Tətbiqi etika



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   2   3   4   5   6   7   8   9   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

yaradır: 

 

 



su  səviyyəsinin  qalxması  –  daşqınlar  nəticəsində  şəhərlərin,  yaşayış 

məntəqələrinin çökəklik hissələrinin, kənd təsərrüfatı əkinlərinin su altında 

qalması, sənaye və nəqliyyat vasitələrinin zədələnməsi mümkündür; 

 



sel,  leysan  yağışları,  göl  bəndlərinin  dağılması  nəticəsində  yaşayış 

məntəqələri,  idman,  sanatoriya-kurort  kompleksləri,  avtomobil  və  dəmir 

yolları, digər təsərrüfat obyektləri üçün təhlükə yaranır.  

 

Dənizlərdə hidrometeoroloji hadisələrlə əlaqədar aşağıdakı hallarda 



təbii fəlakətlər törəyir: 

 

 



dənizin  bərk  dalğalanması  nəticəsində  gəmilərin  hərəkəti,  balıq  ovu,  sahil 

qurğuları üçün təhlükə yaranan hallarda; 

 

dənizdə  suyun  səviyyəsinin  dəyişməsi  nəticəsində  gəmiçilik  üçün  təhlükə 



yarandığı,  balıqların  məhv  olduğu,  zədələndiyi,  yaxud  sahil  yaşayış 

məntəqələri, qurğuları su altında qaldığı hallarda.  

 

Ekoloji xarakterli fövqəladə hallarda quruda, hidrosferdə, atmosferdə və 



biosferdə  müxtəlif  mənfi  dəyişiklik  baş  verir.  Adamlara,  ətraf  mühitə, 

iqtisadiyyat  obyektlərinə  göstərdiyi  zədələyici  təsirlərin  xarakterinə  görə 

texnogen xarakterli qəzaların belə  növləri ola bilər:  zəhərli maddələrin  ətrafa 

yayılması,  yanğınlar,  partlayışlar,  həyat  təminatının  pozulması,  qurğuların 

dağılması, nəqliyyat vasitələrində fəlakətlə müşayiət edilən qəzalar.  

Respublikamız üçün səciyyəvi olan texnogen qəzalar aşağıdakılardır: 

 



 



güclü  təsirli  zəhərli  maddələr  (GTZM)  istehsal,  emal  edilərkən  və 

saxlanılarkən belə maddələrin ətrafa yayılması ilə müşayiət edilən qəzalar 

nəticəsində geniş sahələrdə zəhərlənmə zonalarının yaranması; 

 



nəqliyyatda  daşınarkən  GTZM-in  ətrafa  yayılması  ilə  müşayiət  edilən 

qəzalar; 

 

tezalışan  maddələr  istehsal,  emal  olunan  və  saxlanılan  obyektlərdə 



yanğınlar; 

 



nəqliyyat vasitələrində yanğın və partlayışlar; 

 



hidrodinamik  qəzalar  –  su  qurğuları  qovşaqlarında  bəndlərin  yarılması  və 

fəlakətli daşqın zonalarının yaranması.  

 

Belə 


şəraitdə 

qəzaların 

və 

təbii 


fəlakətlərin 

əvvəlcədən 

proqnozlaşdırılması,  həmçinin  yarana  biləcək  vəziyyət  haqqında  əhalinin 

vaxtında xəbərdar edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.  

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə