Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   2   3   4   5   6   7   8   9   ...   28

12

PRAKTİK  İŞ

1. Bir ay ərzində gəlirlərini və xərclərini qeyd etmək üçün dəftər tut.

2. Evdən kənarda qidalanma, dəftərxana ləvazimatlarının, şirniyyatın, hə ­

diy yələrin, idman mallarının və avadanlığının alınması üçün təxmini

xərcləri təyin et.

Yığım, daşınılmaz əmlak, qiymətli kağızlar, qənaət üsulları, şəxsi

büdcə, xərcin azaldılması, qənaət edilmiş pul.

• Uyğun mobil operator seçin. Bütün lazımsız tarif xərclərini dayan ­

dırmaq üçün mobil operatorların tarif planlarını diqqətlə izləyin. Ola bilsin

ki, öz mobil operatorunuzu digəri, daha sərfəlisi ilə dəyişə bilərsiniz.

• Başqa mağazaların xidmətindən istifadə edin. Bahalı ticarət mərkəz ­

lərindən alış­verişi təxirə salın. Adi supermarketlərdən nə isə seçməyə çalışın.

Bu super marketlərdən evinizə yaxın olanı seçsəniz, nəqliyyat xərclərinə də

qənaət edə bilərsiniz.

Unutmayın! Bəzən adi mağazada da olduqca keyfiyyətli və münasib

qiymətə alış­veriş etmək olur. 



• Lazımsız heç nə almayın. Әləlxüsus da kreditlə! Heç bir bahalı telefon

və geyim. Unutmayın, xərcləri azaltmaqla gəlirinizi artıra və etibarlı şəxsi

büdcə yarada bilərsiniz.

1. Yığımın əsas funksiyası nədir?

2. Pul vəsaitinə qənaət edilməsinin hansı üsullarını bilirsən?

3. Qənaət edilmiş pul vəsaiti necə saxlanılmalıdır? 

4. Büdcə nədir?

5. Məktəblinin büdcəsi hansı hissələrdən ibarətdir?

6. Şəxsi büdcə nədir?

7. Şəxsi büdcə ailə büdcəsindən nə ilə fərqlənir?

8. Pula hansı üsullarla qənaət edilir?

Özünüyoxlama sualları

?

 Çap üçün deyil



3­cü 

MÖVZU

13

EV HEYVANLARINA QULLUQ TEXNOLOGİYASI

Şəxsi ev və həyət sahibləri bəzən təkcə ev quşları deyil, hətta kənd təsər ­

rüfatı heyvanlarının da bəslənməsi və çoxaldılması ilə məşğul olurlar. İnsan

həyatında günü­gündən heyvandarlıq məhsullarına ehtiyac çoxalır.

İribuynuzlu (inək, camış) və xırdabuynuzlu (qoyun, keçi) mal­qaranın

sax lanması get­gedə daha aktual xarakter alır.

Bazar iqtisadiyyatının əsas qanununda deyilir: «Әgər məhsula ehtiyac

artırsa, onun qiyməti qalxır, deməli, onun istehsalı böyük gəlir vəd edir».

İnsan kənd təsərrüfatı heyvanlarının saxlanmasından yeyinti məhsulları

(ət, süd, yağ) və istehlak xammalı (yun, cod tük, dəri, sümük) əldə edir.

Ev şəraitində qoyun və keçi saxlanması kiçik təsərrüfatlar üçün ən yaxşı

çıxış yoludur. Bu heyvanlar yemə tələbkar deyil və sürü halında yaşaya bi ­

lirlər. Ona görə də qoyunçuluq üçün böyük təsərrüfat lazım deyil. Az pul sərf

etməklə kiçik təsərrüfatlarda bu heyvanları bəsləmək yaxşı gəlir gətirə bilər.

Qoyun və keçi saxlamağın hansı faydaları var?

Hər şeyi diqqətlə araşdıranda qoyun və keçidən gələn xeyir göz önündə olur.

Məsələn, qoyun əti dünyanın hər yerində ekoloji təmiz qida hesab edilir. Bir

qədər kütbeyin və tərs heyvan hesab edilsə də, qoyun müxtəlif hormonal əla ­

vələr qatılmış yemi qəbul etmir. Alman alimləri belə hesab edirlər ki, qo yun əti

insanlarda xərçəng toxumalarının inkişafını ləngidir və hətta onları məhv edir. 

Qoyun əti iki növə ayrılır: quzu əti (bir yaşına qədər heyvanların kəsil ­

mə sindən alınan məhsul) və qoyun əti (yaşlı heyvanların əti).

Qoyun əti çox gözəl dad keyfiyyətlərinə malikdir. Tərkibində zülalın,

amin turşularının, vitamin və mineral maddələrin miqdarına görə mal ətindən

bir qədər geri qalır. Qoyun ətinin ən gözəl xüsusiyyəti az xolesterinə (290

mq/kq qoyun ətində, 750 mq/kq mal ətində) malik olmasıdır. Bütün qoyun

cins lərinin əti yeməli hesab edilir. Amma, əsasən, ətlik, yunluq və ətlik­yağlıq

qo yun cinslərinə üstünlük verilir.

Ortayaşlı qoyun cəmdəyi yaşından, cinsindən və köklüyündən asılı olaraq

18–30 kq, 1 yaşa qədər quzu cəmdəyi isə 18–20 kq olur.

Qoyun və keçi südü çox qiymətli qida məhsulu hesab edilir. Dünya pen ­

dir tutanları qoyun südündən bahalı və ləziz pendir növlərinin hazırlanma sın ­

da istifadə edirlər. Keçi südü tərkibinə görə ana südünə olduqca yaxındır. Bol

miqdarda immunoqlobulinə* görə keçi südü lap qədim zamanlardan bir çox

İmmunoqlobulin – qanda allergik reaksiyalar göstəricisi

 Çap üçün deyil



14

xəstəliklərin müalicəsi üçün istifadə edilir. Sübut edilib ki, bu qida məhsulu

bədəndən radionuklidləri* çıxardır və allergiyanı aradan qaldırır.

Bu heyvanlardan alınan dəri, yun və cod tük də çox qiymətli xammal

hesab edilir. Bu təbii materiallardan hazırlanmış geyim rahat və sağlamlıq

üçün yararlı hesab edilir.



Qoyun südü zəngin tərkibə malik qida məhsuludur. Bütün dünya ölkələri

üzrə qoyun südünün istehsalı ildə 6–7 milyon tona çatır. Ondan «Rokfor»,

«Pekarino», «Qafqaz», «Brınza» kimi bir çox qiymətli pendir növləri

hazırlanır. Kimyəvi tərkibinə görə qoyun südü inək südündən fərqlənir.

Qoyun südünün tərkibində 6–8% yağlar, 4,5–6% zülal, 4,6% süd şəkəri və

0,8% mineral duzlar və vitaminlər var.

Quru maddələrə gəlincə isə qoyun südündə onlar inək südünə nisbətən

1,4 dəfə, yağ və zülal isə 1,8 dəfə artıqdır. 1 litr qoyun südünün ümumi qida ­

lılığı 1060 kilokaloridir.

Qoyunların ev təsərrüfatında bəslənmə texnologiyası necədir?

Qoyun yaxşı qulluq və yemləmə şəraitində tez artan heyvandır. Onların

saxlanması üçün isti aylarda heç bir xüsusi şərait tələb olunmur. Adətən, yay da

qoyunlar sürü halında otlamağa çıxarılır. Bu, payıza qədər davam edir. Qo yun

sürüsü iribuynuzlu mal­qaranın otarıldığı hər yerdə – dağlarda, qayalıq larda,

yarğanlarda otlaya bilər.

On baş qoyun­quzu üçün 30–40 m

2

ağıl lazımdır. Ağıl qoyunların açıq



havada sax landığı yerdir (şəkil 1). Müasir texnologiya və materiallar ilə tövlə

tikmək o qə dər də çətin iş deyil. İsti olması üçün onun  hündürlüyü az

olmalıdır. Qo yun lar üçün yaşayış yeri mütləq havadəyişdirici qurğu ilə təchiz

edilməlidir. Tövlənin özü lü olduqca sadə üsulla qoyulur və bu da tikintini

asanlaşdırır.

Şəkil 1. Tövlə

* Radionuklid – insan orqanizminə mənfi təsir edən radioaktiv element

Ağıl

Üstü örtülü ağıl

 Çap üçün deyil



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə