Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   2   3   4   5   6   7   8   9   ...   28

18

bıçqı və lobzikin köməyi ilə kəsilir. Bıçqılama ilə oymanın işləmə texnikası

nisbətən daha rahatdır.

Müstəvi qanovcuqlu oyma düz səth üzərində müxtəlif formalı qanov ­

cuq  ların oyulması ilə yerinə yetirilən oyma üsuludur.

Müstəvi qanovcuqlu oymanın iki növü var: həndəsi oyma və kənar xətt

üzrə oyma.

Həndəsi oyma (şəkil 3) ağac üzərində oymanın çox qədim üsuludur. Bu

oymada təsvirlərə müxtəlif kombinasiyalarda həndəsi forma verilir. Belə

oyma çəpinə bıçaq və yarımdairəvi iskənə ilə düzxətli və qövsvarı elementlər

şəklində salınır. Әksər hallarda həndəsi oyma elementlərin forması ilə fərq ­

ləndirilir. Elementlər əsasən üçbucaq, kvadrat və çevrədən ibarət olur.

Şəkil 3. a – həndəsi oymanın elementləri: 1,3,6 – üçtilli qanovcuqlar, 

2,4 – qövsvarı oyma, 5,7 – dördtilli qanovcuqlar; b – həndəsi oyma 

elementli mətbəx lövhəsi

Naxışın qabarıq kəsmə və bıçqılama ilə oyulması bəzəkli oyma adlanır.



Kənar xətt üzrə oyma (şəkil 4) ən sadə oyma növüdür. Onun yeganə ele ­

menti qanov cuq lardır. Belə qanovcuqlarla oyma hamar səth üzərində yerinə

yetirilir. Seçilən iskənənin növündən asılı olaraq qanovlar yarımdairəvi və

üçkünc alınır. 

Xətlər üzrə oyma təsvirin kənar xətlərinin dayaz oyulmaqla yerinə yetiril ­

məsidir. Әsasən, çiçək, yarpaq, quş və heyvan təsvirlərinin salınması üçün

istifadə edilir. Təsvir eni və uzunu eyni ölçüdə olan qanovlarla yerinə yetirilir.

Amma bəzən qanovların ölçüsü dəyişə bilir.



b

а

 Çap üçün deyil


19

Qövsvarı 

(dır naq şə ­

killi) oymanın (şəkil 5) əsas

elementi qövsdür (za hirən

dırnağın istənilən yumşaq

material üzərində qoyduğu

izə bənzədiyi üçün dır naq ­

şəkilli oyma adlanır), yəni

hamar səth üzərində yarım ­

dairəvi ça pıqdır.



Şəkil. 4. Kənar xətt üzrə oyma

Yastı relyefli oymada (şə kil  6) hər hansı təsvir eyni səthdə oyularaq salınır.

Qabarıq relyefli oyma (şəkil 7) onunla xa ­

rak te rizə olunur ki, bu relyef təsviri qismən və

ya xud tama milə fondan ayrılır və bununla da

heykəl gö rün tüsü yaradır. Hamar səth üzə rində

bir tərəfli təsvirdən fərqli olaraq, qabarıq oymada

təsvir hərtərəfli işlənilir. Qaba rıq relyefli oy ma

ağac üzərində oymanın ən çətin növü dür. Bu

sənət növü sənətkardan təsvirin qabarıq gö rün­

tüsünü yaratmaq bacarığı, mənzərəni uzaq dan

görmə və nisbəti saxlama qabiliyyəti tələb edir.

Ağac üzərində oyma dekorativ tətbiqi sə nə ­

tin olduqca cəlbedici növüdür. 



Şəkil 5. Qövsvarı oyma təsvirlərindən nümunələr 

Şəkil 6. Yastı relyefli oyma.

Hüseyn Cavidin ev­muzeyinin

emblemi

 Çap üçün deyil


20

Dekorativ­tətbiqi sənət, ağac üzərində oyma, kəsmə ilə oyma, bıç ­

qı lama ilə oyma, müstəvi qanovcuqlu həndəsi oyma, kənar xətt üzrə

oy ma, qövsvarı oyma, yastı relyefli oyma, qabarıq relyefli oyma.

Oyma üçün ən yaxşı material cökə, ağcaqovaq, qızılağac oduncaqlarıdır.

Bu ağacların oduncağı hamar və möhkəmdir. Çox rahat kəsildiyi üçün onların

üzərində ən incə naxışların salınması mümkündür. Bu oduncaqlardan olan

oyma nümunələri davamlıdır, əyilmir və qabarmır.

Çox incə və dəqiq oyma işləri üçün tozağacı oduncağı da olduqca

qiymətli xammal hesab edilir. Onun üzərində oyma bir qədər çətin olsa da,

oyma zamanı çatlamır və bütün istiqamətlərdə işlənmə üçün yararlıdır.

Armud, ağcaqayın və alma ağaclarının oduncağı da nəfis oyma işləri üçün

əvəzedilməzdir. Bu ağacların oduncağı sıxlığına görə fil sümüyünə bənzəyir.



Şəkil 7. Qabarıq relyefli oyma 

1. Dekorativ­tətbiqi sənət nədir?

2. Ağac üzərində oyma nədir?

3. Ağac üzərində oymanın hansı növləri var?

4. Kəsmə ilə oymanın xarakterik cəhətləri hansılardır?

5. Müstəvi qanovcuqlu oyma nədir?

6. Müstəvi qanovcuqlu oymanın hansı növləri var?

7. Kənar xətt üzrə oyma necə yerinə yetirilir?

8. Qövsvarı oymanın əsas elementi nədir?

9. Yastı relyefli oyma necə oymaya deyilir?

10. Qabarıq relyefli oyma nə ilə xarakterizə olunur?

11. Hansı oduncaq növləri ağac üzərində oyma üçün əvəzedilməz hesab olunur?



Özünüyoxlama sualları

?

 Çap üçün deyil


21

5­ci MÖVZU

AĞAC ÜZӘRİNDӘ BӘDİİ OYMA TEXNOLOGİYASI

Ağac üzərində bədii  oymanın bütün növlərinin yerinə yetirilməsi üçün

xüsusi alətlər lazımdır.

Hansı alətlərin köməyi ilə ağac üzərində bədii oyma aparılır?

Ağac üzərində oymanın əsas iş aləti tiyəsi çəpinə bıçaqdır (şəkil 1, a). Bu

bıçağın köməyi ilə müstəvi qanovcuqlu, yastı relyefli və naxışlı oyma işləri

asanlıqla aparılır. 



Naxış bıçağı (şəkil 1, b) müxtəlif oyma əməliyyatlarında yardımçı alət kimi

istifadə edilir. Ağac üzərində oymanın müxtəlif elementləri üçün kəsici hissələri

olan müxtəlif formalı naxış bıçaqlarından istifadə olunur (şəkil 1, c).

Şəkil 1. Ağac üzərində oyma bıçaqları

Yastı düz iskənələr (şəkil 2, a) müxtəlif növ oyma işləri üçün yardımçı

alət kimi istifadə edilir. Bu iskənələr yastı relyefli oyma və kənar xətt üzrə

oyma işlərində fonun təmizlənməsi üçün işlədilir.

Novşəkilli iskənələr (şəkil 2, b, c, d) ağac üzərində oyma əməliyyatlarının

əsas aləti he sab edilir. Onlardan oymanın bütün növlərinin yerinə ye ti ril mə ­

sin də istifadə edilir.

а

b

c

Әgər söhbət, əsasən, təsvirin düz hissələrinin kəsilməsindən gedirsə,

oyma naxışların yaradılması üzrə işlərin böyük əksəriyyəti məhz bıçaqların

kömə yilə aparılır. Ağac üzərində kəsməni adi qatlanan cib bıçağı ilə yanaşı,

oymanın müəyyən növü üçün xüsusi olaraq uyğunlaşdırılmış naxış bıçaqları

ilə də aparmaq olar.

Həcmli elementlərin yaradılmasında düz və müxtəlif diametrli yarım ­

dairəvi iskənələrsiz keçinmək mümkün deyil (şəkil 2). Bütün bu iskənələr

müxtəlif həndəsi quruluşa və təyinata malikdirlər. 

 Çap üçün deyil



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə