Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   2   3   4   5   6   7   8   9   ...   28

9

• Әgər iki oğlan və bir qız nahar edirsə, qız onların arasında oturmalıdır.

• Әgər bir neçə insan nahar edirsə, bütün sifarişləri ofisianta oturanların

yeməklə bağlı fikirləri konkretləşdikdən sonra bir adam çatdır ma lıdır.

• Әgər görüşə gecikmisinizsə və masa arxasında oturanlara qatılmaq lazım ­

dırsa, dəvət edənə yaxınlaşmaq və gecikdiyiniz üçün üzr istəmək, sonra sizin

üçün ayrılmış yerdə oturmaq lazımdır.

• Әgər masa üzərində bir menyu varsa, o əvvəlcə qıza təklif edilməlidir.

• Dəvətin təşəbbüsçüsü bu və ya digər yeməyi hamı üçün sifariş edə bilər. 

• Әgər bu işgüzar nahardırsa, birinci yeməyi dəvət olunmuş şəxs sifariş edir.

• Nahar bitdikdən sonra ofisiantı çağırıb hesabı istəmək lazımdır.

• Dəvət olunanların hesabını dəvət edən verməlidir.

• Çıxarkən oğlan (kişi) qapını açmalı və qızı (xanımları) birinci buraxmalıdır.

Ödəmədən sonra ofisianta təşəkkür etmək lazımdır. Masa arxasından du rar ­

kən stulu yerinə qoymaq məsləhətdir. Oğlanlar qızlara masa arxasından dur mağa,

vestibüldə geyinməyə kömək edə bilərlər. Bunun üçün oğlan qızın əşyalarını

tutmalıdır.

Məsləhət görülmür:

• Masanın eyni tərəfində oturmaq; 

• Salfet kağızı ilə üz silmək;

• Yeməklərə üfürmək və ya onları iyləmək;

• Masa arxasında saç daramaq;

• Masanın üzərinə çanta, əlcək, cib dəsmalı, daraq və s. qoymaq;

• Müştərilər üçün nəzərdə tutulmuş qəzeti və jurnalı uzun müddət oxumaq;

• Digərlərinin hərəkətlərini izləmək;

• Ağzınızı əlinizlə örtərək yanınızda oturanla «Hesabı kim verməlidir?» –

deyə pıçıldaşmaq.

1. Sizə hansı xidmət sahələri məlumdur?

2. Etiket nədir?

3. Davranış necə olur?

4. Davranış mədəniyyəti normalarına nə aiddir?

5. Ticarət xidməti sahəsində sizə hansı davranış qaydaları məlumdur?

6. Restoran, kafe və digər oxşar yerlərə necə daxil olmaq lazımdır?

7. Restoranda hansı yer rahat hesab edilir?

8. Restoranda masa arxasında necə oturmaq lazımdır?

9. Sifarişi kim etməlidir?

10. Hesabı kim ödəməlidir?



Özünüyoxlama sualları

?

Xidmət sahələri, etiket, real davranış, verbal davranış, nəzakətlilik,

ədəb li lik, mərifətlilik, zəriflik, təvazökarlıq, sadəlik, dürüstlük.

 Çap üçün deyil


BÜDCӘYӘ QӘNAӘT. ŞӘXSİ BÜDCӘ

İnsanların tələbatını təmin etmək üçün maddi dəyərindən asılı olmayaraq

müxtəlif təyinatlı əmtəə mallarının alınması üçün qənaət edilmiş pul vəsaiti

lazımdır. Bu məqsədlə ailə büdcəsini elə xərcləmək lazımdır ki, müəyyən

miqdarda vəsait israf edilməmiş qalsın.

Qənaət edilmiş vəsait nə deməkdir?

Ailənin ümumi gəlirindən dolanışıq üçün sərf olunmuş pulların qənaəti

hesabına yığılmış pul kütləsi qənaət edilmiş vəsaitdir. Qənaət edilmiş vəsaitin

əsas funksiyası qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün ailə

büdcəsində pul ehtiyatının yaradılmasıdır. 

Qənaət edilmiş pul vəsaiti harada saxlanılmalıdır?

Təcrübə göstərir ki, qənaət olunmuş pulun evdə saxlanılması məqsə dəuy ­

ğun deyil. Çünki bu pul həm ailəyə, həm də cəmiyyətə gəlir gətirməlidir.

Dövlət tərəfindən yaradılmış əmanət bankları bir tərəfdən də bu məqsədə

xidmət edir. Әmanət bankına yatırılmış pul faizlər hesabına artır və pul sahibi

əlavə gəlir əldə edir. Qənaət edil 

miş vəsaiti qiymətli kağızların, əntiq

əşyaların, qiymətli metallardan ha 

zır 


lanmış zərgərlik məmulatlarının

alınmasına sərf etmək də məqsədəuyğundur.

Qənaət edilmiş pulun daşınmaz əmlaka* yatırılması isə daha çox gəlir

əldə etməyə imkan verir. Çünki daşınılmaz əmlakın dəyəri bazarda çox

sürətlə artır. 

Ailə büdcəsinin yalnız düşünülmüş idarə olunması nəticəsində qənaət

etmək olar.

Qənaət haqqında fikirləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki,

ailənin pul vəsaitinin qorunmasının aşağıdakı üsulları var: uzunmüddətli isti ­

fadəyə yararlı əşyaların alınması, yığım sığortası, bank əmanətləri, incəsənət

əsərlərinin əldə edilməsi, qiymətli metalların alınması, kolleksiya toplama

(me tal pul və poçt markaları), daşınmaz əmlakın alınması, xarici valyutanın

alınması, nağd pulun saxlanması.

Ailə büdcəsindən əlavə ailə üzvlərinin şəxsi büdcəsi də olur.

İnsan həyatında pul həmişə böyük rol oynayıb. Elə «şəxsi büdcə» ifadəsi

də birbaşa pulla əlaqəlidir. Amma heç də həmişə bu söz birləşməsinin əhə ­

miyyətini olduğu kimi dərk etmirik. Bu fikrə aydınlıq gətirək. Valideynlər

uşaqların böyüməsinə, ümu 

miy 

yətlə, qida məhsullarının, şirniyyatın,



10

2­ci 

MÖVZU

* Daşınmaz əmlak – torpaq və torpaqla əlaqədar mülkiyyət (istehsalat qurğuları, yaşayış binaları və s.)

 Çap üçün deyil


11

oyuncağın, şəkilli kitabların, saqqı zın, kofenin və s. alınmasına nə qədər pul

xərcləyir?

Hər bir büdcədə olduğu kimi, şagirdin də büdcəsində xərclər öz əksini

tap malıdır. Məsələn, evdən kənarda qidalanma, təhsil, ayaqqabı, geyim,

nəqliyyat xərcləri, mədəni tədbirlərə, idman, müxtəlif maraqlara ayrılmış

vəsait və nəzərə alınmamış digər xərclər.

Beləliklə, «şəxsi büdcə» ifadəsinə aydınlıq gətirməyə çalışaq. «Büdcə»

ümumilikdə nəyə deyilir? Büdcə müəyyən zaman kəsiyində gəlirin və xərcin

planlaşdırılmasıdır. Zaman kəsiyi həftə, ay, rüb, yarım il, il ola bilər.

Onda bəs «Şəxsi büdcə» nədir? «Büdcə» sözünün izahından belə çıxır ki,

«şəxsi büdcə» bir fərdin müəyyən zaman kəsiyində gəlirinin və xərcinin plan ­

laşdırılmasıdır. Beləliklə, ailə büdcəsi, ailənin müəyyən zaman kəsiyində

gəli rinin və xərcinin planlaşdırılması deməkdir. Hər bir büdcənin özünə

uyğun gəliri və xərci var. Şəxsi büdcə ilə ailə büdcəsi arasındakı fərq nədədir?

Demək olar ki, bunların arasında elə əsaslı bir fərq nəzərə çarpmır. Sadəcə,

şəxsi büdcə bir adama aiddir, ailə büd cəsi isə ailənin bütün üzvlərinə və

onların ehtiyacının ödənilməsinə.

Müasir şagirdi pul xərcləməyə vadar edən çoxlu sayda səbəblər var. Düşü ­

nül məmiş pul xərcləməkdən yeganə çıxış yolu isə öz şəxsi büdcəni ailə büd ­

cəsini nəzərə alaraq bölüşdürməkdir.

Xərcləri azaltmaqla pula qənaət etməyin əsas prinsipləri nədir?

Lazımsız pul israfından qorunmaq üçün məsləhətlər:



•  Yalnız nağd pulla alış­veriş edin. İndi əhali arasında plastik kartlarla

alış­veriş dəb halını alıb. Bu kartlardan müxtəlif xidmətlərin və malların də yə ­

rini ödəmək üçün istifadə edilir. Amma alış­veriş zamanı nağd puldan istifadə

edilərsə, xərclənən vəsaitin miqdarı göz önündə olar və israfçılığa yol verilməz.



• Alış­veriş zamanı qiyməti endirin. Alış­veriş zamanı qiymətin

endirilməsi qənaət üçün imkan yaradır. Məsələn, bazarda hər piştaxtanın

qarşısında alış qiymə tini müəyyən qədər aşağı salmaqla bir miqdar vəsaitin

qorunub saxlanmasını təmin etmək olar.



• Qidalanmada qənaət edin. Nahar fasiləsi zamanı, adətən, əksəriyyət

insanlar kafeyə gedir, bunun nəticəsində bir neçə manat əlavə pul xərcləyir.

Nahar ye məyini evdən gətirməklə bu vəsaitə qənaət etmək olar. 

İstirahətə və əyləncəyə ayrılmış xərclərə bir daha nəzər salın. 

• Yeni kinofilmi kinoteatrda seyr etməyə tələsməyin. Bunu DVD disk

şəklində əldə edin və yaxud internetdən götürün. İndi müasir televizorlarda

3D effekti var və bu da film nümayişini kinoteatrdakı qədər maraqlı edə bilir.

 Çap üçün deyil



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə