TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   2   3   4   5   6   7   8   9   ...   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Gir. T. T. İ. - 3

X  sinifdə  təsviri  və  təbiqi  incəsənət/əmək  təlimi  və  musiqi  bir  trimestr  ərzində  tədris 

edilir.   



Məktəb təhsilinin milli məqsədinin həyata keçirilməsində 

fənnin rolu

Müasir məktəbin məqsədi elə bir şəxsiyyət formalaşdırmaqdır, hansı ki, bütün həyatı boyunca 

şəxsi inkişafı üçün hazır olacaq. Belə insanları xarakterizə etməlidir:

 

tənqidi düşüncə;



1. 

problemləri həll etmək bacarığı;

2. 

yaradıcılıq düşüncəsi;

3. 

vətəndaşlıq anlayışı;

4. 

kommunikasiya qabiliyyəti;

5. 

araşdırmaq qabiliyyəti;

6. 

özünü qiymətləndirmək və öz təhsil fəaliyyətini təşkil etmək qabiliyyəti.

7. 

Təsviri və tətbiqi incəsənət/ əmək təlimi belə bir şəxsiyyətin formalaşmasında müəyyən rol 

oynayır. 

Tənqidi düşüncə              

1. 

İncəsənətin öyrənilmə prosesi hadisələrin dərk edilməsi və problemləri anlamaq bacarığının 

formalaşmasına,  tənqidi  və  yaradıcılıq  düşüncələrinin  inkişafına  dəstək  göstərir:  a)  şagirdlər 

tərəfindən bədii ideyaların hasilatı, b) özünün və başqalarının yaradıcılığını xarakterizə etmək, 

qiymətləndirmək və analiz etmək; c) milli və dünya mədəni irslərinin başqa-başqa kontekstlərində 

yerinə yetirdiyi rolu dərk etmək. 



Problemlərin həlli qabiliyyəti 

2. 

    İncəsənətin öyrənilməsi zamanı problemlərin həlli qabiliyyətinin inkişafına dəstək göstərir: 

a) tədris prosesində meydana gələn ideyaların realizasiya təcrübəsi; b) ən yaxşı nəticələri əldə 

etmək üçün lazımi materialı, aləti, təsviredici üsul və ya texnikanı seçmək və effektiv şəkildə 

istifadə etmək; c) qarşıya qoyulan məsələnin həlli üçün lazımi təşəbbüs və məsuliyyəti aşkar 

etmək; ç) stress, ümidlərin boşa çıxması və məğlubiyyətə üstün gəlmək və qarşıya qoyulan 

məqsədə ciddi şəkildə can atmaq. 

Yaradıcılıq düşüncəsi        

3. 

    İncəsənətin öyrənilməsi zamanı hadisələrə qarşı yaradıcı yanaşma ilə yanaşmaq bacarığına 

dəstək göstərir: orijinal bədii ideyaların əmələ gəlməsi və onların həyata keçirilməsi üçün qeyri-

standart yolların axtarışı. 

Vətəndaşlıq anlayışı 

4. 

    İncəsənətin öyrənilməsi zamanı ictimai həyatda iştirak istəyi və bacarığının, milli anlayış 

duyğusunun inkişafına dəstək göstərir: sinif, məktəb və cəmiyyətin mədəni həyatı və firavanlığında 

rol oynamaq; mədəni irs və cəmiyyət qarşısında öz borcları və məsuliyyətlərini dərk etmək. 



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Gir. T. T. İ. - 4



 Kommunikasiya qabiliyyəti 

5. 

    İncəsənətin öyrənilməsi zamanı kommunikasiya bacarığının inkişafına dəstək göstərir: a) 

özünün və başqalarının işləri haqqında müzakirə və  mübahisə etmək, mövqeyi əsaslandırmaq; b) 

başqa-başqa vasitələrlə (şəkil çəkmək, yazmaq, müzakirə etmək) öz fikir və duyğularını ifadə etmək; 

c) qrup işi zamanı başqaları ilə ünsiyyət qurmaq, əməkdaşlıq etmək və problematik məsələləri 

razılaşdırmaq; ç) tənqidi nəzəri bildirmək və əsaslandırmaq.  

Araşdırmaq qabiliyyəti 

6. 

İncəsənətin öyrənilməsi zamanı informasiya əldə etmək və təhlil etmək bacarığının inkişafına 

dəstək göstərir: a) çoxsaylı informasiya mənbələrindən istifadə etmək; b) informasiyanı müqayisə 

etmək, tənqidi qiymətləndirmək və effektiv şəkildə təşkil etmək; c) yaradıcılıq, araşdırmaq, müstəqil 

fikri formalaşdırmaq və fəaliyyət planını müəyyən etmək üçün  informasiyadan istifadə etmək.  

Özünü qiymətləndirmək və öz təhsil fəaliyyətini təşkil etmək qabiliyyəti

7. 

İncəsənətin öyrənilməsi zamanı özünü qiymətləndirmək və öz təhsl fəaliyyətini təşkil etmək 

qabiliyyətinin inkişafına dəstək göstərir: a) öz imkanlarını və nailiyyətlərini düzgün qiymətləndirmək; 

b) emosiyalarını anlamaq və onları idarə etmək; c) ardıcıl (ömrü boyunca) təhsil almaq vərdişini 

hasil etmək; ç) fəaliyyətini düzgün və effektiv şəkildə planlaşdırmaq bacarığı; təhsil və peşəkar 

inkişaf üçün münasib şərtlərdən istifadə etmək. 



Tədris istiqamətləri 

İncəsənət/əmək təlimi tədris planına əsasən üç istqamətə ayrılır: 



İncəsənətdə praktiki vərdiş-bacarıqlar və  ideyaların ifadə edilməsi

1. 

Kommunikasiya və şərh

2. 

İncəsənətin kontekstdə dərk edilməsi;

3. 

Tədris bütün istiqamətləri hüdudlarında paralellərin aparılması və bir-birləri ilə sıx əlaqədə 

olması ilə həyata keçirilir.

 

İncəsənətdə praktiki vərdiş-bacarıqlar və  ideyaların ifadə edilməsi.



1. 

Bu istiqamət hüdudlarında şagirdlər praktiki vərdiş-bacarıqları əldə edirlər; təsviri və tətbiqi 

incəsənətin elementləri, prinsipləri, təsviredici üsulları, müxtəlif texnikası, materiları, alətləri ilə 

tanış olur və onlara yiyələnirlər.  Şagirdlər müxtəlif motivasiyanın təsiri ilə meydana gələn ideyalar 

və  düçüncələrin  gerçəkləşdirilməsi  bacarığını  inkişaf  etdirirlər,  bunun  üçün  onlar  təsviretmə, 

emosiya, müşahidə bacarığını, materiala yaradıcı yanaşmanı və tədris prosesində  əldə etdikləri 

biliyi istifadə edirlər. 

2.  Kommunikasiya və şərh 

Bu istiqamət hüdudlarında şagirdlər incəsənət əsərlərini anlamaq və qiymətləndirməyi, onun 

haqqında fikri formalaşdırmağı öyrənir, öz düşüncələrinin aydın və səlist izahatına və başqalarının 

fikrinə qulaq asmağa vərdiş edirlər, kollektiv iş və müzakirə metoduna sahib olurlar.  



3.  İncəsənətin kontekstdə dərk edilməsi 


Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə