərdiş-

bacarıqları inkişaf etdirmək və şagirdlərə lazımi bilik vermək; xüsusilə də:  

Dəyərlər və yanaşmalar 

Vərdiş-bacarıqlar 

Bilik 

  Milli və ümumbəşər 

mədəniyyətinə, insan əməyinə 

qarşı hörmət duyğularını 

inkişaf etdirmək; hiss və şəfqət 

bacarığını inkişaf etdirmək; 

digər insanlara, fərqli fikirlərə 

və dünyagörüşlərə tolerant 

yanaşmaları formalaşdırmaq; 

Yaradıcı düşüncə və anlayış 

bacarığını inkişaf etdirmək; 

emosional sahəni inkişaf 

etdirmək; təsəvvür, zövq və 

tənqidi düşüncəni inkişaf 

etdirmək; baxış,  məkan 

təsvirlərinin, müşahidə etmək 

bacarığının, görmə yaddaşı 

və əl motorikasının inkişafı;  

əmək vərdiş-bacarıqlarını 

formalaşdırmaq; təsviri və 

tətbiqi incəsənətdə praktiki 

vərdiş-bacarıqları əldə etmək

Dünya haqqında 

təsəvvürləri 

formalaşdırmaq; özünün 

və digərlərinin mədəni 

irsləri ilə tanış olmaq; 

təsviri incəsənət dilini 

öyrənmək

İbitdai pillədə incəsənətin tədris-tərbiyəvi sahəsinin pedaqoji potensialını onun əyani növ 

təbiəti müəyyən edir. Yaş xüsusiyytələrindən irəli gələrək, aşağı sinif şagirdlərində əyani praktiki 

düşüncə və aləmin emosional dərk edilməsi üstünlük təşkil edir, buna görə də onlar üçün oyuna 

əsaslanan fəallıqlar vacibdir, bu isə, incəsənətin müxtəlif sahələrinin (musiqi, rəsm) öyrənilməsi 

xüsusiyyətinə çox yaxşı uyğun olur. Ibtidai pillədə incəsənətin tədrisi əsasən, uşaqların emosional 

əqli aləminə, əmək və kommunikasiya bacarıqlarının inkişafına xidmət edir. 



Baza pilləsində incəsənət sahələrində əldə edilən praktiki vərdiş-bacarıqlar özünü tapmaq və 

özünü təsdiq etmək prosesini asanlaşdırır. Eyni zamanda, bu yaş dövrü üçün əlamətdar olan dünyaya 

qarşı kəskinləşdirilmiş yanaşmanı əhəmiyyətli şəkildə yumşaldır, çünki incəsənət əsərlərini anlamaq 

bacarığı düşüncə və dünyagörüşə qarşı tolerantlığı nəzərdə tutur. 



İbtidai pillə şərti olaraq iki mərhələyə bölünür: keçid X və XI-XII siniflə, bu zaman şagird 

düşünülmüş seçimə hazırdır. Bu vaxt ona imkan verilir ki, öz maraqlarına əsasən müxtəlif fənn 

qrupları ilə əlaqədar olan fəndən birini seçsin. X sinifdə praktiki vərdiş-bacarıqların mənimsənilməsi-

inkişafı incəsənət nümunələrinin təhlilində istifadə etdiyi bədii üslublara, müəllifin fikrinin daha 

yaxşı anlanılmasına xidmət edir. Eləcə də şagirdlər müxtəlif növ layihələr həyata keçirirlər. Bütün 

bunlar estetik fənlər qrupundan (məktəbin təklif etdiyi imkanlar hüdudlarında) seçim etməkdə 

şagirdə  yardım edir ki, XI və XII siniflərdə əldə edilən vərdiş-bacarıqlar və bilik dərinləşdirilsin 

və peşəkar əsaslar qoyulsun. Qeyd etmək lazımdır ki,  2009-2010-cu ildən VIII, IX və X siniflərdə 

estetik fənlər (1. Təsviri və təbiqi incəsənət/əmək təlimi; 2. Musiqi) trimestr prinsipinə əsasən 

tədris edilir. VIII-IX siniflərdə məktəb özü qərara alır ki, bu iki fənn arasındakı saatları necə bölsün. 

Ola bilsin ki: 

musiqi 1 trimestrdə tədris edilsin, təsviri və tətbiqi incəsənət/əmək təlimi – 2 trimestrdə 

musiqi 2 trimestrdə tədris edilsin, təsviri və tətbiqi incəsənət/əmək təlimi – 1 trimestrdə 



Saatlar bu fənlər arasında eyni bölünür, yəni hər fənn bir trimestr yarım tədris edilir.






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə