The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə13/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
37 
 
  
Indi səhərin yarımqapalı gözlərindən günəĢ Ģəfəqləri süzülərkən Əhməd yenə Ġran 
yolunda idi.Ayrı-ayrı maĢınlarda yola çıxmıĢdılar. Hər halda Əhməd tək idi.Öz-özlüyündə 
“yəqin yenə ĢərtləĢdirilmıĢ yerdə bir araya gələcəyik”- deyə düĢündü.Sonra fikrinin yüyənini 
buraxıb  xəyallanıb uçdu keçmıĢə. QarıĢıq duyğuların içində idi. Bilmirdi içində peĢmançılıq 
var, yoxsa ümid. Qaranlıq otaqda iĢıq ucu gəzən insan kimi vurnuxurdu keçmıĢı ilə bu 
gününün arasında. Babası yadına düĢəndı elə bil ürəyinə bir topa iynə sancırdılar. Babası 
barədə içində elə bir yara var idi ki, sanki onu özü öldürmüĢdü.”Yox, bu dəfə hər Ģey bitəcək 
bu dəfəkinə də gedim onlarınkı onlardə mənimki məndə. Vəssalam! YaxĢı bəs Gülü. Gülü 
onlarınkıdır. Onlarınkın onlaran almağa mənim gücüm yetər?!... Yox bir az da gözləyib 
güclü pul topalayıb aradan çıxmaq lazımdı.Hara gedə bilərik?”- Əhməd üzünü ovuĢduraraq 
nə isə bir yol tapmaq ümidi ilə fikirlərini ələk –vələk etdi. DüĢündükcə batdığını hiss 
etdiyindən gözlərini boz çöllərə dikdi. Taksi cənuba döğru irəlilədikcə mənzərələr rəngdən 
rəngə keçır, boz çölləri yaĢıl zolaqlar əvəzləyirdi. Əhməd cənubdakı kərpicdən tikilmiĢ evləri 
gördükdə həmiĢə duyduğu ruhi rahatlığı bu dəfə duya bilmədi.Hər Ģey sanki öz mənasını 
itirmiĢdi. Ona elə gəlirdi ki, dünya sanki boz rəngə bürünüb. Gözlərini nə zaman yumub nə 
zaman yuxuya getdiyini hiss emədi.  
-
 
QardaĢ, ayıl! Ayıl çatmıĢıq. 
Əhməd qoluna toxunan bir əlin təmasına səsdən daha tez reaksiya verərək dik atıldı.Artıq son 
cənub Ģəhərinin təslim nöqtəsinə gəlib çatmıĢdılar. Əhməd səhərin yüngül zövqverici və 
azacıq da soyuq mehindən dərindən nəfəs alaraq özünü gərnəĢməkdən zorla saxladı. Beyni 
yeni doğulmuĢ körpə beyni kimi tərtəmiz idi. Sanki heç nə olmamıĢdı, sanki nələrsə 
yaĢanmamıĢdı. O, çantasını götürərək sərhəd məntəqəsinə deyil, əks istiqamətə üz tutdu.  
 
***    
Gecə ĢərtləĢdirilmiĢ yerdə görüĢdükdən sonra hamı lazımi təlimatları alıb, oranı tərk etdi. 
Gülyanın yanındakı adam mühavizəçi kimi gözünü Əhməddən ayırmırdı. Onun gözlərinə 
baxanda Əhməd hər Ģeyi baĢa düĢdü. Anladı ki, hamı hər Ģeyi bilir amma .... Bu amma nə ilə 
nəticələnəcəkdi? Bax, bunu təssəvür etmək istəmirdi. 
Səhər erkəndən ilk sərhəddi keçənlərdən oldular. Iran tərəfdə ayrılıb tamamilə əks 
istiqamətələrə üz tutdular. əhməd Gülyanı ondan ayırıb aparan avtomobilin ardınca uzun-
uzadı baxaraq göz yaĢını zorla saxladı. Yalnız bu zaman içindəki bir Ģərəfsiz səs “ona bu 
axırıncı görüĢdü” sözlərini pıçıldadı. Gözünün yaĢını gizlicə silərək çantasının iplərini 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
38 
 
bərkidərək kürəyinə keçirdi. MüĢtəri çağıran taksi sürücülərinin yanından ötərək Astaranın 
içərisinə üz tutdu. Bir az getdikdən sonra izlənmədiyinə əmin olmaq üçün ətrafını diqqətlə 
nəzərdən keçirdi.  Əmin olduqdan sonra dar bir dalana buruldu və qəfil bir taxta qapıdan içəri 
girdi. Bura əmanət saxladıqları Eldarın evi idi. Əhməd içəri girəndə gördüyü mənzərədən az 
qaldı ki, Ģoka düĢsün. Həyət-baca darmadağın idi. Evin altını-üstünə çevirmiĢdilər. Əhməd 
buranı cəld tərk etməli olduğunu anladı.Deməli, Ģəbəkə çöküb və onları da bu xaraba yerə 
göndəriblər.Qapının önündən azca aralanmıĢı ki, qəfil onun qolundan tutub bir dar küncə 
sıxdılar. Əhməd bu hərəkətdən necə səksəndisə az qala ürəyi getmiĢdi. Lakin bu adamın 
həmiĢə Eldarın yanında gördüyü yeniyetmə olduğunu görəndə sakitləĢdi. Oğlan ona susma 
iĢarəsi verdikdən sonra ona arxasınca gəlmək üçün əli ilə havada qövs cızdı.  Əhməd sakitcə 
onun arxasınca düĢüb getdi. Onlar Ģəhərin ta ucqarındakı bir daxmanın önündə dayandılar. 
Əhmədin yorğunluqdan və aclıqdan taqəti kəsilmiĢdi. Yeniyetmə ona daxmada bir az Ģərait 
düzəldən sonra, yenə heç nə demədən çıxıb getdi. Əhməd dağların qoynundakı bu miskin 
daxmada elə yuxuya getdi ki, sanki sarayda taxt-tac üzərində yatdı.  
 
  
Gecə kəsif qoxuya ayıldı. Yatdığı yarınqaranlıq otağın küncündə ilk öncə gözünə stol və 
ətrafındakı gölgələr dəydi.Onların Fars qarıĢıq  Azərbaycan dilindəki danıĢıqlarını Əhməd 
özünü yuxululuğa vuraraq dinləməyə baĢladı. 
-
 
Kəm-kəm. 
-
 
Bura sonuncu məskəndir. Yerimizi dəyiĢməliyik- az qala stolun üstünə çökmüĢ kök adam 
digərinə dedi. 
-
 
Bəlkə, elə binlarnan ġurəviyə( ġimali Azərbaycan. Müəllif)  gedək. Bir müddət 
girlənərik, sonra Ģəbəkəyə qoĢularıq. 
-
 
Bınınla olmaz- digəri baĢı ilə  Əhmədə tərəf iĢarə edərək səsinin daha da alçaldaraq nə isə 
pıçıldadı. 
Əhməd artıq gizlənməknən bir Ģey eĢitməyəcəyindən əmin olaraq yerindən qalxıb onları 
görmürmüĢ kimi gərnəĢdi.Onlar Əhmədin qalxdığını görüb söhbətlərini kəsdilər. Onlardan 
biri Əhmədə yaxınlaĢaraq: 
-
 
Dincələ bildinmi qardaĢ? – cavab gözləmədən davam etdi- Yəqin ki acsan- deyərək geri 
döndü və əlindəki bükülünü Əhmədin yanındakı kətilə qoydu. Yarıisti qutabların qoxusu 
Əhmədi vuranda O, dünəndən dilinin altından heç nə keçmədiyini xatırladı. Mədəsi 
sıyrılıb gedirdi. Əlinə üzünə su vurmadan belə qutabların üzərinə özünü necə saldısa, bir 
də doyanda baĢını qaldırdı. Hamı onun necə iĢtahla yeməyinə tamaĢa edirmiĢ. Bunu 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
39 
 
anlayan Əhməd gülümsədi və əlinin dalı ilə ağzını siləndə stolun baĢındakıların bəziləri 
hətta güldü də. Bayaq Əhmədə yeməyi verən  yemək bükülüsünü kətilin üzərindən 
götürərək, onu stolun üstünə qoydu və kətilin üzərində özü oturdu. Uzun- uzadı Əhmədi 
nəzərdən keçirdəndən sonra asta-asta sözə baĢladı: 
-QardaĢ səni niyə göndəriblər bilmirəm. Burada vəziyyət ağırdır. Əsas Ģəbəkə 
çökdü.Eldarı və oğlunu Tehrana apardılar. Deyilənə görə onları orada edam 
edəcəklər. Biz də hələ hara gedəcəyimizə qərar verməmiĢik Bəzimiz Əfqanıstana, 
bəzimiz isə elə ġurəviyə getmək istəyirik. Yəni ki, iĢ yanıb. Sizin bizdə bir az malınız 
var. Bunu həmiĢəki kimi dağ yollarından keçirə bilmərik. Ordakı sərhəd patrulundakı 
pastorumuz da oxudu. Onu da götürüblər. Içə kimsə sızıbmıĢ görünür. Indi özün 
bilərsən . ya malı ud, ya da..... 
Əhməd elə bura gəlib çıxanda vəziyyətin qarıĢıq olduğunu anlamıĢdı amma onun bu qədər 
ağır olduğunu təsəvvür emirdi. Malı udmaq. Yox o bunu edə bilməz. Axı AtaĢın özü ilə 
danıĢmıĢdı: o heç bir vəchlə kamikadze olmayacaqdı. Bir az düĢünüb həmin adama: 
-
 
ġəbəkənin çökdüyünü bizimkilərə bildirmiĢdininz? 
Adam bir az duruxaraq: 
-
 
QardaĢ orası məni bağlamaz. Mən sənə sənin biləcəyin qədər çatdırdım- qəti Ģəkildə 
cavab verdi- indi özün bilərsən ya malı alıb  gedirsən, ya da biz onu özümüzünkü edirik.  
Əhməd anladı ki, ona baĢqa çıxıĢ yolu qoymayıblar. Adamın gözlərindən hər Ģeyi bildiyi 
görünürdü amma bu Əhməd üçün olacaqları dəyiĢdirmirdi. Indi elə bir yerdəydi ki, əli heç 
nəyə yetmirdi.  
-
 
Mənim nə qədər vaxtım var?- Əhməd ümidini itirmiĢ Ģəkildə soruĢdu. 
-
 
Bu gecə buranı boĢaltmalıyıq. Əlimizə keçən məlumata görə toplamda beĢ ya da altı saat 
vaxtımımz var.  
-
 
Oldu . aydındır.  
Əhməd yerindən qalxaraq daxmanı tərk etdi. Bayıra çıxanda dağın payız soyuğu canına necə 
iĢlədisə diĢi-diĢinə dəydi. Ulduzlu səma, dağların dik zirvəsində bərq vuran ay belə onun 
diqqətini özünə çəkə bilmədi. Bir siqaret yandıraraq  o yana bu yana var- gəl etməyə 
baĢladı.”Deməli, hamısı tələdə idi. Dəstəni kim satıb?  
Əgər kimsə satıbsa bu məlumat bu adamların əlinə haradan keçib? 
Bu tanımadığı adamlar niyə indiyə kimi özlərini göstərməyiblər? 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə