TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə7/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   2   3   4   5   6   7   8   9   10   ...   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.III - 1



III sinif 

İlin sonunda əldə edilən nəticələr və onların indikatorları 

İstiqamət: İncəsənətdə praktiki vərdiş-bacarıq və ideyaları ifadə etmək

T.t.III.1  Şagird işin yaradılması zamanı təsviri incəsənətin bir neçə əsas  

 

elementləri və prinsiplərindən istifadə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

bədii üsulların vasitəsilə (xətt, kolorit və s.) əhval-ruhiyyəni göstərir

əsərdə faktura yaradır (müxtəlif növ  eskiz, örtülü səthi cızmaqla, barmaqları ilə, köpüklərlə, 



çubuqlarla, fırça ilə və s.) 

əsərdə isti və soyuq rənglərdən istifadə edir

rənglərin çərxini tərtib edir və kontrast rəngləri (qırmızı-yaşıl, sarı-yasəmən rəngi, göy-



narıncı) tapır

şəkil üzərində işləyən zaman əşyanın ümumi ölçülərini ötürür

şəkildə ön və arxa planı seçir və məkan elementlərini sadə şəkildə ifadə edə bilir (yaxın 



əşyalar daha böyük ölçüdə və aşağıda təsvir edilir, uzaq əşyalar daha kiçik ölçüdə və yuxarıda 

yerləşdirilir)

T.t.III.2  Şagird işin yaradılması zamanı müxtəlif material, texnika və    

 

prosedura müraciət edir və onların imkanlarını araşdırır.

Nəticə əldə edilmişdir, əgər şagird:

pastellə, akvarellə, quaşla, kömürlə şəkil çəkir

gildən sadə formalar hazırlayır və onları bəzəyir



plastilin, busələr, müxtəlif materiallar vasitəsilə sadə təsvirlər, kompozisiyalar yaradır

axtarıb tapdığı və artıq ona tanış olan materiallardan (ağac qabığı, məftil, kəndir, kağız 



plastik, karton) sadə əşyalar və konstruksiyalar hazırlayır



T.t.III.3  Şagird ətrafda obyektlər arasında mövcud olan əlaqələrə diqqət  

 

yetirir və onları öz işində əks etdirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

şəkildə ətraf mühitin müşahidəsi nəticəsində yaranan assosiasiyaları verir

naturadan peyzaj və natürmortu çəkir






Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.III - 2

yadda saxlamaqla şəkil çəkəndə bu və ya digər mühit üçün uyğun obyektləri və xarakterik 

əlamətləri təsvir edir



gecə - gündüzün başqa-başqa vaxtlarını, ilin fəsillərini və havanı təsvir edir

realistik və uydurma aləmi təsvir etdikdə fərqli rəng və formaları seçir





T.t.III.4  Şagird müxtəlif motivlər əsasında əmələ gələn ideyaları   öz işində  

 

əks etdirir 

Nəticə əldə edilmişdir, əgər şagird:

sərbəst mövzu üzərində öz fantaziyası ilə süjet hazırlayır

tamaşada, konsertdə, sirkdə, zooparkda olduğu zaman aldığı təəsüratlardan işində ifadə 



edir


məşhur rəssamların işləri ilə tanışlıq nəticəsində yaranan ideyaları ifadə edir

bədii əsərlər, film və cizgi filminin və özünün təsəvvürü ilə yaratdığı  personajların şəkillərini 



çəkir


T.t.III.5  Şagird sadə işləri planlaşdırır və sadə işləri yerinə yetirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

sinif otağının, həyətin təmizlənmə-abadlaşmasında iştirak edir

tapşırıqları yazır



iş alətlərini və materialları hazırlayır

hər növ dərs fəallığını yerinə yetirdikdə vaxt limitinə riayət edir





T.t.III.6  Şagird fərdi olaraq və başqaları ilə birlikdə işləyir

Nəticə əldə edilmişdir, əgər şagird:

qrup işlərində çalışır başqa-başqa funksiyaları yerinə yetirir (lider, qrup üzvü)

verilən məsələni müstəqil şəkildə və ya cütlükdə həll edir



kömək tələb edir və başqalarına yardım etmək təşəbbüsünü irəli sürür




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.III - 3



İstiqamət : Kommunikasiya və şərh

T.t.III.7  Şagird fərdi iş və qrup işini təqdim edir, özünün və sinif 

yoldaşlarının fikir və ideyalarını bölüşdürür. 

Nəticə əldə edilmişdir, əgər şagird:

işin  nəyini bəyənib-bəyənmədiyini söyləyir

müəllimin, sinif yoldaşlarının fikrinə qulaq asır



işin məzmununu təsvir edir

işin fikrini nə dərəcədə ötürə bildiyini qiymətləndirməyə çalışır



tanış olmayan terminlər və sözlərin mənasını dəqiqləşdirmək üçün suallar verir

əsər haqqında söhbət apararkən terminologiyadan istifadə edir



öz müşahidə və təcrübəsini dostları ilə paylaşır

işin təqdimatı zamanı sual-cavablar aparır



geniş auditoriya qarşısında işləri təqdim edir



T.t.III.8  Şagird anlayır ki, incəsənət - ideyaların ifadə edilmə vasitəsidir. 

Nəticə əldə edilmişdir, əgər şagird:



 

əsər əsasında yaranmış təəssüratlar haqqında danışır

bu və ya digər rəngin hansı əhval-ruhiyyəni yaratdığını söyləyir



yoldaşının işində onun fikrində tutduğunu və onun əhval-ruhiyyəsini anlayır

işində nəyi göstərmək istədiyini izah edir





T.t.III.9  Şagird başqasının işinə və fikrinə hörmətlə yanaşır.

 Nəticə əldə edilmişdir, əgər şagird : 

sinif yoldaşlarının işlərini təqdim etdikləri zaman səs salmır

başqalarına söhbət etməyə imkan verir



sinif yoldaşlarının tərəfini tutur, işlərini bəyənir, iş zamanı onları həvəsləndirir




Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə