Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

28

PRAKTİK İŞ

Öz zövqünlə və özün seçdiyin üsulla (folqa üzərində naxışbasma, məftillə

toxuma) bədii məmulat hazırla.

1. Lazım olan material və alətləri hazırla və təsvir üzrə folqada naxışbasma

əməliyyatını yerinə yetir. 

2. Özün hazırladığın eskiz üzrə məftildən naxışlı məmulat hazırla.

məmulatlar mis, alüminium, polad və latun məftillərdən hazırlanır. Bərk polad

məftil yüksək hərarətlə qızdırılır və yavaş­yavaş soyudulur. Bu üsulla emal

edilən məftil yumşalır və rahat əyilir. Məftilin ucları qaynaqla və burularaq

bərkidilir. 



Qayçı və folqa ilə iş zamanı təhlükəsizlik qaydaları

1. Qayçını üzükləri irəli olmaqla ötür.

2. Qayçını masanın kənarına qoyma.

3. Qayçı ilə kəskin hərəkət etmə.

4. Qayçını ucları yuxarı tutma.

5. Qayçı ilə işləmədikdə onun ucları qapanmış olmalıdır.

6. Folqa ilə işlədikdə əlləri qorumaq lazımdır. Folqa nazik olsa da, o

metaldır və onun kənarı əli kəsə bilər.



Metal plastikası, çekanka, naxışbasma, metal üzərində naxışbasma

ustası, nazik iz salan alət, kürəyəbənzər iz salan alət, puanson,

diskli iz salan alət, soyutmaq.

Şəkil 5. Məftildən hazırlanmış dekorativ məmulatlar

1. Metal plastikasının hansı növləri var?

2. Folqa üzərində naxışbasma nədir və o necə yerinə yetirilir?

3. Naxışbasma alətləri hansılardır?

4. Naxışbasma necə yerinə yetirilir?

5. Məftildən hansı dekorativ məmulatlar hazırlanır?



Özünüyoxlama sualları

?

!

 Çap üçün deyil


29

YUVARLAQ SӘTHLİ DETALLARI OLAN 

MӘMULATLARIN AKSONOMETRİK  PROYEKSİYALARININ

QURULMASI

Yuvarlaq səthli detalları olan məmulatların aksonometrik proyeksiyalarını

qurmaq üçün «aksonometrik proyeksiya» anlayışını aydınlaşdırmaq lazımdır.

Bəs aksonometrik proyeksiyalar nədir?

Aksonometrik proyeksiyaları əyani təsvirlərə aid edirlər. «Aksono metri ­

ya» yunan sözü olub, «oxlar üzrə ölçmək» deməkdir.

Aksonometrik proyeksiyalar iki proyeksiyanın – frontal dimetrik* və

izometrik* proyeksiyaların ümumi bir adla birləşməsidir.

Bəs frontal dimetrik və izometrik proyeksiya nədir?

Kubu X


0

, Y


0

, Z


0

koordinat oxları ilə birlikdə P müstəvisinə 90°­dən kiçik

bucaq altında yönəlmiş paralel şüalarla proyeksiyalayaraq çəpbucaqlı frontal

dimetrik proyeksiyanı alırlar. Onu frontal dimetrik proyeksiya adlandırırlar



(şəkil 1, a).

Kubun üzlərini P müs təvisinə bərabər bucaqlar altında maili yerləşdirsək

və kubu koordinat oxları ilə birlikdə müstəviyə perpendikulyar şüalarla pro ­

yek siyalasaq, onda düz bu caqlı izometrik proyeksiya adlanan bir əyani təsvir də

alınar (şəkil 1, b). Onu qısaca olaraq izometrik proyeksiya adlandırırlar. 

Şəkil 1. Aksonometrik proyeksiyaların əmələ gəlməsi: 

a – frontal dimetrik proyeksiya; b – izometrik proyeksiya

*

Dimetriya – yunan sözü olub «ikiqat ölçmə» deməkdir.

*

İzometriya – yunan sözü olub «bərabər ölçmə» deməkdir.



7­ci MÖVZU

III. QRAFİKA

a

b

 Çap üçün deyil


30

Yuvarlaq səthli detalları olan məmulatların aksonometrik pro­

yek siyalarını qurmaq üçün nəyi bilmək lazımdır?

Bunun üçün çevrələrin frontal dimetrik proyeksiyalarını qurmağı öyrən ­

mək lazımdır. 

Aksonometrik təsvirlə bəzi elementləri, məsələn, çevrəni (şəkil 2) təhrif

etmədən saxlamaq istədikdə frontal dimetrik proyeksiya tətbiq edilir.

İki görünüşü şəkil 2, a­da verilmiş silindrik deşiyi olan detalın frontal

dimetrik proyeksiyasını belə qururlar:

1. x, y, z oxlarından istifadə edərək nazik xətlərlə detalın xarici formasının

təsvirini qururlar (şəkil 2, b).

2. Ön üzdə çevrənin mərkəzini tapırlar. X, Z koordinat sistemində detalın

frontal görünüşü çəkilir. Çevrənin mərkəzində Y oxuna paralel ox

çəkilir və onun üzərində detalın qalınlığının yarısı qeyd edilir. Detalın

arxa üzündə yerləşən çevrənin mərkəzini alırlar.

3. Alınmış nöqtələrdən mərkəz kimi istifadə edib tənliyin diametrinə

bərabər ölçüdə çevrələr çəkirlər (şəkil 2, c).

4. Artıq xətləri pozurlar və detalın görünən konturunu qalınlaşdırırlar



(şəkil 2, ç).

Şəkil 2. Frontal dimetrik proyeksiyanın qurulması

Şəkil 3. Kubun üzlərində çəkilmiş

çevrələrin izometrik proyeksiyada təsviri

a

b

c

ç

Çevrənin izometrik proyeksiyası



(şəkil 3) ellips adlanan əyridir. El­

lipsi qurmaq çətindir. Rəsmxət prak ­

ti kasında çox vaxt onların əvəzinə

ovallar qururlar. Oval çevrə qövsləri

ilə çəkilmiş qapalı əyridir. Ovalı

kvadratın izometrik proyeksiyası

olan rombun daxilində çəkmək əlve ­

rişlidir.



 Çap üçün deyil


Bəs yuvarlaq səthli detalları olan məmulatların aksonometrik

proyeksiyalarının qurulması üsulu nədən ibarətdir?

Şəkil 4, a­da düzbucaqlı paralelepipedin izometrik proyeksiyası verilmiş ­

dir. Ön üzə perpendikulyar olaraq burğulanmış deşiyi təsvir etmək lazımdır.

Qurmanı belə aparırlar:

1. Deşiyin üzdəki mərkəzini tapırlar. Rombu qurmaq üçün izometrik ox ­

ların istiqamətini müəyyən edirlər (şəkil 3­ə bax). Tapılmış mərkəzdən

oxları keçirirlər (şəkil 4, a) və onların üzərində çevrə radiusuna bərabər

parçalar ayırırlar.

2. Romb qururlar. Onun diaqonalını keçirirlər (şəkil 4, b).

3. Böyük qövsləri çəkirlər. Kiçik qövslərin mərkəzlərini tapırlar (şəkil 4, c).

4. Tapılmış mərkəzlərdən kiçik qövslər keçirirlər.

Həmin qayda ilə arxa səthdəki ovalı qururlar, ancaq onun yalnız görünən

konturlarını qalınlaşdırırlar (şəkil 4, ç).

31

1. Aksonometrik proyeksiyanı necə izah etmək olar?



2. «Aksonometriya» sözü nə deməkdir?

3. Frontal dimetrik proyeksiya nəyə deyilir?

4. Düzbucaqlı izometrik proyeksiya nəyə deyilir?

5. Yuvarlaq səthləri olan məmulatların aksonometrik proyeksiyasını qur­

maq üçün nəyi bilmək lazımdır?

6. Oval nədir?

7. Yuvarlaq səthləri olan məmulatların aksonometrik proyeksiyası necə

qurulur?


?

Aksonometrik proyeksiya, frontal dimetrik proyeksiya, izo met­

rik proyeksiya, ellips, oval, romb.

Şəkil 4. Silindrik deşiyi olan detalın çəpbucaqlı izometrik proyeksiyasının qurulması

а

b

c

ç

Özünüyoxlama sualları

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə