F.
Texniki Parametrlər
88
G.
Maliyyə parametrləri
88
H.
Həssaslıq təhlili və Risklərin idarə olunması
94
I.
İcra ilə bağlı təşkilati məsələlər
94
J.
Digər
94
ÖZBƏKİSTANDA İNVESTİSİYA İMKANLARI
97
A.
İnvestisiya imkanları
97
B.
Qısa Məlumat
97
C.
Kiçik hidroenerji qurğuları üçün siyasət, institusional və tənzimləyici baza
97
D.
Kiçik Hidroenerji qurğularının tikintisini sürətləndirmək üçün təklif olunan NAMA98
E.
İnvesitisya İmkanlarına dair qısa məlumat
98
F.
Texniki Parametrlər
99
G.
Maliyyə parametrləri
100
H.
İcra ilə bağlı məsələlər
102
I.
Həssaslıq təhlilləri və Risklərin İdarə olunması
103
J.
Digər
104
ƏLAVƏ 3: İSTİNADLAR
105
1
I.
QISA XÜLASƏ
A.
Giriş
1. Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Qazaxıstan və Özbəkistanda istilik effekti yaradan
qazların (İEYQ) emissiyasının azaldılması üçün mümkün variant və xərclərə dair məlumatların
artırılması məqsdəilə Regional Texniki Yardım (RETA) 8119 – Mərkəzi və Qərbi Asiyada İqlim
Dəyişmələrinin İqtisadi Aspektləri – Təsirlərin Azaldılması Komponenti Layihəsini işləyib
hazırlamışdır. Qeyd olunan ölkələrin enerji və nəqliyyat sektorlarında İEYQ-ların intensivliyinin
artırılması üçün əhəmiyyətli imkanlar mövcuddur. RETA 8119 Layihəsi çərçivəsində iki əsas
nəticəyə nail olunmuşdur:
Nəticə 1: Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji və nəqliyyat sektorlarında iqlim
dəyişmələrinin təsirlərinin azaldılmasının təqribi xərcləri hesablanmışdır. Təsirazaltma
tədbirlərinə təmiz enerji texnologiyalarının, elecə də az karbon buraxan sənaye istehsalı
üçün tələb olunan siyasət və tədbirlərin tətbiqi daxildir. Məsləhətçilər ölkələr üzrə
keçirilən
seminarlar,
regional
seminarlar,
və
ayrı-ayrı
tərəflərlə
aparılan
məsləhətləşmələr nəticəsində enerji və nəqliyyat emissiyaları haqqında məlumatları
toplamışdır. Nəticə 1-in tərkib hissəsi kimi, məsələhətçilər (i) ayrı-ayrı ölkələr üzrə İEYQ-
la bağlı baza vəziyyəti və 2050-ci ilə qədər proqnozlaşdırılan vəziyyəti işləyib
hazırlamışdır; (ii) emissiyaların azaldılmasına dair xərc əyrisinin təhlili əsasında İEYQ
emissiyaların azaldılması variantlarını və hədəflərini müəyyən etmişdir; (iii) iqlim siyasəti
və planlarında boşluq və ehtiyyacları müəyyən etmişdir; və (iv) təsirazaltma
variantlarının ümumi faydalarını hesablamışdır. Nəticələr hər üç hədəf ölkədə İEYQ
emissiyalarının azaldılmasının iqtisadi aspektlərinə dair regional seminarda təqdim
edilmişdir. Tədqiqat bacarıqların inkişaf etdirilməsinə dair ikillik proqramın icrası ilə
tamamlanmışdır. Bacarıqların artırılması proqramı İEYQ-ların ölçülməsi və hesabatının
hazırlanması üçün təsirazaltma tədbir və sistemlərinin iqtisadi təhlilinin aparılmasına
qərar verən şəxslərin təlimləndirilməsini nəzərdə tutumuşdur.
Nəticə 2: Azərbaycan, Qazaxıstan və Özbəkistanda iqlim dəyişmələrinin təsirlərinin
azaldılmasına investisiya qoyuluşu imkanları. Məsləhətçilər dörd NAMA ( Ölkə üzrə
Məqbul Təsirazaltma Tədbirləri) hazırlamışdır. Hər dörd sənəd daha sonra NAMA-lara
dair regional hesabatda birləşdirilmişdir. Nəticə 2-yə habelə investiya qoyuluşuna dair
konsepsiya qeydinin hazırlanması da daxildir. Bu sənəddə NAMA üzrə ayrı-ayrı layihə
komponentlərinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulur. İnvestisiya ilə
bağlı konsepsiya qeydi bu Yekun Hesabat Layihəsinə əlavə olunur.
B.
Yanaşmalar və Nəticələr
2. Məsləhətçilər RETA 8119 layihəsini aşağıdakılar vasitəsilə həyata keçirmişdir: (i) iqtisadi
modelləşdirmə, NAMA tərtibi və investisiya imkanları üçün tədqiqat və təhlil, (ii) aidiyyəti
tərəflərlə məsləhətləşmələr, və (iii) təlim və seminarlar vasitəsilə bacarıqların inkişaf etdirilməsi.
Enerji Alternativlərinin Uzunməqsədli Planlaşdırılması (LEAP) sistemindən istifadə etməklə üç
ölkə miqyaslı iqtisadi modellər qurulmuşdur.
3. Ölkələr üzrə yaradılmış modellərin nəticələri göstərir ki, əhali və gəlirlərin artımı sayəsində
karbon tərkibli enerjiyə artan tələbat 2050-ci ildə hər üç ölkədə, xüsusilə də Qazaxıstan və
Özbəkistanda İEYQ-ların emissiyasının artmasına gətirib çıxaracaqdır (Şəkil 1). Gəlirlər və
iqtisadi fəaliyyətlər artdıqca, insanlar daha çox avtomobil alır, daha çox ev tikir və müəssisələr
məhsul və xidmətlərə artan tələbatı ödəmək üçün daha çox enerji sərf edirlər. Azərbaycan,
2
Şə
kil 1
: Proqnozlaşdırılan İEYQ Emissiyası (Heç bir tə
dbirin görülm
ə
diyi
ssenari)
Mənbələr
:
Stokholm Ətraf Mühit İnstitutu və Abt Associates (2015a; 2015b; 2015c).
Qazaxıstan və Özbəkistanın enerji və nəqliyyat sistemləri indiki qaydada intensiv karbon
emissiyasına əsaslanarsa, o zaman İEYQ emissiyasında əhəmiyyətli artım baş verəcəkdir.
Lakin, bu vəziyyət özü özlüyündə yeni imkanların yaranmasına səbəb olur: ehtiyyatların və
enerji variantlarının təkrar nəzərdən keçirilməsi və az iqlim təsirlərinə malik inkişafa əsaslanan
yaşıl-artım strategiyalarının həyata keçirilməsi. Xərc baxımdan səmərəli təmiz enerji
texnologiyalarının, eləcə də yeni yanacaq növləri ilə işləyən və az karbon buraxan nəqliyyat
vasitələrinin istismarı bu məqsədlərə nail olunmasında önəmli rol oynaya bilər. Bu yanaşmaların
potensialının düzgün qiymətləndirilməsi prioritet müəyyən edilmiş təsir azaltma tədbirlərinə
dövlət və özəl yatırımların cəlb edilməsi prosesinə təkan verəcəkdir.
4. Şəkil 1-də emissiyaları azaltmaq üçün hər hansı əhəmiyyətli addımlar atılmadığı və hər üç
ölkənin (Azərbaycan, Qazaxıstan və Özbəkistan) enerji və nəqliyyat sektorlarında əsasən
ənənəvi yanacaq növlətindən asıllığının olduğu təqdirdə İEYQ emissiyalarının proqnozlaşdırılan
vəziyyəti göstərilmişdir. 2010 və 2050-ci illər arasında karbon emissiyasının Azərbaycanda
78%-ə qədər, Qazaxıstanda 118%-ə qədər və Özbəkistanda 243%-ə qədər artacağı
proqnozlaşdırılır.
1
Bu artımlar səmərəli istifadə, yanacağın dəyişdirilməsi və digər vasitələrlə
azaldılma tədbirlərin həyata keçirilməsini zəruri edir.
5. Hər üç ölkədə İEYQ emissiyalarının azaldılması üçün tədbirlər həyata keçirilir və müvafiq
qiymətləndirmələr aparılır. Məsləhətçilər təsirazaltma təhlilinə daxil etmək üçün hər üç ölkənin
aidiyyəti qurumları ilə prioritet təsirazaltma tədbirinin seçilməsi istiqamətində məsləhətləşmə
aparmışdır. Bu məsləhətləşmə zamanı əsas diqqət həmin tədbirlərin milli inkişaf prioritetlərinə
verə biləcəyi dəstəyə və eləcə də xərc və təsirazaltma potensialı ilə bağlı məlumatların
mövcudluğuna verilmişdir. Cədvəl 1 və Cədvəl 2 –də İEYQ-ların azaldılması potensialı və bu
təsirazaltma varianları üçün tələb olunan xərclər (karbon dioksid ekvivalentinin bir tonuna görə
emissiyaların azaldılması xərcinin artan sırası ilə) verilmişdir. Ölkələr arasında müqayisə üçün,
1
Milli modellərdəki enerji, nəqliyyat və qeyri-enerji sahələrinin proqnozlaşdırılmasına bir neçə mühim kəsişən
dəyişənlər təsir edir. Bunlar əhali, ÜDM və əlavə dəyər məsələləridir. Hər üçü modelə ekzogen məlumatlar kimi
daxil edilmişdir. Bunlar üçün proqnozlar Cədvəl 16-da təsvir edilən metodlardan istifadə etməklə işlənib
hazırlanmışdır.
Dostları ilə paylaş: |