Tətbiqi etika



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   18   19   20   21   22   23   24   25   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki
RAMIZ MEHDIYEV-MAQALA, Ali cəbr və riyazi analiz - PDF, muh. 4, Siddharta, referat 1089, Informatika-Abdullayeva Rena-, Insan resursları, Insan resursları, Misir memarlığı, Əyyub Fətəliyev, Akademik kommunikasiya, İşdən azad əmri-21 (2), Əyyub Fətəliyev, GƏNCƏ
Texnoloji  fəlakət

  qəflətən  baş  verən  və  insanların  məhv  olması  ilə 

nəticələnən  genişmiqyaslı  güclü  qəzaya  deyilir.  Güclü  fəlakətlərin  nəticələri 

onların xarakterindən, nəqliyyat vasitələrinin növündən asılı olur.  



İstehsalat  qəzaları

  o  cümlədən  də  iri  qəzalar  sənayenin,  elmi-texniki 

tərəqqinin coşqun inkişafı, istehsalatda texnologiyaların durmadan dəyişməsi, 

nəhəng  enerji  və  yüksək  sürətlərdən  istifadə  edilməsi  şəraitində  tez-tez  baş 

verir.  İstehsalat  qəzaları  xarici  təbii  amillərin,  o  cümlədən  təbii  fəlakətlərin 

təsiri  ilə,  qurğunun  layihə-istehsalat  qüsurlarının  vaxtında  aradan 

qaldırılmaması,  onların  istismarı  qaydalarına  riayət  olunmaması  və 

istehsalatda  texnoloji  prosesin  pozulması  nəticəsində  də  baş  verir.  İri  sənaye 

qəzalarına  sənaye  və  tikinti  obyektlərində,  eləcə  də  dəmir  yolu,  hava,  su 

nəqliyyatı  vasitələri  və  magistral  boru  kəmərlərində  baş  verən  qəzalar  aiddir 

ki, bu zaman yanğınlar törəyir, dağıntılar olur, torpağın və suyun səthinə xeyli 

neft  məhsulları  və  aqressiv  maddələr  axması  təhlükəsi  yaranır.  Binaların, 

qurğuların,  istehsalat  avadanlıqlarının  zədələnməsi,  insanların  və  maddi 

sərvətlərin məhv olması ilə müşayiət olunan istehsalat qəzaları partlayışlardan, 

yanğınlardan,  subasmalardan,  qurğuların  deformasiyaya  uğraması  və 

dağılmasından, enerji sistemi və mühəndis şəbəkələrinin sıradan çıxmasından, 

zərərli  maddələrin  kənara  sızaraq  ətraf  mühiti  çirkləndirilməsindən  ibarətdir. 

Bunlar  çox  vaxt  eyni  zamanda  baş  verir,  biri  digəri  ilə  əlaqədar  olur  və  bir-

birini gücləndirir.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə