The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə12/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
34 
 
-
 
Bax Gülü, bu, bu mənim baaaaabamdı. Heç gün görməyən ġuĢa alınandan evim deyib 
inildəyən çarpayıya məhkum qaaaaalan babaaaaam. 
-
 
Əhməd, sakit ol! Dur gedək, gecə qəbirsatanlığın nəfəsi də ağır olur. 
-
 
Yox, getməyəcəm! Aaaz, mənim babamın ölməyindən xəbərim olmayıb. HəmiĢə yazıq 
deyərdi: “Ay bala, məni bu min hoqqa çıxan qəbirstanlıqlarda basdırmayın”. Yazıq düz 
deyirmiĢ, qanmamıĢdım. O vaxt mənim kimi nanəcibləri nəzərdə tuturmuĢ. Off, offf,  
gərək elə bu qəbrin üstündə seviĢəydik.........  
Gülya yaxınlaĢıb Əhmədin baĢını qucaqlayıb bağrına basdı. Onun göz yaĢları Əhmədin 
saçlarına tökülür,  sanki içindən nələrsə qaynayıb daĢırdı. Gülya hıçqırıqlar içində: 
-Özünə nanəcib demə! Qurban sənə demə! Onsuzda bədbəxtik. Nəyimiz var ki, bu iĢıqlı 
dünya da. Bax bu dünyanın Ģərəfsizliyinə: gəlib bu gecənin qaranlığında yer tapma, otel 
tapma  bir soyuq qəbir daĢı tap o da babanın qəbri çıxsın. Əhməd, Əhməd günah sən də 
deyil.  Günahın hamısı məndədi. Mən böyük zibilin içindəyəm. Bunu ancaq ölüm təmizləyə 
bilər. Elə bil on səkkiz deyil, yüz səksən yaĢım var.. Görmədiyim üz, dadmadığım mundarlıq 
qalmayıb. Mən kiməm:  bir fahiĢənin törəməsi, özüm də elə o yolun yolçusu oldum. Ah, kaĢ 
səni belə sevməyəydim. Kəsərdim bu damarları, vallah tüpürərdim bu dünyaya. Sakit ol 
quzum, canım. Ağlama nə olar, içim parçalanır. 
Yaz buludu tək ağlaĢdılar.Gülya Əhmədi birtəhər sürüyüb qəbirstanlıqdan çıxardı. Onu 
maĢına mındirib özü maĢını iĢə saldı. Əhməd halsız Ģəkildə arxa oturacağa sərilmiĢdi. Içini 
asta- asta çəkməyindən hələ də ağladığı bəlli olurdu. Gülya onun belə səssiz ağlamağından 
daha da təsirlənirdi.  Ürəyi parça- parça olurdu. Içini anlamadığı bir hiss bürüməkdə idi. 
Anlamadığı bu hiss ona ürpərti və bir az sakitlik gətirirdi. Ilk dəfə yaĢadığı bu hiss sanki 
balıq kimi çapalayaraq onu özündən aralamaq istəyirdi. Özünü cəmləyərək yenə güzgüdən 
Əhmədə baxdı. Əhməd yenə cansız Ģəkildə uzanmıĢdı. Gülya sürəti yavaĢ-yavaĢ azaldaraq 
maĢını yolun kənarına verib saxladı. Əlini onun kürəyinə ataraq: 
-
 
Əhməd, əzizim bir dön mənə bax. Qadam artıq çox gecdir. Biz bir qərar verməliyik. 
-
 
Əhməd mənim Betim bir cavab ver. Nə edək? 
-
 
Cəhənnəm olsun hər Ģey. Mən heç bir qərar, zad verən deyiləm. Bax, burada da yatıb 
qalacam. Rədd olsun mafiyası da, o murdar anaĢaları da. - Əhməd yerindən qalxmadan 
bağırmağa baĢladı. 
-
 
YavaĢ, Əhməd belə çığırmağnan nolur ki,. Hə, baĢa düĢürəm dərdin var amma bu olanları 
və olacaqları dəyiĢdirmir ki. Bax, yarımsaat  sonra mərkəzdə toplaĢmalıyıq. Mən 
gedirəm, ya da sən məni apar bir taksi tap mindir. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
35 
 
Əhməd Gülyaya  heç bir cavab vermədən qalxıb maĢından düĢdü. Bir siqaret yandırıb aĢağı 
çömbəldi. Siqaretə dərindən qullab vuraraq içini çəkdi sanki olan qalan tüstünü də çölə 
üfürmək əvəzinə udacaqdı.Az sonra əlindəki siqaretin kötüyünü yerə atıb ayağı ilə əzdi. 
Gülyaya heç bir söz demədən keçıb qabaq oturacaqda oturdu və əli ilə sür iĢarəsi verdi. 
ġəhərin mərkəzinə gələn kim ilk öncə Gülyanı bir taksiyə mindirib özü də dolanbac 
yollarla mərkəzə yollandı.Səhərin ilk Ģəfəqləri üfüqdə görünəndə artıq hamı mərkəzdə 
toplanmıĢdı 
 
* * * 
Hər dəfə Iranın  torpağına ayaq basanda Əhmədə elə gəlirdi ki, bura sanki baĢqa məmləkətdi. 
Halbuki onca metr o tərəfə ġimali Azərbaycan idi. Fərq nə də idi? Bu fərqi heç Əhməd özü 
üçün anıĢdıra bilmirdi. Torpaq, su, hava hamısı eyni- amma havanın ətri bu ölkənin torpağına 
ayaq basan kim hiss olunurdu. QarıĢıq bir qoxu: bir az darçın, bir az istiot, bir az kəklikotu və 
bir az da nələrsə. Bunu Əhməd özü üçün kəĢf etmiĢdi. Buradakı mənzərələrə, dağlara 
baxmağa heç macal etməzdi. Özü ilə daĢıdığı maldan da, ağır həyəcan baĢını elə qatardı ki,  
Ģərqin bir parçası olan bu ekzotik yerlərdən xəbəri belə olmazdı.Hər zaman bir təlaĢın içində 
idi. Bu təlaĢın içndə yalnız qorxu hakim idi. Bu qorxu yalnız irəlini göstərir , arxaya 
boylanmağı qadağan edirdi. Arxadan nə gəlirsə gəlsin,  dönüb baxmağa və reaksiya verməyə 
haqqın yoxdur. Sən sakitliyini və laqeyidliyini qoruyacaqsan ki, iĢin taraz getsin. Bu qızıl 
kimi məsləhətləri onlara yalnız bir dəfə demıĢdilər. Kamikadzelərin baĢına bir iĢ gəldikdə  
elə yerindəcə qalırdılar. Onların ailəsi ilə ya da özü ilə maraqlanan olmazdı. Malı keçirdənlər 
yalnız bir adam tanıyardılar. O adam onlardan malı sərhəddən keçəndən sonra təhvil 
alardı.VƏSALLAM Yalnız Əhməd AtaĢdan baĢqa bir neçə adam da tanısa da, bunların  
tədricən yoxa çıxdığının da Ģahidi olurdu. AtaĢ ona bir söz deməsə də, Əhməd onların baĢına 
nə isə gəldiyini anlayacaq qədər ağıllı idi. Bəzən nəyisə görüb susmaq əsas məsələrdən biri 
idi. Əhməd mal keçirdiyi müddətdə qətiyyən kamikadze kim istifadə olunmamıĢdı. Yalnız 
bir dəfə cənub rayonlarının birində bir evdə görüĢdülər . Ev sahibi onlara onlardan heç nə 
soruĢmayaraq qulluq edirdi. Malı salamat keçirtmiĢdilər. Qeyd etməyə dəyər bir iĢ 
görmüĢdülər. Əhməd AtaĢın yanında gələn cavan oğlanı tanımasa da yemək stolunda bir-
birlərini yaxĢı anladılar. Gecəyarıya kimi yeyib içdikdən sonra hərəsi yarımsərxoĢ halda 
yataqlarına sərildilər. Əhməd gecəyarı səsə ayıldı.  Gözü qaranlığıa alıĢandan sonra AtaĢın 
qapının önündə siqaret tüstülətdiyini gördü. Ayağa qalxıb onun yanına getdi. AtaĢ əli ilə ona 
susmaq iĢarəsini verdi. Əhməd heç nə anlamayaraq qapıdan çölə boylandı. Ilk öncə polisin 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
36 
 
gəldiyini zənn edib tısbağa kimi qınına çəkilmək istədi, lakin səssizliyin içində bir iniltinin 
gəldiyini eĢidəndə daha da irəlilədi. Bayaqkı cavan qıĢın soyuğuna baxmayaraq  torpağın 
üzərində çapalıyırdı. Əhməd onun nə üçün belə olduğunu,  niyə AtaĢın belə sakit durduğunu  
anlamadı.Əli ilə AtaĢa nə olub iĢarəsin verdi. AtaĢ isə pıçltı ilə: 
-Deyəsən, mədəsində polietilen açılıb. 
- Onda nə olur ki?- Əhməd çaĢqın-çaĢqın soruĢdu. 
- Heç nə. Nə olacaq ki?! Öləcək. 
- Biz də sakit durub baxacayıq? 
- Zəng gözləyirəm indi biləcəyik, amma yüzdə doxsan belə olacaq. 
Əhməd o gecə ilk dəfə insanın nə qədər ucuz olduğunu anladı .Səssizcə tamaĢa etdlər o 
bəbəxtin ölməyinə . Heç kəsi çağırmadılar, hətta adi feldĢer belə. O  gecə adını yalnız səhər 
xəbərlərdən öyrəndiyi gənci ölümə tərk etdilər. Əhmədə elə gəlir di ki, o parıltılı  həyat eĢqi 
ilə dolu o gözləri heç unuda bilməyəcək. Amma sonralar gördüyü daha dəhĢətli mənzərələr 
nəinki o gənci unutdurdu, həm də Əhmədə hər an sənin də növbən çata bilər siqnalını verdi.  
AtaĢ həmiĢə gözünə qəribə bir dərman damızdırardı. Əvvəllər əhməd onun gözlərində nə 
isə bir problemin olduğunu düĢünsədə sonralar bunun nə olduğunu öz təcrübəsindən öyrəndi. 
Gözləri hər gecənin sabahı ona sanki qan gölündə çimmiĢ kimi təĢrif gətirərdi. Yenə həmin 
səhərlərin birində AtaĢ onu cibindəki o dərmanla tanıĢ etdi. Əhməd bu dərmanı gözlərinə 
tökəndən sonra, sanki gözləri bayquĢ gözləri kimi bərələ qalır və içi də büllur kimi təmiz 
olurdu. Ona elə gəlirdi ki, sanki kipriklərinin bir- birindən min kilometrlərlə məsafə ayırır. 
Dərmanın təsiri keçənə qədər bu hiss onu tərk etməzdi. Əslində bu dərman onlara gözlərinin 
belə ağlığı üçün deyil, bir özünü mühavizə silahı kimi lazım idi. Narkomaniyanın ən bəlli 
əlamətlərindən olan qırmızı və axan gözlər problemini özlərinə məxsus Ģəkildə həll etmiĢ 
olurdular. Zaman keçdikcə Əhməd bulaĢdığı iĢin bütün çirkabını dadaraq irəliləyirdi.O, əqrəb 
kimi özünü zəhərlədiyini bilsə də, artıq su üzərində gedən bir kəllədən fərqli olmadığını da 
anlayırdı. Bu axın bəĢəriyyətin altından axan bir kanalzasiya idi sanki. Bütün çirkabı ilə 
insanların üzərinə çökərək onları zəhərləyirdi. Bu insanlığın könüllü olaraq özünü 
intiharıdı.Əhməd kamikadzelərin bətnindən,  bədənlərindən çıxan bu zəhərin bəzən elə iĢ 
yerindəcə siftə olundugunu görüb iyrənirdi. Sonralar isə ........ Sonralar isə bu zəhərli leĢi 
parçalayanlardan bir də Əhməd oldu. 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə