Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   20   21   22   23   24   25   26   27   28

88

yapışqanlı lent kəsiyi bərkidilir. Bu zaman parça maşının pəncəsi altında

dartılmır.

Kəsiklərin ziqzaqşəkilli tikişlə sırıqlanma texnologiyası nədən

ibarətdir?

Kənarları ziqzaqşəkilli tikişlə sırıqlamaq üçün aşağıdakı əməliyyatları

yerinə yetirmək lazımdır:

1. Məmulatın kənarlarını tərs üzünə qatlayıb ütüləyin.

2. Qatlanmış kənarın üzərinə kəsim yerindən 5 mm məsafə buraxmaqla

qatlamanın genəltmə enini qeyd edən xətt keçirin.

3. Qoyulmuş nişanlama xətti boyunca ziqzaqşəkilli tikiş salın və yaxud

nişanlama xəttinin üzəri ilə düz tikiş aparıb onun üstündə ziqzaqşəkilli tikişi

yerinə yetirin (şəkil 4). Әgər parçanın kənarları burulursa, maşına xüsusi

pəncə taxın və yaxud tikişi kağızın köməyi ilə aparın. 

4. Qatlama yerində ziqzaqşəkilli tikişin üstündəki artırma zolağını kəsin.

Әlbəttə, parça kənarının ziqzaq şə killi tikişlə sırıqlanması averlokla işləmə

kimi gözəl alınmır. Amma bir qədər təcrübəli usta bunu çox məharətlə yerinə

yetirə bilər. Tikişarasının uzunluğu və ziqzaqşəkilli tikişin eni emal edilən

parçanın xüsusiyyətləri və tikişin təyinatı nəzərə alınmaqla müəyyənləşdirilir.

Hissələrin bağlı kəsiklərinin (məmulatın yalnız astar tərəfi görünür)

sırıqlanması zamanı ziqzaqşəkilli tikişin eni 3–5 mm, tikişarasının uzunluğu

isə 2–3 mm arasında tənzimlənir. Ziqzaqşəkilli tikişlə işlənmiş kənarların

gözəl alınması üçün tikiş kəsikdən 5–7 mm aralı salınmalı, sonra tikiş xətti

boyunca artıq hissə kəsilib çıxarılmalıdır.

Әgər işinizin gözəl alınmasını istəyirsinizsə, o zaman həm üz, həm də astar

tərəfdən artıq hissələr kəsilib götürüləndən sonra parçanın kənarını mümkün



Şəkil 4. Düz tikişin üzəri ilə qoyulmuş

ziqzaqşəkilli tikiş

Şəkil 5. Artırmanın kəsilməsi

 Çap üçün deyil


89

1. Nəyə görə kəsiklərin kənarları sırıqlanır?

2. Ziqzaqşəkilli tikişlərdə tikişarasının eni və uzunu nəyə uyğun seçilir?

3. Parçanın büzülməməsi üçün nə etmək lazımdır?

4. Tikişin şəklinin dəyişməməsi üçün hansı tədbirlər görülməlidir?

5. Kənarların ziqzaqşəkilli tikişlə sırıqlanması zamanı hansı əməliyyatlar

yerinə yetirilir?

6. Detalların bağlı kəsiklərinin sırıqlanması zamanı tikişin eni və uzunu

necə tənzimlənir?

Özünüyoxlama sualları

?

Kənarların sırıqlanması, ziqzaqşəkilli tikiş, tikiş xəttinin uzunluğu,

tikiş xəttinin eni, tikiş xəttinin şəklinin dəyişməsi, tikiş üçün artırma,

qatlama, burulma.

olduğu qədər əlinizlə saçaqlandırın, sonra isə bu saçaqları səliqəli şəkildə

kəsib götürün. Bu əməliyyatı lazımi nəticə alanadək bir neçə dəfə təkrarlayın.

Bu tikiş növü averlokla salınmış tikişdən çox vaxt aparsa da, ondan daha

etibarlıdır. Çünki bu zaman ziqzaqşəkilli tikişlə sırıqlanmış kənarların

saçaqlanması halı təkrarlanmır.



Tikiş maşınında iş zamanı təhlükəsizlik qaydaları

1. İşə başlamazdan əvvəl tikiş maşınının sazlığını yoxla.

2. Üst sapın saplanmasını maşın sönmüş  vəziyyətdə olduqda yerinə yetir.

3. Tikişə başlamazdan əvvəl tikiş, xətti və məmulat üzərində sancaq və ya

iynələrin olmamasına əmin ol.

4. Qayçı və digər alətləri maşının firlanan hissələrinə yaxın məsafədə qoyma.

5. Maşın işlədikdə qayçı, məmulat və detalları başqasına ötürmə.

6. İş zamanı maşının hərəkətli hissələrinə doğru əyilmə.



PRAKTİK İŞ

ZİQZAQŞӘKİLLİ TİKİŞİN SALINMASI

Resurslar: parça kəsikləri, saplar, tikiş maşını

1. Bir parça kəsiyinin kənarını ziqzaqşəkilli tikişlə sırıqla.

2. Digər parça kəsiyinin kənarlarını 5 mm məsafə buraxaraq ziqzaqşəkilli

tikişlə sırıqla.

Buraxdığın zolağı tikiş xətti boyunca kəsib çıxart.

!

 Çap üçün deyil



PARÇA ÜZӘRİNDӘ ZİQZAQŞӘKİLLİ TİKİŞ TӘTBİQ

ETMӘKLӘ APLİKASİYANIN   İŞLӘNMӘ TEXNOLOGİYASI

Aplikasiya nədir?

Aplikasiya dekorativ tətbiqi sənətin geniş yayılmış növüdür. Aplikasiya

(latıncadan «tətbiq etmək») hər hansı materialdan kəsilmiş hissələrin

müəyyən bir səth üzərində yapışdırılması vasitəsilə yaradılmış bədii təsvirdir.

Aplikasiya üsullarından istifadə etməklə parça üzərində də müxtəlif

mövzulu kompozisiyalar yaratmaq mümkündür. Parça aplikasiyası üçün

müxtəlif təbii və sintetik parçalardan istifadə edilə bilər. Bu məqsədlə hamar,

tiftikli, parıltılı, tutqun və s. keyfiyyətə malik parçalar, hətta dəri, xəz, keçə

məmulatları da işlənilir. 

Aplikasiyadan paltarların, divar pannolarının, məişət əşyalarının

bəzədilməsində istifadə edilir.

Aplikasiya sadə və mürəkkəb, yəni bir neçə və çox sayda elementlərdən

ibarət ola bilər.

Amma hər bir halda aplikasiyada elementlər əlavə detal olmadan,

üslublaşdırıl mış, dəqiq və kənar cizgilərlə işlənməlidir.



Aplikasiyanın işlənməsi texnologiyası nədən ibarətdir?

Aplikasiya elementləri ülgü və qəlibə uyğun biçilir.

Aplikasiyanın yerinə yetirilməsi üçün əvvəlcə onun eskizi, sonra isə

detallarının ülgüləri  işlənməlidir. Eskiz nəzarət üçün lazımdır. Hazırlanmış

kağız ülgülər parçanın üzərinə düzülür və sancaqlarla möhkəmləndirilir. Әgər

kəsiləcək fiqur çox böyükdürsə, o parçanın üzərinə köklənir, sonra kağız ül­

günün kənarları boyunca kəsilir.

Kəsilmiş fiqurlar əsas səth üzərinə eskizə uyğun olaraq düzülür. Bu zaman

fiqurların rəng ahəngi nəzərə alınmalıdır. Bütün bunlardan sonra aplikasiya

düzüldüyü əsas üzərində bərkidilir.



Ziqzaqşəkilli tikiş vasitəsilə parça üzərinə aplikasiya necə

salınır?

Qeyd edək ki, aplikasiya ziqzaqşəkilli tikişlə salınarsa, saplar parçanın

rənginə uyğun olaraq seçilir. Bu zaman kalka, sadə karandaş və yapışqanlı

ara qatdan istifadə edilir.

90

25­ci MÖVZU

 Çap üçün deyil



91

«Alma» aplikasiyasının yerinə yetirilmə texnologiyası ilə tanış olaq:

1. Köçürmə kağızının və iti yonulmuş karandaşın köməyi ilə apli ka ­

siyanın şəkli əsas parçanın tərs üzünə güzgü əks etdirməsi üsulu ilə köçürülür



(şəkil 1).

2. Aplikasiya parçasının (rəngli) tərs üzünə yapışqanlı ara qat ütü vasi ­

təsilə çəkilir.

3. Bu parça ara qat altda olmaqla əsas parçanın üzərinə sərilir və kontur

xətləri üzrə nişanlanır.

4. Xırda ziqzaqşəkilli tikişlə astar tərəfdən təsvir konturları boyunca tikilir.

5. Aplikasiya parçası üz tərəfdən tikişə çox yaxın (şəkil 2, a) məsafədən

kəsilir, sonra yenidən parçanın üz tərəfindən konturdan kənara çıxmamaq

şərtilə qalın ziqzaqşəkilli tikişlə tikilir (şəkil 2, b).

Parça üzərində ziqzaqşəkilli tikişlə aplikasiya salanda bəzi incəlikləri

nəzərə almaq lazımdır:

– Әgər aplikasiya bir neçə elementdən ibarətdirsə və onlar bir­birinin

üstünə keçirsə, o zaman işə ən altdakı hissənin tikilməsilə başlamaq lazımdır.

– Әgər aplikasiya salmaq üçün nazik parça təsvirdən istifadə edilirsə,

təsviri bir qədər böyük ehtiyat zolağı ilə kəsmək, sonra onu yapışqanlı ara

qatla bərkitmək, seçilmiş yeri nişanlamaq və kontur boyunca ziqzaqşəkilli

tikişlə tikmək lazımdır. Artıq parça zolağını tikişə mümkün qədər yaxın

məsafədə kəsib çıxartmaq və yenidən qalın ziqzaqşəkilli tikişlə tikmək

lazımdır.

– Әgər aplikasiya krujevadan salınırsa, onu üz tərəfdən qalın ziqzaq şə ­

kil li tikişlə birləşdirib krujevanın altındakı əsas parçanı tikiş xəttinə olduqca

yaxın məsafədən kəsib götürmək lazımdır.



Şəkil 1. Təsvirin güzgü əks­

etdirməsi üsulu ilə parça

üzərinə köçürülməsi

Şəkil 2. Aplikasiyanın yerinə yetirilməsi:

a – parçanın kontur boyunca kəsilməsi;

b – parçanın düz üzündən tikişin qoyulması

a)

b)

 Çap üçün deyil


92

1. Aplikasiya nədir?

2. Aplikasiyadan harada və necə istifadə edirlər?

3. Parça aplikasiyası üçün hansı materiallardan istifadə olunur?

4. Parça aplikasiyası necə tikilir?

5. Ziqzaqşəkilli tikişlə aplikasiya salınması texnologiyası necədir?

6. Ziqzaqşəkilli tikişlə parça üzərinə naxış salarkən nələrə fikir vermək

lazımdır?



Özünüyoxlama sualları

?

Aplikasiya, ziqzaqşəkilli tikiş, kalka, yapışqanlı ara qat.

PRAKTİK İŞ

«ALMA» APLİKASİYASININ  ZİQZAQŞӘKİLLİ 

TİKİŞLӘ PARÇA ÜZӘRİNӘ SALINMASI

Resurslar: parça kəsikləri, saplar, tikiş maşını, köçürmə kağızı, sadə

karandaşlar, yapışqanlı ara qat

1. İti yonulmuş sadə karandaş ilə aplikasiya üçün

təsviri şəffaf kağıza köçür (şəkil 3).

2. Aplikasiya üçün təsviri əsas parçanın tərs üzü ­

nə güzgü əks etməsi yolu ilə köçürmə ka ğı zı

və sadə karandaşın köməyi ilə köçür.

3. Yapışqanlı ara qatı «Alma» aplikasiyasının

birin ci detalının tərs üzünə ütü ilə yapışdır.

4. Bu parçanı ara qat altda olmaq şərtilə əsas

parçanın üz hissəsinə kontur xətlərinin üstünə

qoy və köklə.

5. «Alma» təsvirinin konturu boyunca tərs üzün dən ziqzaqşəkilli tikiş

qoy.

6. Aplikasiya parçasını üz tərəfdən tikişə yaxın hissədən kəs. 



7. Üz hissədən təsvirin konturları boyunca yenidən qalın ziqzaqşəkilli

tikiş qoy.

8. 3–7 bəndləri üzrə «Alma» aplikasiyasının ikinci detalını (yarpağı) kəs

və tik.


9. Alınan aplikasiyanı ütülə. 

Şəkil 3. Aplikasiya

üçün eskiz

1­ci detal

2­ci detal

Әvvəlki mövzuda verilmiş təhlükəsizlik qaydalarına bu dərsdə də

əməl olunmalıdır.

!

 Çap üçün deyil



MÖVZU 24

TİKİŞ MAŞININDA İLGӘK 

AÇILMASI TEXNOLOGİYASI

Tikiş maşınında ilgək açılması

maşı nın texniki keyfiyyətləri və üs ­

tünlükləri ilə birbaşa əlaqəlidir. İl ­

gək özü bütün tikiş maşınlarında,

demək olar ki, eyni üsulla – adi ziq ­

zaqşəkilli tikişlə hamar düzbucaqlı

şəklində işlənir. Amma kompüter

əsaslı tikiş maşınlarının daxilində iş

rejimlərinin elektron idarə sistemi

yerləşir. Belə ma şın larda sadə düz ­

bucaqlı ilgək və göz cük lü ilgək açıla

bilər (şəkil 1). Kompüter ləş dirilmiş

tikiş maşını belə ilgəkləri bir neçə

növdə və ölçüdə açır. Amma biz indi

məişət tikiş maşınında ilgək açılma ­

sı üsullarını və düymənin altına ilgəkaçma üsullarını nəzərdən keçiririk.

Müxtəlif tikiş maşınlarında ilgək açmanın müxtəlif üsulları var. İlgək açma

bir proses kimi avtomat, yarımavtomat və əllə yerinə yetirilə bilər. Hər üç

halda tikiş maşınına ilgək açılması üçün nəzərdə tutulmuş xüsusi pəncə

yerləşdirilir (şəkil 2).

Tikiş maşınında ilgək açılması texnologiyası nədən ibarətdir?

Məmulat üzərində ilgək aç­

mazdan öncə onu bir parça kə ­

siyinin üzərində nümunə üçün

tikmək lazımdır. Nümunə üçün

ilgək tikməkdə məqsəd sapın

qalınlığını, parçanın dartıl ma ­

sı nı, ilgəyin ölçüsünü müəyyən

etməkdir. 

İlgəklərin açılması üçün

yal nız nazik sapdan və iynədən

istifadə edilir. 

93

26­cı MÖVZU

Şəkil 1. İlgək: a – düzbucaqlı;

b – gözcüklü

Şəkil 2. a – ilgək açılması üçün pəncə;

b – pəncənin tikiş maşınında yerləşdirilməsi

a

b

a

b

 Çap üçün deyil



94

İlgəklərin sırıqlanma ilə işlənmə texnologiyası aşağıdakı kimidir: 

1. Parça kəsiyi uzununa lifləri boyunca ikiyə qatlanır.

2. İçinə ara qat yapışdırılır və ilgəyin yeri qeyd edilir.

3. Bütün bunlardan sonra tikiş maşınına ilgək açılması üçün pəncə

yerləşdirilir və üst sapın çəkilməsi azacıq zəiflədilir.

4. Diskli çevirici açar ziqzaqşəkilli tikiş vəziyyətinə gətirilir. Tikiş arasının

ölçüləri seçilir: Uzunluğu 1 mm­ə yaxın, eni 2 mm (şəkil 3).

5. İynə sol vəziyyətə qoyulur və tikişlər

ilgəyin sol tərəfinə salınır (şəkil 4–1).

6. İynə orta vəziyyətə qaytarılır, tikişa ­

ra sının eni iki dəfə artırılır və ilk

bərkitmə üçün üç­dörd tikiş atılır



(şəkil 4–2). 

7. Tikişarasının əvvəlki eni tənzimlənir və iynə sağ vəziyyətə gətirilir və

ilgəyin sağ yarısı boyunca tikişlər salınır (şəkil 4–3).

8. Tikiş xəttinin sonunda ikinci bərkitmə üçün bir neçə ikiqat tikişarası

yerinə yetirilir (şəkil 4–4). Diskli çevirici açar düz xətli tikiş vəziy ­

yətinə gətirilir. Bir neçə bərkitmə tikişi salınır.

9. İlgək ortadan ilgəkaçan bıçaqla kəsilir (şəkil 5,a,b). Bunun üçün parça

tikiş iynəsinin altından çıxarılır. Nümunə üçün ilgəklər yaxşı nəticə

alanadək yerinə yetirilməlidir.

Şəkil 4. Tikiş maşınında ziqzaqşəkilli 

tikişlə ilgək salınması

Şəkil 3. Tikişarasının parametrləri

2mm


1mm

 Çap üçün deyil


95

PRAKTİK İŞ

ZİQZAQŞӘKİLLİ TİKİŞLӘ İLGӘYİN AÇILMASI

Resurslar: parça kəsikləri, saplar, tikiş maşını, ilgək açmaq üçün pəncə

1. 26­cı mövzunu öyrən.

2. Tikiş maşınında ziqzaqşəkilli tikişlə kəsilən ilgəkləri yerinə yetir.

İlgəyin açılması, gözcüklü ilgək, ilgək açılması üçün pəncə,

ziqzaqşəkilli tikiş, tikişarasının ölçüləri.

1. İlgəyin hansı növləri var?

2. Tikiş maşınının hansı iş rejimində ilgək açılır?

3. İlgək açılması üçün hansı tərtibatdan istifadə edilir?

4. Tikiş maşınında ilgək necə açılır?

5. İlgək hansı alətin köməyi ilə kəsilir?

6. Әl ilə açılan ilgəklə maşın ilgəyinin fərqi nədir?

?

Avtomatlaşdırılmış tikiş maşınında ilgək açmazdan öncə təlimat kitab ça ­

sı nı diqqətlə oxumaq lazımdır. 

Özünüyoxlama sualları

Şəkil 5. a – ilgəyin kəsilməsi; b – ilgəkaçan bıçaq

а

b

Mövzu 24­də verilmiş təhlükəsizlik qaydalarına bu dərsdə də əməl

olunmalıdır.

!

 Çap üçün deyil



TEXNOLOGİYA 8

Öìóìòÿùñèë ìÿêòÿáëÿðèíèí 8-úè ñèíôè ö÷öí

Texnologiya ôÿííè öçðÿ 

ÄßÐÑËÈÊ

Òÿðòèá÷è ùåéÿò:

Ìöÿëëèôëÿð 



Íàòèã Ëyuòfèã îüëó Àõóíäîâ

Ùöìåéèð Ùöñåéí îüëó ßùìÿäîâ

Ôÿðèäÿ Ñèéàâóø ãûçû Øÿðèôîâà

Íÿøðèééàò ðåäàêòîðu



Ñåâèíú Íóðóãûçû

Áÿäèè âÿ òåõíèêè ðåäàêòîð 



Àáäóëëà ßëÿêáÿðîâ

Äèçàéíåðëÿð



Ìÿëÿê Øèìøeê, Òÿùìàñèá Ìåùäèéåâ

Ðÿññàì


Àéíóð Ñàëàùîâà

Êîððåêòîð



Öëêÿð Øàùìóðàäîâà

«Àñïîëèãðàô ËÒÄ» ÌÌÚ

Áàêû, ÀÇ 1052, Ô.Õîéñêè êö÷., 121

Á

Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí

08.06.2015-úi èë òàðèõëè  645 ¹-li ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð. 

© Àçÿðáàécàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè – 2017

Möÿlliflik höquqlarû qorunur. Xösusi icazÿ olmadan bu nÿøri vÿ 

yaxud onun hÿr hansû hissÿsini yenidÿn ÷ap etdirmÿk, surÿtini 

÷ûxarmaq, elektron informasiya vasitÿlÿri ilÿ yaymaq qanuna ziddir.

Ùåñàá-íÿøðèééàò ùÿcìè 5,85. Ôèçèêè ÷àï âÿðÿãè 6,0.

Ñÿùèôÿ ñàéû 96. Ôîðìàòû 70õ100 

1

/

16



.

Îôñåò ÷àïû. Îôñåò êàüûçû. Ìÿêòÿá ãàðíèòóðó. 



Òèðàj 32588. Ïóëñóç. Bakû–2017.

 Çap üçün deyil

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə