Texnologiya 8 Derslik 2017+ Layout 1


Penopolistirol plitələrin yapışdırılma texnologiyası necədir?



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

45

Penopolistirol plitələrin yapışdırılma texnologiyası necədir?

Adətən, plitələr tavanın mərkəzindən kənarlara doğru yapışdırılır (şəkil 4).

Yaxşı yapışma əldə etmək üçün plitələrin arxa tərəfi drelə bərkidilmiş metal

ağızlı fırça ilə işlənir. Yapışqan

plitənin beş nöqtəsinə qoyulur (kə ­

narlara və mərkəzə). Plitə tavanın

nişan 

lan 


mış nöqtəsinə qoyulub bir

neçə  dəqiqə sonra götü 

rülür, sonra

birdə fə lik  yapış dı rılır.  Yapışqan  tutma ­

mış plitə düzəldi lə rək yerinə yaxşıca

oturdulur.

Plitələr bu məqsədlə nəzərdə

tutulmuş xüsusi ya pış qanla bərkidilir.

Divara çəkilmiş kağızlarla ta va nın

lövhələri arasında qal mış ara mə safələr

penopolistroldan hazır lan mış  karnizlə

tutulur. Divarlar və tavan işlənib qur­

tarandan sonra karnizlər qoyulur

(şəkil 5).

Gipskarton lövhələrdən yığı lan və

işıq landırılması olan asma ta van çox

etibarlı və möhkəm quruluşa malikdir



(şəkil 6). Onun üstünlükləri  aşa ğı da kı ­

lardır:


• qüsursuz düz səth;

• kommunikasiya xətlərini və ta ­

vanarası sahəni giz lət mə imkanı;

• müxtəlif həndəsi formalarla bir

neçə səviyyənin qurul ması;

• istənilən işləmə materia 

lın 

dan


istifadəyə uyğunluğu;

• tavanın öncə hamarlan 

ma 

sının


tələb olunmaması.

Gipskarton tavanın quraş dır ­

ma texnologiyası nədən iba ­

rətdir?

Şəkil 6. İşıqlandırması olan gipskarton

lövhələrdən yığılmış asma tavan

Şəkil. 5. Karniz

Şəkil 4. Plitələrin yapışdırılma sxemi

 Çap üçün deyil


46

Gipskarton öncədən tavana vu rul muş

quraşdırma profillərinə bər kidilir. Onlar

üç yerə ayrılır və hər biri quraşdırmanın

mühüm tərkib hissəsi hesab edilir:

aparıcı profil, uzununa profil, istiqa ­

mət  ləndirici  profil  (otağın perimetrinə

quraş dı rılır).

Tavanın düz və hündür olması aparıcı

və uzununa profillərin bər kidildiyi asma ­

ların uzunluğundan asılıdır. Onların kə ­

siş mə nöqtələri «krab» (şəkil 7) adlanan

elementlə bərkidilir. Gipskarton lövhələr

bila va sitə bu profillərə bərkidilir (şəkil



8). Sonra ara məsafələr zamaska lanır,

astar çəkilir və rənglənir.



Penopolistirol plitələr, asma kon ­

s truksiya, astar, emulsiya, akril

boya, ilkin zamaskalama, tavan

kağızları, asma tavan, gipskarton

löv hələr, profil, uzununa profil

Təhlükəsizlik qaydaları

1. Boyanın gözlərə və dəri qatına düşməsindən özünü qoru. Bunun üçün etibarlı

baş geyimi qoymaq və qoruyucu eynək taxmaq lazımdır.

2. Rezin əlcəklər geyin.

3. Tənəffüs orqanlarının qorunması vacibdir – respirator və ya tənzif sarğı tax.

4. Divar kağızının yapışdırılması üçün yapışqan hazırladıqda onun damcısının

dəriyə düşməməsi üçün ehtiyatlı olmaq lazımdır.

5. İşi qurtardıqdan sonra əllərinizi sabunla yuyun.

1. Tavanın təmir edilməsi üsulları hansılardır?

2. Tavan təmirə necə hazırlanır?

3. Tavan hansı boyalarla rənglənir?

4. Divar kağızı tavana necə yapışdırılır?

5. Hansı divar kağızının tavana çəkilməsi daha əlverişlidir?

6. Penopolistirol plitələr tavana necə yapışdırılır?

7. Gipskartonun quraşdırılmasında hansı profillərdən istifadə edilir?

8. Asma tavanın hissələri hansı üsulla birləşdirilir?



Özünüyoxlama sualları

?

Şəkil 7. Profillərin bərkidilməsi

Şəkil 8. Gipskarton lövhələrin

bərkidilməsi

profillər

krab

asma


!

 Çap üçün deyil


47

SU TӘCHİZATI SİSTEMİ ELEMENTLӘRİNİN 

TӘMİRİ TEXNOLOGİYASI. AXIDICI BAK

Müasir mənzil rahat və bütün

avadanlıqlarla təchiz olunmuş yaşayış

yeridir. Mənzilin elektrik və hava tə ­

mizləmə sistemləri ilə yanaşı, su təc ­

hizatı və kanalizasiya (çirkli suların

axıb getməsi üçün boru və yeraltı

kanallar sistemi) sistemləri də hər bir

yaşayış yerinin vacib elementlərindən

biridir (şəkil 1)

Mənzilin su təchizatı və kanaliza­

siya sistemi olduqca mürəkkəb mü hən ­

dis qurğuları və sanitariya təd birləri

kompleksidir.



Mənzilin su təchizatı suyun su istifadəçilərinə lazım olan miqdarda veril ­

məsidir.


Kanalizasiya sistemi vasitəsilə mənzilin çirkab suları bir mərkəzə yığılır və

xaric edilir.

Mənzilin su təchizatı və kanalizasiya sistemlərinin əsas tərkib hissələri

bunlardır: borular – su (1) və kanalizasiya (2), şlanqlar (3), ventillər (4),

suqarışdırıcı (qarışdırıcı cihaz) (5), çanaq (6), vanna (7), duş (8), unitaz (9)

(ayaqyolu çanağı), axıdıcı çən (10), sifon* (11) və s.

Bütün sadalananlar sanitar­texniki armatura adlanır. Su təchizatı sisteminin

əsas elementlərindən biri axıdıcı çəndir.



Axıdıcı çənin quruluşu necədir?

İlk baxışdan axıdıcı çən sadə qur ğudur:

suaxıtma və qəbuletmə sistemləri ilə təchiz

olunmuş axıdıcı çən (şəkil 2) düymənin

basılmağıyla su axıdır; su qəbul edən

qapaq açılır və boşalmış çən su ilə dolur.

Amma bu qədər sadə quruluşa malik

qurğu bəzən xarab ola bilir. Belə olan hal ­

da onu necə təmir etmək olar?

Şəkil 1. Mənzilin su təchizatı 

və kanalizasiya sistemi

Şəkil 2. Axıdıcı çənin əsas tərkib

hissələri: a – buraxıcı və doldurucu

armatur; b – boşaldıcı mexanizm; 

c – su axıtma düyməsi

1

2



2

3

5



8

9

10



11

11

5



6

6

7



4

c

b

а

* Sifon – mayeni yuxarı səviyyədə duran qabdan aşağı səviyyədə duran qaba axıdan boru 

12­ci MÖVZU

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə