Texnologiya 8 Derslik 2017+ Layout 1


METALIN BӘDİİ EMALI TEXNOLOGİYASI



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

METALIN BӘDİİ EMALI TEXNOLOGİYASI 

Metal dartılma qabiliyyətinə malik olan xammaldır. Elə bu səbəbdən bütün

dövrlərdə sənətkarların diqqət mərkəzində olub. Hələ qədim heykəltəraşlar

heykəllərinə nazik qızıl və gümüş lövhələr «geyindirərdilər». Bu gün də metalın

emalının müxtəlif üsulları və növləri var. Dekorativ­tətbiqi incəsənətin

növlərindən biri də çekankadır*.



Çekanka nədir?

Çekanka (şəkil 1) təsvirin, şəklin, imzanın metal lövhə üzərində müəyyən

relyeflə zərb edilməsidir.

Çekankada yastı relyefli, relyefli və həcmli təsvir yaratmaq mümkündür. 

Çekanka qədim Misirdə, Yunanıstanda və Romada məşhur sənət növü olub.

Qədim zamanlarda metal üzərində naxışsalma texnologiyasından istifadə edən

25

6­cı MÖVZU

Şəkil 1. Zərbetmə üsulu ilə hazırlanmış dekorativ məmulatlar

sənətkarlar yüksək plastikaya malik metal lövhələrdən hərbi yaraq­əsləhə*, qab­

qacaq və bəzək məmulatları hazırlayırdılar. Məişət əşyalarının dekorativ

işlənməsinin müxtəlif üsulları arasında çekanka mühüm yer tutur. Bu üsulla

məmulatların üzərinə naxış salınır və süjetli relyeflər yaradılırdı. Qədim

sənətkarlar alçaq və yüksək relyef yaratmaq üçün çoxsaylı çekanka üsulları bilir

və müəyyən bir təsviri əldə etmək məqsədilə həm də öz məxsusi zərbetmə

texnikalarından istifadə edirdilər. Metal üzərində naxışsalan ustalar təsvirin

hamar və parıltılı elementlərini və yaxud süjetli lövhələri tutqun fon, qravürovka

(oyma, həkketmə, naxışaçma, qazıma) və qızıla boyama ilə işləyirdilər.



* Çekanka – metal üzərində naxışsalma

* Yaraq­əsləhə – hərbi döyüş geyimi və ləvazimatları

 Çap üçün deyil


26

Metal lövhə üzərində relyef xüsusi alətlərin – naxışsalma üçün qəlib və

çəkiclərin köməyi ilə işlənir. Çəkiclər metaldan və yaxud taxtadan hazırlanır.

Metal üzərində naxışsalmada latun, mis, alüminium, polad, bürünc, bəzi hal­

larda isə qızıl və gümüş lövhələrdən istifadə edilir. Çekanka üçün nəzərdə

tutulmuş metal lövhənin qalınlığı 0,2–1 mm olmalıdır. Metal plastikasının ən

sadə növü naxışbasmadır. 

Naxışbasma nə deməkdir?

Naxışbasma əl ilə basıb yastılatmaqla folqa

üzərində relyef təsvirinin işlənməsidir. Eyni za­

manda bu işlər alətlərlə də yerinə yetirilir.



Naxışbasma (şəkil 2) mexaniki  bəzək vur ­

ma üsuludur. 



Folqa üzərində əllə naxışbasma metalın

bədii emalının çox qədim üsuludur. Folqanın

yumşaq və plastik olması ən sadə alətlərin kö ­

məyi ilə və olduqca tez bir zamanda lazım olan

relyef təsvirini almağa imkan yaradır. Bu üsulla

müa sir rəssamlar medalyon və döş nişanlarının

ma ketini hazırlayırlar. Sadə və asan başa gələn olduğu üçün son zamanlar

naxışbasma çox se vilən bir sənət növünə çevrilmişdir.



Folqa üzərində naxışbasma hansı alətlərin köməyi ilə yerinə yetirilir?

Folqa üzərində naxışbasma bu sənət növü üçün nəzərdə tutulmuş xüsusi

alətlərin  köməyi ilə həyata keçirilir (şəkil 3).

Şəkil 2. Folqa üzərində

naxışbasma nümunəsi

Şəkil 3. Folqa üzərində naxışbasma alətləri: a – naxışa iz salan alət;

b – əzmə üsulu ilə kürəyəbənzər iz salan alət; c – puanson (metalyayan ştampın 

üst hissəsi); d – diskli iz salan alət

а

b

c

d

 Çap üçün deyil



27

Bu alətlərin iş prinsipi necədir və onlarla hansı əməliyyatları yerinə

yetirmək olar?

• Nazik iz salan alət – 1 mm diametrində dəyirmi cilalanmış başlığı olan

metal mil. Təsvirin konturlarını döymək üçün istifadə edilir (bu aləti yumru

başlıqlı bizlə və diyircəkli qələmlə əvəz etmək olar).

• Әzmə üsulu ilə kürəyəbənzər iz salan alət – kürəşəkilli izlərin salınması

üçün istifadə edilir. 



• Puanson – ulduz, xaç və s. formalı ucluqları olan naxışbasma alətidir. Bu

alətlə təsvirin fonu işlənir.



Diskli iz salan alət – hərlənən yumru və dişcikli diskləri olan bu alət düz

və qırıq­qırıq xətlərin salınması üçün nəzərdə tutulub.



Naxışbasma texnologiyası nədən  ibarətdir?

Qeyd etmək lazımdır ki, naxışbasma əməliyyatı üzərinə dəri, mahud, linoleum

(döşəməyə vurmaq üçün nəzərdə tutulmuş qalın müşənbə), keçə və yaxud fetr (ən

zərif keçə) çəkilmiş masada aparılır. Folqanın üzərində rahat sürüşsün deyə alətlərə

mum və parafin (neftdən alınan muma oxşar ağ maddə) çəkirlər.

Naxışbasma aşağıdakı əməliyyatlardan ibarətdir:

1. Naxışbasma üçün ya hazır təsvir götürülür, ya da onun eskizi işlənilir (şəkil



4, a).

2. Təsvirin üzərinə folqa qoyulur, qələm və yaxud nazik iz salan alətlə

basılaraq onun ətrafı möhkəmləndirilir. Sonra təsvirin nisbətən böyük

elementlərinin basıl masına başlanır (şəkil 4, b). Üz tərəfdəki qabarıq hissələr

folqanın arxa tərəfindən basılır.

3. Təsvirin basılmış surəti alınır (şəkil 4, c).

4. Folqa qalın fetrin üzərinə yerləşdirilir, basmanın fonu nöqtələr və ul­

duzcuqlarla işlənib tamamlanır (şəkil 4, d).

5. Şəkil 4, e­də təsvir edilmiş medalyon  hazırdır.

Sonda alınmış relyef kazein yapışqanı, təbaşir, əlif yağı və yağlı boyanın

qarışığından hazırlanmış məhlulla, mastika və zamaska ilə möhkəmləndirilir. 

Naxışbasmadan əlavə metal məftildən insan, quş, heyvan, balıq fiqurları,

yarpaq və güllərdən ibarət kompozisiyalar və s. kimi olduqca maraqlı bədii

məmulatlar hazırlamaq olar. Məftildən hazırlanmış bəzəkli məmulatlar gül

dibçəkləri, külqabı, şam və s. üçün altlıq kimi istifadə edilə bilər. Belə dekorativ

Şəkil 4. Folqa üzərində naxışbasma texnologiyası

а

b



c

d

e



 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə