Tətbiqi etika


Neytron silahının zədələyici xüsusiyyəti



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə37/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   33   34   35   36   37   38   39   40   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

Neytron silahının zədələyici xüsusiyyəti 

 

Neytron  silahı  zəif  istilik-nüvə  sursatıdır.  Əsas  zədələyici  təsiri 



neytronlar  selinin  nüfuzedici  təsirindən  ibarətdir.  Neytron  sursatının  gücü, 

adətən  0,5  kt-dan  2  kt-dək  olur.  Adi  nüvə  sursatında  nüfuzedici  radiasiyanın 

yaranması  üçün  partlayış  enerjisinin  ancaq  5%-i  sərf  olunur,  neytron 

sursatında  isə  bu  zədələyici  amilin  payına  enerjinin  25-30%-i  düşür. 




23 

Nüfuzedici  radiasiya  və  onun  əsasını  təşkil  edən  neytronlar  seli  digər  nüvə 

partlayışına  nisbətən  5-6  dəfə  güclü  olduğu  üçün  adamlar  radiasiyadan 

zədələnməyə  zərbə  dalğasının  və  işıq  şüalanmasının  təsir  dairələrindən  daha 

çox  məruz  qalırlar.  Məsələn,  xarici  mətbuatın  məlumatlarına  görə,  neytron 

döyüş sursatının partlayışı zamanı sursatın gücündən (500-dən 2 min tonadək) 

asılı olaraq, izafi təzyiq 300-500 m məsafədə 0, 3 kq/sm

2

-ə çatır və bu sahədə 



güclü dağıntılar baş verir. Təzyiq 650-1000 m məsafədə 0, 1 kqq/sm2 olur ki, 

burada  orta  dərəcəli  və  zəif  dağıntılar  yaranır:  nüfuzedici  radiasiya  2000  m-

dək  təsir  göstərir.  Bu  məsafədəki  sahələrdə  mühafizədən  kənarda  qalan 

adamlar  10  raddan  100  min  radadək  şüalanmaya  məruz  qala  bilərlər  (rad-

maddə  tərəfindən  udulan  dozaya  deyilir).  Neytron  bombası  partlayışının 

təsirindən  mühafizə  olunmayan  adamlar  partlayış  mərkəzindən  800  m-dək 

məsafədə  bir  anda,  1600  m-dək  məsafədə  partlayışdan  bir  neçə  gün  sonra 

məhv ola, 2000 m məsafədə isə ən təhlükəli şüa xəstəliyinə tutula bilərlər. Qış 

vaxtı  (rütnbətli  havada)  neytron  selinin  zərərli  təsir  məsafəsi  yaydakına 

nisbətən 1,2 dəfəyədək az olur.  

Neytron  partlayışı  zamanı  nüfuzedici  radiasiyadan  mühafizə  nisbətən 

çətindir. Partlayış zamanı nüfuzedici radiasiyanın təsir dairəsi eyni güclü digər 

nüvə sursatlarının təsir dairəsindən təxminən iki dəfə artıqdır.  

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə