TәZӘ XӘBӘRLӘR



Yüklə 9,61 Kb.
tarix14.06.2018
ölçüsü9,61 Kb.
#48964

TӘZӘ XӘBӘRLӘR

Bakıda işlәr elә haman tәhәrdә qalıbdır. Gecәlәr sәhәrә kimi partapart, gündüzlәr dә get qazamatda yat.

Müsәlman oğruları müsәlman kişilәrindәn әl çәkib, indi dә müsәlman arvadlarını soymağı, bir-iki gündәn bәridir ki, qaydaya qoyubdular.

Ayın iyirmisinә iyirmi gün qaldığına görә hәlә mәlum deyildi ki, görәk şәhәrin upravasının kassasında pul var, yoxsa yoxdur.


Partapart әsnasında yaylım güllәlәrin hamısı, hәmişәki kimi, yenә İran әhlinә dәyir.

Bakı polisi oğruları vә qatillәri tutmaq üçün elә bir ucdan tәdbirlәr ittixaz elәyir.

Deyirlәr ki, mәhәrrәm ayı qurtarandan sonra şәhәrin müsәlmanları yenә qayda üzrә gündüzlәr qoç döyüşdürüb vә it boğuşdurub, gecәlәr dә fişәng atmağa başlayacaqlar.

Qafqazda müsәlman pişrevlәri aclıq mәsәlәsi ilә güc mәsәlәsinin hәllini saxlayıbdılar. Çiyirtgә mәsәlәsi çatana kimi, deyirlәr ki, bunların hәrәsinә ayrı-ayrı diqqәt sәrf elәmәkdәnsә, üçünü dә bir gündә qurtarmaq mәslәhәtdir.


* * * * *
Gәncә quberniyasının oğruları sözbir olubdurlar ki, bundan sonra ittihad vә ittifaq ilә iş görüb, bütün Gәncә quberniyasını bir gündә soyub qurtarsınlar.
* * * * *
Pristavlar çox әdalәtlә iş görmәyә başlayıbdılar. Әvvәla, kәnd kişilәrini döydürmәyә aparanda arvadlarını apartdırırlar ki, kişilәri qәriblik çәkmәsin vә bir dә cәmi strajniklәrә bәrk tapşırıblar ki, ta bir dә oğrulara qoşulmayıb, özlәrini yaxşı aparsınlar.
* * * * *
Hökumәt allahdan istәyir ki, Qarabağda-filanda yenә bir adam öldürsünlәr ki, ekzekusiya qoymağa bәhanә olsun. Çünki, heç bilirsinizmi ki, bu cürә ekzekusiyaların xәzinәyәnә qәdәr nәfi var?!
* * * * *
Rusiyada bir deyirlәr ki, Dövlәt dumasını bağlayacaqlar, bir dә deyirlәr ki yox, bağlamayacaqlar. Adam bilmir ki, hansına inansın. "Әsil urus" adamları" deyirlәr ki, әgәr bu sәfәr dә Dövlәt duması hökumәtin sözünә qulaq asmasa, yәqin bilin ki, cәmi tәqsir yәhudi tayfasındadır.
* * * * *
Әcnәbi qәzetlәri yazırlar ki, payız fәsli Rusiyada bir o qәdәr qarpız yox idi, nә qәdәr ki, indi bomba vardır.
* * * * *
Әcnәbi vilayәtlәrdә ingilis, firәng vә sair böyük hökumәtlәr çox bәrk fikir edirlәr ki, görәk yenә bir müsәlman padşahı varmı ki, üstünә tökülüb payi-peşәk elәsinlәr. Hәlә fikirlәrinә bir yer gәlmir.
* * * * *
Osmanlı dövlәti bu fikirdәdir ki, hәrgah Osmanlıda da İranda olan kimi, şuriş-filan olsa, mәmlәkәti әcnәbilәrә satıb, canını qurtarsın.
* * * * *
İngilis hökumәti İran hökumәtinә ürәk-dirәk verib deyir ki, qorxma, camaat çox o yan-bu yan elәsә, lәlәşin burda durubdur.
* * * * *
Fas sultanı Yevropa padşahlarının hücumundan sonra neçә vaxtdır ki, ta bir dә kamança çalmır vә çәngi oynatmır.
Yüklə 9,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə