TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   2   3   4   5   6   7   8   9   ...   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Gir. T. T. İ. - 5

Bu istiqamət hüdudlarında şagirdlər gürcü və ümumdünya, qədim və yeni incəsənətin məşhur 

əsərləri və xalq yaradıcılığının bəzi sahələri ilə tanış olurlar, onların məzmun və təyinatlarını 

ayırd edirlər, onları gündəlik reallıq və şəxsi təcrübələri ilə əlaqələndirirlər; onların yaranması və 

qiymətləndirilməsinin fərqli tarixi, mədəni, sosial və digər kontekstləri ilə tanış olurlar.  



Məktəbin ibtidai və baza pilləsində təsviri və tətbiqi incəsənət/əmək təlimi  

tədris kursunun yekun nəticələri  

İbtidai pillə 

Baza pilləsi 

İncəsənətdə 

praktiki vərdiş-

bacarıqlar və  

ideyaların ifadə 

edilməsi 

Altıilliyin sonunda, şagird: 

Əsərlərin yaradılmasında  incəsənət 

elementləri  və  prinsiplərini, 

müxtəlif  materialları,  texnika 

və  proseduru  konkret  problemin 

həlli üçün  məqsədyönlü seçir və 

yaradıcılıqda istifadə edir; 

Həm  şəxsi,  eləcə  də  ümumi 

məqsədə  çatmaq  üçün  başqaları 

ilə əməkdaşlıq  edir; 



Doqquzilliyin sonunda, şagird: 

İncəsənət  elementlərini,  prinsipləri, 

müxtəlif  materialları,  texnika  və  

proseduru yaradıcılıqla istifadə edir;

Fərdi  və  qrup  işi  zamanı  müxtəlif 

strategiyalara üz tutur;



Kommunikasiya 

və şərh

Fərdi iş və qrup işlərini təqdim edir 

və  əldə  edilən  biliyə  əsaslanaraq 

incəsənət  işləri  haqqında  öz 

fikirlərini söyləyir və əsaslandırır;

Anlayır  və  təsəvvür  edir  ki, 

incəsənət  mədəniyyətin  təsvir 

edilmə vasitəsidir;

Fərdi  və  qrupun  işlərini  təqdim 

edir,  əldə  edilən  biliyə  əsaslanaraq 

incəsənət nümunələrini təhlil edir və 

izah edir ki, hansı məqsədlə konkret 

üsul  və  ya  materialı  istifadə  edir; 

həm  dünyagörünüşünü  ifadə  etmək 

və həm kommunikasiya vasitəsi kimi 

incəsənətlə tanış olmaq;



İncəsənətin 

kontekstdə 

dərk edilməsi

Müxtəlif  dövr  və  mədəniyyət 

incəsənətinin nümunələrini tanıyır 

və  onları  bir-biri  ilə  müqayisə 

edir  və  yerli  və  ümumdünya 

cəmiyyətinin həyatında incəsənətin 

rolunu təhlil edir;

Gürcü  incəsənəti  və  incəsənət 

xadimləri ilə tanış olur. 

Başqa-başqa  dövr  və  üslubu  olan 

əsərləri  araşdırır  və  müqayisə 

edir,    konkret  əsər  və  incəsənət 

yaradıcılığında  kontekstin  təsirini 

izah edir;

 Gürcüstanın başqa-başqa diyarlarının 

incəsənət  nümunələrini  araşdırır  və 

onlar barədə müzakirə aparır. 



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Gir. T. T. İ. - 6




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.I - 1          



I sinif

İlin sonunda əldə edilən nəticələr

Praktiki vərdiş-bacarıq və 

ideyaları ifadə etmək

Komunikasiya və şərh

İncəsənətin kontekstdə 

dərk edilməsi 

T. t.I.1   İşinin yaradılması 

zamanı təsviri incəsənətin 

bir və ya bir neçə 

əsas elementləri və 

prinsiplərindən istifadə edir 

T.t.I.7 Fərdi iş və qrup işini 

təqdim edir, özünün və 

sinif yoldaşlarının işlərinə 

münasibətini bildirir



 

T.t.I.11 İncəsənət sahələrini, 

bəzi janrları bir-birindən 

fərqləndirir və onları 

gündəlik həyatla əlaqələndirir

  

T.t.I.2 İşinin yaradılması 

zamanı müxtəlif material, 

texnika və prosedura 

müraciət edir 



T.t.I.8 Özünün və 

digərlərinin işlərinə hörmətlə 

yanaşır 

T.t.I.12 Əsərlərin 

məzmunlarını öz təcrübəsi ilə 

əlaqələndirir

 

T.t.I.3 Ətrafda müxtəlif rəng 

və formalara diqqət yetirir və 

onları öz işində əks etdirir

T.t.I.9 Müxtəlif növ 

tədbirlərdə iştirak edir

 

T.t.I.4 Müxtəlif 

motivasiyalar əsasında əmələ 

gələn ideyaları öz işində əks 

etdirir 


T.t.I.10  Elementar 

terminologiyanı bilir və 

istifadə edir  

T.t.I.5 Sadə əmək 

işlərinin elementar vərdiş-

bacarıqlarını göstərir

T.t.I.6 Fərdi olaraq və 

başqaları ilə birlikdə işləyir




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.I - 2



İlin sonunda əldə edilən nəticələr və onların indikatorları 

İstiqamət: İncəsənətdə praktiki vərdiş-bacarıq və ideyaları ifadə etmək

T.t.I.1  İşinin yaradılması zamanı təsviri incəsənətin bir və ya bir neçə  

 

 

əsas elementləri və prinsiplərindən istifadə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İşində qalın və nazik konturdan, düz, dalğalı, qırıq xətlərdən istifadə edir

Əsas rəngləri və onları qarışdırmaqla əlavə rəngləri sadalayır 



Şaquli və horizontal formatları seçir

Verilən tələblərə uyğun olaraq formatda təsvirləri düzgün hissələrə ayırır



Təkrarolunan xətlər, rənglər və həndəsi fiqurlardan sadə ornamentlər  hazırlayır



T.t.I.2  İşinin yaradılması zamanı şagird müxtəlif material, texnika və   

 

prosedura müraciət edir.

Nəticə əldə edilmişdir, əgər şagird

rəsm  və  qrafik  nümunələr  yaratmaq  üçün  qələmlər,  pastel,  flomaster,  quaş  boyalardan 

istifadə edir



 rəngli kağızlar, karton, təbii materiallardan aplikasiyalar, kollaj hazırlayır

başqa-başqa  materiallarla  mozaika  (kəsir,  cırır,  yapışdırır,  kağızları,  yarpaqları  və  s.) 



hazırlayır

plastilindən sadə formalar düzəldir (məs. həndəsi fiqurlar)



T.t.I.3  Şagird ətrafda müxtəlif rəng və formalara diqqət yetirir və onları öz  



 

işində əks etdirir 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Nümunələrdə sadə həndəsi formaları (üçbucaq, dördbucaqlı, dairə) tanıyır, adlarını söyləyir 

və öz işlərində istifadə edir 



Nümunələrdə təbiətdə olan rəngləri  tanıyır, adlarını söyləyir və öz işlərində göstərir 



T.t.I.4  Şagird müxtəlif motivasiyalar əsasında əmələ gələn ideyaları 



 

öz işində əks etdirir

Nəticə əldə edilmişdir, əgər şagird: 

müşahidə əsasında əldə edilən təəssüratı öz işində göstərir




Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə