Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   2   3   4   5   6   7   8   9   ...   28

15

Tövlənin istilik sistemi tikinti zamanı nəzərdə tutulmur. Çünki qoyunlar

özlərini qızdıra biləcək qədər istilik buraxırlar. Tövlə işıqlı olmalıdır. Təzəyin

çıxarılması və yay vaxtı havanın dəyişdirilməsi üçün bir açıq pəncərə qoyul ­

malıdır. Döşəmə lövhələri duru tullantıların rahat axıb tökülməsi üçün mə ­

samələrlə vurulur. Qışda qoyunları təmiz havada yemlə 

mək lazımdır.

Kom binə edilmiş yemdən ilıq su əlavə edilməklə hazırlanmış horra qoyun ­

ların həvəslə yediyi qida məhsuludur. Yemləmə zamanı boş ağıllardan peyin

təmizlənib atılır.

Qoyun ağılında su və yem təknələri qoyulur. Təknələr dirəklərin üzərində

asılır ki, qoyunlar onları tapdamasın. Bütün qoyunların bir arada su və yem

qəbul etməsi üçün təknələr hesablanmış ölçüdə quraşdırılır (təx minən, bir

baş qoyun üçün 0,25 m ölçüsündə).

Döşəməyə saman döşənir. Qışda qoyun az olarsa, tövlənin peyini təmiz ­

lən mir. Çünki peyinin üzərində qoyunlar üçün rahat və isti olur. Yazda isə

bütün tövlənin peyini təmizlənib dirriyə tökülür.

Qalın yun örtükləri olduğu üçün qoyunlar soyuğa davamlı olur. Küləksiz

havada bütün günü bayırda qala bilirlər. Elə bu məqsədlə də tövlənin yanında

dən və su təknələri ilə təchiz edilmiş çardaqlar quraşdırılır.

Tövlədə rütubət olmamalıdır. Elə ona görə də havatəmizləyici qurğu ­

lardan istifadə edilməlidir. Rütubətli tövlədə saxlanan qoyunlar zəifləyir, im­

munitetini itirir və xəstəliklərə qarşı davamsız olurlar.

Qoyun ziyankar heyvan deyil, sakitdir və başqa ev heyvanları ilə bir yerdə

yaşaya bilir.

Quzuların bəslənməsi və yemlənməsi. Quzular xüsusi otlaqlarda otarılır.

Amma təkcə otarılma ilə inkişaf etməkdə olan quzu orqanizmi lazım olan qi ­

da  lı maddələri ala bilmir. Ona görə də quzular əlavə qidalı yemlə yemlən ­

mə lidir. Bu məqsədlə dənli bitkilərdən ibarət qarışıqlardan və jımıxdan

isti fadə  edilir.

Qışda quzular yüksək keyfiyyətli yemlə qidalanmalıdırlar. Azkalorili

yemlə qidalanmış quzuların boyunu və çəkisini sonra bərpa etmək mümkün

olmur. Hər quzu gündə ən azı 1,0–1,5 kq keyfiyyətli otla yanaşı, mey və ­

köklülər və konsentratlar qəbul etməlidir. Dənəvər duz gündə bir baş quzuya

8–10 qram hesabı ilə verilir. Bununla yanaşı, tövləyə daş duz da qoyulur.

Әlavə yemləmə üçün nəzərdə tutulmuş quru qida arpa və qarğıdalıdan,

yaş qida isə yem çuğunduru və kartofdan ibarət olur.

Belə bir fikir var ki, yaşıl otla qidalanan qoyunlara su verilmir. Çünki

otun tərkibində su çoxdur. Amma ələlxüsus yay aylarında otun tərkibindəki

su heyvanları susuzluqdan xilas etmir. Onlara gündə 2 dəfə, çox isti havalarda

 Çap üçün deyil



16

1. Kənd təsərrüfatı heyvanları hansılardır?

2. Qoyun və keçinin xeyri nədir?

3. Qoyun əti hansı keyfiyyətlərə malikdir?

4. Qoyun və keçi südü hansı üstünlüyü ilə fərqlənir?

5. Ev şəraitində qoyun saxlamağın üstünlükləri nədir?

6. Tövlənin tikintisində nələrə diqqət yetirmək lazımdır?

7. Quzulara qulluq necə aparılmalıdır?

8. Qırxılmış qoyunları harada saxlamaq lazımdır?

Özünüyoxlama sualları

?

isə 3 dəfə su vermək lazımdır. Әgər qışda qoyun gündə 2,5 su içirsə, bu

göstərici payızda 3,5 l, yazda 4 l, yayda isə 5,5–6 litrə qədər yüksələ bilir.

Südverən heyvanlar isə daha çox su qəbul edir. Qoyunlara səhər otlağa

çıxmamışdan öncə, günorta dincəlmədən sonra, çox isti havalarda isə otla­

madan sonra da su verirlər. 

Qoyun saxlayanlar bunu bilməlidirlər – bu heyvanlar çox qorxaqdır və

yüksək səs onlarda təlaş yaradır.

Qoyunçuluqda məsuliyyətli ərəfə qırxım zamanıdır. Qırxılmış qoyun

soyuq havada xəstələnə bilər. Buna yol verməmək üçün qoyunları tövlədə

saxlamaq məsləhət görülür.

Qoyun təsərrüfatı ailə üçün nəinki ekoloji təmiz qida məhsulları

deməkdir, həm də yun corab və dəbli yun köynək üçün təbii xammaldır.

İribuynuzlu mal­qara, xırdabuynuzlu heyvan, qoyun və keçi

südü, ağıl, konsentrə edilmiş yem.

 Çap üçün deyil



17

4­cü 

MÖVZU

II. AĞAC VƏ METALIN BƏDİİ

EMALI TEXNOLOGİYASI

DEKORATİV­TӘTBİQİ SӘNӘT.

AĞAC ÜZӘRİNDӘ OYMA

Dekorativ­tətbiqi sənət incəsənətin əsas və geniş yayılmış sahələrindəndir.

O, insan tərəfindən yaradılan maddi aləmin bədii tərtibatına xidmət edir, onun

estetik gözəlliyini reallaşdırır. Bədii yaradıcılıq və incəsənət materialları

işlənmə texnikası üsulları ilə birləşərək dekorativ sənət əsəri meydana gətirir.

Ağac üzərində oyma ağacın bədii işlənməsidir. Belə işlənmə zamanı naxış

məmulatın üzərinə balta, bıçaq, kəski, iskənə və başqa oxşar alətlər vasitəsilə

salınır.


Ağac üzərində oyma nədir?

Ağac üzərində oyma sənətinin tarixi yüz illər öncəyə dayanır. Bu sənət

növü müasir zamanda da inkişaf edir və təkmilləşir.

Mebelin və digər məişət avadanlıqlarının bədii işlənməsində ağac

üzərində oymanın müxtəlif növlərindən istifadə edilir. Bir məmulatda

oymanın bir neçə növündən istifadə edilə bilər. 



Ağac üzərində oymanın hansı növləri var?

Ağac üzərində oyma bir neçə növə ayrılır:



Kəsmə ilə oyma (şəkil 1) ağac üzərində yerinə yetirilir. Belə oymada

salınan təsvirin elementləri bir­biri ilə əlaqəlidir və fon əvəzinə çərtiklərlə

əhatə edilir. Kəsmə ilə oymada iki tərəfi açıq deşiklər kəskilərin və iskənənin

köməyi ilə açılır.



Bıçqılama ilə oyma (şəkil 2) zamanı əməliyyatlar kəsmə ilə oymada

olduğu kimi yerinə yetirilir. Fərq yalnız ondadır ki, burada bəzi sahələr



Şəkil 2. Bıçqılama ilə oyma

Şəkil 1. Kəsmə ilə oyma

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə