TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə22/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   ...   14   15   16   17   18   19   20   21   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

təşkilatlar, həyata keçirilən layihələr haqqında materiallar toplayır (UNESCO, Abidələrin 

Mühafizəsi)



Gürcüstanda mədəni irslərin mühafizəsi – bərpası haqqında materiallar toplayır, öz düşüncəsi 

ilə siyahıya saldığı abidələrin adlarını çəkir və öz seçimini əsaslandırır



İ.N.XI,XII.4   Şagird müasir incəsənəti araşdırır.

Nəticə əldə edilmişdir, əgər şagird: 

hazırda fəaliyyət göstərən incəsənət xadimini seçir, onun haqqında informasiya toplayır və 

onun yaradıcılığını təhlil edir



 incəsənətdə baş verən dəyişiklikləri (boya, heykəltaraşlıq, qrafika, memarlıq, dizayn və s.) 

və XX əsrin əvvəlindən bu günkü günə qədər hansı cərəyanların bir-birini əvəz etməsini 



araşdırır

texniki tərəqqinin incəsənətə göstərdiyi təsiri müzakirə edir

XX əsrin əvvəlinin incəsənət xadimini seçir və onun yaradıcılığını həmin sahədə çalışan 



müasir (XX əsrin axırları) incəsənət xadiminin yaradıcılığı ilə müqayisə edir

konkret əsərləri müqayisə etmək yolu ilə təsviri və tətbiqi incəsənətin ən son konsepsiyaları 

və formalarını (texnologiya, nəzəriyyələr, təsvir üsulları, material) xarakterizə edir



İ.N.XI,XII.5   Şagird özünün və cəmiyyətin həyatında incəsənətin rolunun  

 

        təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird: 

 

öz həyatında incəsənətin rolunu təhlil edir



incəsənətlə aldığı biliyi və vərdişləri müxtəlif peşələrdə necə istifadə edəcəyini izah edir

incəsənət üzrə ali təhsil almaq və karyera qurmaq imkanlarını müzakirə edir



muzeydə və qalereyada konkret ekspozisiyanı qurmaq üçün hansı əlamətlərlə əsərlərin 

seçilməsini araşdırır və hansıların tamaşaçılara və cəmiyyətə   göstərdiyi ehtimal olunan 



təsirləri haqqında söhbət aparır

gündəlik həyatda incəsənətin hansı növləri ilə rastlaşdığımızı araşdırır (televiziya, qəzet, 

jurnal, plakat, afişa, dizayn) və onun əhəmiyyətini qiymətləndirir



müəyyən məşhur bir memarlıq abidə (məs. Filarmoniya, Parlament binası) və ya monumental 

incəsənət əsəri (məs. Qriboyedov Teatrının mozaikası) haqqında informasiya toplayır və 



həmin nümunə əsasında incəsənətin cəmiyyətin həyatındakı rolunu müzakirə edir

geniş istifadə əşyaları və incəsənət əsərləri arasında fərqləri konkret əsərlərin nümunəsində 

göstərir


həyatda üzləşdiyi peşəkar və həvəskarın yaratdığı incəsənət əsərlərini müqayisə edir və 

onlar haqqında müzakirələr aparır



 

T. T. İ.XI-XII - 9




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Dərs proqramının məzmunu

Kommunikasiya və şərh: 

Təsviri incəsənətin element və prinsiplərinin biliyinə əsaslanaraq incəsənət əsərinin təhlili və 

qiymətləndirilməsi;  müxtəlif amillərin (vaxt, iqlim, saxlanma şərtləri, tarixi hadisələr) incəsənət 

əsərinə göstərdiyi təsirin təhlili,  müəyyən edilən meyarlarla (emosiya, estetik və maddi dəyərlər) 

incəsənət əsərinin qiymətləndirilməsi, uyğun terminologiyadan istifadə etmək.

Kontekstdə incəsənətin dərk edilməsi:

Dövrün (Qədim Şərq, Antik Dövrlər, Orta Əsrlər, XV- XIX əsrlərdə Qərbi Avropa) seçilməsi və 

təhlili (stilistik əlamətlər, hansı sahə inkişaf etmiş idi və niyə); seçilən dövrün tarixi, sosial, dini və 

siyasi kontekstinin təhlili və onun növbəti mərhələnin incəsənətinə təsirinin təhlili, məşhur əsərin 

nümunəsində incəsənət sahələrində (boya, heykəltaraşlıq, qrafika, memarlıq, dizayn və s.) baş verən 

dəyişikliklərin təhlili  (XX əsrdən bu günə qədər); həmin dövrdə fəaliyət göstərən məşhur incəsənət 

xadimlərinin  yaradıcılıqlarının araşdırılması, müasir konsepsiyaların, cərəyanların və formaların 

(texnologiya, nəzəriyyələr, təsvir üsulları, material) öyrənilməsi; özünün və cəmiyyətin həyatında 

incəsənətin rolunun təhlili.

T. T. İ.XI-XII - 10




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

XI və ya XII sinif

Teatr incəsənəti

(Seçim kursu)

 

Teatr  incəsənətinin  öyrənilməsi,  təsviri  aləmin  yaradılması  və  həmin  həyatda  yaşamaq 



(rolların oynanılması) özünü və ətrafdakı mühiti dərk etməyin unikal yoludur. Teatr incəsənətinin 

öyrənilməsi zamanı əldə edilən vərdiş-bacarıqlar şagirdə insanlarla ünsiyyət zamanı, xüsusilə də, 

aləm haqqında bilyin dərinləşməsində və gələcək peşə vərdiş-bacarıqlarının inkişafında özünün 

və başqalarının duyğularını, baxışlarını, münasibətlərini anlamaqda yardım edəcəkdir. Bundan 

əlavə, səhnəciklər yaratmaq, təqdim etmək və təhlil etmək qrup işidir. Bundan irəli gələrək, real 

və təsviri aləmdə kommunikasiya vasitəsilə şagirdin dinləmə, söhbət, insanlarla ünsiyyət, fərqli 

fikirlərin və dünyagörüşlərinə olan tolerant yanaşmaları və başqalarına qarşı mərhəmət bacarığı 

təkmilləşdiriləcək.  

 Təqdim olunan kursda dramatik incəsənətin tədrisi üç istiqamətdə inkişaf edir. Bunlar:

praktiki vərdiş-bacarıqlar və ideyaların ifadə edilməsi.  Bu istiqamət hüdudlarında şagirdlər 

dramatik əsərlər yaradıb onları təqdim edirlər. Mətnə və öz təcrübələrinə əsaslanaraq xarakterləri 

və hadisələri təhlil edirlər.

Kommunikasiya və şərh. Şagirdlər dram əsərlərini təhlil edir, özlərinin və başqalarının aktyorluq 

seçimlərini qiymətləndirirlər.



Kontekstdə teatral incəsənət. Şagirdlər teatral incəsənətin nəzəri və tarixi aspektlərini, dramın 

meydana gəlməsini və onun cəmiyyətin həyatında rolunu öyrənirlər.



         

İlin sonunda əldə edilən nəticələr 

Praktiki vərdiş-bacarıqlar 

və ideyaların ifadə 

edilməsi

Kommunikasiya və şərh

Kontekstdə teatral incəsənət

Şagird 


T.İ..XI,XII.1 Yaradıcı 

fəallıq zamanı teatr 

incəsənətinin element və 

prinsiplərindən istifadə edir

Şagird 

T.İ.XI,XII.3 Etüdü, səhnəciyi, 



tamaşanı təhlil edir

Şagird 


T.İ..XI,XII.5 Gürcü tarixinin əsas 

mərhələlərini araşdırır

T.İ.XI,XII.2  Səhnəciklərdə 

iştirak edir

T.İ..XI,XII.4 Teatr həyatında 

iştirak edir

T.İ..XI,XII.6  Teatr  incəsəntini 

araşdırır və təhlil edir

        

T.İ.XI,XII.7 Teatr incəsənətinin 

özünün və cəmiyyətin həyatında 

rolunu araşdırır

T. T. İ.XI-XII - 11




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Tədrisin nəticələri və onların indikatorları 

Praktiki vərdiş-bacarıqlar və ideyaların ifadə edilməsi

T.İİ.XI,XII.1   Şagird yaradıcı fəallıq zamanı teatr incəsənətinin element və  



 

        prinsiplərindən istifadə edir.

 

Nəticə əldə edilmişdir, əgər şagird: 

ritmi, dinamikanı seçir, uyğun intonasiya, ton, mimika, jestlərdən istifadə edir, müxtəlif növ 

bədii mətnlərin oxunuşu zamanı məntiqi vurğulara, pauzaya riayət edir



bədii surəti canlandırır (məs. konkret əşyanı, personajı) və əhval-ruhiyyəni, emosiyanı, 

hərəkəti mimikanın, jestin, əməllərin vasitəsilə ötürür



bədii ədəbi mətndən irəli gələrək (müəllif, personaj) bir neçə əsas qəhrəmanı canlanıdırır

mahnını, musiqi parçasını ifaə etdikdə vokal göstəricilərdən, mimikadan, jestlərdən, bədən 



plastikasından istifadə edir

rəqslə,  hərəkətlə  müxtəlif  üslublu  musiqini  göstərir  və  bədən  dili  ilə  əhval-ruhiyyəni 

göstərir



səhnəcikdən, öz həyatından bir epizod oynayır, improvizasiyaya müraciət edir



T.İ..XI,XII.2  Şagird səhnəciklərdə iştirak edir

Nəticə əldə edilmişdir, əgər şagird: 

problemi həll edir və ona əsasən səhnəciyin mövzusunu seçir

sinif yoldaşları ilə birlikdə tamaşa üçün bədii material seçir və onu müzakirə edir



seçilən materialı/mövzunu pyes formasında təqdim edir

sinif yoldaşları ilə birlikdə rolları bölüşdürür



tamaşaçı qarşısında özünü itirmir və  gözlənilməyən hallarda improvizasyaya müraciət 

edir


təqdimaın gedişatında mahnılar oxuyur, rəqs edir

tamaşa zamanı məkanda səmtləşmə bacarığından istifadə edir



aktyor ansamblını pozmur

səslə, bədii, musiqi tərtibatı, səsləndirmə ilə şərti aləm yaradır



T. T. İ.XI-XII - 12




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Kommunikasiya və şərh

T.İ. XI,XII.3   Şagird etüdü, səhnəciyi, tamaşanı təhlil edir

Nəticə əldə edilmişdir, əgər şagird:

tamaşa/etüd, səhnəciklə yaranan təəssüratlardan söhbət açır

tamaşanın ideyası, mövzusu, probleminin nə olduğunu və onların verilməsi üçün (söz, 



aktyorluq  məharəti,  ssenoqrafiya,  musiqi  tərtibatı  ...)  hansı    teatral  üsullardan  istifadə 

edildiyini müzakirə edir 

tamaşanı, vaxtda cərəyan edən əsərlərin kompozitiv quruluşu kimi təhlil edir (birbaşa hərəkət, 

düyünlənmə, kulminasiya, düyünün açılması, final) 



aktyorun məharətini müzakirə edir və qiymətləndirir (məs. rolu  oynamaq tərzi, səhnə qərarı, 

ifadə mədəniyyəti, səhnə hərəkəti ...)  



bədii surətin inkişafı üçün teatr incəsənətinin elementlərindən (kostyum, qrim, işıqlanma, 

dekorasiya, musiqi tərtibatı, səhnə) necə istifadə olunması haqqında söhbət edir



tamaşada  rolun  funksiyasını  müzakirə  edir  (məsələn,  Şekspirin  “Otello”  faciəsində 

Rodriqonun finksiyası)



söhbət zamanı lazımi terminologiyadan istifadə edir



T. İ. XI,XII.4   Şagird teatr həyatında iştirak edir 

Nəticə əldə edilmişdir, əgər şagird:

tamaşalarda, məşqlərdə iştirak edir

peşəkar məsləhət almaq məqsədilə teatr incəsənətinin ustaları/işçiləri ilə görüşür 



tamaşanı təhlil edir (müzakirə, fikrin ifadə edilməsi, mübahisə, tənqid)

tamaşaya baxdıqdan sonra rəy yazır və sinif yoldaşlarına onu təqdim edir





Kontekstdə teatr incəsənətinin ifadə edilməsi

T. İ.XI,XII.5   Şagird gürcü tarixinin əsas mərhələlərini araşdırır.

Nəticə əldə edilmişdir, əgər şagird:

gürcü teatr tarixnin müəyyən bir mərhələsini seçir və tarixi, sosial və siyasi vəziyyətin teatra 

göstərdiyi təsiri təhlil edir



seçilən mərhələnin gürcü teatr xadimlərinin fəaliyyəti haqqında müzakirə aparır (dramaturqlar, 

rejissorlar, aktoyrlar, bəstəkarlar, rəssamlar və s.) 



məşhur bir tamaşa haqqında material toplayır və sinif yoldaşlarını tanış edir

T. T. İ.XI-XII - 13




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T.İ.XI,XII.6  Şagird teatr incəsəntini araşdırır və təhlil edir.

məşhur  gürcü  və  xarici  pyesaların  nümunəsi  əsasında  dramaturgiyanın  xüsusiyyətini 

araşdırır



teatr və kino arasındakı oxşarlıq-fərqləri müzakirə edir

teatr incəsənətinin fərqli formalarını (kukla, kölgələr, maskalar teatrı, pantomima, balaqan...) 



və cərəyanlarını (absurd teatr, klassik teatr)  müzakirə edir 

konkret tamaşanın nümunəsində müzakirə edir ki, teatr ölkənin mədəniyyəti, ictimai əlaqələri, 

siyasi, tarixi inkişafına necə təsir göstərir



müxtəlif dramatik janrları (faciə, komediya, melodrama, vodevil) xarakterizə edir

incəsənətin müxtəlif sahələrinin teatrda necə birləşdiyini və teatrla əlaqədar peşələri müzakirə 



edir


səhnədə görünməyən teatr işçilərinin teatrda rollarını müzakirə edir (dekorator, rekvizitor, 

qrim ustası, dərzi, stilist ....)



teatr incəsənətinin müasir texnologiya imkanlarını (işıqlandırma, musiqi tərtibatı, texniki 

quruluş...) öyrənir



T.İ.XI,XII.7   Şagird teatr incəsənətinin özünün və cəmiyyətin həyatında  

 

        rolunu araşdırır

 

Nəticə əldə edilmişdir, əgər şagird:

onun həyatında teatrın rolunu müzakirə edir

teatral truppa/tamaşa/rejissor/aktyor/rol haqqında söhbət aparır, hansılar ki, xüsusilə xoşuna 



gəlir və öz münasibətini əsaslandırır

teatr incəsənətini öyrənməklə alınan biliyi və vərdişləri müxtəlif peşələrdə necə istifadə 

edəcəyini  izah edir



müasir gürcü teatrının rolu haqqında müzakirə edir

Teatr incəsənəti və ona yaxın sahələrdə (kino, televiziya) ali təhsil və karyer imkanları 



haqqında  söhbət aparır 

verilən anda aktual tamaşanın qoyulması hansı problem/mövzuda olunacağı və tamaşaçının 

mümkün reaksiyasına fərziyyə söyləyir



ictimaiyyətin həyatında konkret əsərin nümunəsində teatrın rolu haqqında müzakirə edir 

(məs. T. Çxeidze “Caxos xiznebi”, M. Tumanişvili “Antiqone”) 



T. T. İ.XI-XII - 14


Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Proqramın məzmunu

Teatr incəsənətinin element və prinsipləri: intonasiya, ritm, dinamika, mimika, jest, məntiqi vurğu, 

pauza, bədən plastikası, vokal göstəricilər (bədii mətnin oxunuşu; emosiyaların, əhval-ruhiyyənin 

verilməsi; bədii surətin canlandırılması; səhnəciyin oynanılması; improvizasiya, mahnının, rəqsin 

ifa edilməsi) 



Tamaşada iştirak etmək: problemin qoyulmasımövzunun seçilməsi, pyesanın yaradılması, rolların 

bölgüsü, şərti aləmin yaradılması  (rəssamla, musiqi tərtibatçısı ilə əməkdaşlıq)

Kommunikasiya və şərh: teatr tamaşalarında, məşqlərdə olmaq; teatr tamaşasının, onun parçasının 

uyğun terminologiyadan istifadə etməklə şifahi və yazılı təhlili; tamaşanın ideyası, mövzusu, 

problemi, kompozitiv quruluşu və tətbiq edilən teatral üsulların müzakirəsi; aktyorluq məharəti və 

teatr incəsənətinin müxtəlif elementləri ilə yaranan bədii surətin təhlili; teatr incəsənət xadimləri 

ilə görüş

Kontekstdə teatr incəsənəti: gürcü teatr tarixinin seçilmiş nümunəsi əsasında tarixisosial və siyasi 

vəziyyətin teatra göstərdiyi təsirin təhlili; gürcü teatr xadimlərinin yaradıcılıqlarının müzakirəsi; 

teatr incəsənətinin fərqli formaları və cərəyanlarının müzakirə edilməsi; teatr və kino arasında 

mövcud olan fərq-oxşarlıqların, teatr işçilərinin teatrda rollarının müzakirə edilməsi; teatrla əlaqəli 

peşələr, müasir texnologiyaların təsiri barədə söhbət etmək; teatral janrların xarakterizə edilməsi, 

köhnə və yeni teatr formalarının müqayisəsi; özünün və cəmiyyətin həyatında  teatrın rolunun təhlil 

edilməsi. s

T. T. İ.XI-XII - 15




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.XI-XII - 16



Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə