Texnika Və Texnologiyalar Üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin



Yüklə 41,29 Kb.
tarix21.04.2018
ölçüsü41,29 Kb.
#39827

“Təsdiq edirəm”

Texnika Və Texnologiyalar Üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin

direktoru____ Q.H.Həsənov

“__________-15.09.2017-ci il

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin

“___”________ 2017-ci il tarixli,

_____________nömrəli məktubu

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi

Texnika Və Texnologiyalar Üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi İxtisasın adı : “Texnoloji avadanlıqların sazlayıcısı”

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində tam orta

təhsil almaqla kadrların hazırlanması üçün

TƏDRİS PLANI

( 5 günlük iş həftəsi,təlim Azərbaycan dilində)

İxtisasın şifri-3642

İxtisasın adı: Texnoloji avadanlıqlıqların sarıyıcısı

İxtisas dərəcəsi: 3-4

Təhsil müddəti: 3il


 

 

 

İxtisasın KODU:

 

 

3642

 

İzahat Vərəqi
Bu fənn aşağıdakı tədbirlər kompleksini əhatə edir:

1.                  Hüquqi tədbirlər - əsası Respublikanın Konstitusiyasında, əmək haqqında qanunlar məcəlləsində və dövlətin müxtəlif qərarlarında əks etdirilmişdir.

2.                  Texniki tədbirlər – Əmək təhlükəsizliyinin Standartlar Sisteminə (ƏTSS) və başqa normativ sənədlərə əsasən İstehsalatda texnoloji proseslərin düzgün aparılmasına, yeni texnikanın tətbiqi ilə təhlükəsiz əmək şəraitinin təmin olunmasına yönəldilmişdir.

3.                  Sanitariya – gigiyena tədbirləri – ƏRSS və başqa normativ sənədlərin tələbləri əsasında istehsalat sanitariyası və gigiyenası tədbirlərinin köməyi ilə sağlam əmək şəraiti yaradılmasının təmin edilməsinə yönəldilmişdir.

4.                  Yanğın profilaktikası tədbirləri – yanğınla mübarizə məsələlərinin həllinə və yanğının qarşısının alınmasına yönəldilmişdir.

 

KURSUN MƏQSƏDİ:

Əməyin mühafizəsi fənninin tədrisinin əsas məqsədi ümumiyyətlə fəhlə qulluqçuların əmək fəaliyyəti zamanı istehsalat müəssisələrində baş verə bilən bədbəxt hadisələri və peşə xəstəliklərini törədən səbəblərin təhlilindən, texnoloji proseslərin, avadanlıqların və nəhayət əmək və istehsalat şəraitinin tədqiq edilməsidir. Eyni zamanda kursun əsas məqsədlərindən biri də tələbələri, texniki təhlükəsizlik işləri ilə tanış edərək, əməyin mühafizəsi fənninin nəzəri əsaslarını öyrətməkdən ibarətdir.

 

KURSUN NƏTİCƏLƏRİ:

Bu fənn üzrə nəzərdə tutulan kursu bitirdikdən sonra tələbə, Əməyin mühafizəsi üzrə lazımi səviyyədə nəzəri biliyə malik olmaqla yanaşı, əmək fəaliyyətinə başladığı zaman öz ixtisası üzrə işlədiyi istehsal müəssisələrində rast gəldiyi əmək mühafizəsi işləri haqqında tam məlumatlı olmaqla yanaşı, əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlardan istifadə edərək, sənədləşmənin düzgün aparılma qaydasını bilmiş olacaqdır.

 

FƏNNİN MÖVZULARI:

 

1.      Əmək mühafizəsinin əsas məsələləri.



2.      Əmək mühafizəsinin hüquqi və təşkilati əsasları.

3.      İdarəetmə fəaliyyətində əmək mühafizəsi.

4.      Təhlükəsiz iş üsullarının öyrədilməsi və tətbiqi.

5.      Travmatizmin əsas göstəriciləri.

6.      İstehsalat sanitariyasının ümumi məsələləri.

7.      İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlim şəraitinin öyrənilməsi.

8.      Xüsusi geyimlər və fərdi mühafizə vasitələri.

9.      İstehsalat binalarının ventilyasiyası.

10.  İstehsalat binalarının qızdırılma sistemləri.

11.  İstehsal binalarının və iş yerlərinin işıqlandırılması.

12.  Süni işıqlandırma.

13.  İstehsal səs-küyü və titrəyişlər.

14.  Səs-küyün və titrəyişlərin normalaşdırılması və ölçülməsi.

15.  Təhlükəsizlik texnikasının əsasları və yanğın profilaktikası.

 

 

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ



 



Mövzular

Son tarix

1.

Əməyin mühafizəsinin əhatə dairəsinin izahı.

4-cü həftə

2.

Istehsalat zədələnmələri və peşə xəstəlikləri.

5-ci həftə

3.

Təhlükəsiz iş üsullarının öyrənilməsi.

6-cı həftə

4.

Travmatizmin əsas göstəriciləri.

7-ci həftə

5.

Mikroiqlim şəraitinin öyrənilməsi.

8-ci həftə

6.

Xüsusi geyim və fərdi mühafizə vasitələri.

9-cu həftə

7.

Istehsal binalarının ventilyasiyası.

10-cu həftə

8.

Istehsal binalarının ventilyasiyası.

11-ci həftə

9.

Elektrik təhlükəsizliyi.

12-ci həftə

10.

Yanğına qarşı mübarizə tədbirləri.

13-cü həftə

 

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə  alınmayacaq.



Sərbəst işlərin nəticələri jurnala yazılır.

 

ƏDƏBIYYAT VƏ MATERIALLAR

1.      М.К.Потлев «Охрана труда в машиностроении» М., «Высшая школа» 1980.

2.      Ф.М.Канарев и др. «Охрана труда» М., «Колос» 1982.

3.      B.A.Həsənov, “Əmək mühafizəsi”, Bakı-1986.

4.      F.Şıxəliyev, Əmək mühafizəsi, Bakı-1981.

 

 
Yüklə 41,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə