14. FÖVQƏLADƏ HALLARDA QƏZA-XİLASETMƏ
İŞLƏRİNİN TƏŞKİLİ
Zədələnmə ocaqlarında, təbii fəlakət rayonlarında adamları xilas etmək,
onlara tibbi yardım göstərmək, müalicə ocaqlarına aparmaq, qəzaları
məhdudlaşdırmaq, habelə bu işləri səmərəli və təhlükəsiz yerinə yetirmək
məqsədilə görülən işlərə
Qəza-Xilasetmə və digər təxirəsalmaz işlər
(QXDTİ) deyilir.
Kütləvi zədələnmə (zəhərlənmə) ocaqlarında Qəza-Xilasetmə və digər
təxirəsalınmaz işlərə hazırlıq və bu işlərin yerinə yetirilməsi ilə əlaqədar olan
mülki müdafiə tədbirlərini nəzərdən keçirək.
|