Tətbiqi proqramlar


 Microsoft Excel cədvəl redaktorunda funksiyalar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə31/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   60
Tətbiqi-proqramlar-2

14. Microsoft Excel cədvəl redaktorunda funksiyalar.
Excel proqramında düsturlarda tərtib olunan operatorlar. 
Düstur
– cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə yetirilməsi üçün riyazi yazıdır. Düstur sabit, 
operator, istinad, funksiya, diapozon, hesablama ardıcıllığını dəyişmək üçün istifadə olunan mötərizələrdən təşkil 
olunur. düstur bərabərlik və riyazi operatorlarla başlayır və cədvəlin xanasına yazılır. düsturların yerinə yetirilməsinin 
nəticəsi hesablanmış qiymətdir. Bu qiymət avtomatik olaraq düsturun yerləşdiyi xanaya yazılır. 
Məs., =SUMM(A1:A12)/$C$3+400 
Burada SUMM – funksiyanın adı, A1, A12, $C$3 – istinad, A1:A12 xanalar diapozonu ( massiv), 400 isə 
sabitdir.
Düsturlarda +, -, *, /, % ( faizin qiymətinin təyini), ^ ( qüvvətə yüksəltmə) hesabi operatorlarından, =, <, >,
<=, >=, <> müqayisə operatorlarından və mətn verilənlərini birləşdirən & operatorundan istifadə olunur. 
Sadə cədvəl hesablamalarını aparmaq məqsədilə toplama (+), çıxma (-), vurma (*), bölmə (/), qüvvətə 
yüksəltmə (^) əməliyyatlarını aparmaq lazımdır. Hesablama əməliyyatlarında riyaziyyatın ilkin qaydalarına riayət 
etmək lazımdır. Hər hansı xanada hesablama aparılacaqsa əvvəlcə “=” işarəsi qoyulur və daha sonra riyazi 
hesablamaya uyğun ifadə yazılır. İfadənin yazılışı qurtardıqdan sonra Enter düyməsinin basılması ilə nəticə 
hesablanaraq xanada yerləşdirilir. Lakin qeyd edək ki, nəticə olan xana seçildikdə hesablama düsturu işçi pəncərənin 
düsturlar sətrində verilir. Məhz buna görə də hesablama yazılışlarında düzəlişlərin aparılması məqsədilə həmin 
düsturlar sətrindən istifadə etmək lazımdır. Bunu misalla göstərək. Məsələn A1 xanasında 3, B1 xanasında 6, C1 
xanasında 3 rəqəmləri yazılıb. D1 xanasında “=(A1+B1)/C1” yazıb Enter düyməsini bassaq D1 xanasında nəticə olan 
“3” yerləşəcək. xana seçildikdə isə düsturlar sətrində “=(A1+B1)/C1” ifadəsi görünəcək. Eyni hesablama prosesi A, 
B, C sütunlarının ardıcıl sətirləri üçün də aparılacaqsa yeni hesablama düsturlarını yazmağa gərək yoxdur. Bu halda 
D1 xanasını seçib onun üzərindəki düzbucaqlının aşağı sağ küncündəki qalın qara “+” işarəsinin üzərində düyməni 
sıxmaqla aşağı çəkmək lazımdır. Hesablamalar uyğun xanalara müvafiq hesablanaraq yerləşdiriləcək. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Excel cədvəl prosessorunda hesablamalar və əməliyyatlarda xanaların 
adlarından istifadə edilməsi onların məzmununun hesablama baxımından əhəmiyyətli olmadığına və beləliklə də 
prosesin xanalar üzrə aparılmasına imkan yaradır. 


Əgər biz iki və daha çox yanaşı sütunda yerləşən ədədlərin həm sətirlər, həm də sütunlar üzrə cəmlərini 
hesablamaq istəyiriksə. Onda həmin xanalar həm sağdan bir boş sütun, həm də aşağıdan bir boş sətir saxlanmaqla 
seçilir. Daha sonra alətlər panelində olan “ 
∑” 
işarəsini basmaq lazımdır. Bu halda cəmləmə avtomatik aparılaraq 
lazımi uyğun xanalara yerləşdiriləcək. 
Əgər alınan nəticənin yuvarlaqlaşdırılması və ya vergüldən sonrakı rəqəmlərin dəqiqliyə görə sayının 
artırılması alətlər panelində olan
düymələrlə, ya da ki, əvvəldə qeyd olunmuş «Формат» menyusunun 
«Ячейки» əmrinin «Число» rejimindən istifadə etmək olar. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə