The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.

səhifə14/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
40 
 
Bəlkə, əslində heç bir tələ filan yoxdu bütün bunlar onlar üçün qurulmuĢ bir oyunun bir 
parçasıdır? Ax, ax AtaĢ indi sənə nə qədər ehtiyacım var.”Əhmədin bu fikirlərdən  ürəyi 
sıxıldı. Bir saat buz kimi təmiz havada qaldıqdan sonra içəri qayıdan Əhmədin üzündə rahat 
bir ifadə var idi. o uzünü içəridəkilərə tutaraq: 
-
 
Mal hanı? 
-
 
Təmiz herayindi. Polietilenə bükülüb. Budur.- bayaqdan Əhmədlə danıĢanın yanında 
duran kök kiĢi çantadan malları çıxarıb stolun üzərinə qoydu. 
-
 
Udacaqsan eləmi? 
-
 
Bəli. BaĢqa yol var ki?- Əhməd suala sualla cavab verdi. 
-
 
Təbii ki,  bu bizim iĢimizdir, amma sən də deyəsən birinci dəfədir- kiĢi nüfuzedici 
baxıĢlarla onu süzdü. 
-
 
Bu nəyi dəyiĢdirir ki? Etməliyəm- Əhməd bunu deyərək malları çantasına qoydu.   
Əhməd oranı tərk edəndə gecə yarıdan ötmüĢdü. Hamı oranı birdən deyil bir-bir tərk etdi. Ən 
axırda qalan kök cantaraq kiĢi pozuq türk ləhcəsində ona dönə-dönə malı udmağı tövsiyə etdi.O, 
ona hər Ģeyin yolunda olacağını deyərək ondan ayrıldı. Əhməd cığıra düĢüb daxmadan 
uzaqlaĢdıqca üzündə qəribə bir ifadə var idi. 
       Yenə həmiĢəki kimi sərhəddə alverçi əlindən tərpənmək mümkün deyildi. Əhməd bu pis 
qoxuku kütlədən aralı durmaq üçün bütün cəhdini iĢə salırdısa da, bu bir iĢə yaramırdı. Bir topa 
alverçi qadın  birinin pasportunu ortaya qoyub ürəkdən gülürdülər. Əhməd onların yeni 
vurulacaq möhürə yer aradıqlarını anladı. Bəlli idi ki, artıq pasportda adi bir xətt üçün də yer 
qalmamaıĢdı. Əhməd bu qədər kirin- kisin içində keflə qəhqəhə çəkə bilən bu admlara həmiĢə 
heyran olurdu. Bu qədər zibilin içində onların xöĢbəxtliyi bəlkə də baĢ nazirdən də çox idi.Elə bu 
an növbədə duranların hamısı bir qıĢqırığa dönüb baxdılar. Bir qadın əlini-qolunu ölçə-ölçə 
polisin üstünə yeriyir və çığırırdı: 
-Əə sizin monopoliyanız batsın. Banan monopoliya, paroĢok monopoliya. Gəl bax 
burama- O, çox ədəbsiz Ģəkildə yançaqlarına döyəcləyidi- gör buranı kim monopoliya edib. 
KöpəkuĢağı, Azərbaycanda ən böyük monopoliya mənəm. Düpün çatır gəl, al əlimdən- o 
hamının ona baxmağını belə vecinə almadan çıxıb mallarının üstündə oturdu.Əhməd üzündə 
təbəssüm bütün bunları izləyərkən özündən asılı olmadan Gülyanı düĢünürdü. “əgər Ģəbəkə 
çökübsə bu qız niyə bir xəbər uçurmadı?” bütün bunları düĢünə-düĢünə gözü adamların arasında 
Gülyanı gəzirdi. Iran tərəfdən problemsiz ötüĢüb Azərbaycan tərəfdən yoxlanmanı gözləyirdi. Ġlk 
dəfə idi ki, üstündə mal sərhəddi keçirdi. Hər dəfə keçirdikləri küllü miqdarda malı ya 
qaçaqmalçılıq yolu ilə, yəni dağ keçidləri ilə ya da yük maĢınlarının gizli yerlərində 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
41 
 
keçirərdilər.Təbii ki bu hadisələr baĢ verəndə kimlərinsə susması və ya göz yumması üçün də nə 
isə tədbir görülərdi amma Əhməd bunları bilməzdi. 
 Növbə yavvaĢ-yavvaĢ ona da çatırdı. Öndə iki qadını, sonra onu burxacaqdılar. Həyacanla bu 
təhvil- təslim iĢindən qurtulmaq istəyirdi ki, qəfil iki mülki geyimdə olan adam sakitcə onun 
qollarına girərək baĢları ilə getmək iĢarəsi verdilər.Əhməd səs-küy salmağın daha da Ģübhə 
çəkəcəyini anlayaraq yavaĢca onlarla getdi. Dar bir otağa onu salan kimi bu iki nəfər sanki yerin 
dibinə batdılar. Otaq yarıqaranlıq və kiçik nəfəslik hesaba alınmasa pəncərəsiz yer idi. Əhməd 
artıq əmin idi ki, onları satan əməlli –baĢlı təmiz iĢ görüb. Bəs Gülya? Onu nə ediblər? 
Boğazının içində nə isə qalmıĢ kimi öskürdü. Dayanmadan öskürdü. Bu da son zamanlar 
baĢlayan bir dərd idi. Azacıq əsəbləĢən kimi onu öskürək böğurdu. Bir qədər sonra sakitləĢdi. 
Əlini cibinə atıb bir siqaret çıxarmaq istəyirdi ki, gözü yuxarıdakı yanğın düymələrinə sataĢdı. 
Siqareti heyfsilənə- heyfsilənə qaytarıb cibinə qoydu. Orada bir saat gözlədikdən sonra qapını 
yenə həmin iki adam açdı. Yenə sükutla onun qoluna girərək böyük bir zalla apardılar.Elə bu 
vaxt qarĢıdan iki ağ xalatlının xərəkdə adam gətirdiyini gördü. Əhməd ən çox burada – sərhəddə 
belə həkimlərin olduğunu bilmədiyini təəccübləndi. Xərək yanından ötəndə onun üzərində çox 
tanıĢ bir sifəti görəndə özündən asılı olmadan yerində durdu. Bu ağappaq bəniz solmuĢ dodaqlar 
ona- Gülyasına aid idi. 
-
 
On on ona noooolub?- xırıldayaraq soruĢdu. 
-
 
Get!  Davam elə - qoluna girmiĢ adamlardan biri onu kobud Ģəkildə itələdi. 
“Gülya sənə nə oldu əzizim? Polietilen açılıb. Hə, o zibil açılıb. Bizi doğurdan satıblar”- 
Əhməd yanağından süzülən yaĢı silməyə belə qadir deyildi. Qollarından  kəlbətin kimi 
yapıĢmıĢ əllər onu getdikcə daha möhkəm sıxırdı. 
Onu sərhəddən mülki maĢında apardılar. Polis idarəsində ilkin yoxlamadan sonra üzərində 
heç nə tapmadıqlarına görə onu elə otaqların birində gözləməyi dedilər. Əhməd bundan sonra 
olacaq yoxlamanın daha ciddi olacağını anladı. O, oradakı polisdən tualetə getmək mümkün 
olub olmayacağını soruĢdu. Polis heç nə demədən onu qabağa salaraq balaca bir otağın 
qarĢıına gətirdi. Əhməd içəri girən kimi ayaqqabısının yapıĢqan bağlarının arasında 
düzəltdiyi kiçik ciblərdən malları götürüb kafelin üstünə qoydu. Sonra suyu çəkib onları su 
bakına boĢaltdı. Artıq iĢi təmiz, Ģübhəsiz görə bilmiĢdi. Əhməd içəridən çıxanda polis cəld 
onun ardınca içəri girib ora baxdı.Əhməd əmin idi ki, suyu onu tökəndən sonra çəksə, mütləq 
orada ağ köpüklər əmələ gəlməlidir. Indi içində bircə Allaha polisin suyu çəkməməsi üçün 
yalvarırdı. Polis oranı diqqətlə nəzərdən keçirdikdən sonra  onu yenə həminki otağa 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
42 
 
gətirdi.Bir sutka sonra Əhmədi dəlil yetərsizliyindən azadlığa buraxdılar və cib telefonuna 
gələn ilk zəng AtaĢdan oldu. 
Əhməd gələn zəngə key-key baxaraq, hələ harada olduğunu, baĢına nələr gəldiyini sıra ilə 
düzüb, bir çox Ģeyləri özü üçün anıĢdıra bilməmiĢdi. “AtaĢ niyə məhz indi zəng edir?jGülya 
yəqin ölüb O da bunu deyəcək.Ġçindəki bu iyrənc hisslərlə əlini telefonun yaĢıl düyməsinə 
basdı və: 
-
 
Alo- dedi 
-
 
Əhməd haradasan?- AtaĢ salamsız- kəlamsız soruĢdu. 
-
 
Neynirsən? Ġndi də bura killer göndərin. Öldürün! Ġt kimi öldürün nə qymətim var ki?! 
-
 
Əhməd vaxtım azdır. Təcili Azərbaycanı tərk etməliyəm. Hər Ģeyi bilirəm yerini de, 
qardaĢ- AtaĢ demək olar ki, telefonda ağlamsındı. 
Əhməd: 
-
 
Onsuz da itirəcəyim bir Ģey yoxdur. Sən də məni satmısansa, tüpürüm bu dünyaya. Gəl 
Astarada polis idarəsinin qarĢısındakı bağçadayam. Gəl- bunu deyib bütün nifrəti ilə 
telefonu söndürdü. 
Əhməd özünə bir çay sifariĢ edib, kölgəliklərin birində oturdu. Payızın mehi əsdikcə günəĢ 
gah buludların arasına girir, gah da oradan çıxaraq insanı yay günəĢi kimi yandırırdı.Əhməd 
çayı əlinə alandan heç on dəqiqə keçməmiĢdi ki, AtaĢ bağĢaya girərək o tərəfə bu tərəfə 
boylanmağa baĢladı. Əhməd əlini tənbəl-tənbəl qaldırıb ona yerini niĢan verdi.AtaĢ onu 
görən kimi uĢaq sevinci ilə yanına qaçdı. 
-
 
Allaha Ģükür, salamatsan. Ürəyim düĢmüĢdü ki, sən o zibili udacaqsan- AtaĢ onu 
qucaqlayıb öpə-öpə deyirdi. 
-
 
Sənin hər Ģeydən xəbərin var idi və sən mənə heç nə demədin. Hə, de görüm sənin o 
əclaflardan fərqin nədir ki?- Əhməd onu itələyərək özündən araladı. 
-
 
Əhməd, istər inan, istər inanma. Səni polislər tutan kimi məni boğazladılar. Elə bildilər 
ki, sənə polietileni udmamağı mən demiĢəm. Mənim bir sutka vaxtım var. QardaĢlarım 
Ġrandadı. Mən də qaçmıĢam. Indi buradan da birbaĢa Gürcüstana gedirəm. Bakıdan da 
gedə bilərdim. Amma səni bu ölümün pəncəsində qoyub gedə bilmərəm.Gəl gedək 
Gürcüstana,sonra da birbaĢa Türkiyə. Bizi çətin taparlar. 
-
 
Sən məni ailəmdən qopardın. Sən Gülyanı öldürənlərdən oldun. Mən o zibili udsaydım, 
deməli indi cəhənnəmi görmüĢdüm. Indi sənə niyə inanmalıyam? Deməli gözümüzün 
qabağında can verən cavan-cavan uĢaqların hamısının mədəsindəki o polietilenləri 




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə